Məhkəmə qərarları › İş №2-1(118)-320/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-320/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-320/2023 18.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi 24) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi 24) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi 24) ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Alqı-satqı müqaviləsində evin 570.0 kv m torpaq sahəsi üzərində yerləşməsi qeyd edilmişdir. Bundan başqa evin texniki pasportunda fakitiki olaraq 0.0570 ha həyətyanı sahəyə malik olması göstərilmişdir. Buna baxmayaraq 2018-ci ildə onun ev üzərində mülkiyyət hüququ qeydə alınmasna baxmayaraq torpaq sahəsi üzərində mülkiyyət hüququ qeyd alınmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi həmçinin izah etdi ki, cavabdeh imtinanın dəlili kimi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsini qeyd etmişdir. "xxxx" ASC isə verdiyi məktubda iddiaçının evinin və torpaq sahəsinin elektrik xəttinin istismarına hər hansı maneçilik törətmədiyini və mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinini iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Abşeron rayon Mehdiabad bəldəiyyəsinin xx.xx.2002-ci il tarixli 08 saylı protokol qərarı ilə 150 nəfər vətəndaşa fərdi yaşayış evinin tkintisi üçün hər birinə 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin qərarda vətəndaşların adları qeyd edilməmiş və ya adlı siyahı əlavə edilməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2002-ci il tarixli 124 saylı rəyində 150 nəfərə, o cümlədən X4 (sıra sayı 58) torpaq sahəsinin ayrılmasının məqsədəuyğun olduğu göstərilmişdir. İddiaçı ünvan 1 ünvanda 570 kv m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 əldə etmişdir. İddiaçının 2018-ci ildə fərdi yaşayış evi üzrənidə mülkiyyət hüququ qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Həmin çıxarışda iddiaçının evinin yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması qeyd edilmişdir. Məhkəmə mübahisəli torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi barədə cavabdehin dəlilinin yoxlanılması məqsədi ilə mütəxəssis rəyinin alınması üçün müraciət etmişdir. Daşınmaz Əmlakın Dövltə Ladastrı və X5 Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin 181 kv m hissəsi yüksək gərginlikli (6 kVt) mühafizə zolağına düşür. "xxxx"ASC xx.xx.2022-ci il tarixli arayışında sözegedən ünvanda yerləşən torpaq sahəsinin yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşdiyini, lakin həmin torpaq sahəsinin elektrik xətti verilişinin istismarına heç bir maneçilik törətmədiyini və qeydiyyata alınmasına etiraz olunmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, mübahisəyə mahiyyəti üzrə baxılmasından öncə İddiaçı torpaq sahəsinə münasibətdə hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olubolmamasına qiymət verilərək iddianın mümkünlük məsələsi həll edilməlidir. Belə ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair ümumiyyətlə hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. İddiaçının istinad etdiyi Abşeron rayon Mehdiabad bələdiyyəsinin qərarında torpaq sahəsinin ayrıldığı vətəndaşların adları ümumiyyətlə qeyd edilməmişdir. İddiaçının evi aldığı X3 adı isə yalnız DTXK-nin Abşeron rayon şöbəsinin rəyində qeyd edilmişdir ki, bu rəy hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Bundan başqa torpaq sahəsinin ayrılmasına dair qərarın mövcud olması güman edilsə belə, həmin qərar X3 adına olacaqdır. Alqı-satqı müqaviləsinin predmeti isə yalnız fərdi yaşayış evidir. Torpaq sahəsinin satılması barədə hər hansı qeyd mövcud deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının göstərdiyi hallar onun torpaq sahəniə münasibətdə subyektiv hüququnun yaranması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünüİPM-in37-cimaddəsinəuyğunyoxlamalıdırlar. X6 əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır(4.2, 5.1, 5.2, 5.3-cü bəndlər) Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi 24) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi 24) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar