Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3240/2024 02.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Xaçmaz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “şəhadətnamənin ləğvi və yenidən tərtib olunması” iddia tələbi üzrə işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında hazırlıq icraat qaydasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş sənədlər:
1. 20 sentyabr 2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X5 14 iyul 2023-cü il tarixdə ölmüşdür.
2. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 12 oktyabr 2023-cü il tarixli, 18-1-43/2-3014/2023 nömrəli məktubundan görünür ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdən daxil olmuş 4 oktyabr 2023-cü il tarixli məktuba əsasən, Xaçmaz rayon sakini olmuş 1 yanvar 1954-cü il təvəllüdlü X2 ölüm faktının araşdırılması zaman məlum olmuşdur ki, G.Muradova 25 iyul 2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfat etməsi ilə bağlı “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçun yaxın qohumları tərəfindən xəstəxanaya müraciət olunmamışdır. Lakin araşdırma zamanı məlum olmuşdur ki, G.Muradovanın yaxın qohumları 14 iyul 2023-cü il tarixdə Xaçmaz RMX-nın TTTYS-na müraciət edərək, həmin tarixli “Xəbərdarlıq vərəqəsi” almış və bunun da əsasında onun adına 14 iyul 2032-cü il tarixli, 000000248/34 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə” tərtib edilmişdir. X1 adına tərtib olunmuş 14 iyul 2023-cü il tarixli, 000000248/34 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”nin səhv tərtib edildiyini nəzərə alaraq, həmin tibbi şəhadətnamənin etibarsız hesab edilməsi Cavabdehndən xahiş edilmişdir.
3. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”publik hüquqi şəxsə göndərilmiş 14 oktyabr 2023-cü il tarixli, 18-1-43/2- 3031/2023 nömrəli məktubundan görünür ki, Xaçmaz rayon sakini olmuş 1954-cü il təvəllüdlü X5 9 mart 2012-ci il tarixdən “şəkərli diabet İİ tip” diaqnozu ilə poliklinika şöbəsində həkim-endokrinoloq tərəfindən qeydiyyata götürülmüş və dəfələrlə “Şəkər Diabet üzrə Dövlət Proqramı" əsasında imtizaylı qrup xəstələr üçün nəzərdə tutulmuş dərman preparatları ilə təmin olunması üçün ambulator müraciət etmişdir. O, 23 avqust 2021-ci il, 18 oktyabr 2021-ci il, 31 yanvar 2022-ci il və 26 aprel 2022-ci il tarixlərdə həkimoftalmoloqun qəbulunda olmuşdur. G.Muradova 25 iyul 2022-ci ıl tarixdə “İnsulindən asılı şəkərli diabet. Nevrolojı ağırlaşmalarla” diaqnozu ilə TTY (acil) bölməsinə daxil olmuşdur. Xəstə həmin tarixdə stasionar müalicə olunması üçün terapiya şöbəsinə yerləşdirilmişdir. Göstərilən reanimasion tədbirlərə baxmayaraq xəstə 25 iyul 2022-ci il tarixdə saat 21:30 radalarında xəstəxanada vəfat etmişdir. Lakin mərhumun yaxın qohumları həmin tarixdə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün xəstəxanaya müraciət etməmişdirlər. Güləsər Muradova 25 iyul 2022-ci il tarixdə vəfat etmiş lakin onun yaxın qohumları “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün 14 iyul 2023-cü il tarixdə Xaçmaz RMX-nın TTTYS-na müraciət edərək həmin tarixli "Xəbərdarlıq vərəqəsi’' almış və bunun da əsasında onun adına 14 iyul 2023-cü il tarixli, 000000248/34 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə” tərtib edilmişdir. Yaranmış ziddiyətin aradan qaldırılması üçün X3 adına tərtib olunmuş 14 iyul 2022-ci il tarixli, 000000248/34 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə" “Xaçmaz RMX” PHŞ tərəfindən ləğv edilmiş və həmin şəhadətnamənin ləğv olunması barədə Cavabdehnə rəsmi qaydada müraciət edilmişdir. Həmçinin mərhumun yaxın qohumlarına "Ölüm haqqında tibbi şəhadətnaməmin təkrar qötürülməsi üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmələri tövsiyə olunmuşdur.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 1 noyabr 2023-cü il tarixli, 3-16-5/8-472 nömrəli cavab məktubundan görünür ki, Xaçmaz MRX-nın 14 iyul 2023-cü il tarixli, **********34 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”si əsasında 20 sentyabr 2023-cü il tarixdə Cavabdehndə 844 saylı ölüm akt qeydi tərtib edilmişdir. Xaçmaz rayon qəydiyyat şöbəsində tərtib edilmiş 844 saylı ölüm akt qeydinin ləğv olunması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 194.1-ci maddəsinə əsasən Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Daxil olmuş məlumatlar gün ərzində icra olunur. Bu səbəbdən "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar gün ərzində icra olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 562- 1.1-ci maddəsinə əsasən Tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər cərimə edilir.
MÜBAHiSƏLi HÜQUQi MƏSƏLƏNiN QİSA XÜLASƏSi
İddia tələbinin dəlilləri:
5. İddiaçı Xaçmaz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 adına tərtib olunmuş 14 iyul 2023-cü il tarixli, 000000248/34 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”nin etibarsız hesab edilməsini və Güləsər Məmmədovanın 25 iyul 2022-ci il tarixdə vəfat etdiyini əks etdirən “Ölüm haqqında tibbi şəhadətnamə” yenidən tərtib olunmasını öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 iyul 2023-cü il tarixdə Xaçmaz rayon sakini olmuş 1 yanvar 1954-cü il təvəllüdlü X1 yaxın qohumları tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün iddiaçı müəssisənin TTTYS-na müraciət olunmuşdur. Bundan sonra mərhumun yaxın qohumlarına 14 iyul 2023-cü il tarixli “Xəbərdarlıq vərəqəsi” verilmişdir. Qeyd edilir ki, Güləsər Muradovanın 25 iyul 2022-ci il tarixdə vəfat etməsinə baxmayaraq, baş vermiş texniki yalnışlıqla əlaqədar onun adına 14 iyul 2023-cü il tarixli, 000000248/34 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə” tərtib edilmişdir. Daha sonra X1 adına tərtib olunmuş 14 iyul 2023-cü il tarixli, 000000248/34 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”nin səhv tərtib edildiyini nəzərə alıb həmin tibbi şəhadətnaməni etibarsız hesab etməsi üçün iddiaçı tərəfindən cavabdehə müraciət edilmişdir. Müraciətə cavab olaraq məktub göndərilmişdir (§4). Qanunvericiliyə əsasən iddiaçı hesab edir ki, X2 adına tərtib olunmuş 14 iyul 2023-cü il tarixli, 000000248/34 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə” etibarsız hesab edilərək dəyişdirilməli və Güləsər Məmmədovanın 25 iyul 2022-ci il tarixdə vəfat etdiyini əks etdirən “Ölüm haqqında tibbi şəhadətnamə” tərtib olunmalıdır.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
8. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddia tələbinə dair etirazın dəlilləri:
9. İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir. TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın mümkün sayılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir.
12. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
14. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
15. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏNİN MÖVQEYİ
16. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
17. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
18. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
19. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
20. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
23. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
24. İddianın məzmunudan görünür ki, iddiaçı cavabdeh orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 adına tərtib olunmuş 14 iyul 2023-cü il tarixli, 000000248/34 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”nin etibarsız hesab edilməsini və Güləsər Məmmədovanın 25 iyul 2022-ci il tarixdə vəfat etdiyini əks etdirən “Ölüm haqqında tibbi şəhadətnamə” yenidən tərtib olunmasını öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə hesab edir ki, hazırki iddia üzrə X4 münasibətdə iddiaçının məhkəmədə göstərilən iddia ilə müraciət etmək hüququ olmamışdır. Həmçinin, iddiaçının ailə üzvlərinin tələbə münasibəti də qeyri-müəyyəndir.
26. Digər tərəfdən, iş materialında olan sənədlərin məzmunundan görünür ki, X3 adına tərtib olunmuş 14 iyul 2022-ci il tarixli, 000000248/34 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə” “Xaçmaz RMX” PHŞ tərəfindən ləğv edilmiş və həmin şəhadətnamənin ləğv olunması barədə Cavabdehnə rəsmi qaydada müraciət edilmişdir. Həmçinin, mərhumun yaxın qohumlarına “Ölüm haqqında tibbi şəhadətnaməmin təkrar götürülməsi üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmələri tövsiyə olunmuşdur. Həmçinin, Xaçmaz MRX-nın 14 iyul 2023-cü il tarixli, **********34 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”si əsasında 20 sentyabr 2023-cü il tarixdə Cavabdehndə 844 saylı ölüm akt qeydi tərtib edilmişdir. Xaçmaz rayon qəydiyyat şöbəsində tərtib edilmiş 844 saylı ölüm akt qeydinin ləğv olunması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 194.1-ci maddəsinə əsasən Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Daxil olmuş məlumatlar gün ərzində icra olunur. Bu səbəbdən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar gün ərzində icra olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 562-1.1-ci maddəsinə əsasən Tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər cərimə edilir.
27. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır.
28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
29. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı Xaçmaz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “X2 adına tərtib olunmuş 14 iyul 2023-cü il tarixli, 000000248/34 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”nin etibarsız hesab edilməsini və Güləsər Məmmədovanın 25 iyul 2022-ci il tarixdə vəfat etdiyini əks etdirən “Ölüm haqqında tibbi şəhadətnamə” yenidən tərtib olunmasını öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova