Məhkəmə qərarları › İş №2-1(118)-317/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-317/2024

01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-317/2024 01.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasgtrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.0651 ha torpaq sahəsi üzrənidə mülkiyyət (istifadə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasgtrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.0651 ha torpaq sahəsi üzrənidə mülkiyyət (istifadə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 316 saylı sərəncamı ilə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 651 kv m torpaq sahəsi ilə iddiaçının istifadəsinə verilmişdir. 19 .10.2006-cı il tarixli 318 saylı sərəncamla iddiaçıya həmin torpaq sahəsində ticarət mərkəzinin tikintisinə icazə verilmişdir. O, torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması məqsədi ilə cavabdehə müraciət etdikdə, həmin idarə tərəfindən ona imtina cavabı verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qəraradı ilə X2 və X8 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəməən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh imtina cavabını onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair tərəflər arasında bağlanmış icarə müqaviləsi və və torpaq ahəsinin yerləşdiyi ərazinin 1:2000 və 1:10000 miqyasda yerquruluşu sxemləri təqdim olunmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından müəyyən edildi ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 316 saylı sərəncamı ilə İddiaçı istifadəsinə 651 kv m torpaq sahəsi ticarət mərkəzinin tikintisi məqsədilə ayrılmışdır. Xaçmaz rayon İHB-nın xx.xx.2006-cı il tarixli 318 saylı sərəncamı ilə İddiaçı həmin torpaq sahəsində ticarət mərkəzinin tikintisinə icazə verilmişdir. Xaçmaz rayon Məhkəməsinin 16 yanvar 2008-ci il tarixli 2-29/2008 saylı qətnaməsi ilə iddiaçı X1 qızının cavabdeh Xaçmaz rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv olunması, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, həmin torpaq sahəsindəki tikilinin adına sənədləşdirilməsi və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2008-ci il tarixli 2(105)- 452/2008 saylı qətnaməsi ilə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ləğv edilərək X1 qızınını ünvan 2 ünvanda yerləşən 512 kv m torpaq sahəsinə uşağı ilə birlikdə mülkiyyət hüququnun tanınması, Xaçmaz rayon İHB-nın ticarət mərkəzinin tikintisinə icazə verilməsi barədə xx.xx.2006-cı il tarixli 3187 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2009-cu il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnamsəi ilə iddiaçı X5 cavabdeh İddiaçı qarşı ünvan 2 ünvanda yerlə1şən 512 kv m torpaq sahəsi üzərində qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona qaytarılması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı X7 qarşı vurulmuş ziyanın ödənilməsinə dair qarşılıqlı iddiasə təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqüqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsin tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 316 saylı sərəncamı ilə X9 ayrılmış (faktiki göstərdiyi) torpaq sahəsi X7 verilmiş MH ******* seriyalı **********01 reyestr nömrıli ********** qeydiyyat nömrəli (sonradan X2 və X6 özgəninkiləşdirilmişdir) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən əmlakla eynilik təşkil edir. Həmin daşınmaz əmlakın koordinatlkarı bütövlükdə üst-üstə düşür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildiki, hazlrki iddia tələbi üzrə iddiaçının istind etdiyi tikintiyə icazə verilməsi barədə sərəncam məhkəmə qətnaməsinə əsasən ləğv edilmişdir, mübahisə obyekti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ isə məhkəmənin qanuni qüvvəyə minmiş qtnaməsinə əsasən X5 adına qeydə alınmış, daha sonra onun tərəfindən başqa şəxslərə özgəninkiləşdirilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, mübahiəsli torpaq sahəsinin müqəddəratı məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətaməsinə əsasən müəyyən edilmişdir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasgtrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.0651 ha torpaq sahəsi üzrənidə mülkiyyət (istifadə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasgtrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.0651 ha torpaq sahəsi üzrənidə mülkiyyət (istifadə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar