Məhkəmə qərarları › İş №2-1(118)-3232/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3232/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3232/2025 24.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" X4 Cəmiyyətinin Cavabdeh5nə, Cavabdeh1, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı ""Xırdalan-Xəz” ASTCnin fəaliyyətdə olan sexlərinin 1-2 metrliyində Cavabdeh1 (VÖEN **********) tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının və hal-hazırda inşa edilməkdə elan bina və tikililərlə bağlı Abşeron RİH-nin sərəncamının, tikinti ilə bağlı FHN-nin yanında TTNDA-yi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş icazələrin ləğv edilməsi və tikilmiş və tikilməkdə olan yaşayış binalarının iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 25-50 metrliyində olan hissəsinin cavabdeh tərəfindən onun hesabına sökülməsi və sökülmüş sahənin əvvəlki vəziyyətə bərpa edilərək təhvil verilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X4 Cəmiyyəti yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 01 İyul oktyabr 1907-ci ildə “Xırdalan Xəz" (Bakı Xəz Məmulatları) Əmlak Məsələləri Dövlət xidmətinin (əvəliki adı/XR Dövlət Əmlak Komitəsnin ) 830 nömrəli sərəncamına əsasən cəmiyyətin adı "xxxx" ATSC. hüquqi ünvanı Abşeron ray; Xırdalan şəh; İİ.Əliyev pr 27/28 kimi təsdiq edilmiş və DVX tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə. VÖEN (**********) verilmişdir. "Xırdalan Xəz” ATSC Abşeron rayonu Xırdalan şəhərində у erləşən dəri emalı müəssəsidir. Müəssisə cəmiyyətin "Emissiya Prospektində" qeyd olunduğu kimi 6.5 Ha torpaq sahəsi və 0.5 Ha qırmızı mühafizə zolağında yerləşən daş hasarla əhatə edilmişdir. "xxxx" ATSC hazırda "Emissiya Prospektində" qeyd olunduğu kimi, torpaq sahəsi AR-nın qanunlarına müvafiq qaydada İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinə əsasən istifadədir. (Azərbaycan Respublikasının Prezdentinin 19 dekabr 1997 -ci il tarixli ve 659 nömrəli fərmanına əsasən) "xxxx" ATSC 1969-cu ildə Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev propektində yerləşən dəri istehsal müəssisəsidir və hal-hazırda fabrikin istehsal sahəsində 300 (üç yüz) nəfərdən çox Xırdalan şəhər sakinləri iş ilə təmin edilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 27/28 ünvanında yerləşən bu müəssisə iri və xırda buynuzlu heyvanların dərilərini emal etməklə Qazaxıstan, Çin, İtaliya, Hindistan və Türkiyə kimi xarici ölkələrə ixrac edir. Müəssisə gün ərzində 25 (iyirmi beş) ton iri və 6000 (altı min) ədəd xırda buynuzlu heyvan dərisinin istehsalı gücünə malikdir ki, emal prosesində xrom, piklə və rənglənmiş dərilərin hazır məhsullarının istehsal edilməsi üçün çoxsaylı insan həyatı üçün təhlükəli olan fərqli kimyəvi maddələrdən istifadə edilir. Bu maddələrdən istifadə istehsal prosesi üçün zəruridir. Bu səbəbdən aidiyyatı dövlət orqanlar fabrikin ətrafında yaşayan insanlara müəssisədən ən azı 25-50 metr aralı məsafədə yaşamağı tövsiyə etsə də bu barədə müvafiq qərarlar da qəbul olunmasına baxmayaraq “Abşeron City" MTK tikinti şirkəti insanlara bu tövsiyə və qərarlar barədə məlumat verməməklə yanaşı onlara müəssisə barədə səhv məlumatlar verir. Beləliklə də tikinti şirkəti pul qazanmaq üçün öz çirkin niyyətini həyata keçirib qanunla müəyyən edilmiş ara məsafəsi saxlamadan müəssisənin istehsalat sahəsinin 1 (bir) metrlik məsafəsində yüksək mərtəbəli yaşayış binaları inşa edərək tikinti normalarının tələblərini pozmaqla yanaşı gələcəkdə o binalarda yaşayacaq insanların həyatını da təhlükəyə atır. Cəmiyyət ("xxxx"ATSC) dəfələrlə tikinti şirkətinin rəhbərliyinə Abşeron RİH-nə, FHNnin TTDA-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və digər aidiyyatı qurumlara yarana biləcək təhlükə barədə müraciətlər göndərsə də münasibət bildirən yoxdur. Bu vəziyyətdən sui-istifadə edən Cavabdeh1 da aşkaranə şəkildə tikinti normalarının tələbini pozub istehsalat sahəsinin yaxınlığında, qadağan edilmiş ərazidə tikinti işlərini davam etdirir və adiyyatı dövlət orqanları da tikintinin dayandırılması təmin etmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı olduğu kimi müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. İşin hallarından görünür ki, iddiaçının məhkəmənin icraatında daha əvvəl də eyni iddia tələbi ilə bağlı işi olmuş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(118)-1689/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında izahatı zamanı həmin dövrdə sərəncamın tarixinin onlara məlum olmadığını və bu hala istinadən iddia müddətini ötürmədiklərini bildirsə də, məhkəmə qeyd edir ki, 2021-ci ildə eyni iddia ilə məhkəməyə müraciət edilməsi iddiaçı tərəfin sərəncamın mövcudluğundan xəbərdar olduğuna dəlalət edir. Beləliklə, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə 19 noyabr 2024-cü il tarixdə məhkəmədə yenidən iddia qaldırmışdır. Həmçinin iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf bir neçə cavabdehə qarşı ayrı-ayrı tələblər irəli sürmüş, iddia tələbinə olduğu kimi baxılmasını xahiş etmişdir. Lakin iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh1 inzibati orqan deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ali məhkəmənin yuxarıda adı qeyd olunan Plenum qərarının 12-ci bəndindən də göründüyü kimi, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Bundan əlavə digər cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahatı zamanı sözügedən ünvanda tikintisi aparılan obyektə dair tərəflərindən hər hansı icazənin verilmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar