Məhkəmə qərarları › İş №2-1(118)-321/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-321/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-321/2021 15.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçının anası X1 adına 0.5 ha torpaq payının ayrılması və iddiaçının anasının adına olan 0,15 ha sahənin həyətyanı kimi iddiaçıya və ya mərhumun nəvələrinə verilməsi” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “ 1) Cavabdeh (keçmiş icra, bələdiyyə və torpaq islahat komissiyasının səriştəsizliyi üzündən baş vermiş) bu bağışlanmaz ədalətsizliyi aradan qaldırıb Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 3-cü bəndini və X7 Qanununun 12-ci maddəsinin 2-ci bəndini nəzərə alaraq, şəhid anası olan iddiaçının anası X1 adına 0.5 ha torpaq payının ayrılması, 2) Anasının adına olan (hal-hazırda istifadə etdikləri) həyətyanı torpaq sahəsinin xəbərsiz adlarından çıxarılmasını nəzərə alıb, həmin 0,15 ha sahənin həyətyanı kimi iddiaçıya və ya mərhumun nəvələrinə verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1996-cı il tarixdə qüvvəyə minən, X7 qanunun 12-ci maddəsinin ikinci bəndinə əsasən qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun ərazisində olan hər bir şəxs kimi xx.xx.1997-ci il tarixdə vəfat etmiş iddiaçının anası, şəhid anası X2 da torpaq payı ayrılmalı idi. Torpaq islahatı gec və səhvlərlə aparıldığına görə anasına torpaq payı ayrılmamışdır. Dövlət aktları onlara 2004cü ildə verildikdən sonra aktda anasının adının yazılmadığını görmüşdür. Dəfələrlə bələdiyyə və icra orqanlarına müraciətləri nəticəsiz qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində qeyd etmişdir ki, mərhumə X1 adına Quba rayonunun Afurca kəndində 0.15 ha həyətyanı torpaq sahəsinin olması barədə cavabdeh tərəfindən Dövlət Arxivinin Quba filialına yazılı müraciət olunmuşdur. Güləzi kənd inzibati Ərazi Vahidi üzrə icra hakimiyyətinin xx xxxx 1992-ci il tarixli 35 saylı sənədinə əsasən sovetlikdən köçüb gəlmiş, getmiş, tərk olmuş, təsərrüfat başçıları dəyişilmiş təsərrüfatların qaytanlanmış torpaq kitabına və torpaq siyahılarına həyətyanı torpaqları dürüstləşdirmək məqsədi ilə, vətəndaşların rəsmi ərizələrinə əsasən ev tikmək üçün Güləzi sovetliyinin vətəndaşlarından yeni torpaq sahəsinin ayrılması məqsədi ilə sovxozun direktoruna daxil olmuş ərizələri nəzərə alaraq xx xxxxx 1992-ci il tarixli 37 saylı əmrinə əsasən “Telman” adına qoyunçuluq sovxozunun direktorluğu tərəfindən ayrı-ayrı yaşayış məntəqələrini əhatə etməklə 5 hektar miqdarında torpaq sahəsi ayrılmış və nəzərdə tutulmuş norma üzrə, torpaq komissiyası ölçüb vətəndaşlara vermişdir. O cümlədən mərhumə X2 da Quba rayon Afurca kəndindən 0.15 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. X5 1990-cı illərə kimi Quba rayonunun Ruçuq kəndində yaşamış, Ruçuq kəndində onun şəxsi istifadəsində həyətyanı torpaq sahəsi olması barədə qeydiyyat aparılmamışdır.1991-1995-ci illərə dair Afurca kəndi üzrə 8 №li təsərrüfatbaşına kitabda vətəndaş X5 576 saylı təsərrüfatın başçısı olub, onun şəxsi istifadəsində 0.15 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Təsərrüfatın başçısı vətəndaş X1 adının üstündən çarpaz xətt çəkilərək “vəfat xx.xx.1997” sözləri yazılmışdır. Nümayəndəliyin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında vətəndaş X1 adı aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Torpaq islahatı zamanı anası X1 adına ayrılmamış 0.5 ha torpaq payını cavabdeh bələdiyyədən istəyir. Məhkəmə qeyd edir ki, X7 Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon X4 şikayət edə bilərlər. Rayon X6 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X4 və ya Naxçıvan Muxtar Respublikası X4 müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət X6 və ya Naxçıvan Muxtar Respublikası X6 bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X3 və ya Naxçıvan Muxtar Respublikası X3 qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət X6 Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin xx xxxxx 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür və həmin qurumun hüquqi varisi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə bələdiyyələrə özlərinə məxsus torpaq sahələrini başqa şəxslərin istifadəsinə, icarəsinə, mülkiyyətinə verilməsi ilə bağlı diskresion səlahiyyələr verilmiş və bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin istifadəyə, icarəyə, mülkiyyətə verilməsinin xüsusi mexanizmi müəyyən edilmişdir. Hazırki işdə iddiaçı anası X1 adına 0.5 ha torpaq payının ayrılmasını tələb edir ki, Cavabdeh bununla bağlı qanunvericilikdən irəli gələn bir öhdəliyi mövcud deyildir. Qanunvericilikdən irəli gəlməyən bir öhdəliyin isə icra edilməsinə bələdiyyə məcbur edilə bilməz. Həmçinin iddiaçı tələbin ikinci hissəsində anasının adına olan (hal-hazırda istifadə etdikləri) həyətyanı torpaq sahəsinin xəbərsiz adlarından çıxarılmasını nəzərə alıb, həmin 0,15 ha sahənin həyətyanı kimi iddiaçıya və ya mərhumun nəvələrinə verilməsini istəyir. Məhkəmə bu tələblə bağlıda qeyd edir ki, bu tələbin Cavabdehnə yönəldilməsinin hüquqi əsası qanunvericilikdə müəyyən olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı 1)Cavabdeh (keçmiş icra, bələdiyyə və torpaq islahat komissiyasının səriştəsizliyi üzündən baş vermiş) bu bağışlanmaz ədalətsizliyi aradan qaldırıb Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 3-cü bəndini və X7 Qanununun 12-ci maddəsinin 2-ci bəndini nəzərə alaraq, şəhid anası olan iddiaçının anası X1 adına 0.5 ha torpaq payının ayrılması, 2) Anasının adına olan (hal-hazırda istifadə etdikləri) həyətyanı torpaq sahəsinin xəbərsiz adlarından çıxarılmasını nəzərə alıb, həmin 0,15 ha sahənin həyətyanı kimi iddiaçıya və ya mərhumun nəvələrinə verilməsi barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar