Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3170/2022 17.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan “DAF FT XF 105.460” yük markalı, KN92655 tranzit nişanlı, yəhər-dartıcı tipli, XLRTE47MS0E879267 şassi nömrəli, 2010-cu il buraxılışlı avtomobilin dövlət qeydiyyatına alınması və onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı iddia qaldıraraq “iddiaçının mülkiyyətində olan “DAF FT XF 105.460” yük markalı, KN92655 tranzit nişanlı, yəhər-dartıcı tipli, XLRTE47MS0E879267 şassi nömrəli, 2010cu il buraxılışlı avtomobilin dövlət qeydiyyatına alınması və onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xarici dövlətdən aldığı “DAF FT XF 105.460” yük markalı, KN92655 tranzit nişanlı, yaşıl rəngli, yəhər-dartıcı tipli, XLRTE47MS0E879267 şassi nömrəli, 2010-cu il buraxılışlı avtomobili qeydiyyat üçün BDYP-nə təqdim etmişdir. Avtomobilin texniki müayinəsi zamanı avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması müəyyən edilmiş, qeydiyyat aparılması da dayandırılmışdır. Polis araşdırması zamanı müəyyən edilmişdir ki, “DAF FT XF 105.460” yük markalı, KN92655 tranzit nişanlı avtomobil 2010-cu il buraxılışlı olmaqla 12 ildir ki istismardadır. Avtomobil və onun yəhərli-dartıcı tipli, XLRTE47MS0E879267 şassi nömrəli, 2010-cu il buraxılış avtomobil iddiaçıya məxsusdur. Avtomobili Polşada almış, bir neçə xarici dövlət sərhəddini keçmiş, dövlət sərhədlərində müvafiq yoxlamalardan keçərək Azərbaycan Respublikasına gətirib müvafiq yoxlamalardan keçirərək gömrük qeydiyyatından keçirmişidir. Avtomobil istimsar olunur, yoxlamalar zamanı heç bir qüsur aşkar edilməmişdir. Sonda avtomobili qeydiyyata alınması üçün BDYP-nə təqdim etmişdir. Bu zaman avtomobilə texniki baxış keçirilən zaman avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu ilə olması məlum olmuşdur. Avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu olması Azərbaycan Respublikasının hüdudlarından kənarda, xarici dövlət ərazisində olmuşdur. Buna baxmayaraq, avtomobil Azərbaycan Respublikasına gətirilənə qədər bir neçə dövlət sərhəddini heç bir maneə olmadan keçmiş, sərbəst buraxılmış, şassi nömrəsində qeyri-qanuni hər hansı hal müəyyən olunmamış və avtomobilin hərəkətinə icazə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminal Təhqiqatlar İdarəsi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli 22/957a nömrəli təhqiqat haqqında arayışdan görünür ki, “DAF FT XF 105.460” markalı, üzərində KN92655 qeydiyyat nişanlı avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş, “XLRTE47MS0E879267” hərf və rəqəmləri kustar üsulla vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin zavod lövhəsinin (birka) üzərində olan şassi “XLRTE47MS0E879267” və mühərrik “A-31107” hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Həmin 17 simvolun içərisində avtomobilin istehsal edildiyi zavodun ilinin, avtomobilin növünün və istehsalı üzrə digər məlumatlar yerləşdirilir. Beləliklə polis araşdırması nəticəsində məlum olmuşdur ki, avtomobildə aşkar edilmiş qüsur və uyğunsuzluqla bağlı əməlində hər hansı cinayət tərkibi yoxudur, ona görə cinayət işinin başlanılması rədd edilmişdir. AR DİN Baş İstintaq və Təhqiqat İdarəsi bilavasitə həmin qərarı ilə “DAF FT XF 105.460” markalı, KN92655 dövlət nömrə nişanlı, yəhər-dartıcı tipli, “XLRTE47MS0E879267” şassi nömrəli, 2010-cu il buraxılışlı avtomobilin qeydiyyata alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəb və əsaslara görə həmin avtomobilin qeydiyyata alınması məqsədilə cavabdeh Bakı X1 İdarəsinə rəsmi ərizə göndərərək mülkiyyətində olan həmin avtomobilin dövlət qeydiyyatına alınmasını və adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli 016-116902-1222 qeydiyyat nömrəli cavab məktubu ilə ərizəsindən imtina edilmiş səbəb olaraq isə nəqliyyat vasitəsinin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması göstərilmişdir. Hesab edir ki, imtina əsassızdır. Məhkəmə iclasında İddiaçı ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Baş X1 İdarəsinin 16 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, “DAF FT XF 105.460 YÜK” markalı, XLRTE47MS0E879267 şassi nömrəli nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. - **********3361 №-li Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri üçün vəsiqədən görünür ki, ********** növlü, yəhərli dartıcı: DAF XF 105.460(dizel) markalı, XLRTE47MS0E879267 şassi nömrəli, KN92655 dövlət tranzit nömrəli nəqliyyat vasitəsi İddiaçı tərəfindən Polşadan gətirilmişdir. - xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitəsinin uçot kartoçkası”ndan görünür ki, DAF YÜK markalı, yaşıl rəngli, XLRTE47MS0E879267 şassi nömrəli, 2010-cu il buraxılışlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. - Baş X2 İdarəsi tərəfindən “DAF FT XF 105.460” markalı, KN92655 dövlət nömrə nişanlı, yəhər-dartıcı tipli, “XLRTE47MS0E879267” şassi nömrəli, 2010-cu il buraxılışlı avtomobilin texniki baxışdan keçirilərkən şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulmasının müəyyən edilməsi səbəbi ilə Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmiş materiallar üzrə həmin şöbənin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 avqust 2022-ci il tarixli qərarı ilə toplanmış materialda cinayət tərkibinin əlamətləri olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2)cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan istifadə etdiyi avtomobilin texniki baxışdan keçirilməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müvafiq idarənin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan avtomobilin dövlət qeydiyyatına alınması səlahiyyəti BDYPİ-yə aiddir. Belə olduğu tədqirdə BDYPİ-nin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddia tələbi ilə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin inzibati orqanlar tərəfindən tələb təmin edilməmiş və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu, Masazır ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı DAF XF 105.460(dizel) yük markalı, yəhərli dartıcı tipli, XLRTE47MS0E879267 şassi nömrəli, KN92655 dövlət tranzit nömrəli nəqliyyat vasitəsini Polşadan sifariş etmişdir. Həmin avtomobil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə müraciət etmişdir. Həmin orqan tərəfindən ona mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materialları ilə eyni zamanda müəyyən olunur ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı məxsus “DAF FT XF 105.460” yük markalı, KN92655 tranzit nişanlı, yaşıl rəngli, yəhər-dartıcı tipli, XLRTE47MS0E879267 şassi nömrəli, 2010-cu il buraxılışlı nəqliyyat vasitəsi qeydiyyat üçün Baş X1nə təqdim edilmiş və orada avtomobilin texniki müayinəsi keçirilən zaman avtomobilin şassi nömrəsinin qeyrizavod üsulla ilə vurulması müəyyən edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. Qeyd edilən fakt üzrə toplanmış material araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinə göndərilmiş və material üzrə həmin şöbə tərəfindən araşdırma aparılmış və YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Arzu Babayev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 avqust 2022 -ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarla İddiaçı əməlində cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisə predmeti olan nəqliyyat vasitəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması əsas kimi göstərilmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda adı qeyd olunan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, sözügedən nəqliyyat vasitəsini alan şəxsin əməlində hər hansı cinayət tərkibinin olduğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, avtomobilin şassi nömrəsində aşkar edilmiş qüsur iddiaçının təqsiri üzündən baş vermədiyindən həmin qüsurla təkrar qeydə alınma cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “DAF FT XF 105.460” yük markalı, KN92655 tranzit nişanlı, yəhər-dartıcı tipli, XLRTE47MS0E879267 şassi nömrəli, 2010-cu il buraxılışlı avtomobil üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “DAF FT XF 105.460” yük markalı, KN92655 tranzit nişanlı, yəhər-dartıcı tipli, XLRTE47MS0E879267 şassi nömrəli, 2010-cu il buraxılışlı avtomobil üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-3170/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3170/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver