Məhkəmə qərarları › İş №2-1(118)-321/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-321/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-321/2020 12.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “onun xx.xx.1979-xx.xx.1994-cu illərdə keçmiş Quba rayonu Zərdabi adına sovxozda işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə alınması və hüququ yaranan andan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1962-ci il tarixdə Quba rayonu, Zərdabi kəndində anadan olmuş, 1980cı ildə X2 ilə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.1982-ci il tarixdə Saleh, xx.xx.1984cü ildə Taleh, xx.xx.1985-ci ildə Nübar və xx.xx.1987-ci il tarixdə Səxavət adlı uşaqları anadan olmuş və qeyd olunan uşaqları 18 yaşadək böyüdüb başa çatdırmışdır. 1979-cu ildə keçmiş Quba rayonu Zərdabi adına sovxozda işləməklə əmək fəaliyyətinə başlamış və 1994-cü ilə kimi həmin sovxozda fəhlə işləmişdir. Hal-hazırda yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədləri DSMF-nun Quba rayon Şöbəsinə təqdim etmiş və DSMFnun Quba rayon Şöbəsi xx.xx.2019-cu il tarixli məktubu ilə 25 il sığorta stajı olmadığını əsas gətirib ona pensiya verməkdən imtina ediblər, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi Dövlət Arxivi Quba filialının xx.xx.2019– cu il tarixli arayışından aşkar olur ki, o keçmiş Quba rayonu Zərdabi adına sovxozda 1979- 1993-cü illərdə işləyib əmək haqqı almışdır. DSMF-nun Quba rayon Şöbəsinin ona pensiya təyin edilməsi barədə imtinası əsassızdır, belə ki, onun pensiya hüququ xx.xx.2017-ci il tarixli pensiya haqqında qanunun tələbinə görə yaranmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştrak edən iddiaçının nümayəndəsi X2 bildirmişdir ki, həyat yoldaşı eyni zamanda 4 (dörd) uşağı 18 yaşadək böyüdüb boya-başa çatdırdığına görə hər uşağa görə 1(bir) il pensiya yaşı aşağı salınmalı və onun pensiya hüququ təmin olunmalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmışdır. Cavabdeh təşkilat məhkəməyə xx.xx.2019-cu il tarixli, **********1 nömrəli etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta stajı-əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bu qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qaununun 8-ci maddəsinə əsasən qadınlar azı 5 uşağı doğub 8 yaşına kimi tərbiyə etdikdə, bu qanunun 7-ci maddəsinə əsasən tələb olunan yaş həddi hər uşağa görə 1 il azaldılmaqla və 25 il sosial sığorta stajı olmaq şərti ilə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 4 övladı olduğu üçün onun əmək pensiyası hüququ bu qanunun 8-ci maddəsinə əsasən yox, 7–ci maddəsinə əsasən tənzimlənməlidir. Bu səbəbdən də onun 61 il 6 ay yaş həddi və 25 il sosial sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyası hüququ yaranmır. Bütün göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, Nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrinin əsilləri, DSMF-nun Quba rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********7 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli, **********1 nömrəli etiraz ərizəsi, Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş arxiv arayışı, Yaşayış yerinə dair arayış daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********7 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaşın və sosial sığorta stajının olmaması, iddiaçıya yaşa görə pensiya hüququnun yaranması qanunvericiliyin tələbi kimi mümkün deyildir. İddiaçı hazırda yuxarıdaki əmək stajının və 4 uşağı böyüdüb boya-başa çatdıran ana kimi hər uşağa görə bir il azaltmaqla pensiya yaşına çıxmaq hüququnu tələb etmiş, cavabdehə isə bundan imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş arxiv arayışına görə İddiaçı əmək stajı 14 il 6 ay təşkil edir. Həmin müddətə onun 25 illik sığorta stajı yaranmamışdır .Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin sentyabr ayınadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 62 ildir. İddiaçı dörd uşaqlı ana kimi ona “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 8.1.-ci maddəsinə əsasən yaş həddinin hər uşağa görə bir il azalmaqla əmək pensiyası hüququ yaratmır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının 4 dörd uşaqlı ana kimi yaş həddi 4 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququnu və iddiaçının əmək stajının, onun sosial sığorta stajına daxil etməkdən imtina edilməklə iddiaçının hüquqlarını pozmamışdır. Cavabdeh orqan qanunvericiliyin tələbini yerinə yetirmiş, ona görə də imtinası əsaslıdır. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edilərək İddiaçı xx.xx.1979xx.xx.1993-cü illərdə keçmiş Quba rayonu Zərdabi adına sovxozda işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə alınması, eyni zamanda 4 (dörd) uşağı 18 yaşadək böyüdüb boya-başa çatdırdığına görə hər uşağa görə 1(bir) il pensiya yaşı aşağı salınması tələbi əsassız olduğundan rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı xx.xx.1979-xx.xx.1994-cu illərdə keçmiş Quba rayonu Zərdabi adına sovxozda işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə alınması və hüququ yaranan andan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar