Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-32/2021 03.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı X1rşı “İddiaçı Şamaxı Rayonu, Meysəri Bələdiyyə Başçısının xx xxxxxxx 2005-ci il tarixli 11 saylı qərarı ilə ev tikmək üçün satılmış Meysəri kəndində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, müvafiq texniki sənədlərin tərtib olunmasını və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestridən çıxarışın verilməsini vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirdi ki, o, xx.xx.2005-ci il tarixdə Şamaxı Rayonu, Meysəri Bələdiyyəsinə ərizə ilə müraciət edərək ev tikmək üçün torpaq sahəsini almaq istədiyini bildirmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri M.Əfəndiyev tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 17-7-1348a rəyə əsasən İddiaçı ev tikmək məqsədilə 0,10 ha torpaq sahəsinin satılması nəzərdə tutulan torpaq sahəsi, Meysəri Bələdiyyəsinin mülkiyətindədir, satılan torpaq sahəsi kəndin perspektiv inkişafına kənd təsərrüfatı üçün yararsız olmaqla, alqı-satqı predmetidir və İddiaçı satılması məqsədə müvafiqdir. Meysəri Bələdiyyə başçısının xx xxxxxxx 2005-ci il tarixli, 11 saylı qərarı ilə ev tikmək üçün Meysəri kəndində yerləşən 0,10 ha torpaq sahəsinin İddiaçı alqı-satqı qaydasında satılması qərara alınmışdır. Həmin gün Meysəri Bələdiyyəsinin başçısı R.Əlqəməyev və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri M.Əfəndiyevin iştirakı ilə 0,10 ha torpaq sahəsinin İddiaçı alqı-satqısma dair akt tərtib edilmişdir. Həmin torpaq sahəsinin planı və ölçüsü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2008ci il tarixdə 3082 nömrə ilə uçota alınmışdır. xx.xx.2019-cu il tarixdə İddiaçı verilmiş torpaq sahəsinin qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi ilə bağlı tərəfimdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X4 müraciət olunmuşdur. Həmin idarə tərəfindən müraciətinə verilmiş xx xxxx 2019-cu il tarixli **********15 nömrəli cavab məktubunda göstərilmişdir ki, Şamaxı rayonu, Meysəri Bələdiyyəsi tərəfindən satılmış torpaq sahəsi Ərazi idarəsinin elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsidir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin, Azərbaycan Respublikası “Torpaq məcəlləsi”nin 12.3, 12.4, 13.1 və 16.3-cü maddələrinin tələbləri pozulmaqla alqısatqı olunmuş, buna görə də müraciətin icrası qeyri-mümkün hesab olunmuşdur. Hesab edir ki, DƏDRX-in 14 saylı X3 bu hərəkəti qanunsuzdur. İlk növbədə qeyd etmək istəyir ki, 14 saylı X3 müraciətinə verilmiş xx xxxx 2019-cu il tarixli **********15 nömrəli cavab məktubunda göstərilmiş torpaq sahəsinin qeydiyyata alınması və reyestrdən çıxarış verilməsindən imtina halı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 15-ci maddəsində qeyd olunan hüquqların dövlət qeydiyyatından imtina hallarında nəzərdə tutulmamışdır. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri M.Əfəndiyev tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı ev tikmək məqsədilə 0,10 ha torpaq sahəsinin satılması nəzərdə tutulan torpaq sahəsi Meysəri Bələdiyyəsinin mülkiyətindədir, satılan torpaq sahəsi kəndin perspektiv inkişafına kənd təsərrüfatı üçün yararsız olmaqla, alqı-satqı predmetidir və İddiaçı satılması məqsədə müvafiq hesab edilmiş, bundan sonra İddiaçı tərəfindən Şamaxı rayon Meysəri Bələdiyyəsi Başçısının qərarına əsasən 0,10 ha torpaq sahəsi alınmışdır. Beləliklə, İddiaçı satılan torpaq sahəsinin örüş sahəsi olması və alqı-satqının mümkün olmaması ona məlum olmamış və belə olan halda o, Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən vicdanlı əldə edən olmaqla aldığı torpaq sahəsinin mülkiyyətçisi hesab olunmalıdır. Qeyd etmək istəyir ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.” Məlum olduğu kimi, Dövlət Torpaq Kadastrı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələri tərəfindən aparılmış və müvafiq məlumatlar daşınmaz əmlakın Dövlət reyestrini aparan Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi x xxxxxx 2015-ci ildə ləğv edildikdən sonra, Dövlət X5 Məsələləri Dövlət Komitəsi tərəfindən bilavasitə aparılır. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı tərəfindən alınmış torpaq sahəsi 2008-ci ildə Dövlət Torpaq Kadastrı kitabında qeydə alınmış və bu barədə məlumat ƏMDK-nm yanında DƏDRX-nm 14 saylı X3 elektron baza məlumatlarına daxil edilmişdir. İddiaçı satılmış torpaq sahəsinin 11 il bundan əvvəl elektron bazada olmasına baxmayaraq, bu müddət ərzində 14 saylı X6 bunu aşkar etməmiş, yalnız xx xxxx 2019-cu il tarixdə mən torpaq sahəsinə reyestrdən çıxarış verilməsini xahiş etdikdə, torpaq sahəsi “örüş” sahəsinə çevrilmişdir. Bununla yanaşı qeyd etmək istəyir ki, İddiaçı satılmış torpaq sahəsindən 20 metr məsafədə paralel olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları tərəfindən bir neçə ev tikilmişdir. O da olan məlumata görə, İddiaçı satılmış torpaq sahəsi adıçəkilən universitetin əməkdaşlarına verilmiş torpaq sahələrindən eyni vaxtda və eyni ərazidən verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X1rşı ” torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanınması, müvafiq texniki sənədinin tərtib olunmasını və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması“ tələbinə dair iddia ərizəsini əsassız hesab edirik. Məlumat üçün bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X6 tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı məxsus Şamaxı rayon Meysəri kəndində yerləşən Meysəri Bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli 11 saylı qərarı ilə həyətyanı məqsədilə ayrılmış 0.10 ha torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəsmi olaraq Reyestr Xidmətinə təqdim olunmuş lektron baza xəritəsində örüş torpaqları kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.3. maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında ” Azərbaycan Respublikası Qanununun 7.2. maddəsinə əsasən ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. İddiaçı ayrılmış torpaq sahəsi qanunvericiliyin tələblərinə əsasən alqı-satqı predmeti olmadığına görə, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. İddiaçı ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X1rşı iddiası əsassız olduğu üçün rədd olunmasını məhkəmədən xahiş edirlir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın **********15 saylı, xx xxxx 2019-cu il nömrəli imtina məktubu, **********43 saylı, xx xxxxxxxx 2019-cu il nömrəli etirazı, Meysəri Bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli, 11 saylı qərarın surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 17-7-1348a rəyin surəti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********32 nömrəli mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasını tələb etdiyi müvafiq torpaq sahəsinin təyinatı kənd təsərrüfatlı örüş torpaq sahələri olduğundan, ərizəsinin icrası mümkün olmamışdır. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş müvafiq mütəxəssis rəyi alınmış və məlum olmuşdur ki, İddiaçı nümayəndəsinin və bələdiyyə sədrinin naturada göstərdiyi torpaq sahəsi (0.10 ha) elektron məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpağıdır. Həmin rəydə bildirilmişdir ki, A 064252 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən sözü gedən (0.10 ha) torpaq sahəsi elektron məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpağı kateqoriyasına düşür. Göründüyü kimi ekpertiza nəticəsində iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin təyinatı örüş torpaqlarına aid olmaqla kənd təsərrüfatı torpaqlarında olması müəyyən olmuşdur. Ona görə də müvafiq torpaq sahəsi alğı-satqı predmeti ola bilməz. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş və bu hal məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində də öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı X1rşı “İddiaçı Şamaxı Rayonu, Meysəri Bələdiyyə Başçısının xx xxxxxxx 2005-ci il tarixli 11 saylı qərarı ilə ev tikmək üçün satılmış Meysəri kəndində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, müvafiq texniki sənədlərin tərtib olunmasını və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestridən çıxarışın verilməsini vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası əsassızdır və təmin edilməməlidir. Eyni zamanda ekspertizanın keçirilməsinə dair aparılmış tədqiqatların dəyəri olaraq 67.20 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********1, Hesab AZ23AİİB******************** olan “xxxx” MMC-nin hesabına ödəməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı X1rşı “İddiaçı Şamaxı Rayonu, Meysəri Bələdiyyə Başçısının xx xxxxxxx 2005-ci il tarixli 11 saylı qərarı ilə ev tikmək üçün satılmış Meysəri kəndində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, müvafiq texniki sənədlərin tərtib olunmasını və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestridən çıxarışın verilməsini vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Mütəxəssis rəyinin verilməsinə dair aparılmış tədqiqatın dəyəri olaraq 67.20 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********1, Hesab AZ23AİİB******************** olan “xxxx” MMC-nin hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-32/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-32/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver