Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3229/2025 30.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı və nümayəndəsi-Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixli, xxxxxxx0006 nömrəli qərarın ləğv edilməsi və iddiaçıya həmin tarixdən ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəsifə olaraq qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “iddiaçıya xx.xx.2024-cü il tarixdən 2-ci qrup əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, “xx.xx.2024-cü il tarixli, xxxxxxx0006 nömrəli qərarın ləğv edilməsi və iddiaçıya həmin tarixdən ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəsifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Xızı rayonunun, Giləzi kəndində doğulmuşdur. 2002-ci ildə odlu silahdan açılan güllə nəticəsindnə sol əlində ciddi yaralanma olmuşdur. İki lülə sümüyünün sınması, doqquz qəlpənin daxilində qalması ilə əlaqədar sol əlində funksiya tamamilə pozulmuş, əmək qabiliyyətini itirmişdir. Xızı rayonunda uzun müddət stationar müalicə almışdır. Yara aldığı vaxtdan heç bir əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Bu səbəblə iddiaçı 2009-cu ildə əlillik təyin edilməsi üçün müraciət etmişdir. Həmin tarixdən 2021-ci ilədək mütəmadi olaraq tibbi yoxlanışlardan keçməklə komissiya tərəfindən iddiaçıya İİ qrup əlillik təyin edilmişdir. 2021ci ildə iddiaçıya əlillik müddətinin bitməsi ilə əlaqədar yenidən forma-88 ilə cavabdeh orqana müraciət etmişdir. Lakin iddiaçının xx.xx.2021-ci il tarixli göndərişinə natamam doldurulma səbəbi ilə imtina verilmişdir. Bununla bağlı iddiaçıya cavabdeh orqan tərəfindən heç bir məlumat verilməmişdir. Bu iddiaçının təqsiri ucbatından baş verməsə belə, iddiaçı yenə də yeni göndərişin rəsmiləşdirilməsi üçün tibb müəssisəsinə müraciət etmişdir. Yenidən Forma 88 verilməsi ilə bağlı Xızı rayon Diaqnostika Mərkəzinə müraciət etmişdir. İddiaçının travmotologiya və nevropotologiyadan sənədləri yenilənməli olduğunu bildirmişlər. Travmatologiya İnstitutunda sənədləri yeniləyə bilsə də, nə Xızı rayon Diaqnostika Mərkəzindən, nə Respublika Klinik Xəstəxanasından, nə də Sumqayıt şəhər poliklinikasından nevropotoloq müayinəsindən keçib sənədini yeniləyə bilməmişdir. Respublika Klinik Xəstəxanasından göndəriş olmadığı təqdirdə iddiaçıya sənəd verə bilmərik deyilmiş, Xızı rayon Diaqnostika Mərkəzində isə nevropotoloq olmadığı üçün göndəriş verə bilmədiklərini söyləmişlər. Nəhayət xəstəxanaya və digər orqanlara dəfələrlə müraciətindən sonra xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş N00219739NNZ saylı yeni göndəriş cavabdeh inzibati orqana göndərilmişdir. Lakin onlar yenə eyni əsasla göndərişi tibb müəssisəsinə geri göndərmişlər. İddiaçı bildirir ki, verilmiş imtinalar ilə bağlı qərarlar iddiaçıya heç bir formada bu günə qədər çatdırılmayıb. İddiaçı bununla bağlı tibb müəssisəsindən şifahi şəkildə məlumat əldə edə bildikdən dərhal sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının diaqnozlarını təsdiq edən USM, EMQ və digər müayinə sənədlərindən çıxarışlar göndərişində qeyd olunmuşdur. İddiaçının sol qolunda və əlində hərəkət funksiyası pozulub və bu iddiaçının həyat tərzinə ciddi şəkildə mənfi təsir göstərir. 3 ilə yaxındır ki, tibb müəssisələri və DTSERA arasında qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında İddiaçı və nümayəndəsi-Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə bildirirlər ki, iddiaçı inzibati orqan tərəfindən verilmiş qərardan məlumatı olmuş, 30 gündən artıq müddət keçmiş və qərar mübahisələndirilməmişdir. Qeyd edilən halları nəzərə alaraq iddianın mümkünsüz hesab olunmasını xahiş edirlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: 19030 saylı Ambulator xəstənin tibbi vərəqi ; “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T814/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyi və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 24 sentyabr 2024-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Belə ki, mübahisələndirilən qərarın əyani və ya sms vasitəsi ilə iddiaçıya çatdırılmasını təsdiq edən sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 15 avqust 1979-cu il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya 19 sentyabr 2016-cı il tarixindən “Ümumi xəstəlik” səbəbindən (S50-S59 Dirsək və saidin travmaları, S50-Saidin səthi travması, S50.8 Saidin digər səthi travması) diaqnozları ilə ikinci dərəcəli əlillik, 5 il müddətinə təyin edilmişdir. 2024-cü ildə növbəti müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmiş və Dövlət-Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 24 sentyabr 2024-cü il tarixli qərarı ilə İddiaçı dair “Göndərişin natamam doldurulması” barədə qərar qəbul edilmişdir. İddiaçı hal-hazırda cavabdeh orqanın 24 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və ona həmin tarixdən əlillik dərəcəsinin təyin edilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. İddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı barəsində tərtib edilmiş N00219739NNZ nömrəli göndəriş əsasında ona əlilliyi olan şəxs statusunun verilməsi üçün zəruri sənədlər cavabdehə göndərmişdir. Lakin cavabdeh tərəfindən diaqnozun əlillik əlamətləri təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi məsələyə münasibətdə bildirir ki, məhkəmənin 2-1(118)-3229/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən əyani müayinə təyin edilmişdir. Cavabdeh orqan tərəfindən qərardada cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: “Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.” Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3229/2025 saylı qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T814/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyində aşağıdakılar qeyd edilmişdir: “İddiaçı xx.xx.2025-ci il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutıf’nda aparılmış müayinələrdən sonra komissiya tərəfindən “Sol saidin aşağı 1/3-nin dəlib-keçən odlu silah yaralanmasının cərrahi müalicəsindən sonrakı vəziyyət, saidin aşağı 1/3-nin ön, arxa səthlərinin çapıqları, said əzələlərinin hipotrofiyası, çapıq nahiyəsində orta sinirin proyeksiyasında ağrılı nevroma, əlin qısa əzələlərinin hissəvi atrofiyası, orta sinirin zonasında əldə və barmaqlarda hissiyyat pozğunluğu, sol əlin İ,İİ,İİİ,İV və V barmaqlarının bükücü, açıcı kontrakturası, İ barmağın bükücü deformasiyası, sol əlin funksiyasının və əmək qabiliyyətinin pozulması-Y22, L90.5, M62.5, R52.1, M24.5, Z73.6, M79.5, T92.1, M81.2, S54.1, T92.4, Q56.1” diaqnozu müəyyən edilmişdir. O, hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Sumqayıt Tibb Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, N00219739NNZ saylı forma 088 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol saidin aşağı 1/3-nin dəlib-keçən odlu silah yaralanmsından sonrakı vəziyyət. Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası, sol əlin İ,İİ,İll, İV və V barmaqlarının bükücü, açıcı kontrakturası, L90.5-dərinin çapıqlamış vəziyyəti və fibrozu, saidin aşağı 1/3-nin ön, arxa səthinin çapıq toxuması, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əlin və barmaqların hipotrofiyası, çapıq nahiyəsində orta sinirin proyeksiyasında ağrılı nevroma, əlin qısa əzələlərinin hissəvi atrofiyası, orta sinirin zonasında əldə və barmaqlarda hissiyyat pozğunluğu, T92.4-yuxarı ətrafın sinirinin travmasının nəticələri, yuxarı ətraf sinirinin zədələnməsindən sonrakı vəziyyət, S54.1-orta sinirin said səviyyəsində travması, orta sinirin zədələnməsi, T92.1-bilək və əl istisna olmaqla yuxarı ətraf sınığının nəticələri, said sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, Z73.6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, sol əlin funksiyasının və əmək qabiliyyətinin pozulması” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən dərinin çapıqlamış vəziyyəti və fibrozu, saidin aşağı 1/3-nin ön, arxa səthinin çapıq toxuması (L90.5); orta sinirin said səviyyəsində travması, orta sinirin zədələnməsi (S54.1) müşahidə olunan şəxsə əlillik təyin edilir.” Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda N00219739NNZ nömrəli Forma 088-də qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən əlilliyin təyin edilməsindən imtina əsassız olmuş və formal xarakter daşıyır. Məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, xx.xx.2024-cü il tarixli, xxxxxxx0006 nömrəli “Göndərişin natamam doldurulması” barədə qərar ləğv edilməli və iddiaçıya həmin tarixdən orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehn İddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli, xxxxxxx0006 nömrəli “Göndərişin natamam doldurulması” barədə qərarı ləğv edilsin. İddiaçı həmin tarixdən orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva