Məhkəmə qərarları › İş №2-1(118)-32/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-32/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-32/2020 22.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibatiMəhkəməsi, Sumqayıt İnzibatiMəhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3rşı “Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx xxxxxx 2018-ci il tarixli, **********47 saylı məktubu ilə iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmiş, Xaçmaz rayonu, Xudat kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində, Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində, Xaçmaz rayonu, Qusarçay bələdiyyəsi ərazisində yerləşən 0.34 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Xudat bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində 0.12 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları xx xxx 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydiyyata alınmışdır. Bundan başqa, Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə Xaçmaz rayonu, Xudat şəhəri ərazisində 0.47 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının xx xxx 2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydə alınmışdır. Bundan başqa iddiaçı Xaçmaz rayonu Qusarçay bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli 3/3 saylı Qərarına uyğun olaraq həmin bələdiyyə ilə bağlanılan xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair Akt əsasında Xaçmaz rayonu Qusarçay bələdiyyəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.34 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün satın almış və dəyərini tam ödəmişdir. Qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın, eləcə də torpaq sahəsinin plan və ölçüsünün alınması üçün AR DƏK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 müraciət etmişdir. Cavabdeh təşkilat hər üç torpaq sahəsi ilə bağlı iddiaçının müraciətlərinə xx.xx.2018-ci il tarixli məktubla cavab verərək həmin ərizələrinin icrasından imtina etmişdir. həmin imtina məktublarında qeyd olunmuşdur ki, göstərilən torpaq sahələrinin cizgiləri idarənin elektron məlumat bazasında öz əksini tapmamışdır. Aşağıda göstərilənlərə əsasən Xaçmaz rayonu, Xudat kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində, Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində, Xaçmaz rayonu, Qusarçay bələdiyyəsi ərazisində yerləşən 0.34 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X5 həvalə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Topraq Məcəlləsinin 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ vardır. Həmin məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsiŞ alqı-satqısı əsasında yaranır. Həmin məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanılan müqavilələr əsasında yaranır. Azərbaycan Respublikasının Mülki Məcələsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Bununla bağlı bildirilmişdir ki, qeyd olunan tikililər üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmaması iddiaçının hüquqlarını pozur. Ona görə də iddia təmin olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən 2006-cı ilin iyul ayının 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Odur ki, iddia tələbi təmin edilməli, mülkiyyət hüquqları qeydiyyata alınaraq müvafiq çıxarış verilməlidir. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-471/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddanın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3rşı hazırki iş üzrə iddiasına Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsi tələbinə dair hissədə baxılması qərara alınmışdır. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı, Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 xx.xx.2018-ci il tarixli tarixində ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar təqdim edilmiş JN-1160 (KOD 30219088) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı 5 saylı X4 elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nın Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bundan əlavə müəyyən olunmuşdur ki, faktiki istifadə olunan torpaq sahəsinin koordinatları 5 saylı X4 elektron məlumat bazasında olan xəritəyə əsasən kəndin təsərrüfatının sərhədindən kənarda yerləşir və xəritə üzərində həmin ərazinin uqodiyası göstərilməmişdir. Həmin torpaq sahəsi dövlət reyestrindən çıxarışla məxsus digər torpaq sahəsi ilə kəsişir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizəsinin icrasından xx.xx.2018-ci il tarixli, **********48 nömrəli məktubla imtina olunmuşdur. İddiaçı, Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 xx.xx.2018-ci il tarixli tarixində ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar təqdim edilmiş JN-653 (KOD 30202004) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı 5 saylı X4 elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nın Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bundan əlavə müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi 5 saylı X4 elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizəsinin icrasından xx.xx.2018-ci il tarixli, **********47 nömrəli məktubla imtina olunmuşdur. İddiaçı, Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən 0.34 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X5 xx.xx.2018-ci il tarixli tarixində ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Xaçmaz rayonu Qusarçay Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 3/3 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə ayrılmış 0.34 ha torpaq sahəsi 5 saylı X4 elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizəsinin icrasından xx.xx.2018-ci il tarixli, **********46 nömrəli məktubla imtina olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında tərəflər iştirak etməmişlər, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-471/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 2203 saylı ekspert rəyində əks olunmuş tədqiqatın nəticəsinə əsasən, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin naturadakı koordianatları müəyyən edilmişdir. Lakin JN-0653, KOD 30202004 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı vahid elektron baza məlumatlarında öz əksini tapmadığından həmin torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aid olub təmiz suvarılan əkin sahəsinə aid olduğu müəyyən olunmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının özündə mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud olsada, dövlətin müvafiq orqanında bunula bağlı hər hansı bir məlumat saxlanılmamışdır. Məhkəmə ekspertizası zamanı isə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olub təmiz suvarılan əkin sahəsinə aid olduğu müəyyən olunmuşdur. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Məcəllənin 12-ci maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə dair çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Ekspertiza xərci iddiaçıya aid edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar