Məhkəmə qərarları › İş №2-1(118)-322/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-322/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-322/2021 18.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Abdulanın vəkili Vəkil iştirakı ilə, İddiaçı Abdulanın cavabdeh Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinə qarşı “İddiaçı Abdulanın xx xxxxx 2017-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş X6 atası olması haqqında şəhadətnamənin verilməsi, Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsininin doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə aparılmış 795 saylı akt qeydində X6 və X7 soyadlarının dəyişərək “Malaa” kimi qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abdula, İddiaçı Abdulanın xx xxxxx 2017-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş X6 atası olması haqqında şəhadətnamənin verilməsi, Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsininin doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə aparılmış 795 saylı akt qeydində X6 və X7 soyadlarının dəyişərək “Malaa” kimi qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-322/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Abdula X12 Respublikasında anadan olmuşdur. 2004-cü ildə Rusiya Federasiyasının vətəndaşı Temerbulatova Xeda (Kheda) Abubakarovna ilə ailə qurmuşdur (Temerbulatova Xeda-nın pasportunun Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydada təsdiq edilmiş surəti əlavə olunur). 2004-cü ildə Azərbaycan Respublikasına gəlmiş və qaçqın statusu almaq üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə müraciət etmişdirlər. Hazırda BMT QAK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ***-*******8 saylı Himayə Sənədinə əsasən, qaçqın kimi qeydiyyata alınmışdır. Qaçqın kimi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 15/1-01 saylı xx.xx.2020- ci il tarixli arayışına əsasən, yaşayış yeri üzrə qeydiyyata alınmışdır. X5 ilə dövlət qeydiyyatına alınmayan nikahlarından Azərbaycan Respublikasında 6 övladı dünyaya gəlmişdir. -xx.xx.2005-ci il təvəllüdlü X14, -xx.xx.2007-ci il təvəllüdlü X18, -xx.xx.2009-cu il təvəllüdlü X15, -xx.xx.2011-ci il təvəllüdlü X4, -xx.xx.2012-ci il təvəllüdlü X16 və -xx.xx.2017-ci il təvəllüdlü X2. Övladlarına doğum haqqında şəhadətnamələrin alınması üçün Qeydiyyat şöbələrinə arvadı ilə birgə müraciət etmiş və övladlarına verilən doğum haqqında şəhadətnamələrdə ata kimi qeyd edilməsini xahiş etmişdir. Lakin Qeydiyyat şöbələri iddiaçını övladlarının atası kimi qeyd etməkdən imtina etmişlər və verilən doğum haqqında şəhadətnamələrdə övladlarının və iddiaçının soyadlarını - “Temerbulatov” kimi qeyd etmişlər. Məhkəmə qərarları ilə iddiaçı, 5 övladının atası kimi tanınaraq, onların doğum haqqında şəhadətnamələrində müvafiq dəyişikliklər edilmiş, övladlarının və iddiaçının soyadları “Malaa” kimi qeyd edilmişdir. Cavabdeh Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsi tərəfindən 6-cı övladı xx.xx.2017ci il təvəllüdlü Məhəmmədə verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV 244956 saylı doğum haqqında şəhadətnamədə də, əvvəllər olduğu kimi, oğlunun və iddiaçının soyadları “Temerbulatov” kimi qeyd edilmişdirç (Temerbulatov Məhəmmədin doğum haqqında şəhadətnaməsinin əsli əlavə olunur). Dəfələrlə arvadı ilə birlikdə cavabdehə müraciət edərək, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44-cü maddəsini, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasrnın 6-cı bəndlərinə müvafiq olaraq, atalığın müəyyən edilməsi və övladımın doğum haqqında şəhadətnaməsində soyadlarının dəyişilərək “Malaa” kimi qeyd olunmasını xahiş etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə iddiaçının arvadı Xeda Temerbulatovla birgə verdikləri “atalığın etiraf edilməsi haqqında” ərizələrinə baxaraq, cavabdeh qeydiyyat orqanı 05/Q-1238-76 saylı xx.xx.2020-ci il tarixli məktubla imtina etmişdir. İmtinanın əsası, əvvəllər olduğu kimi, “hər iki valideynin şəxsiyyət vəsiqəsinin olmaması” olmuşdur ('Sumqayıt “ASAN xidmət ” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli məktubun əsli əlavə olunur). Bu səbəbdən də, iddiaçı yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur, çünki oğlunun doğum haqqında şəhadətnaməsində onu ata kimi qeyd edilməsində valideynlər arasında hər hansı mübahisə yoxdur. Bundan başqa, iddiaçıdan şəxsiyyət vəsiqəsinin tələb edilməsi də əsassızdır, çünki o, BMT QAK tərəfindən verilmiş X13 və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı cavabdeh Qeydiyyat orqanına təqdim etmişdir. BMT QAK tərəfindən verilən X17 artıq bir çox dövlət orqanları (Dövlət İmtahan Mərkəzi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat ofisləri v.s.) tərəfindən şəxsiyyəti təsdiq edən sənədə bərabər sənəd kimi qəbul edilir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti də məhz BMT QAK tərəfindən verilmiş X17 əsasında iddiaçını yaşayış yeri üzrə qeydiyyata almışdır. Çünki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Nümayəndəliyin məlumatları (Himayə Sənədi) əsasında aparılır. Bundan başqa, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin İİİcü hissəsinə əsasən, müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. İddiaçı hesab edir ki, cavabdeh qeydiyyat orqanı iddiaçını oğlunun atası kimi qeyd etməkdən imtina edərək uşaq hüquqlarını və ailə qanunvericiliyini pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə və Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin Məcəllənin 44.2 və 44.3-cü maddələrinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən, ərizə əsasında Atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onlann icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 6-cı maddəsinə əsasən, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdınlmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 7-ci maddəsinə əsasən, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 24-cü maddəsinə əsasən, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-eü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 6-cı bəndinə əsasən, ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 8- ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hönnət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Həmin Konvensiyanın 14-cü maddəsinə əsasən, Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı seçkilik olmadan təmin olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında İddiaçı Abdulanın vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarının 1.7-ci maddəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Eyni zamanda həmin Qaydaların 2.7-ci maddəsinə əsasən valideynlərin birinin sənədlərini üzürlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə,uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadıqda Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunur. Yuxarıda göstərilənlərə əsasən İddiaçı Abdulanın övladı X8 barəsində atalığın müəyyən edilməsi ilə bağlı müraciətin qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün olmamışdır. Sumqayıt Cavabdeh qeydiyyat şöbəsi iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılması xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Temerbulatova Kheda məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Abdula ilə dövlət qeydiyyatına alınmamış nikahdan xx.xx.2017-ci il tarixində doğulmuş oğlu X1 atası kimi İddiaçı Abdulanın qeyd olunmasına etiraz etmədiyini bildirmiş, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixli himayə sənədindən görünür ki, İddiaçı Abdula X3 Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı nümayəndəliyində qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər X10 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Abdula xx.xx.2021-ci il tarixədək Abşeron rayonu, Hökməli qəsəbəsində, ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. AZ-İV seriyalı, 244956 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X1 və atasının soyadı qrafasında “Temerbulatov” kimi qeyd edilmişdir. Məhkəməyə yuxarıda adları qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Yuxarıda qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi atalıq nikahda olan şəxslər arasında nikah qeydi, nikahı olmayan şəxslər arasında isə onların ümumi razılığı əsasında müəyyən edilir. Hazırki işdə də iddiaçı oğlu X6 doğum haqqında şəhadətnaməsində ata qrafasında onun adının göstərilməsini istəyir. Valideynlər arasında bununla bağlı hər hansı bir mübahisənin olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən bununla əlaqədar hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh imtinasının əsası kimi iddiaçının inzibati orqana şəxsiyyət vəsiqəsini təqdim etmədiyini göstərmişdir ki, bu atalığın müəyyən edilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, iddiaçıya yuxarıda da qeyd olunduğu kimi BMT QAK tərəfindən qaçqın statusu verilmişdir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanunun 12-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Həmçinin iddiaçı Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsininin doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə aparılmış 795 saylı akt qeydində X6 və X7 soyadlarının dəyişərək “Malaa” kimi qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsini istəyir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının X5 ilə dövlət qeydiyyatına alınmayan nikahlarından Azərbaycan Respublikasında 6 övladı dünyaya gəlmişdir: xx.xx.2005-ci il təvəllüdlü X14; xx.xx.2007-ci il təvəllüdlü X18; xx.xx.2009-cu il təvəllüdlü X15; xx.xx.2011-ci il təvəllüdlü X4; xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2017ci il təvəllüdlü X2. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qərarın təsviri hissəsində də qeyd edildiyi kimi iddiaçının digər uşaqlarına “Malaa” soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşaqların soyadları bir qayda olaraq valideyinlərin soyadları ilə müəyyən edilir. Qanunun mənasına görə uşağın valideyinlərin soyadını daşımasının istisnaları ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə hesab edir ki, uşağın mənafeyi nəzərə alınaraq, ailənin digər uşaqlarının soyadı “Malaa” kimi qeyd edildiyi üçün, xx.xx.2017-ci il təvəllüdlü X1 da soyadı “Malaa” kimi qeyd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Abdulanın xx xxxxx 2017-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş X6 atası olması haqqında şəhadətnamənin verilməsi, Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsininin doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə aparılmış 795 saylı akt qeydində X6 və X7 soyadlarının dəyişərək “Malaa” kimi qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Abdulanın xx xxxxx 2017-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş X6 atası olması haqqında şəhadətnamənin verilməsi, Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsininin doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə aparılmış 795 saylı akt qeydində X6 və X7 soyadlarının dəyişərək “Malaa” kimi qeyd edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsininin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar