Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3234/2022 07.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X4, X1, X2 və azyaşlı X3 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 2-də yerləşən 20 saylı mənzildən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon,ev 2,mənzil 20-də yerləşməklə sahəsi 106,9 kv.m. olan 5 otaqdan ibarətdir. O, mənzilin sahibidir. Sumqayıt şəhər 4 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən bu mənzil üzərində mülkiyyət hüquqları AR ƏMDK DƏDRX Sumqayıt (2 saylı) ərazi idarəsində qeydə alınmış və adına çıxarış verilmişdir. Mənzili alqı-satqı müqaviləsinə əsasən almış və maraqlı şəxslər həmin vaxtdan daimi olaraq bu ünvandan köçmüş lakin bu mənzildən qeydiyyatdan çıxmamışlar. Bu isə bir mülkiyyətçi kimi onun mənzil üzərində hüquqlarını həyata keçirməyə mənzil üzərində sahiblik,istifadə və sərəncam hüquqlarına maneə yaradır. Halbuki aralarındada bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin 3.6.4-cü bəndində onlar mənzili satdıqları gündən 30 gün müddətində bu mənzildən qeydiyyatdan çıxmalarını öhdələrinə götürsələr də, bu öhdəçiliyə əməl etməmişlər. İddiaçı cavabdeh təşkilata ərizə ilə müraciət edərək həmin şəxslərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubunda müraciəti təmin etməmiş, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, məhkəmədə iddia qaldırdıqdan sonra mənzili başqa şəxsə satmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra mənzili başqa şəxsə satmışdır. Bu halda məhkəmə qeyd edir ki, iddiaçı hazırda digər şəxsin mülkiyyətində olan mənzilə dair tələb irəli sürdüyü üçün, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət edməsi üçün subyektiv hüququ yoxdur. Belə bir tələblə mənzilin hazırki mülkiyyətçisi məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, mövcud tələblə mənzilin hazırki mülkiyyətçisi məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(118)-3234/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3234/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver