Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3218/2023 10.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X9 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt "ASAN xidmət" Mərkəzi qeydiyyat şöbəsinə qarşı “ona məxsus doğum haqqında akt qeydində düzəlişlər edilərək, uşaq haqqında məlumat qrafasında X8 və doğum tarixi qrafasında xx xxxx 1959-cu il qeyd edilməsi və bu barədə müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Sumqayıt “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsinin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1959-cu il tarixdə anadan olmuşdur. Atası - X2, anası isə X1r. Ona məxsus doğum haqqında şəhadətnamədə uşaq haqqında məlumat qrafasında X4 qeyd edilmiş, doğum tarixi qrafasında isə 15 aprel 1959cu il qeyd edilmişdir. Doğum tarixi xx xxxx 1959-cu ildir, qızlıq soyadı Məmmədova, ata adı isə Şasuvardır. 12 may 1978-ci İl tarixdə ailə qurmuş və həyat yoldaşının soyadını — Niyazova soyadını qəbul etmişdir. Ona məxsus digər hüquq müəyyənedici sənədlərdə doğum tarixi xx xxxx 1959, soyadı nikaha qədər Məmmədova, nikahdan sonra Niyazova, adı Nisə, ata adı isə Şasuvar olaraq qeyd edilmişdir. Bu yaxınlarda doğum haqqında şəhadətnaməni itirmiş, həmçinin doğum haqqında şəhadətnamədə göstərilən halların düzəldilməsi ilə cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmiş və məhkəməyə müraciət etməyi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında X8, doğum tarixi qrafasında isə xx xxxx 1959 olaraq düzəlişlərin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya münasibətində qeyd edir ki, vətəndaş İddiaçı 1 saylı Sumqayıt regional “ASAN xidmət ” mərkəzi qeydiyyat şöbəsinə təqdim etdiyi təkrar şəhadətnamənin istənilməsi haqqında ərizədə soyadını "Məmmədova”, ata adını və soyadını “Məmmədov Şasuvar”, anasının soyadını isə “Məmişova” göstərmişdir. Qubadlı rayonu Dəmirçilər icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli, 32 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “X4”, ata haqqında məlumat qrafasında “X2”, ana haqqında məlumat qrafasında “X3" qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin seçdikləri yerin qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Bildirirlər ki, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadığından vətəndaşa məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Sonda məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci və 2-ci bəndlərinə əsasən:
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Əsas Müddəaların 4-cü bəndinə əsasən:
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ..... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; Müddəaların 11-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Hazırda iddiaçının tələbinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən həlli üçün əsas mövcud deyil. Mübahisələndirilən qeydiyyat qeydiyyat orqanın səhvi nəticəsində aparıldığı halda, həmin düzəliş qeyd edilən normaya əsasən qeydiyyat orqanı tərəfindən düzəldilə bilər. Lakin belə bir hal hazırkı işdə mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilməsi istisna edilmir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü maddəsinə əsasən müvafiq ümumi məhkəməyə müraciət edilə bilər.) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev