Məhkəmə qərarları › İş №2-1(118)-32/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-32/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-32/2023 10.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı nümayəndəs və vəkili X8, Üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “atası X22 məxsus torpaq sahəsi üzrə cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X11 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “atası X22 məxsus torpaq sahəsi üzrə cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X11 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və 3-cü şəxslər 1. Sumqayıt ş., 4 saylı Notariat ofisinə; 2. X5; 3. X14; 4. X18 qarşı, onun tərəfindən aşağıdakı məzmunda iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Sumqayıt İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı ilə atası- X28 arasında bağlanmış 21 avqust 19985-ci il tarixli 5000 saylı icarə Müqaviləsinə əsasən Növzxanı bağlar masivindəki 0,22 ha torpaq sahəsi bağçılıq təsərrüfatı üçün bizim ailənin istifadəsinə və sahibliyinə verilmiş və müqavilə 10 il müddətinə bağlanmışdır. Bundan sonra, atası tərəfindən verilmiş 20 fevral 1990-cı il tarixli razılıq ərizəsinə əsasən istifadəsində və sahibliyində olan 0,22 ha torpaq sahəsinin 0,11 hə hissəsinə X23 adına 14 iyun 1990-cı il tarixli icarə müqaviləsi verilmiş və həmin vaxtdan da bağırı həmin hissəsi onun ailəsinin sahibliyinə və istifadəsinə keçmiş, eyni zamanda bizə verilmiş bağ sahəsinin icarə müqaviləsi də qeyd olunan tarixdən yenilənərək müqavilənin üzərində də müvafiq qeyd aparılmışdır. Beləliklə, 1985-ci il tarixli Müqavilə üzrə, 0,22 ha bağ sahəsi 14 iyun 1990-cı il tarixədək bizim sahibliklərində və istifadələrində olmuş, qeyd olunan tarixdən 2020-ci ilin avqust ayınadək isə, həmin bağın 0,11 ha hissəsi ailəmizin sahibliyində və istifadəsində olmuşdur. Azərbaycan Respublikasının 1994-cü il tarixdə qəbul edilmiş Torpaq Məcəlləsinə və 1996-cı il tarixdə isə qəbul edilmiş “Torpaq İslahatı haqqlnda” Qanununa əsasən vətəndaşların istifadəsində və sahibliyində olan torpaq sahələri və bağçılıq təsərrüfatları əvəzsiz olaqar onların mülkiyyətinə verildiyindən həmin tarixlərdən də hər hansı müqavilələrin başlanılması zərurətinin olmadığı bizə bildirilmişdir. 1996-cı və 1997-ci illərdən başlayaraq atası tez-tez xəstələndiyindən və 2006-cı ilin mart ayında vəfatı ilə əlaqədar olaraq, həmçinin maliyyə çətinliyi ilə əlaqədar olaraq, istifadələrində və sahibliklərində olan bu torpaq sahəsinin adlarına dövlət qeydiyyatına alınması üzürlü səbəblərdən mümkün olmamışdır. Nəhayət, 15 oktyabr 2019-cu il tarixdə, Sumqayıt şəhəri, Sumqayıt Bələdiyyəsinin Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsindən istifadəmizdə və sahibliyimizdə olan 3706 saylı bağ sahəsinin Texniki Pasportu əldə edilmiş və bu bağın vərəsəlik qaydasında adıma keçirilməsi üçün müvafiq prosessual hərəkətlər həyata keçirilməyə başlanılmış və bu məqsədlə, atamdan miras əmlakın qəbulu üçün Sumqayıt şəhəri 3 saylı Notariat ofisinə ərizə ilə müraciət edilmişdir. Bununla yanaşı, 2020-ci ilin iyul ayında bağda olarkən mənə məlum olmuşdur ki, bağın bir hissəsi X7 tərəfindən zəbt edilərək həmin sahədə tikinti işləri aparılmaqdadır. Bununla əlaqədar olaraq, tərəfindən dərhal Sumqayıt şəhər Məhkəməsinə müraciət olunaraq, cavabdeh X4 həyata keçirdiyi tikililəri öz hesabına sökməklə, zəbt etdiyi və iddiaçıya məxsus bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edilməklə yanaşı, eyni zamanda, iddianın təmini tədbiri kimi, ərizə Nə məhkəməyə müraciət olanaraq, mənə məxsus, Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3706 saylı ünvQnda yerləşən bağ şahəmdə, tikinti işlərinin aparılmasının cavabdeh X5 və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərardadı ilə, tərəflərindən təqdim edilmiş ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 1 ünvanda yerləşən bağ sahəsində tikinti işlərinin aparılması cavabdeh X9 pğlqna və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin bu qərardadından apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarddı ilə, Cavabdeh S.N.Qardaşxanovun verdiyi şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 05 avqust 2020-cı il tarixli, 2(060)-4611/2020 saylı qərardadı cavabdeh S.N.Qardaşxanova münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Elə bu ərəfədə də, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi və Sumqayıt şəhəri, 4 saylı notariat ofisində həyata keçirilən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən məlum olmuşdur ki, "Satıcı, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4308V ünvanda yerləşən ümumi sahəsi 0,0991 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,03 ha torpaq sahəsini 7000 manata X1 və bu torpaq sahəsi- ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X11 verilmiş **********82 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,0991 ha Satıcıya məxsusdur. Bundan başqa, həmin alqı-satqı müqaviləsindən o da məlum olur ki, X19, faktiki olaraq Moskva şəhəri, Biryulevskaya küçəsi ev 32, mənzil 4 ünvanda yaşayır və alqı-satqı zamanı onun adından verilmiş etibarnamə üzrə, Sumqayıt, H.Zeynalabdin qəs., SKZ yat-2 ünvanda pasport qeydiyyatında olan X25 çıxış etmiş və ona belə bir etibarnamə, Sumqayıt şəhəri, 4 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmişdir. Bununla yanaşı, Vəkilimiz Nümayəndə tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinə ünvünlanmış müraciəti əsasında, ona göndərilmiş 27 noyabr 2020- ci il tarixli, 3456 saylı cavab məktubundan məlum olmuşdur ki, eynilə X9-oğlu ilə aparılan alqısatqı müqavilələri üzrə olduğu kimi, birinci alqı-satqıdan sonra, X2 qalan 0,0691 ha torpaq sahəsinin 0,04 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 10500 manata X15 və yerdə qalan 0,0291 hə hissəsi isə, 30.03,2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında, ünvan 4 ünvanda qeydiyyatda olan X3 və bu alqı satqı üzrə də X10 adından həmin X26 çıxış etmişdir. Göstərilənlərdən əlavə, Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən Vəkilləri Nümayəndə Göləhməd oğluna ünvünlanmış 27 noyabr 2020-ci il tarixli, 3456 saylı cavab məktubundan oda məlum olmuşdur ki, X19 tərəfindən ilkin olaraq Etibarnamə, ünvan 5 ünvanda qeydiyyatda olan X12 adına, xx.xx.2019-çu il tarixdə 1 il müddətinə, RF, Moskva Vil., Zveniqorod notariusunda, NC)T. P.N.Qriqoryevna tərəfindən verilmiş və bu etibarnamə əsasında da, 4 saylı notariat ofisi tərəfindən X20 xx.xx.2019-cu il tarixli etibarnamələr ilə yuxarıda qeyd olunan alqı-satqı müqavilələri həyata keçirilmişdir. Lakin, həmin Etibarnamənin təsdiq olunmuş surətinin onlara təqdim olunması barədə həm 4 saylı notariat ofisinə, həmçinin də Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə olunan sorğuları isə cavabsız qalmışdır. Bu cür əməliyyatın həyata keçirilməsini qanunsuz hesab edir, istisna etmirlər ki, X19 tərəfindən X16 verilmiş qeyd olunan etibarnamə saxtadır. Yəni, 3 ildən artıq müddətdir ki, həmin torpaq sahəsinin onların istifadələrində və sahibliklərində olmasına baxmayaraq, qış aylarında, torpaq sahəsi sahibsiz qaldığı müddətlərdə həmin torpaq sahəsinə heç bir aidiyyəti olmayan sənədlərlə onların torpaq sahələri faktiki olaraq zəbt edilərək tərtib edilmiş saxta sənədlərlə X10 adına dövlət reyestrindən çıxarış alınmış və törətdikləri bu cinayət əməlinin izinin itirilməsi məqsədi ilə də, həmin torpaq sahəsinin ayrı-ayrı şəxslərə olmaqla dərhal özgəninkiləşdirilməsi həyata keçirilmişdir. Ona görə də hesab edir ki, ona məxsus torpaq sahəsi koordinatlarında, X10 tam mülkiyyət hüququnu təsdiq edən 0,0991 ha torpaq sahəsi üzrə adına verilmiş reyestrdən çıxarış ləğv edilməli və həmin çıxarış əsasında həyata keçirilmiş bütün əməliyyatlar etibarsız hesab edilməklə, X21 vərəsəsi kimi, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 0,11 ha ölçüdə olan 3706 saylı bağ sahəsinin dövlət qeydiyyatına alınması və həmin sahəyə onun adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması bərədə məhkəmə qərarı çıxarılmalıdır. Onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisə üzrə iş Sumqayıt şəhər Məhkəməsinin icraatında olduğu müddətdə yuxarıda qeyd olunan məsələlər müəyyən edildikdən sonra məlum olmuşdur ki, mübahisəyə aidiyyəti üzrə İnzibati Məhkəmədə baxılmalı olduğundan, ərizə ilə məhkəməyə müraciət olunaraq iddia ərizəsinin geri qaytarılması və bu barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. Bununla əlaədar olaraq Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli qərardad qəbul edilmiş, həmin qərardad sənədlərlə birgə bizə xx.xx.2020-ci il tarixdə təqdim edilmiş və dərhal da tərəflərindən, qoşmalar də əlavə edilmklə, yeni iddia ərizəsi ilə Sumqayıt inzibati Məhkəməsinə müraciət olunmuşdur. İddiaçı nümayəndəs və vəkili X13 məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının nümayəndəsi və vəkilinə həmin normanın tələblərinə uyğun olaraq müvafiq yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmiş edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının tələblərinə uyğun olaraq iddiaçının nümayəndəsi və vəkilinə iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, İddiaçı nümayəndəs və vəkili X13 işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı iddia ərizəsində mübahisə predmeti olan Sumqayıt şəhəri, Novxanı bağları massivində yerləşən torpaq sahəsinin Sumqayıt İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı ilə X28 arasında bağlanmış 21 avqust 1985-ci il tarixli 5000 saylı icarə müqaviləsi ilə mərhum atası X24 verildiyini qeyd etmişdir. Hazırki iddiada iddiaçı mərhum atası X22 məxsus torpaq sahəsi üzrə cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X11 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin ləğv edilməsini istəyir. Bu səbəbdən iddiaçı sözügedən çıxarışın ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçı, atasının vəfatından sonra sonunucunun istifadəsində və sahibliyində olan yaşayış sahəsi üzərində hüquqların qeydiyyata alınmasına nail olmaq istəyir. Lakin o, hazırki iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. İş materiallarından iddiaçının atasının qanun və ya vəsiyyət üzrə vərəsəsi olması sübuta yetirilmir. İnzibati məhkəmə icraatı zamanı məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkilindən dəfələrlə vərəsəlik haqqında şəhadətnamənin təqdim edilməsi tələb edilsə də, iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddiaçının atasının qanun və ya vəsiyyət üzrə vərəsəsi olmasına dair sənəd təqdim edilməmiş, məhkəmə iclaslarının lüzumsuz təxirə salınmasına əsas olmuşdur. Sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili notariat orqanı tərəfindən ona vərəsələrin dairəsinin müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir. Qeyd olunanlarla iddiaçının atası X21 vərəsəsi olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, işə baxan məhkəmə mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını əsaslandırmalı, sonra isə subyektiv hüququ 3 elementin məcmusu kimi qiymətləndirməlidir: öz hərəkətinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mübahisə predmeti olan torpaq sahəsin və fərdi yaşayış evinə dair iddiaçının hər hansı hüququnun pozulması, həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində subyektiv hüquqlara malik olması məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “atası X22 məxsus torpaq sahəsi üzrə cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X11 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar