Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3228/2022 19.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar X1, İddiaçı2 Hüseynxan oğlunun, İddiaçı1 və X2 Cavabdehnə qarşı “onlara məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçılar X4, İddiaçı2 Hüseynxan oğlu, İddiaçı1 və X5 Cavabdehnə qarşı “onlara məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, onlar Bakı şəhəri, Səbail rayonu, Nasosnu küçəsi, ev-5-də Zəngilan Rayonundan məcburi köçkün kimi ailəlikcə birlikdə məskunlaşmış, onlara məcburi köçkünlüyümüzü təsdiq edən məcburi köçkün vəsiqəsi verilmiş və biz məcburi köçkünlər üçün dövlət tərəfindən nəzərədə tutulan bütün imtiyazlardan istifadə edirlər. Həmçinin məcburi köçkünlər üçün nəzərdə tutulaq yemək xərcin də alırlar. Lakin, onlaraq verilən vahid aylıq müavinət 2022-ci ili aprel ayından qanunsuz olaraq dayandırılmışdır. Hesab edirlər ki, imtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Qeyd olunanlara əsasən iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçılarn iştirakı olmadan baxmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıların atası İddiaçı3 barəsində 1991-1995-ci illər üçün Zəngilan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təssərüfatbaşına kitabına baxış keçirərkən heç bir qeydiyyat aşkarlanmamışdır. Bu səbəbdən də İddiaçı3 məcburi köçkün hesab olunmadığı üçün ona və ailəsinə aylıq müavinətin verilməsi 2022-ci ilin aprel ayından dayandırılmışdır. İddiaçılar qeyd edirlər ki, ataları İddiaçı3 12 sentyabr 1983-cü il tarixdən Zəngilan rayonu, Qıraq Müşlan kəndində qeydiyyatdadır.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən rayon icra hakimiyyətinə daxil olmuş cavab məktubunda bildirilir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı3 26 dekabr 2003-cü il tarixdən hal-hazıradək Zəngilan rayonu, Qıraq Müşlan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Nəticə olaraq bildirilir ki, İddiaçı3 29 oktyabr 1993-cü ildə məcburi köçkünlər kimi rayonu tərk etməmiş, Zəngilan rayonu, Qıraq Müşlan kəndində qeydiyyatda olmamışdır.O, yalnız 26 dekabr 2003-cü ildə qeydiyyata düşdüyü üçün, məcburi köçkün statusunun daşıyıcısı sayıla bilməz. Yuxarıda göstərilənlərə əsaslanaraq iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Nəzərə alınmalıdır ki, məcburi köçkünlər üçün vahid aylıq müavinətin verilməsi və ya dayandırılması səlahiyyəti Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin vəzifəsidir. Yerli icra hakimiyyəti orqanlarının bu qəbildən olan şəxslərin siyahıya salınması, həmin siyahıları Komitəyə təqdim edilməsi səlahiyyətləri vardır, Komitə tərəfindən isə müvafiq şəxslərə aylıq müavinətlər ödənilir və ya dayandırılır.Hazırkı iddia tələbi üzrə Cavabdeh iddia tələbinə cavab verməli inzibati orqan deyildir. Bu səbəbdən də iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli, xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3-cü bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; -aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir, -aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar, -əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. -əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri iki iş günü müddətində daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Komitəyə rəsmi məlumat verir. -məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinətin ödənilməsi üçün müvəkkil bank Komitə tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar X1, İddiaçı2 Hüseynxan oğlunun, İddiaçı1 və X2 Cavabdehnə qarşı “onlara məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3228/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3228/2022
19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver