Məhkəmə qərarları › İş №2-1(118)-3230/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3230/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3230/2022 08.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2rşı “Tək ana olaraq vəfat etmiş şəxsin 8 yaşınadək uşağına baxdığına və işləmədiyinə görə ona müavinət verilməsi öhdəliyinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2rşı iddia qaldıraraq “Tək ana olaraq vəfat etmiş şəxsin 8 yaşınadək uşağına baxdığına və işləmədiyinə görə ona müavinət verilməsi öhdəliyinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ailə başçısını itirdiyinə görə xx.xx.2019-cu il tarixdən etibarən iddiaçıya müavinət təyin edilmiş və 2019-cu ilin avqust ayına qədər bu müavinət ödənilmişdir. Lakin, tək ana olaraq vəfat etmiş şəxsin 8 yaşınadək uşağına baxdığına və işləmədiyinə görə ona cəmi 3 ay müavinət verilmiş, sonradan isə dayandırılmışdır. Cavabdeh təşkilata - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu barədə ərizə ilə müraciət etmiş, **********1 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, ailə başçısını itirməyə görə vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə müavinətin təyin edilməsi qanuna ziddir. Həmin müavinət 3 ay ödənilmiş, 3 aydan sonra isə qanuna zidd olmuşdur. Halbuki, ailə başçısını itirdiyinə görə xx.xx.2019-cu il tarixdə ona müavinət təyin ediləndə, tək ana olaraq vəfat etmiş şəxsin 8 yaşınadək uşağına baxdığına və işləmədiyinə görə ona müavinət təyin edilməli idi. Ancaq həmin müavinəti ona cəmi 3 ay vermişlər. Hesab edir ki, cavabdeh orqanın ona verdiyi cavab əsassızdır, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianın cavabdeh tərəfindən təmin olunduğunu, iddia tələbinin qalmadığını bildirmişdir. Cavabdeh inzibati orqan isə icraata xitam verilməsi barədə ərizəsində qeyd edir ki, İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə müavinət təyin edilmişdir. Lakin iddiaçının tələbinə uyğun olaraq xx.xx.2017-ci il tarixdən ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və onun müracinə baxılmışdır. Nəticədə İddiaçı ailə başçısını itirməyə görə müavinətin yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək keçmiş dövr üçün ödənilməyən 1322.54 manat (bir min üç yüz iyirmi iki manat 54 qəpik) fərq məbləğinin ödənilməsi haqqında qərar qəbul edilmişdir. Nəticə etibarilə hesab edirlər ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, iddianın tərəflərindən təmin olunduğunu bildirmiş, icrata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə qalmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2rşı “Tək ana olaraq vəfat etmiş şəxsin 8 yaşınadək uşağına baxdığına və işləmədiyinə görə ona müavinət verilməsi öhdəliyinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması”na dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar