Məhkəmə qərarları › İş №2-1(118)-318/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-318/2023

25.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-318/2023 25.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin KOD 30114018 JN:0072 saylı 30 mart 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş, Qusar rayonu Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən 6.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun və ailə üzvlərinin mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınması və adlarına müvafiq çıxarışın verilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin KOD 30114018 JN:0072 saylı 30 mart 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş, Qusar rayonu Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən 6.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adlarına müvafiq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 21 aprel 2022-ci il tarixli, **********48 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qusar rayonu Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən 6.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfinfdən verilmiş KOD 30114018 JN:0072 saylı 30 mart 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsi mülkiyyətinə verildiyi vaxtdan indiyədək istifadələrində olmuş, torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdirlər. İddiaçı həmin torpaq sahəsinə görə vergi ödəyicisi kimi Qusar rayonu İmamqulukənd bələdiyyəsində qeydə alınmaqla (YVÖK 471411xxxxxxx) torpaq vergilərini vaxtlı-vaxtında ödəmişdir, hazırda bələdiyyəyə ödənilməmiş torpaq və əmlak borcu yoxdur. İddiaçı həmin torpaq sahəsinə dair özünün və ailə üzvlərinin adına müvafiq çıxarışın verilməsi üçün 30 mart 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən ona bildirilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfinfdən verilmiş KOD 30114018 JN:0072 saylı 30 mart 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin idarəyə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamışdır. Bu səbəbdən də, ona və ailə üzvlərinə Çıxarışın verilməsindən imtina olunmuş, bu barədə xx.xx.2022-ci il tarixli **********48 saylı məktub verilmişdir. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ona və ailə üzvlərinə yuxarıda qeyd etdiyi torpaq sahəsinə dair Çıxarışın verilməsindən imtina etməsi qanuni və əsaslı deyildir. Belə ki, iddiaçı və ailə üzvləri sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnu hələ həmin idarə mövcud olmamışdan əvvəl əldə etmiş və həmin vaxt hüquqların dövlət qeydiyyatını həyata keçirmək səlahiyyəti olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi onların mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqla adlarına KOD 30114018 JN:0072 saylı 30 mart 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı vermişdir. Həmin akt səlahiyyətli şəxslər tərəfindən imzalanmaqla müvafiq möhürlərlə təsdiq olunmuşdur. Bundan başqa, həmin torpaq sahəsi Qusar rayonunda həyata keçirilən aqrar islahat proqramı çərçivəsində pay torpaq sahəsi kimi verilmişdir. Yuxarıda qeyd etdiyi torpaq sahəsi verildikdən sonra iddiaçı ailə başçısı kimi Qusar rayonu İmamqulukənd bələdiyyəsində torpaq vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır. Dövlət Aktı verildiyi vaxtdan torpaq sahəsini istifadə edirlər. Həmin torpaq sahəsi mülk nömrələri 0072 və 72C olmaqla iki hissədən ibarətdir və hər bir torpaq sahələrinin dəqiq koordinatları, hansı torpaq sahələri ilə həmsərhəd olması qeyd edilmişdir. X17 vermiş orqanın səlahiyyətli şəxsləri həmin Aktı hansısa kitaba qeyd etməmişlərsə bu, iddiaçı və ailə üzvlərinin təqsiri deyil, çünki bunu etmək onların vəzifəsi olmamışdır. Qusar rayonu ərazisində torpaq islahatı həyata keçirilərkən iddiaçı və ailə üzvləri özəlləşdirilən kolxoz və sovxozların torpaqlarında pay torpaq sahəsi almaq hüququ olan şəxslərin siyahısında olmuşdurlar və islahata uyğun qaydada həmin torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş emtişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, X1 rayonu, Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən 6.54 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli **********, ********** qeydiyyat nömrəli ərizələr ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz JN-0072 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamışdır və torpaq sahəsini almış subyektlərin adlı (DBF) siyahısında öz əksini tapmamışdır. Bu, səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 21 04.2022-ci il tarixli, **********48 nömrəli məktubla imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini.məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, etirazı müdafiə edərək etmiş, əlavə olaraq bildirmişdir ki, JN-0072 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamışdır və torpaq sahəsini almış subyektlərin adlı (DBF) siyahısında öz əksini tapmamışdır. Lakin elektron baza məlumatlarında-xəritədə öz əksini tapmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır cavabdeh inzibati orqan iddiaya cavab verməli olan orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin KOD 30114018 JN:0072 saylı 30 mart 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş, Qusar rayonu Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən 6.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun və ailə üzvlərinin mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınması və adlarına müvafiq çıxarışın verilməsini istəyir. Cavabdeh isə imtinaya əsas kimi qeyd edir ki, JN-0072 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmamışdır və torpaq sahəsini almış subyektlərin adlı (DBF) siyahısında öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, JN 0072 KOD 30114018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 №li qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 6.54 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. Qusar rayon İmamqulukənd bələdiyyəsinin 06 may 2022-ci il tarixli 47 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı və ailə üzvləri X2, X3, X5in, X4 mülkiyyətinə torpaq islahatı zamanı JN: 0072 nömrəli (kod ********) Dövlət Aktına əsasən Qusar rayonunun Aşağı İmamqulukənd kəndi ərazisində 5.34 hektar əkin, 1.20 hektar çoxillik əkmələr olmaqla cəmi 6.54 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən ailə kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edir. İddiaçı vergi ödəyicisi olaraq İmamqulukənd bələdiyyəsində qeydə alınmış (YVÖK 471411xxxxxxx), torpaq vergiləri ödənilmiş xx.xx.2022 - ci il tarixinə torpaq və əmlak vergisi mövcud deyildir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, Qusar rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 saylı Qərarı Qusar rayon Dövlət Arxivində mövcuddur və Qusar rayonu, imamqulukənd kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmişdir. Həmin sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. ( Qusar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 489/80 saylı məktubu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-X16 Məsuliyyətli Cəmiyyətinin 18 yanvar 2023-cü il tarixli, 3-21-3-60/2-117/2023 saylı məktubu) Məhkəmənin 2-1(118)-318/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur : İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nədir? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli Qərarı ilə İddiaçı və onun ailə üzvlərinə ayrılmış torpaq sahəsinə uyğundurmu? (JN 0072, KOD 30114018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası nədən ibarətdir? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08 may 2023-cü il tarixli, 3-21-3-34/2-5732/203 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə araşdırmanın nəticəsi olaraq qeyd edilmişdir ki, İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları faktiki 5.34 ha və 1.2 ha olmaqla iki yerdə təyin olunmuşdur sxematik xəritə və ortofoto görüntüləri hazırlanmışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahələrinin koordinatları Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə ayrılmış torpaq sahələrinə uyğundur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 5.34 ha hissəsinin təyinatı, kateqoriyası - kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası - əkin, 1.2 ha hissəsinin təyinatı, kateqoriyası - kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası - çoxillik əkmələrə aiddir. Qeyd olunanlardan göründüyü kimi Qusar rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 saylı Qərarı Qusar rayon Dövlət Arxivində mövcuddur və Qusar rayonu, İmamqulukənd kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə ayrılmış torpaq sahələrinə uyğun olmaqla təyinatına uyğun istifadə olunur. Həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 JN-0072 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınmadığını və torpaq sahəsini almış subyektlərin adlı (DBF) siyahısında öz əksini tapmadığını bildirsə də elektron baza məlumatlarında-xəritədə öz əksini tapdığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Qusar rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1997-ci il tarixli 10 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin KOD 30114018 JN:0072 saylı 30 mart 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş, Qusar rayonu Aşağı İmamqulukənd kəndi ərazisində yerləşən 6.54 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adlarına müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar