Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3236/2023 03.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (qəyyumu) X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “X2, xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X8, X7 və X9 ona məxsus Abşeron rayonu, Masazır kəndi, X30 küçəsi ünvanda yerləşən 9B nömrəli evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qəyyumun qardaşı oğludur. Qardaşının oğlu Aydın 2002-ci ildə ruhi-əsəb xəstəsidir və ona psixi sağlamlıq mərkəzində “F20.0 Şizofrenia paranoid forma” diaqnozu qoyulmuş və ikinci qrup əlildir.Binəqədi Rayon Məkəməsinin 30 oktyabr 2020-ci il tarixli Qətnaməsi ilə qardaşı oğlu İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 25 dekabr 2020ci il tarixli 225 saylı sərəncamı ilə İddiaçı üzərində əmisi yəni o, X21 qəyyum təyin olunmuşdur. İddiaçı heç kimin xəbəri olmadan Abşeron rayonu. Masazır kəndi X30 küçəsi, ev 9B ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan iki mərətbəli fərdi yaşayış evini X10 20000 manat məbləğində 24 avqust 2020-ci il tarixdə Sumqayıt 4 saylı Notariat ofisində satmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1618/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə Abşeron rayon Masazır kəndi X30 küçəsi 0.0124 ha torpaq sahəsi olan ev 9 B ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı ilə X16 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN- ******* saylı daşınmaz əmlakın Alqı-satqı müqaviləsi etibarsız hsab edilməsi, Abşeron rayonu, Masazır kəndi X30 küçəsi, ev 9B ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən X7 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarış ləğv edilməsi xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında X1 Abşeron rayon Masazır kəndi X30 küçəsi 0.0124 ha torpaq sahəsi olan ev 9 B ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evindən X16 çıxarılması qət edilmişdir. Üçüncü şəxslər iddiaçının mənzilində formal olaraq qeydiyyatda qalmışdırlar. Onların mənzil üzərində heç bir hüququ yoxdur və onların mənzilində qeydiyyatda qalması mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Ona görə də cavabdehə müraciət edərək üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını müraciət etmiş, onun müraciətinə müsbət cavab verməyən cavabdeh müraciəti təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə porsesində iştirak edən iddiaçının qanuni nümayəndəsi (qəyyumu) X21 ərizədə qeyd edilənlər onun və iddiaçının iradəsi əsasında yazılmış və imzalanmışdır. Eyni zamanda bildiridi ki, yaşayış sahəsi qardaşı oğlunun mülkiyyətinə keçdikdən sonra 3-cü şəxslərin həmin mənzildə pasort qeydiyyatında qalmaları onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Ona görə də iddiaçı, onun qanuni nümayəndəsi (qəyyumu) iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş 59/2-B-24256/24 nömrəli, 19 aprel 2023-cü il tarixli imtina məktubu, DƏDKR tərəfindən verilmiş **********45-10301 nömrəli çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Abşeron Rayon Məhkəməsinin 2(012)-1618/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surəti, Abşeron Rayon İcra Hakimiyyətinin 25 dekabr 2020-ci il tarixli 225 saylı sərəncamının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı Rəhimov X17 rayonu, Masazır kəndi, X30 küçəsi ünvanda yerləşən 9B nömrəli yaşayış sahəsinin mülkiyyətçisidirlər. Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər – X4, xx.xx.2015-ci il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X15, xx.xx.2010-cu il təvəllüdlü X22, xx.xx.2011-ci il təvəllüdlü X18, X16 və X19 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadırlar. Onlar iddiaçının mülkiyyətinə pasport qeydiyyatına salınmasına baxmayaraq iddiaçının mənzil hüquqlarının pozulmasına səbəb olur. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1618/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Abşeron rayon Masazır kəndi X30 küçəsi 0.0124 ha torpaq sahəsi olan ev 9 B ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı ilə X16 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN- ******* saylı daşınmaz əmlakın Alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Abşeron rayonu, Masazır kəndi X30 küçəsi, ev 9B ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən X7 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarış ləğv edilməsi xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında X1 Abşeron rayon Masazır kəndi X30 küçəsi 0.0124 ha torpaq sahəsi olan ev 9 B ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan fərdi yaşayış evindən X16 çıxarılması qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələrində də dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə olan halda 3cü şəxslərin həmin mənzilə daxil mülkiyyət hüquqlarına xitam verildiyindən iddia tələbi əsaslı sayılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Hazırkı iddia tələbi üzrə 14 yaşına çatmayan övladların valideynlərin daimi yaşayış yeri mübahisə predmeti olan mənzil olmadığı tədqirdə onların mənzildən pasport qeydiyyatından çıxarılması təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxslər – X4, xx.xx.2015-ci il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X15, xx.xx.2010-cu il təvəllüdlü X22, xx.xx.2011-ci il təvəllüdlü X18, X16 və X3 rayonu, Masazır kəndi, X30 küçəsi ünvanda yerləşən 9B nömrəli yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2, xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X8, X7 və X9 İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, X30 küçəsi ünvanda yerləşən 9B nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Abşeron Rayoni, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3236/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3236/2023
03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver