Məhkəmə qərarları › İş №2-1(118)-3235/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3235/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3235/2024 12.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “ona ailə başçısının itirməyə görə hüququ yaranan andan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “ona ailə başçısının itirməyə görə hüququ yaranan andan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu Zizik kənd sakini X2 ilə 25 may 1979-cu ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından xx.xx.1980-cı ildə X4, xx.xx.1982-ci ildə Nurəngiz Məmmədəmi qızı, xx.xx.1985-ci ildə X5, xx.xx.1990-cı ildə X3, və xx.xx.1994-cu il tarixdə X6 adlı övladları anadan olmuşdur. Həmin övladlarını o, boya-başa çatdırmışam. Həyat yoldaşı X2 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Həyat yoldaşım M.Ələkbərov 1971-cı ildə Əmək fəaliyyəyinə başlamış və xx.xx.1999-cu il tarixə kimi müxtəlif təşkilatlarda işləyərək 27 ilə yaxın əmək stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə görə beş və daha çox uşaq doğub, övladlığa və ya qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüquqa vardır. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh təşkilata 2023-cü il tarixdə müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən ona hərəkətsizlik göstərilməklə, müaciəti təmin edilməmişdir. Odur ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 iddaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə Filialın 18 noyabr 2023-cü il tarixli 3- 17-1/2-Ə-270119/2023 nömrəli imtina məktubu ilə iddiaçının qanunvericiliklə müəyyən edilmiş pensiya yaşının (63 yaş 6 ay) tamam olmadığı və orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs hesab edilmədiyindən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsinsə qeydə alınmış pensiya kaptalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, b pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyul 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən xx.xx.2023-ci il tarixdən xx.xx.2024-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilmişdir. İddiaçı isə xx.xx.1961-ci il təvəllüdlü olmaqla hazırda 63 yaşındadır. İddiaçı iddia ərizəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir. 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1.18 yaşına çatmamış; 14.1.1.2.18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3.təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyqun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsəj 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Göründüyü kimi, Qanunda əmək pensiyasının növləri fərqləndirilməldə yanaşı, hər birinin təyin edilməsi üçün fərqli şərtlər müəyyən olunmuşdur. Qanunun 14.1.2-ci maddəsindən də görünür ki, ata, ana, ər, arvada ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Qanunun 7-ci maddəsinə uyqun olaraq müəyyən edilmiş pensiya yaşına çatması şərt kimi müəyyən edilmişdir. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 7-ci maddəsi ilə tələb olunan yaşı (63 yaş 6 ay) tamamlandığı tarixdən hüququ yara bilər. Əlavə olaraq bildiririk ki, Qanunun 8-ci maddəsində nəzərdə tutulan şəxslərə münasibətdə Qanunun 7-ci maddəsinə uyqun şərtlər daxilində yaş həddinin 5 il azaldılması həmin şəxslərə edilən güzəşt olmaqla, məhz yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün belə güzəşt nəzərdə tutulmadığından və birbaşa şəxsin qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatması şərti irəli sürüldüyündən hesab edirik ki, iddia tələbi əsassızdır. Eyni zmanda bildiririk ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün vəfat etmiş ailə başçısının tələb olunan minimum sığorta stajı 13 il 8 aydır (TxK—118,08). İddiaçı təqdim etdiyi mərhum X1 xx.xx.1975-ci il tarixdə tərtib olunmuş əmək kitabçasının surətinə əsasən onun xx.xx.1974-cu il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il taridən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək ümumi iş stajı 24 il 6 ay 6 gün təşkil edir. Göründüyü kimi, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün vəfat etmiş ailə başçısının tələb olunan minimum sığorta stajı olsa da iddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsi ilə müəyyən olunmuş şəxslər kateqoriyasından hər hansı birinə aid olmadığı üçün onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. . . Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri yə işin Mil hallarına nəzərən göründüyü kimi verilən imtina qanunauyğun olmuş, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir, 19 2-ci Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-Cİ maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ı ə, ə" təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mu a ı düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzi əsin araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa orc u tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: AZE 0******* saylı şəxsiyyət vəsiqəsi; AZ-İ № 986361 saylı, 20 fevral 2019-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının iddiaçıya ünvanladığı 18 noyabr 2023-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan və cavabdeh inzibati orqanın onun təmin edilməsindən imtinası əsaslı olduğundan, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx xxxxx 1961-ci il təvəllüdlü İddiaçı ona ailə başçısı itirməyə görə hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.1ci maddəsinə istinad edərək, beş və daha çox uşaq doğub, övladlığa və ya qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddinin 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnun yarandığını bildirir və qeyd edilən əsaslarla ona ailə başçısı itirməyə görə hüququnun yarandığı (güzəşt tətbiq edilməklə) tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçı eyni tələblə cavabdeh orqana da müraiət etmişdir, cavabdeh orqan isə özünün 18 noyabr 2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2-ci maddəsinə uyğun olaraq vəfat etmiş, yaxud həlak olmuş ailə başçısının ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Yuxarıdakı qanunvericilik normasından göründüyü kimi, 5 il azaldılmaqla pensiyanın təyin edilməsi yalnız yaşa görə əmək pensiyasının təyin edilməsi halına şamil edilmişdir. Qanunvericilikdə ailə başçısını itirmə halına görə yaş həddinin azaldılması nəzərdə tutulmadığından, cavabdeh orqanın imtinası qanunauyğun olmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. İmtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalınə qarşı “ona ailə başçısının itirməyə görə hüququ yaranan andan (güzəşt tətbiq edilməklə) yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalınə qarşı “ona ailə başçısının itirməyə görə hüququ yaranan andan (güzəşt tətbiq edilməklə) yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar