Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3209/2025 05.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyaları haqqında qanunun 32.1.1-ci maddəsini nəzərə alaraq müraciət edilən tarixdən geriyə 3 il müddəti ilə bağlı qanun normasını tətbiq edərək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyaları haqqında qanunun 32.1.1-ci maddəsini nəzərə alaraq müraciət edilən tarixdən geriyə 3 il müddəti ilə bağlı qanun normasını tətbiq edərək ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx.xx.1962-ci ildə Ağdam rayonunda anadan olmuşdur. xx.xx.1981-ci il tarixindən əmək fəaliyyətinə başlamışdır və 22 ildən çox əmək stajı var. xx.xx.2006-cı il tarixinə kimi 20 ildən çox ümumi və 10 ildən çox güzəştli iş stajı olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələbinə əsasən xx.xx.2006-ci il tarixinədək hər iki stajının tamam olmasını nəzərə alaraq yaşının tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. X9 direktor müavini tərəfindən imzalanan 3-17-1/2-M-222066/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından imtina haqqında məktub göndərilmişdir. Həmçinin həmin məktubda qeyd olunmuşdur ki, Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİ1QD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 ii ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu imtina məktubu onun hüquqlarını əsaslı şəkildə pozur, çünki onun xx.xx.2006-cı il tarixə həm ümumi həm güzəştli iş stajı çatır. Amma həmin məktubda xx.xx.1983xx.xx.1991-ci il tarixlərində Ağdam “Dəzgahqayırma” zavodunda işlədiyi illərlə bağlı əsaslı şübhələrin olduğunu, imza və möhürün olmadığını əsas gətirərək 8 ilə yaxın iş stajını nəzərə almaqdan imtina ediblər. O zamanlar müharibə şəraiti olduğu hamıya bəlli idi amma 8 illik iş stajının araşdırılmadan, sorğu verilmədən inzibati orqan tərəfindən bu illərə hansı əsasla qiymət verilməsi bəlli deyil. İddiaçı həmin illərdə işləmiş və əmək haqqı almışdır. Amma inzibati orqan onun bu illərini əsassız olaraq nəzərə almadan 18 il 10 ay 12 gün staj nəzərə alaraq, ümumi stajının çatmadığını bildirmişdir. Güzəştli iş stajı ilə bağlı isə iş yerindən arayış təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə güzəştli iş stajı xx.xx.2006-cı il tarixədək tamamlanır. Çünki işlədiyi kimyəvi analiz üzrə laborant və nasos qurğuları üzrə maşinist vəzifələri həmin siyahıda mövcuddur və bununla bağlı iş yerindən arayışın verilməyinə baxmayaraq inzibati orqan ümumiyyətlə güzəştli iş stajının olmadığını bildirmişdir. 2006-cı il tarixinə kimi Qanunda pensiya sığorta kapitalı ilə bağlı müddəa yoxdur. Güzəştli iş stajına və arayışına qiymət verməyib, sığorta kapitalını əsas gətiriblər. Halbuki, buna heç bir ehtiyac yoxdur. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında’ Qanununun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarıwna 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş. vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-M- 222066/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Eyni zamanda, İddiaçı 2 mart 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının 4-5-ci səhifələrində göstərilən xx.xx.1983-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Ağdam Dəzgahqayırma” zavodunda işlədiyinə dair məlumatlar araşdırılarkən həmin qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən səhifələrin 4-6-cı qeydlərində möhür və imzanın olmadığı, həmçinin, sözügedən müəssisədən işdən çıxma tarixinin qeyd olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, həmin dövrün İddiaçı iş stajına əlavə etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (18 il 10 ay 12 gün (xx.xx.1981- xx.xx.1982ci il, xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 6 il 1 ay) təşkil edir. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı uçun fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16963,01 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-474/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrü pensiyanın təyin edilməsinə əsas təşkil edən sosial sığorta stajına daxil edərkən isə apellyasiya məhkəməsi düzgün qərar verməmişdir. Belə ki. xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvenciliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə 01.01 2006-cı il tarixdən 17 05.2007-a il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir Apellyasiya məhkəməsi iddia tələbini bu hissədə təmin edərkən ümumən iddiaçının Bakı Baş Tikinti İdarəsində işlədiyi dövrün əmək kitabçasında qeydə alınmasına istinad etmiş, lakin iddiaçı tərəfindən xx.xx.2006-cı il tanxdən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə əhəmiyyət verməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsini qərarı qismən yəni. "xx.xx.2006-ci il tarixindən xx.xx.2007-cı ıl tarixınədək olan dövrün sığorta stajına daxıl edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Əlavə olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-139/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, Məhkəmə araşdırması zamanı iddiaçının sığortaolunan kimi ilk dəfə 2008-ci ilin mart ayında qeydiyyata alındığı, həmin tanxədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 altsistemində onun sığortaolunan kimi qeydiyyatda olması barədə məlumat olmadığı müəyyən edilmişdir. Beləliklə də. iddiaçının Zəngilan rayon İstehlak Cəmiyyətində işlədiyi fəaliyyət dövrünün xx.xx.2006-cı il tarixdən 24.03 2008-ci il tarixədək olan hissəsi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 altsistemində məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki. iddiaçı mübahisələndirdiyı xx.xx.2006-cı ıl tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr ərzində Zəngilan rayon İstehlak Cəmiyyətində faktiki işləmədiyindən, əmək haqqı almadığından və məcburi dövlət sosial sığorta haqqı ödəmədiyindən əmək kitabçasında qeyd olunan həmin dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz Həmçinin qeyd edilməlidir ki, iddiaçının mübahisələndırdiyi dövrdə Zəngilan rayon İstehlak Cəmiyyətində işləməsi əmək kitabçasında qeyd olunsa da, Zəngilan rayonu 1993-cü il tarixdə işğal olunduğundan müəssisənin fəaliyyətinin faktiki olaraq dayanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından əmək kıtabçasındakı qeydlər mötəbər sübut kimi qəbul edilə bilməz Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1640/2023 nömrəli, 2-1(102)-1030/2023 nömrəli və s. qərarlarında da məhkəmə kollegiyası qeyd edir ki, apellyasıya instansiya məhkəməsi iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)- 482/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə kollegiyası nəzərə alır ki. güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya huququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli ış arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyıb-ışləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1 (102)- 1410/2021, 2-1(102)-131/2022. 2-1(102)- 1399/2023 №-li işlər üzrə qərarlar) Nəzərə alınmalıdır ki. Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan ış yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özü-özluyündə əsas vermir Qeyd olunduğu kimi, güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhlükəlilıyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatla/ həmin işlərin icrası məqsədləri üçün müəssisəyə daxil olan (alınan, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da. əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Əlavə olaraq bildirilmişdir ki, Alı Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasıya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kımı qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-ın 58 6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyıbışləmədıyı mötəbər qaydada müəyyən edilməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır kı burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Bildiririk ki, güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin xx.xx.2024-cü il tarixli, 18 saylı arayışında qeyd edilmişdir ki, xx.xx.1993-cü il tarixdə Azərbaycan Dövlət Rayon X6 sexinə müvəqqəti 3-cü dərəcəli (öyrənən) kimyəvi analiz üzrə laborant vəzifəsinə işə qəbul edilmişdir. (Əmr 242 23 08.1993) xx.xx.1993-cü il tarixdə TTQ-dan.YTQ-dan imtahan verdiyinə və əvəzetmə müddətini müvəffəqiyyətlə keçdiyinə görə tutduğu vəzifədə müstəqil işə buraxılmışdır. (Əmr 278/k xx.xx.1993) xx.xx.2003-cü il tarixdə Attestasiya komissiyasının rəyinə əsasən ixtisas dərəcəsi bir dərəcə aşağı salınaraq 2-ci dərəcəli kimyəvi analiz üzrə laborant vəzifəsinə keçirilmişdir. (Əmr 608/k ,xx.xx.2003) xx.xx.2004-cü il tarixdə Kimya sexi Sənaye Tullantıların kompleks təmizləmə sahəsinə 2-ci dərəcəli (öyrənən) nasos qurğuları maşinisti vəzifəsinə keçirilmişdir. (Əmr 1211/kş ,xx.xx.2004) xx.xx.2005-ci il tarixdə TTQ-dan,YMQ-dan imtahan verdiyinə və əvəzetmə müddətini müvəffəqiyyətlə keçdiyinə görə tutduğu vəzifədə müstəqil işə buraxılmışdır. (Əmr 65/ş xx.xx.2005) xx.xx.2006-cı il tarixdə Mərkəzi İmtahan komissiyasına imtahan verdiyinə görə nasos qurğuları maşinisti vəzifəsində 3-cü dərəcə verilmişdir. (Əmr 320/ş, xx.xx.2006) xx.xx.2009-cu il tarixdə Kimya sexi STKTS-nin "Əməliyyat heyətin’də 3-cü dərəcəli (öyrənən) kimyəvi təmizləmə üzrə laborant vəzifəsinə keçirilmişdir. (Əmr 248/ş,xx.xx.2009) xx.xx.2010-cu il trixdə TT,Tİ,YMQ-dan imtahan verdiyinə və əvəzetmə müddətini müvəffəqiyyətlə keçdiyinə görə tutduğu vəzifədə müstəqil işə buraxılmışdır. (Əmr 44/ş, xx.xx.2010) xx.xx.2012-ci il tarixdə onunla bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu madddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir (Əmr 55/Ş, xx.xx.2012) İddiaçı işlədiyi müddətdə xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli.səs-küy, havanın hərəkət surəti, iş yerində havanın temperaturunun.hava cərəyanının surətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı aylıq məvacibinin işlədiyi kimyəvi analiz üzrə laborant vəzifəsində xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək və nasos qurğuları maşinisti vəzifəsində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cü il tarixədək 12%, xx.xx.2009-cu ıl tarixdən xx.xx.2012-ci il tarixədək 08 % əlavə əmək haqqı ödənilmiş və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək / məzuniyyətinə əlavə 06 t.g.məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ-091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin 05.01,2006-cı il tarixli AÜ-002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. X7 ASC-nin arayışında qeyd edilmişdir ki, X3 xx.xx.1981-ci ildən Eksperimental sexində Burğulayıcı şagirdi vəzifəsində işə başlamışdır. Sonra 1 nömrəli mexaniki sexin Alətçi anbardar vəzifəsinə təyin edilib. Daha sonra X5 alət sahəsinə Alət sifarişi vəzifəsində işləmişdir. xx.xx.1993-cü ilə Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq Zavodun işi dayanmışdır. Məhkəmə sorğusuna cavab olaraq Aəzrbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Ağdam filialının 21 aprel 2025-ci il tarixli 14 saylı məktubunda qeyd edilmişdir ki, X5nun xx.xx.1983-xx.xx.1991-ci ilə aid olan arxiv sənədləri Filiala təhvil verilmədiyi və mühafizə olunmadığı üçün İddiaçı işləməsi haqqında heç bir məlumat vermək mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Aəzrbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Ağdam filialının 29 aprel 2025-ci il tarixli 17 saylı məktubunda qeyd edilmişdir ki, X5nun xx.xx.1983-xx.xx.1991-ci illərin arxiv sənədləri Ağda rayonunun işğalı ilə əlaqədar olaraq işğal altında qalıb məhv olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərenerji ASC Azərbaycan İES MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “ Azərbaycan İES" MMC-nin sabiq işçisi İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü), xx.xx.1993-cü il tarixdə Azərbaycan Dövlət Rayon X6 sexinə müvəqqəti 3-cü dərəcəli (öyrənən) kimyəvi analiz üzrə laborant vəzifəsinə işə qəbul edilmişdir. (Əmr 242 ,xx.xx.1993) 01,10.1993-cüil tarixdə TTQdan,YTQ-dan imtahan verdiyinə və əvəzetmə müddətini müvəffəqiyyətlə keçdiyinə görə tutduğu vəzifədə müstəqil işə buraxılmışdır. (Əmr 278/k ,xx.xx.1993) xx.xx.2003-cü il tarixdə Attestasiya komissiyasının rəyinə əsasən ixtisas dərəcəsi bir dərəcə aşağı salınaraq 2-ci dərəcəhi kimyəvi analiz üzrə laborant vəzifəsinə keçirilmişdir. (Əmr608/k ,xx.xx.2003) xx.xx.2004-cü il tarixdə Kimya sexi Sənaye Tullantıların kompleks təmizləmə sahəsinə 2-ci dərəcəli (öyrənən) nasos qurğuları maşinisti vəzifəsinə keçirilmişdir. (Əmr 1211/kş ,xx.xx.2004) xx.xx.2005-ci il tarixdə TTQ-dan,YMQ-dan imtahan verdiyinə və əvəzetmə müddətini müvəffəqiyyətlə keçdiyinə görə tutduğu vəzifədə müstəqil işə buraxılmışdır. (Əmr 65/ş ,xx.xx.2005) xx.xx.2006-cı il tarixdə Mərkəzi İmtahan komissiyasına imtahan verdiyinə görə nasos qurğuları maşinisti vəzifəsində 3-cü dərəcə verilmişdir. (Əmr 320/ş,xx.xx.2006) xx.xx.2009-cu il tarixdə Kimya sexi STKTS-nin “Əməliyyat heyətin”də 3-cü dərəcəli (öyrənən) kimyəvi analiz üzrə laborant vəzifəsinə keçirilmişdir. (Əmr 248/ş,xx.xx.2009) xx.xx.2010-cu il trixdə TT,Tİ,YMQ-dan imtahan verdiyinə və əvəzetmə müddətini müvəffəqiyyətlə keçdiyinə görə tutduğu vəzifədə müstəqil işə buraxılmışdır. (Əmr 44/ş,xx.xx.2010) xx.xx.2012-ci il tarixdə onunla bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu madddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir (Əmr 55/Ş, xx.xx.2012) İddiaçı işlədiyi müddətdə xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli,səs-küy, havanın hərəkət surəti, iş yerində havanın temperaturunun,hava cərəyanının surətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı aylıq məvacibinin işlədiyi kimyəvi analiz üzrə laborant vəzifəsində xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək və nasos qurğuları maşinisti vəzifəsində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cü il tarixədək 12%, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək 08 % əlavə əmək haqqı ödənilmiş və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 t.g.məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ-091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ-002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi kimyəvi analiz üzrə laborant vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü “Elektrik stansiyaları, enerji aqreqatları, buxar güc təsərrüfatı” bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz-turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin bölməsinin “a” bəndində uyğun xüsusiyyətə malik vəzifələr nəzərə alınmamışdır. İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi nasos qurğuları maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bölməsinin “a” bəndinin 10-cu abzasında “qidalandırıcı nasoslarda məşğul olan nasos qurğularının maşinisti vəzifəsinin xüsusiyyətlərinə uyğundur. "xxxx" MMC-də, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixədək ümumi iş stajı 18 il 07 ay 04 gün təşkil edir və xx.xx.2014-cü il tarixdən xx.xx.2009-cu il tarixədək zərərli iş şəraitində iş stajı 04 il, 09ay, 27 gün təşkil edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyaları haqqında qanunun 32.1.1-ci maddəsini nəzərə alaraq müraciət edilən tarixdən geriyə 3 il müddəti ilə bağlı qanun normasını tətbiq edərək ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024cü il tarixli 3-17-1/2-M-222066/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Eyni zamanda, İddiaçı 2 mart 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının 4-5-ci səhifələrində göstərilən xx.xx.1983-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Ağdam Dəzgahqayırma” zavodunda işlədiyinə dair məlumatlar araşdırılarkən həmin qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən səhifələrin 4-6-cı qeydlərində möhür və imzanın olmadığı, həmçinin, sözügedən müəssisədən işdən çıxma tarixinin qeyd olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, həmin dövrün İddiaçı iş stajına əlavə etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (18 il 10 ay 12 gün (xx.xx.1981- xx.xx.1982-ci il, xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 6 il 1 ay) təşkil edir. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı uçun fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16963,01 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında’ Qanununun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin tələbinə görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 20 il ümumi, 10 il xüsusi iş stajı olmalıdır. Ümumi iş stajına münasibətdə məhkəmə qeyd edir ki, şəxsin xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Həmçinin, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Bu zaman nəzərə alınmalıdır ki, əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamalıdır. Lakin iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının xx.xx.1983-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Ağdam Dəzgahqayırma” zavodunda işləməsi barədə qeydlərin olduğu 4-5-ci səhifələrində müvafiq möhür və imza yoxdur. İddiaçı izahatında sözügedən müəssisədən xx.xx.1993-cü ildə işdən azad edilməsi barədə əmək kitabçasının 24-cü səhifəsində olan qeydi, imza və möhürü cavabdeh inzibati orqana müraciət etdikdən sonra yazdırdığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab oluna bilməz. Xüsusi iş stajına münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə sorğusuna cavab olaraq Azərenerji ASC Azərbaycan İES MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “ Azərbaycan İES" MMC-nin sabiq işçisi İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü), xx.xx.1993-cü il tarixdə Azərbaycan Dövlət Rayon X6 sexinə müvəqqəti 3-cü dərəcəli (öyrənən) kimyəvi analiz üzrə laborant vəzifəsinə işə qəbul edilmişdir. (Əmr 242 ,xx.xx.1993) 01,10.1993-cüil tarixdə TTQdan,YTQ-dan imtahan verdiyinə və əvəzetmə müddətini müvəffəqiyyətlə keçdiyinə görə tutduğu vəzifədə müstəqil işə buraxılmışdır. (Əmr 278/k ,xx.xx.1993) xx.xx.2003-cü il tarixdə Attestasiya komissiyasının rəyinə əsasən ixtisas dərəcəsi bir dərəcə aşağı salınaraq 2-ci dərəcəhi kimyəvi analiz üzrə laborant vəzifəsinə keçirilmişdir. (Əmr608/k ,xx.xx.2003) xx.xx.2004-cü il tarixdə Kimya sexi Sənaye Tullantıların kompleks təmizləmə sahəsinə 2-ci dərəcəli (öyrənən) nasos qurğuları maşinisti vəzifəsinə keçirilmişdir. (Əmr 1211/kş ,xx.xx.2004) xx.xx.2005-ci il tarixdə TTQ-dan,YMQ-dan imtahan verdiyinə və əvəzetmə müddətini müvəffəqiyyətlə keçdiyinə görə tutduğu vəzifədə müstəqil işə buraxılmışdır. (Əmr 65/ş ,xx.xx.2005) xx.xx.2006-cı il tarixdə Mərkəzi İmtahan komissiyasına imtahan verdiyinə görə nasos qurğuları maşinisti vəzifəsində 3-cü dərəcə verilmişdir. (Əmr 320/ş,xx.xx.2006) xx.xx.2009-cu il tarixdə Kimya sexi STKTS-nin “Əməliyyat heyətin”də 3-cü dərəcəli (öyrənən) kimyəvi analiz üzrə laborant vəzifəsinə keçirilmişdir. (Əmr 248/ş,xx.xx.2009) xx.xx.2010-cu il trixdə TT,Tİ,YMQ-dan imtahan verdiyinə və əvəzetmə müddətini müvəffəqiyyətlə keçdiyinə görə tutduğu vəzifədə müstəqil işə buraxılmışdır. (Əmr 44/ş,xx.xx.2010) xx.xx.2012-ci il tarixdə onunla bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu madddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir (Əmr 55/Ş, xx.xx.2012) İddiaçı işlədiyi müddətdə xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli,səs-küy, havanın hərəkət surəti, iş yerində havanın temperaturunun,hava cərəyanının surətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı aylıq məvacibinin işlədiyi kimyəvi analiz üzrə laborant vəzifəsində xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək və nasos qurğuları maşinisti vəzifəsində xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cü il tarixədək 12%, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək 08 % əlavə əmək haqqı ödənilmiş və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 t.g.məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ-091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ-002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi kimyəvi analiz üzrə laborant vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü “Elektrik stansiyaları, enerji aqreqatları, buxar güc təsərrüfatı” bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz-turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin bölməsinin “a” bəndində uyğun xüsusiyyətə malik vəzifələr nəzərə alınmamışdır. İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi nasos qurğuları maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bölməsinin “a” bəndinin 10-cu abzasında “qidalandırıcı nasoslarda məşğul olan nasos qurğularının maşinisti vəzifəsinin xüsusiyyətlərinə uyğundur. "xxxx" MMC-də, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixədək ümumi iş stajı 18 il 07 ay 04 gün təşkil edir və xx.xx.2014-cü il tarixdən xx.xx.2009-cu il tarixədək zərərli iş şəraitində iş stajı 04 il, 09 ay, 27 gün təşkil edir. Göründüyü kimi iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli iş stajı da tamamlanmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-3209/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3209/2025
05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver