Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-32/2024 29.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayonu, Sis kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı rayonu, Sis kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 9 yanvar 2006-cı ildə Dövlət Torpaq Komitəsinin Şamaxı rayon şöbəsinin hazırladığı rəy və sənədləri əsasında Şamaxı rayonu Sis kənd bələdiyyəsinin alqı-satqı predmeti olan torpaqdan 0,5 ha tikinti altı, 45 ha kənd təsərrüfatı təyinalı torpaq almışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər altı-satqıda əsas meyar kimi nəzərə alınmışdır. İddiaçı ilə Şamaxı rayonu Sis kənd bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır və həmin torpaqlara görə tərəfindən bələdiyyənin fonduna 4430,0 (dört min dört yüz otuz) manat haqq ödənilmişdir. Tərəfindən cavabdehə Şamaxı rayonu Sis kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və kadastrın verilməsi ilə əlaqədar rəsmi müraciət olunmuş, lakin cavabdeh 23 sentyabr 2021-ci il tarixli **********96 saylı məktubla imtina etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ünvanladığı teleqramda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı məxsus Şamaxı rayon Sis kəndində yerləşən Şamaxı rayon Sis bələdiyyəsinin 09 yanvar 2006-cı il tarixli, 1/1 saylı qərarı ilə mülkiyyətinə tikinti məqsədilə 0,50 ha, kənd təsərrüfatı məqsədilə 4,5 ha satılmış torpaq sahəsinin bir hissəsi baza xəritəsində kənd təsərrüfatı təyinatlı kollu örüş, digər hissəsi isə meşə fondu torpaqları kimi qeyd olunmuşdur. Bundan əlavə qeyd olunan torpaq sahəsinin 3,0 ha hissəsi elektron baza xəritəsində digər şəxsin adına qeyd olunmuşdur. İş materiallarında olan: - Şamaxı rayon Sis bələdiyyəsinin 1/1 saylı, xx.xx.2006-cı il tarixli qərarından görünür ki, Sis bələdiyyə perspektiv inkişaf ehtuyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı/şərti yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Şamaxı şəhər sakini İddiaçı tikinti məqsədi üçün 0,50 ha, k/t məqsədi üçün 4,5 ha, ümumi 5,0 ha torpaq sahəsi satılması qərara alınmışdır. - DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, Şamaxı rayonu Sis bələdiyyəsinin 09 yanvar 2006-cı il il tarixli 1/1 saylı qərarı ilə bələdiyyə ehtiyat fondundan KPİ və azyararlı, şərti yararsız torpaqdan 4,5 k/t və 0,5 tikinti məqsədilə torpaq sahəsinin İddiaçı satılmasına etiraz etmir. -DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı məxsus 5,0 ha torpaq sahəsində dair tərtib edilmişdir. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı rayon Sis bələdiyyəsinin 13 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Şamaxı rayon Sis bələdiyyəsi İddiaçı oğluna 5,0 ha torpaq sahəsi satmışdır. - 21 saylı qəbzdən görünür ki, İddiaçı Şamaxı rayon Sis bələdiyyəsinin hesabına 4430,0 manat torpaq alqı-satqı pulu ödəmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı nümayəndəsinin Şamaxı rayonun Sis kəndi ərazisində naturada göstərdiyi torpaq sahəsinin 2.21 ha hissəsi kənd təsərrüfatı təyinatlı kollu örüş torpağı olmaqla bələdiyyə mülkiyyətinə, 2.79 ha hissəsi meşə fondu torpağı olmaqla dövlət mülkiyyətinə aiddir, elektron baza məlumatlarına əsasən naturada göstərilən torpaq sahəsinin 2,21 ha hissəsi kənd təsərrüfatı təyinatlı olmaqla kənd təsərrüfatına yararlı torpaqlardır. Elektron baza məlumatlarına əsasən naturada göstərilən torpaq sahəsinin 0,94 ha hissəsi kadastr nömrəsi **********0002 olan plan və ölçü sənədi ilə üst-üstə düşür. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunan **********0002 kadastr nömrəli plan və ölçü sənədi və onun verilməsinə əsas olmuş sənədlər ləğv olunmuş DT və XK-nin Şamaxı rayon şöbəsi tərəfindən idarənin arxivinə təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Cavabdeh inzibati orqan verdiyi imtina cavabını onunla əsaslandırmışdır ki, İddiaçı məxsus Şamaxı rayon Sis kəndində yerləşən Şamaxı rayon Sis bələdiyyəsinin 09 yanvar 2006-cı il tarixli, 1/1 saylı qərarı ilə mülkiyyətinə tikinti məqsədilə 0,50 ha, kənd təsərrüfatı məqsədilə 4,5 ha satılmış torpaq sahəsinin bir hissəsi baza xəritəsində kənd təsərrüfatı təyinatlı kollu örüş, digər hissəsi isə meşə fondu torpaqları kimi qeyd olunmuşdur. Bundan əlavə qeyd olunan torpaq sahəsinin 3,0 ha hissəsi elektron baza xəritəsində digər şəxsin adına qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı nümayəndəsinin Şamaxı rayonun Sis kəndi ərazisində naturada göstərdiyi torpaq sahəsinin 2.21 ha hissəsi kənd təsərrüfatı təyinatlı kollu örüş torpağı olmaqla bələdiyyə mülkiyyətinə, 2.79 ha hissəsi meşə fondu torpağı olmaqla dövlət mülkiyyətinə aiddir, elektron baza məlumatlarına əsasən naturada göstərilən torpaq sahəsinin 2,21 ha hissəsi kənd təsərrüfatı təyinatlı olmaqla kənd təsərrüfatına yararlı torpaqlardır. Elektron baza məlumatlarına əsasən naturada göstərilən torpaq sahəsinin 0,94 ha hissəsi kadastr nömrəsi **********0002 olan plan ölçü sənədi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -56.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.https://e-qanun.az/framework/46942 -56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. -86.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.2-ci maddəsinə əsasən Azırbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Göstərilən normaların məzmunundan aydın olur ki, kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM- 14.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh propekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-32/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-32/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver