Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-324/2020 26.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair X3 Naziri general-polkovnik Zakir Həsənovun 0267 N–li, xx xxxxx 2019–cu il tarixli Əmrinin ləğv edilməsi və əvvəlki tutduğu vəzifəyə (mayor rütbəsi, tabor komandiri) bərpa edilməyi barədə qərar qəbul edilməsitələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxx 1985-ci ildə Lənkəran şəhərində anadan olmuş, ailəli və 2 azyaşlı övladı vardır. 2002-ci ildə "Heydər Əliyev" adına Ali Hərbi məktəbə daxil olmuş, 2006–cı ildə həmin Məktəbi fərqlənmə ilə Leytenant hərbi rütbəsi ilə bitirib Silahlı Qüvvələrin Təlim və X7 almışdır. 2007-ci ildə oranı da fərqlənmə ilə bitirib Müdafiə Nazirinin müvafiq əmrinə əsasən xitmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, 2008-ci ildə nümunəvi xidmətinə görə onu Müdafiə Nazirinin müvafiq əmri ilə Gədəbəy rayonuna N nömrəli hərbi hissəyə göndərilmiş, uzun müddət 3-cü Ordu Korpusunda nümunəvi xidməti nəzərə alınaraq xidmətini davam etdimək üçun N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissədə nümunəvi xidmətinə görə bir çox kurslara göndərilmiş, qısa vaxt ərzində motoatıcı taborun qərargah rəisi və sonunda l–ci motoatıcı taborun komandiri vəzifəsində xidmət etmişdir. 17 (on yeddi) illik xidməti dövrümdə bir çox fəxri-fərmanlara layiq görülmüş, belə ki, AR Silahlı Qüvvələrinin 90 illik yubiley medalı, 95 illik yubiley medalı, qüsursuz Xidmətə görə il dərəcəli medal və sonunda ona hərbi xidmətində əldə etdiyi yüksək nailiyyətə görə Azərbaycan Respublikası Prezidentinin adından İİİ dərəcəli medal verilmişdir. Xidmət etdiyi 17 illik dövrdə vətəninə, xalqına, millətinə, dövlətinə sadiq hərbi qulluqçu kimi hər an canını fəda etməyə, son nəfəsinə qədər döyüşməyə hazır olmuş və hazırdır. Aprel döyüşlərindən sonra may ayında hücum hazırlığı ilə bağlı hərbi hissəmizin ön xəttə göndərilməsinə birinci o əlini qaldıraraq önə çıxmışdır. 2018-ci ildə N nömrəli hərbi hissənin komandiri dəyişilərək yerinə polkovnik Əflatun Nurəliyev təyin olundu və həmin ildə o Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Tabor Komandiri vəzifəsinə təyin olunmuşdu. Təyin olunduğu tabor hərbi hissənin ən çətin taboru olmasına baxmayaraq, öz vəzifəsinin öhdəsindən şərəflə gəlməyə çalışmışdır. Komandiri olduğu taborun bölük komandiri baş leytenant Babək Musayev xidməti nöqsanlara yol verdiyi üçün raport yazmış, Şərəf Məhkəməsində xəbərdarlıq edildi, o isə bundan nəticə çıxartmadığı üçün eyni zamanda şəxsi heyətə nəzarət etmədiyi üçün komandanlıq tərəfindən yenidən Şərəf Məhkəməsində dindirilməsinə qərar verildi. Şərəf məhkəməsinin qərarı üzrə bölük komandirinin vəzifəsini bir pillə aşağı salınması qərara alınsa da, bir neçə gün sonra Şərəf Məhkəməsinin qərarı dəyişdirilərək yuxarı vəzifəyə getməsi barədən qərar qəbul olundu. Hərbi Hissənin komandiri onu yanına çağıraraq tez bir zamanda həmin zabiti yazılan atestasiya balını dəyişməyini və imza atmağını əmr etdi. O bu barədə hərbi hissə komandiri Ə.Nurəliyevdən soruşanda o, cavabında “yuxarının tapşırığın belə olduğnu” bildirdi. Tabeçiliyində olan vəzifəli şəxslərin dəyişilməsini hərbi hissə komandiri Ə.Nurəliyevə və onun müavinlərinə bildirmiş, lakin onlar onu təqsirkar bilrək dəyişiklik etmək istəmədilər. O isə şikayət edə bilməmiş və həmin zabitlərin də yerinə işləmişdir. Yuxarıda qeyd etdiyi narazılıqlara görə hərbi hissə komandiri Ə.Nurəliyev onunla prinsip aparmağa ona qarşı qərəzli mövqe tutmağa başladı. Ona “Sən bu orduya bir ləkəsən səni məhv edəcəyəm” deyib, bir daha ona qarşı olan mövqeyini nümayiş etdirdi. Ancaq o, öz qanacaq və qabiliyyətini göstərərək, tabeçiliyində olmağını nəzərə alaraq öz xidmətini davam etdirmişdir. 2018-ci ilin oktyabr ayında o və müavinləri komandir hazırlığı toplantısında olarkən ona hərbi hissə komandiri polkovnik Əflatun Nurəlivev mobil telefonla zəng edərək bildirdi ki, sənin taboruna yuxarı komandanlıq tərəfindən tapşırılmış 4 əsgər saldığını, onlara ayrıca otaq verməyini və onlarla işinin olmamasını bildirdi. O da əmri icra edərək bu əmri bölük komandiri Hikmət Soltanova çatdırmışdır. Toplantı bitdikdən sonra hərbi hissə komandirindən həmin əsgərlərin yerinin dəyişdirilməsini xahiş etmiş və həmin əsgərlər intizamsız olduğuna görə şəxsi heyətində intizamın aşağı saldıqları barədə məlumat vermişdir. Lakin bu müraciətlərinə baxmayaraq hərbi hissə komandiri onunla prinsip aparmağa başladı, hər kiçik problemi böyütməklə onu şəxsi heyətin qarşısında nüfuzdan salırdı. Məqsədi onu hərbi xidmətdən uzaqlaşdırmaq idi. 2018-ci ilin dekabr ayında “Qasımalı” təlim mərkəzində taborun taktiki təlimi keçiriləcəkdi. Təlimdən qabaq hərbi hissə komandiri polkovnik Əflatun Nurəliyev ona tabeçiliyində olan əsgər Rustəmovun yaxın qohumu təlim ərəfəsində toyu olacaq onu iki günlük evə göndər. O buna etiraz edəndə əmr edirəm dedi. O da oldu deyib əmri icra etmiş, təlim ərəfəsində əsgər Rüstəmovu yanına çağırıb onu evə buraxdım, səhəri gün Ordu Korpusu tərəfindən şəxsi heyəti yoxlamağa vəzifəli şəxslər gəldi və aşkar olundu ki sözügedən əsgər xidməti yerində yoxdur. O da hərbi hissə komandirinin adının hallanmaması üçün heç kimə bir söz deməmiş, sonunda ondan əsgərin yerində olmaması barəsində araşdırmaya raport yazıldı. Hərbi hissə komandiri polkovnik Əflatun Nurəliyev onun arxasında durmadı və onu ilişdirərək bütün hadisələri üzərinə atmış və həmin əsgəri öyrədərək əleyhimə izahat verməsini tapşırdı və sonunda ona cinayət araşdırması işi Sumqayıt Hərbi Prokurorluğunda təhqiqat işi aparıldı. Hərbi Prokurorluğ həmin 4 əsgəri də üzərimə ataraq yəni Əflatun Nurəliyevdən soruşulanda o deyib ki mənlik deyil hamısını tabor komandiri edib. Qorxusundan bütün günahları ona aid olduğunu dedi. Bu az imişkən Dünya Azərbaycanlıların Həmrəylik Günündə 2018–ci ildə hərbi hissədə təyinatından da çox əsgər heyətini məzuniyyətə buraxdı. Gedə bilməyənlərin valideyinlərinin şikayətindən sonra bizim yəni bütün bölmə komandirlərini gecə vaxtı xidməti yerinə qaytararaq bizdən valideynlərə zəng edərək məzuniyyətə buraxılmış əsgərlərin xidməti yerlərinə qaytanlmasını əmr etdi. Bu hadisədən yuxarı komandanlıq məlumat aldı və hərbi hissə komandiri Əflatun Nurəliyev üçün Şərəf Məhkəməsi keçirdilər. Hərbi hissə komandiri Əflatun Nurəliyev özünün yol verdiyi qanun pozuntularının hamısını onun üzərinə atıb, raport yazdı və onun barəsində Şərəf Məhkəməsi keçirildi. Şərəf Məhkəməsində qəbul edilən qərar onun aşağı vəzifəyə keçirilməyi barədə olasa da, Hərbi hissə komandiri Əflatun Nurəliyev sonradan həmin qərarın dəyişdirilməsinə nail oldu və onun ordu sıralarından ehtiyata xidmətə uyğunsuzluqla çıxarılmağı barədə yeni bir qərar çıxarıldı ki, həmin qərardan da onun xəbəri yoxdur. Əsgər Rüstəmovun qanunsuz evə buraxılması faktı üzrə Müdafiə Nazirliyinin 4-cü Təhqiqat Bölməsi tərəfindən 03.01 .2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1–ci maddəsinə əsasən cinayət işinin başlanılmasmın rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası CPM–in 39.3-cü maddəsinə əsasən Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2–ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Barəsində cinayət təqibi bəraətverici əsaslarla xitam verilməsinə baxmayaraq, N nömrəli hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsi tərəfindən qərəzli olaraq haqqında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, xidməti uyğunsuzluqla ehtiyata buraxılmağına dair vəsatət qəbul edildi. Nəticədə isə o Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun 0267 N–li, xx xxxxx 2019-cu il tarixli Əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156–cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə ) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin əmri xx xxxx 2019-cu il tarixdə almışdır. Bildirdi ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin qeyd edilən tələblərinə riayət edilmədi və hərbi hissə komandiri onu təhqir edərək hərbi hissəni dərhal tərk etməyini bildirdi. Halbuki qüsursuz xidmətlərinə görə dəfələrlə medallar almış, hərbi xidmət etdiyi hərbi hissədə Şərəf Lövhəsində N il, həbi xidmətdən ehtiyata buraxıldığı günə qədər şəkli olmuşdur. Hesab edir ki, onun hərbi xidmətdən qanunsuz olaraq uzaqlaşdırılmağına nail olmaq istəyən şəxslər barəsində qərəzli və həqiqi vəziyyəti əks etdirməyən məlumatlar toplayaraq onu Cənab Nazir qarşısında intizamsız, hərbi xidmətə “yararsız” hərbi qulluqçu kimi göstərdilər, nəticədə isə onun 17 illik xidmətini nəzərə almadan xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına nail oldular. Onun qanunsuz olaraq hərbi xidmətdən ehtiyata buraxılmağı ilə əlaqədar aidiyyəti orqanlara müraciətindən sonra Sumqayıt Hərbi Prokurorluğu tərəfindən xx xxxxx 2019-cu il tarixdə xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv etdi. həmin iş üzrə hal–hazırda Hərbi Prokurorluq tərəfindən istintaq aparılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə mimniş hökmü yoxdursa, təqsirsiz sayılır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 163-cü maddəsinə əsasən səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi–həkim komissiyasının müayinəsinə göndərilir, ancaq o hərbi-həkim komissiyasının müayinəsinə göndərilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı və onun vəkili eyni məzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin 'e' bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Müdafiə nazirinin 0267 nömrəli xx xxxxx 2019–cu il tarixli əmrinin ləğv edilməsi və əvvəlki tutduğu vəzifəyə (mayor rütbəsı. tabor komandiri) bərpa edilməsinə dair qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının barəsində yuxarı komandanlığa göndərilən təqdimatdan məlum olur ki, mayor İddiaçı 03.02 2018–ci il tarixdən N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun komandiri vəzifəsində xidmət etmiş, xidmət etdiyi müddət ərzində özünü intizamsız bacarıqsız bir zabit kimi göstərmiş, taborun şəxsi heyətinin döyüş və ictimai–siyasi hazırlığına rəhbərlik edə bilməmiş, taktiki təlimlərdə taboru idarə edə bilməmiş, tabeliyində olanların işgüzar və mənəvi keyfiyyətlərini bilməmiş, onları idarə etməkdə çətinlik çəkmiş, tabor üçün ayrılmış yaşayış və qeyri-yaşayış binalarının düzgün istismar edilməsinə nəzarət edə bilməmişdir. İddiaçı nizamnaməni zəif bilmiş, onları gündəlik xidmətində tətbiq edə bilməmiş, yuxarı komandanlıq tərəfindən qoyulmuş tapşırıqları vaxtında yerinə yetirməkdə çətinlik çəkmişdir. İddiaçı xidmətə münasibəti ilə bağlı N nömrəli hərbi hissə baş zabitlərinin şərəf məhkəməsinin protokolunda göstərilir ki, iddiaçının barəsində xidmətdə buraxdığı nöqsanları və intizam pozuntularına görə 7 dəfə “töhmət”, 6 dəfə “şiddətli töhmət" və 1 dəfə "vəzifəsinə uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tədbirləri tətbiq olunmuşdur. Zabitlərin şərəf məhkəməsi iddiaçının xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə vəsatət qaldırmış, komandanlıq vəsatətlə razılaşaraq Müdafiə nazirinə təqdimat vermiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 0267 nömrəli xx xxxxx 2019-cu il tarixli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İnzibati orqanın qəbul etdiyi inzibati akt qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 0267 nömrəli Əmri, N saylı HH-nin Şərəf Məhkəməsi iclasının xx.xx.2019-cu il tarixli qərarı, söhbət vərəqələri, Xidmət vərəqəsi, SHXÇDX-nin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 249 nömrəli Xidmət dəftərçəsinin təsdiqlənmiş surəti,Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1-1(093)-15/2020 saylı hökmün surəti,Lənkəran rayon icra və Probasiya şöbəsinin 25 saylı xx xxxx 2020-ci il tarixli arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarında olan EZ seriyalı ******* nömrəli Hərbi biletə əsasən müəyyən olunur ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döblət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2002-ci ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi rütbəsi mayordur. Məhkəmənin sorğusuna əsasən Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş, iddiaçının xidməti vəzifə borclarının icrasına laqeyd yanaşdığına və tabeçiliyindəki bölmələrin idarə olunmasında vəzifələrindən irəli gələn tələbləri və s yerinə yetirə bilmədiyinə görə N saylı hərbi hissənin baş zabitlərinin Şərəf Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçının tutduğu vəzifəyə uyğun olmaması və buraxdığı nöqsanlara görə Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 24 nömrəli qərarının 5-ci maddəsinə əsasən xidməti uyğunsuzluğuna görə ordudan ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Məhz həmin vəsatət əsasında Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxx 2019-cu il tarixli, 0267 nömrəli əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, mayor Şabanov X5 Nazirliyində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Həmçinin iddiaçının Xidməti Vərəqəsinin təsdiqlənmiş surətindən görünür ki, onun xidməti uyğunsuzluğuna səbəb kimi, xidmətdə buraxdığı nöqsanları və intizam pozuntularına görə 7 dəfə “töhmət”, 6 dəfə “şiddətli töhmət" və 1 dəfə "vəzifəsinə uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tədbirləri tətbiq olunmuşdur. İddiaçı qeyd edir ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 163-cü maddəsinə əsasən səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi–həkim komissiyasının müayinəsinə göndərilir, ancaq o hərbi-həkim komissiyasının müayinəsinə göndərilməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Söhbət vərəqəsindən görünür ki, iddiaçı hərbi həkim komissiyasına göndərilməsini istəməmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinə əsasən Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 -159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. Həmin əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən aşağıdakı hallarda ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbihəkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə-ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Həmin Qanunun 40.3-cü madəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (41.0.1.) xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); (41.0.2.) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; (41.0.3.) xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (41.0.4.) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.5.) ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; (41.0.6.) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.7.) məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.8.) törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.9.) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (41.0.10.) Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. İşin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrin verilməsinə əsas kimi onun məhz xidmətə uyğun olmadığı qeyd olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərindən biri odur ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Bununla yanaşı İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmənin qənaətinə görə hazırkı halda mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirildiyi üçün mübahisəli əmrin ləğv edilməsini yetərli əsasların olması iş üzrə müəyyən olunmur. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırkı halda Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxx 2019-cu il tarixli, 0267 nömrəli əmrinin qəbul edilməsi zamanı «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasını təsdiq edən hallar iş üzrə öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair X3 Naziri general-polkovnik Zakir Həsənovun 0267 N–li, xx xxxxx 2019–cu il tarixli Əmrinin ləğv edilməsi və əvvəlki tutduğu vəzifəyə (mayor rütbəsi, tabor komandiri) bərpa edilməyi barədə qərar qəbul edilməsitələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-324/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-324/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver