Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3217/2023 26.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Sumqayıt şəhər Corat qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1988-ci ildə tərtib edilmiş 43 nömrəli doğum haqqqında akt qeydində İddiaçı adının “Tuqiyə”dən “Könül”ə dəyişdirilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus doğum haqqında akt qeydində düzəlişlər edilərək, uşaq haqqında məlumat qrafasında İddiaçı qeyd edilməsi və bu barədə müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt şəhər Corat qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1988-ci ildə tərtib edilmiş 43 nömrəli doğum haqqqında akt qeydində İddiaçı adının “Tuqiyə”dən “Könül”ə dəyişdirilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1988-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla faktiki olaraq yaşayır. İddia qaldırmazdan əvvəl ona məlum olmuşdur ki, doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı “Könül” yox, “Tuqiyə” olaraq qeyd edilmişdir. Halbuki, ona məxsus digər bütün sənədlərdə isə adı “Könül” olaraq qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməsi yararsız vəziyyətdə olduğundan yenidən verilməsi üçün Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Belə ki, imtinayə əsas olaraq şəxsiyyət vəsiqəsi ilə doğum akt qeydi arasında ziddiyyət olduğu və məhz bu səbəbdən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavbdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının şəxsiyyət vəsiqəsi ilə doğum haqqında akt qeydi arasında ziddiyyət olduğundan onun müraciətinin təmin olunması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində, nikahın bağlanması haqqında şəhadətnamədə, attestatda, iddiaçının övladına aid şəhadətnamədə onun adının “Könül” kimi qeyd olunduğu müəyyən edilmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 xx xxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə Sumqayıt şəhər Corat qəsəbə nümayəndələyində 06 aprel 1988-ci il 43 nömrəli akt qeydi tərtib edilmişdir. Ata qrafasında X4, ana qrafasında X7 qeyd edilmişdir. -06 aprel 1988-ci il 43 nömrəli doğum haqqqında akt qeydinin surətindən görünür ki, uşağın adı qrafasında “Tuqiyə” qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək doğum haqqında akt qeydində düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2023-cü il tarixli, 3-16-5/7/A-952-15 nömrəli cavab məktubu ilə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X10: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.
12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının doğum akt qeydi və doğum haqqında şəhadətnaməsində qeyd edilmiş adı və sonradan verilmiş bütün şəxsi sənədlərindəki adı uyğunsuzluq təşkil edir. Hazırda həmin ziddiyyət iddiaçının sənədləşmə işlərində maneə yaradır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçının doğum haqqında akt qeydində onun adında düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Sumqayıt şəhər Corat qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1988-ci ildə tərtib edilmiş 43 nömrəli doğum haqqqında akt qeydində İddiaçı adının “Tuqiyə”dən “Könül”ə dəyişdirilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova