Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3199/2023 28.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qusar rayon Qalacıq bələdiyyəsinə “Qusar rayonu Qalacıq kəndi ərazisində yerləşməklə РХ№ 0586775, reyestr nömrəsi **********06, qeydiyyat tarixi xx.xx.2015 olan Daşınmaz Əmlakın Dövlətreyestrindən Çıxarışa əsasən Qusar rayon Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar iddiaçıya satılması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Qusar rayon Qalacıq bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonunun Qalacıq kəndi ərazisində yerləşməklə RX №0586775, reyestr nömrəsi **********06, qeydiyyat tarixi xx.xx.2015 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayon Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılmaqla müvafiq sənədləşmə işlərinin aparılmasının cavabdeh Qusar rayonunun Qalacıq bələdiyyəsinə tapşırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonunun Qalacıq kəndi ərazisindən iddiaçıya 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılması üçün tərəfindən Qalacıq bələdiyyəsinin X12 filialındakı hesabına 14 dekabr 2012-ci il tarixdə 04 №-li qəbzlə 300 (üç yüz) manat məbləğində pul köçürülmüş və Qalacıq bələdiyyəsinə də həmin torpaq sahəsinə RX № 0586775, reyestr nömrəsi **********06, qeydiyyat tarixi xx.xx.2015 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra Qalacıq bələdiyyəsi tərəfindən guya torpaqların qiymətlərinin artması səbəbindən əlavə olaraq ondan 420 (dörd yüz iyirmi) manat məbləğində pulun bələdiyyə hesabına köçürülməsi tələb olunmuş və qeyd olunan məbləğdə pul köçürüldükdən sonra torpaq sahəsinin satılması barədə sənədləşmə işlərinin aparılacağı bildirilmişdir. Ona görə də xx.xx.2019- cu il tarixdə bələdiyyə hesabına əlavə olaraq 420 manat pul ödəmişdir. Lakin Qalacıq bələdiyyəsi tərəfindən qeyd olunan 0,06 ha torpaq sahəsinin ona satılması ilə əlaqədar müvafiq sənədləşmə işlərinin aparılması dəfələrlə yazılı və şifahi qaydada tələb edilsə də həmin işlərin aparılması təmin edilməmişdir. Ona görə də cavabdeh Qusar rayonunun Qalacıq bələdiyyəsinə 04 mart 2022-ci il tarixdə ərizə ilə müraciət edərək Qusar rayonun Qalacıq kəndi ərazisindən RX № 0586775, reyestr nömrəsi **********06, qeydiyyat tarixi xx.xx.2015 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış üzrə Qusar rayonunun Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılması ilə əlaqədar müvafiq sənədləşmə işlərinin aparılmasını xahiş etmiş və əks təqdirdə bununla əlaqədar müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət olunacağı barədə bildirmişdir. Cavabdeh tərəf ərizəyə cavab vermədiyinə görə təkrarən 14 mart 2022-ci İİ tarixdə həmin ərizəni poçt vasitəsilə xəbərnaməli məktubla göndərmiş, yalnız bundan sonra cavabdeh Qusar rayonu, Qalacıq bələdiyyəsi ərizəmə cavab vermiş və bildirmişdir ki, iddia etdiyi 0,06 ha torpaq sahəsi quya Qalacıq Bələdiyyəsinin 22 mart 2005-ci il tarixli, 06 saylı qərarı ilə həmin kənd sakini X3 fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyənin ilkin sənədlərinə əsasən satılmış, sonuncu 2007-ci ildə vəfat etdiyinə görə həmin torpaq sahəsi o vaxtdan hal-hazıra kimi mərhumun qardaşının ailəsinin istifadəsindədir. Bildirir ki, mübahisələndirdiyi 0,06 ha torpaq sahəsinə cavabdeh Qusar rayonu, Qalacıq bələdiyyəsinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixdə, yəni həmin torpaq sahəsinin alınması üçün tərəfindən bələdiyyənin hesabına 300 (üç yüz) manat pul köçürüldükdən sonra yuxarıda qeyd olunan Çıxarış verilmişdir. Belə olduğu halda həmin torpaq sahəsinin 2005-ci ildə digər şəxsə (mərhum X3) satılması qeyri-mümkündür. Göründüyü kimi, cavabdeh Qusar rayonu, Qalacıq bələdiyyəsi 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılmasından imtina etmək üçün müxtəlif bəhanələrə əl atır. Ona görə də həmin torpaq sahəsinin ona satılmaqla müvafiq sənədləşmə işlərinin aparılması cavabdeh Qusar rayonu, Qalacıq bələdiyyəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-407/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia mümkün sayılmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 323/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2-1(118)-407/2023 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəmənin icraatında olarkən iddiaçı iddia tələbini dəqiqləşdirməklə Qusar rayonu Qalacıq kəndi ərazisində yerləşməklə РХ№ 0586775, reyestr nömrəsi **********06, qeydiyyat tarixi xx.xx.2015 olan Daşınmaz Əmlakın Dövlətreyestrindən Çıxarışa əsasən Qusar rayon Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar iddiaçıya satılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı nümayəndəsi X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş əlavə olaraq bildirmişdir ki, 2012-ci ildə pul ödənilmişdir, qəbz var. 2015-də bütün xərc ödənilmişdir. Əvvəlki bələdiyyə sədri bildirib ki, qiymət qalxıb. 2019-da ikinci dəfə ödəniş olunub. Bələdiyyənin adına çıxarış var, 6 sotdur. Çıxarış olmasına baxmayaraq iddiaçıya satılmamışdır. Cavabdeh bildirmişdir ki, torpaq 2005-də guya satılıb, daha sonra isə bildirmişdir ki, 22 mart 2006-cı ildə satılıb. Eyni torpaqla bağlı iki ayrı cavab verib. Ayrı-ayrı torpaqlardır. İddiaçıda 6 sotdur və digər şəxsdə 8 sot. Digər torpaq hasarlanıb, ev tikilib, illərdir yaşayırlar. 2006-cı ildən qarşı tərəf istifadə edirsə necə olur 2012-də və 2019-cu ildə qəbz var, qarşı tərəfin sənədlərində imza yoxdur. 12 sot torpaq sahəsi mülkiyyətlərində olub, qızı il bölüb 6 sot və 6 sot. Mübahisəli torpaq sahəsi qarşısındakı torpaq sahəsidir, onların istifadəsində olub. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı iddia etdiyi, sözü gedən həmin 0.06 ha torpaq sahəsi Cavabdeh tərəfindən 17 mart 2006-cı il tarixində 03 nömrəli qərarı ilə Qalacıq sakini X3 fərdi yaşayış evinin tikintisi məqsədilə satılmışdır. Hal-hazırda həmin torpaq sahəsi hasarlanmışdır. Mülkiyyətçisi X5 vəfat etdiyinə görə onun vərəsələri tərəfindən istifadə olunur. Məhkəmə iclasında cavabdeh Qusar rayon Qalacıq bələdiyyəsinin sədri X11 iştirak etmiş, iddiaya etirazı müdafiə etmiş əlavə olaraq bildirmişdir ki, o, 2020-ci ildən işləyir. Bu mübahisə 2002-ci ildən var. Torpaq mübahisəli olub. 2006-cı ildə torpaq sahəsi bələdiyyə qərarı ilə mərhum Qədirov Əfsəddinə satılmışdır. Qədirov vəfat etmişdir. Eyni torpaq sahəsidir. İddiaçıya torpaq satılmamışdır. Dövlər arxivində torpaq sahəsinin Qədirov Əfsəddinə satılması ilə bağlı sənədlər var. İddiaçnın ödəniş qəbzi var, torpaqayırma qərarı yoxdur. Aktdan məlumatı var. Ondan əvvəl olan mübahisədir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, iddiaçı Qusar rayonu Qalacıq kəndi ərazisində yerləşməklə РХ№ 0586775, reyestr nömrəsi **********06, qeydiyyat tarixi xx.xx.2015 olan Daşınmaz Əmlakın Dövlətreyestrindən Çıxarışa əsasən Qusar rayon Qalacıq bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar iddiaçıya satılmasını istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı iddia etdiyi, sözü gedən həmin 0.06 ha torpaq sahəsi Cavabdeh tərəfindən 17 mart 2006-cı il tarixində 03 nömrəli qərarı ilə Qalacıq sakini X3 fərdi yaşayış evinin tikintisi məqsədilə satılmışdır. Hal-hazırda həmin torpaq sahəsi hasarlanmışdır. Mülkiyyətçisi X5 vəfat etdiyinə görə onun vərəsələri tərəfindən istifadə olunur. İş materialları ilə müəyyən edilir ki, Qusar rayon Qalacığ kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi Qusar rayon Qalacıq bələdiyyəsinin mülkiyyətindədir. (RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********06, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci l olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Qusar rayon Qalacıq bələdiyyəsinin 16 dekabr 2022-ci il tarixli, 76 saylı məktubu ilə Qusar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 462 saylı arxiv arayışı, X3 17 mart 2006-cı il tarixli, 03 nömrəli qərar ilə ev tikmək məqsədilə 0.08 ha torpaq sahəsinin satılması barədə Qusar rayon X6, 05 may 2005-ci il tarixli qəbzin surəti, torpaqların alqısatqısına dair tərtib edilmiş akt məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı torpaq sahəsinin alınmasına görə ödədiyi vəsaitə görə, Qalacıq bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması barədə heç bir bələdiyyə qərarı qəbul edilməmiş, Qusar rayonun Qalacıq kəndi ərazisindən həyətyanı torpaq sahəsi ayrılmamışdır. (Qusar rayon Qalacıq Bələdiyyəsinin 26 sentyabr 2023-cü il tarixli, 76 saylı məktubu) Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Qalacıq bələdiyyəsinin sədri N.Sevzixanov, sədr müavini E.Ağayev və bələdiyyə üzvləri D.Abdulhəmidova , T.Babayev və V.Mehrəliyev tərəfindən akt tərtib edilmişdir. Akta imza edənlər təsdiq etmişdirlər ki, mübahisəli olduğu 0,08 ha həyətyanı torpaq sahəsi 22 mart 2005-ci il tarixli 06 nömrəli qərarı ilə X3 Qalacıq bələdiyyəsi tərəfindən satılmışdır. Qəbz № 06 05 may 2005-ci il tarixində 500 000(beş yüz min) torpaq haqqı Qalacıq bələdiyyəsinin hesabına Kapital bank ASC Qusar filialında köçürülmüşdür. Buna baxmayaraq Dövlət Torpaq və X7 rayon şöbəsi tərəfindən Qalacıq kənd sakini X1 0,08 hektar həyətyanı torpaq sahəsi mübahisəli olduğuna görə alqı-satqı sənədlərin təsdəqi təxirə salınmışdır və hətta torpaq sahəsinin satılması məsələsinə müvafiq araşdırma apardıqdan sonra baxıla bilər demişdir. Ona görə də vətəndaşı kəndin perspektiv inkişafına aid torpaq sahəsindən təmin olunmasını tövsiyyə etmişdir. Bundan sonra Qalacıq kənd sakini İddiaçı həmin həmin mübahisəli torpaq sahəsini alqı-satqı məqsədilə 14 dekabr 2012-ci il tarixində Qəbz № 04 300 (üç yüz) manat torpaq haqqı olaraq Kapital bank ASC Qusar filialındakı Qalacıq bələdiyyəsinin hesabına ödəmişdir. Qalacıq bələdiyyəsi də həmin torpaq sahəsinə xx.xx.2017-ci ildə RX № ******* hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Hərracdan sonra torpaq haqqı qalxdığı üçün əlavə 420 (dörd yüz iyrmi) manat Qəbz № TT**********490420 xx.xx.2019-cu il tarixdə Kapital bank Qusar filialındakı Qalacıq bələdiyyəsinin hesabına ödəmişdir. Mübahisəli olduğuna görə Qalacıq bələdiyyəsi həmin torpaq sahəsini hərrac yolu ilə satılması məqsədə uyğun hesab etmişdir. JN 119A, KOD 30115018 torpağın mülkiyyətə verilməsi dair şəhadətnaməyə əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 2001-ci il tarixli 11 saylı Qərarı ilə 0.12 ha torpaq sahəsi İddiaçı Sevləddin oğlunun mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsinə bitişik ərazidən 0.06 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsini istəyir. “X8 Edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri: 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.https://e-qanun.az/framework/2803 9.7. Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. Göründüyü kimi bələdiyyələrin torpaq sahəsi ayırmaları ilə bağlı onlara müvafiq diskression səlahiyyətlər verilsə də, bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi üçün qanunvericiliklə tənzimlənmiş prosedur qaydalar mövcuddur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçıya istədiyi torpaq sahəsinin ayrılması ilə bağlı cavabdeh tərəfindən müəyyən hərəkətlər edilsə də, qanunvericiliyə uyğun hərəkətlər tam həyata keçirilməmiş, inzibati orqanın düzgün olmayan fəaliyyəti nəticəsində torpaq sahəsindən faktiki istifadə ilə bağlı mübahisə yaranmış, sənədləşmə işləri tam həyata keçirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının istədiyi torpaq sahəsi ilə bağlı konkret qərar etmək mümkün deyil. Lakin məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qanunsuz fəaliyyəti nəticəsində iddiaçının hüquqları pozulmuş, o müvafiq ödənişlər etmiş, etimad hüququ pozulmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Bələdiyyə üzvlərinin dəyişilməsi həmin bələdiyyənin əvvəldən götürdüyü öhdəliklərin qüvvədən düşməsinə səbəb ola bilməz. İşin hallarından görsənir ki, bələdiyyənin vəzifəli şəxslərinin hərkətlərində cinayət tərkibi vardır, onlar torpaq sahələrinin satışını qanunvericiliyin tələblərinə uyğun həyata keçirməmiş, vətəndaşların hüquqlarını pozmuşlar. Lakin məhkəmə qeyd edir ki, bələdiyyələrə torpaq sahəsinin satışı ilə bağlı qanunvericilikdən irəli gələn diskressiaon səlahiyyətlər verilmiş, həmin səlahiyyətlərə uyğun olaraq cavabdeh bələdiyyə tərəfindən iddiaçının müraciətinə yenidən baxılmalıdır. Cavabdehin nümayəndəsi mübahisəli torpaq sahəsinin iddiaçıya yox, mərhum X3 ayrıldığını bildirsə də, bələdiyyənin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış torpaq sahəsinin 0.06 ha olması, X3 ayrılmış torpaq sahəsinin 0.08 ha olması, müvafiq səlahiyyətli şəxslərin imzaların tam olmaması, əvvəlki bələdiyyə üzvləri tərəfindən müvafiq aktın tərtib edilməsi, iddiaçıdan torpaq sahəsinin satışı ilə bağlı pul məbləğinin qəbul edilməsi cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadığına görə məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq cavabdeh inzibati orqan mərhum X3 0.08 ha torpaq sahəsinin ayrılması və İddiaçı torpaq sahəsi ayrılması ilə bağlı halları yenidən araşdırmalı, (eyni zamanda məhkəmənin müvafiq xüsusi qərarı nəzərə alınaraq, cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olubolmaması müvafiq cinayət təqibi orqanı tərəfindən də araşdırılmalıdır) iddiaçının tələbinin təmini ilə bağlı müvafiq hərəkətlər etməli, bu mümkün olmadıqda iddiaçıya onun razılığı ilə başqa torpaq sahəsinin ayrılması ilə bağlı tədbirlər görməli, bu da mümkün olmadıqda iddiaçıya vurulmuş ziyanla bağlı ona müvafiq kompensasiya ödəməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, İddiaçı müraciətinə yenidən baxılması Qusar rayon Qalacıq bələdiyyəsinə həvalə edilsin. (Cavabdeh inzibati orqan mərhum X3 0.08 ha torpaq sahəsinin ayrılması və İddiaçı torpaq sahəsi ayrılması ilə bağlı halları yenidən araşdırmalı, (eyni zamanda məhkəmənin müvafiq xüsusi qərarı nəzərə alınaraq, cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olubolmaması müfaiq cinayət təqibi orqanı tərəfindəndə araşdırılmalıdır) iddiaçının tələbinin təmini ilə bağlı müvafiq hərəkətlər etməli, bu mümkün olmadıqda iddiaçıya onun razılığı ilə başqa torpaq sahəsinin ayrılması ilə bağlı tədbirlər görməli, bu da mümkün olmadıqda iddiaçıya vurulmuş ziyanla bağlı ona müvafiq kompensasiya ödəməlidir.) Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3199/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3199/2023
28.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver