Məhkəmə qərarları › İş №2-1(118)-3240/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3240/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3240/2025 06.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” X15in nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. İX-ЖГ seriyalı, 498647 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 12 may 1984-cü il təvəllüdlü X5 atası X8, anası X1r.

2. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxs Sumqayıt Təcili Tibbi Yardım Bölməsinin 17 avqust 2024-cü il tarixli, 1979 nömrəli X6 göndərilmiş məktubundan görünür ki, 1 avqust 2024-cü il tarixdə, saat 12:09-da ünvan 3 ünvanında yaşayan 12 may 1984-cü il təvəllüdlü X9 adına “bağlı qapı” səbəbi ilə FHN tərəfindən 13 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda bağlı qapı açılandan sonra evdə arxası üstə uzanmış vəziyyətdə 12 may 1984-cü il təvəllüdlü X5 meyidini aşkar etmişdir. Ailə üzvləri mərhumun hər hansı bir xəstəlik keçirmədiyini, qəflətən vəfat etdiyini bildirmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq ölüm əlamətləri aşkar olunmamışdır. Çağırış haqqında Polis İdarəsinə məlumat verilmişdir.

3. Azərbaycan respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin 21 avqust 2024-cü il tarixli, 58-1/2-13248/24 nömrəli arayışından görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 59, mənzil 30 ünvanında yaşamış 12 may 1984-cü il təvəllüdlü X9 1 avqust 2024-cü il tarixdə yaşadığı mənzildə qəflətən vəfat etmişdir. Hadisə yerində hər-hansı bir cinayət hadisəsi və ya hüquq pozuntusu aşkar edilməmişdir, ölüm hadisəsi cinayət xarakterli deyildir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X2 22 avqust 2024-cü il tarixli, 3-16-5/8-71-15-650/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X5 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığında, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

5. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 21 oktyabr 2024-cü il tarixli, 438 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, əgər ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək (yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün məhkəməyə müraciət olunur.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2024-cü il tarixli, 2(105)-1764/2024 nömrəli qərardadından aşağıdakı hallar müəyyən edilir: - Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, (2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) 12 may 1984-cü il təvəllüdlü X5 1 avqust 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - Xızı Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(068)-332/2024 nömrəli qərardadı ilə ərizəçinin ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, ərizəçiyə “Ölüm haqqında tibbi şəhadətnaməmin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etmək, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - Ərizəçi həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - Xızı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(068)-332/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2024-cü il tarixli, 2(105)-1764/2024 nömrəli qərardadı ilə ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Xızı Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(068)-332/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. RTTTYM PHŞ Sumqayıt bölmələrinin müdiri Qaflanov F.-ə 1 saylı məntəqənin həkimi Mustafazadə E. tərəfindən göndərilmiş 1 avqust 2024-cü il tarixli məlumat.

8. 1 avqust 2024-cü il tarixli Həsənov Raminə dair tərtib edilmiş “Tibbi Ərazi Bölmələrini X11 Tibbi Yardımın qeydiyyat vərəqi.

9. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs 23 yanvar 2025-ci il tarixli, 18-1-66/2- 134/2025 nömrəli məktubu.

10. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 28 yanvar 2025-ci il tarixli, 18-1/2-656/2025 nömrəli məktubundan görünür ki, 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi “Sumqayıt Tibb Mərkəzi” X15 tabeliyində olan struktur bölmə olduğundan məhkəmə mübahisələri üzrə hüquq subyekti kimi “Sumqayıt Tibb Mərkəzi” X15 cəlb edilməsi məqsədəuyğun hesab edilir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi 26 fevral 2025-ci il tarixli, 3-28-28/2-53/2025 nömrəli məktubundan görünür ki, 1 avqust 2024-cü il tarixdə ölmüş, 1984-cü il təvəllüdlü mərhum X5 meyiti həmin tarixdən bu günə kimi ölümün səbəbinin təyini üçün hüquq mühafizə orqanları və ya səhiyyə müəssisələri tərəfindən Birliyin Sumqayıt şəhər şöbəsinə göndərilməmiş və nə məhkəmətibbi, nə də patoloji anatomik müayinədən keçməmişdir.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ: İddia ərizəsinin dəlilləri

12. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 may 1984-cü il təvəllüdlü X5 1 avqust 2024-cü il tarixdə vəfat etməsinə dair ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi işin hallarına (§1-6) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1991-ci il tarixdə Xızı rayonu, Xızı qəsəbəsində anadan olmuşdur. Hazırda Xızı rayonu, Xızı qəsəbəsi ünvanında pasport qeydiyyatında olmaqla ünvan 5 ünvanında faktiki yaşayır. Bildirilir ki, X9 iddiaçının qardaşıdır. 12 may 1984-cü il tarixdə anadan olmuş və 1 avqust 2024-cü il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 59, mənzil 30 ünvanında vəfat etmişdir. Qeyd edilir ki, qardaşının hər hansı xəstəliyi olmamış, qəflətən vəfat etmişdir. Müayinə zamanı da meyit üzərində gözlə görünən zorakılıq ölüm əlamətləri aşkar edilməmişdir. Qeyd edilir ki, vəfatından sonra qardaşının ölüm haqqında şəhadətnaməsi almamışdır. Həmin sənədin verilməsi üçün iş üzrə cavabdehə müraciət edilsə də, müraciətinin icrasından imtina edilmişd, imtinaya əsas olaraq ölüm haqqında tibbi şəhadətnamənin olmaması bildirilmişdir. Qeyd edim ki, mənə tibbi şəhadətnamə verilməmiş, həmin şəhadətnamənin verilməsi ilə bağlı iş üzrə cavabdehə müraciət edilsə də, müraciətinin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, hazırkı mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilir.

14. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 2.2.3, 12.1-ci maddələrinə istinad edilmişdir.

15. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

16. Məhkəmənin 23 fevral 2025-ci il tarixli, 2-1(118)-3240/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.

17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

18. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

19. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı 1984-cü il təvəllüdlü X9 ilə bağlı 1 avqust 2024-cü il tarixdə 12:09 radələrində Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi X15 Sumqayıt bölməsinə (ünvan: ünvan 7lı qapı” çağırışı olmuşdur. Təcili Tibb Yardım briqadası mənzilə gəldikdə qapı bağlı olmuş, FHN-nin əməkdaşları tərəfindən qapı açıldıqdan sonra arxası üstə uzanmış kişi meyidi aşkar edilmişdir. Qeyd edilən halla bağlı dərhal mənzilə polis çağırılmış (kriminal xarakterə şübhəli hallar olduqda və ya ölümün səbəbi bilinmədikdə qəfil ölüm kimi polisə məlumat verilir) və meyid polisə təhvil verilmişdir. Daha sonra mərhumun qardaşı (hazırkı iddiaçı) Sumqayıt Tibb Mərkəzi X15 tabeliyində olan 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə ölüm haqqında tibb sənədin verilməsi üçün müraciət etmiş və Ailə Sağlamlıq Mərkəzinin baş həkimi tərəfindən vətəndaşa ölüm faktı Təcili və Təxirəsalınmaz Tibbi Yardım gələnədək (yəni həkimə qədər) baş veribsə, ölümün səbəbi məlum deyilsə (mərhumun şikayəti olmayıb, heç bir poliklinikaya müraciət etməyib, tibbi sənədləri yoxdur, ölüm qəfil baş verib) ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu halda iddiaçının Sumqayıt Tibb Mərkəzi X15 tabeliyində olan tibb 1 nömrəli Ailə Sağlamlıq Mərkəzini cavabdeh qismində qoyması əsassızdır. 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi Sumqayıt Tibb Mərkəzi X15 tabeliyində olan tibb müəssisəsidir. İddia ərizələri verilərkən “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs cavabdeh qismində qoyulmalıdır.

20. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Qərarının 4-cü bəndinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə istinad edilmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

22. Məhkəmə iclasında iştirak edən “Sumqayıt Tibb Mərkəzi” X15in səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İzahat verərək bildirmişdir ki, tibbi poliklinikaya müraciət, heç bir tibb sənədi olmamış, ölüm haqqında şəhadətnamənin verilməməsi səbəbi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 nömrəli qərarına istinad olunmuşdur. Qeyd etmişdir ki, ölüm səbəbi məlum olmadığı üçün, tibbi şəhadətnamənin verilməsi öhdəliyi onların səlahiyyətinə aid deyil, bu səbəbdən də cavabdeh qismində iştirak etməməlidir.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs səlahiyyətli nümayəndəsi ilə məhkəmə iclasında təmsil edilməmişdir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

26. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

27. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

28. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı izahat verərək iddia tələbini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən artıq mövqe qoyulduğu üçün, hazırkı iş inzibati icraat qaydasında baxılmalıdır. Lakin bundan əvvəlki mülki icraat qaydasında baxılmış iş üzrə tərəfindən təqdim edilən digər işlərə dair qəbul edilmiş məhkəmə aktlarında oxşar iddia tələbinin baxılması məqsədilə işin inzibati məhkəməyə yönləndirilməsi halı mövcud deyildir.

İDDİA TƏLƏBİNİN MÜMKÜNLÜYÜNƏ DAİR MƏHKƏMƏNİN MÖVQEYİ:

29. Məhkəmə iş materialında olan iddia ərizəsi və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır.

30. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

31. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

32. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

33. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

34. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

35. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

36. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər.

37. Nəzərə alınır ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

38. İş materialında olan sənədlərdən müəyyən olunur ki, Xızı Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(068)-332/2024 nömrəli qərardadı ilə ərizəçinin ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, ərizəçiyə “Ölüm haqqında tibbi şəhadətnaməmin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etmək, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmiş, həmin qərardad apellyasiya instansiyasında qüvvədə saxlanılmışdır.

39. Məhkəmə tərəfindən hazırki işdə iddiaçının daha əvvəl Xızı Rayon Məhkəməsinə müraciət etdiyini və qərardadda istinad olunmuş halları da nəzərə almaqla araşdırma aparmış, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə, Sumqayıt Tibb Mərkəzi PHŞ-nə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi” PHŞ-yə müvafiq sorğular ünvanlanmışdır.

40. Azərbaycan Respublikası Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş etirazda bir neçə hala toxunulmuşdur.

41. Belə ki, PHŞ-in məktubuna əsasən, iddiaçının Sumqayıt Tibb Mərkəzi X15 tabeliyində olan tibb 1 nömrəli Ailə Sağlamlıq Mərkəzini cavabdeh qismində qoyması əsassızdır. 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi Sumqayıt Tibb Mərkəzi X15 tabeliyində olan tibb müəssisəsidir. İddia ərizələri verilərkən “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs cavabdeh qismində qoyulmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 5 nömrəli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Qərarının 4-cü bəndinə əsasən, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası aşağıdakı hallarda ancaq ölüm səbəbi məlum olduqda tibb müəssisəsi tərəfindən verilir, digər hallarda isə (yəni iddiaçının qardaşının qəfil ölməsi ilə bağlı halda) tibbi şəhadətnamə patolojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. 4.6. Yenidoğulmuşun ölümü 168 saat ərzində baş veribsə “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” doldurulur (3 nömrəli əlavə). 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X3 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X4 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. Göstərilənlərə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 5 nömrəli Qərarına əsasən iş üzrə iddiaçının cavabdeh Tibbi Ərazi Bölmələrini X12 Hüquqi şəxs Sumqayıt Tibb Mərkəzi PHŞ-in tabeliyində olan 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə qarşı “12 may 1984-cü il təvəllüdlü X5 1 avqust 2024-cü il tarixdə vəfat etməsinə dair ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin yuxarıda qeyd edilən hallarda (Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası ancaq ölüm səbəbi məlum olduqda tibb müəssisəsi tərəfindən verilir, digər hallarda isə (yəni iddiaçının qardaşının qəfil ölməsi ilə bağlı halda) tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir) Sumqayıt Tibb Mərkəzi X15 tabeliyində olan tibb müəssisələri tərəfindən verilə bilməz.

42. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən daxil olmuş məktubda qeyd olunmuşdur ki, 1 nömrəli Ailə Sağlamlıq Mərkəzi “Sumqayıt Tibb Mərkəzi” X15 tabeliyində olan struktur bölmə olduğundan məhkəmə mübahisələri üzrə hüquq subyekti kimi “Sumqayıt Tibb Mərkəzi” X15 cəlb edilməsi məqsədəuyğun hesab edilir.

43. Bu məktublardan sonra məhkəmə tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmiş və ona aşağıdakı məzmunda sorğu ünvanlanmışdır: “Məhkəmə araşdırması zamanı verilmiş suallara cavab olaraq bildirilmişdir ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası ancaq ölüm səbəbi məlum olduqda tibb müəssisəsi tərəfindən verilir, digər hallarda isə (yəni iddiaçının qardaşının qəfil ölməsi ilə bağlı halda) tibbi şəhadətnamə pataloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Hazırki iş üzrə cavabdeh orqan, eyni zamanda, “TƏBİB” PHŞ və “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin hər üçünün mövqeyinə görə iddiaçının qardaşının qəfil ölməsi ilə bağlı halda cavabdeh pataloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi olmalıdır. Məhkəmə, İPM-in 12-13-cü maddələrinin tələbləri nəzərə alaraq, hazırki iş üzrə mübahisə predmetinin həssaslığını və digər məhkəmə icraatlarında da hazırki iş üzrə iddiaçı tərəfin mübahisə ilə bağlı əvvəllər iddia qaldırmasını nəzərə alaraq, işin bir məhkəmə icraatı çərçivəsində hərtərəfli araşdırılmasını təmin etməkdən ötrü xahiş olunur ki, “hazırki iş üzrə cavabdeh “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi PHŞ” olsa idi, ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olub-olmaması barədə ətraflı, müvafiq normalara söykənən və təcrübənizi əhatə edən məlumatın” məhkəməyə təqdim edilməsini təmin edəsiniz.”

44. Yuxarıdakı məzmunda sorğunun göndərilməsində məqsəd hazırki işin (və oxşar işlərin) inzibati icraatda baxılıb, həll edilməsinin mümkün olub-olmamasının hər tərəfli müəyyən edilməsi olmuşdur.

45. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” X15 23 yanvar 2025-ci il tarixli, 18-1-66/2-134/2025 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Ölüm haqqında tibbi şəhadətnaməmin verilməsi Qaydasına dair” Təlimatda göstərilir: 1) Bu Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə uyğun olaraq hazırlanmışdır və qeydiyyat orqanlarına təqdim etmək məqsədi ilə “Ölüm haqqında tibbi şəhadətnamə”nin (AZS-106) və “Perinatal ölüm haqqında tibbi şəhadətnamə”nin (AZS-106/2) verilməsi qaydalarını müəyyən edir. 2) “Ölüm haqqında tibbi şəhadətnamə” (bundan sonra - Şəhadətnamə) ambulatorpoliklinik xidmət göstərən dövlət tibb müəssisələri, stomatoloji istisna olmaqla (bundan sonra-ambulator tibb müəssisəsi), mülkiyyət formasından asılı olmayaraq bütün stasionar və ya sanator-kurort müalicəsi aparan tibb müəssisələri (bundan sonra-stasionar tibb müəssisəsi) və patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. İnsanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. 3) Ölüm hadisəsi yaşayış yerində baş veribsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (bundan sonra - TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquqmühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyri-yaşayış yerlərində baş veribsə, TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir, 4) Ölümün baş vermə səbəbi məlum olan hallarda Şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 5) Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, Şəhadətnamə tibbi sənədlər əsasında həmin stasionar tibb müəssisəsi tərəfindən verilir. 6) Hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında, zorakı ölümə şübhə və ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda, eləcə də ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu halda, Şəhadətnamə patoloji-anatomik müayinə aparan tibb müəssisəsi tərəfindən verirlir. 7) Yenidoğulmuşun ölümü 168 saat ərzində baş veribsə, “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” (AZS-106/2) doldurulur. 8) Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X3 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 9) Şəhadətnamə 3 nüsxədə həkim (feldşer) tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına və ya qanuni nümayəndələrinə verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi Şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyət vəsiqəsini və qohumluq əlaqəsini təsdiq edən sənədi təqdim etməlidir. 10) Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə, Qeydiyyat şöbəsinin həmin ölüm faktının qeydiyyatdan keçməməsi barədə təsdiqedici sənədi və müraciət edən şəxsin ərizəsi əsasında şəhadətnamənin dublikatı verilir. 11) Tibb müəssisəsinin rəhbəri Şəhadətnamələrin, o cümlədən onların dublikatlarının düzgün doldurulmasına nəzarət edir və onların uçotunu aparır. 12) Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Həmin Təlimatın 2 və 6-cı bəndində aydın göstərilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə” digər tibb müəssisələrindən başqa patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan dövlət tibb müəssisələri tərəfindən, yəni Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” phş-nin Patoloji-anatomik və ya Məhkəmə-tibbi ekspertiza şöbələrində verilir. Hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhəli hallarda, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilinməyən ölüm hallarında, bütün zorakı ölümlərdə və zorakı ölümə şübhə olan, həmin ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda, eləcə də ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu halda patolojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Lakin konkret olaraq “Ölüm haqqında tibbi şəhadətnamə”nin “Məhkəmə Tibbi Ekspertiza və X7” phş-nin şöbələrində hansı hallarda verilməsi bu Təlimatda deyil, “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”də və “Meyitin məhkəmə-tibbi ekspertizası qaydalarının təcrübəyə tətbiqi haqqında Təlimat”da göstərilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”də göstərilir ki, bu Əsasnamə məhkəmə-tibbi ekspertiza müəssisələrində məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi qaydalarını müəyyən edir. 1.2. Məhkəmə-tibb eksperti (bundan sonra-ekspert) öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cinayət-Prosessual, Mülki Prosessual, İnzibati Xətalar məcəllələrini, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur. 1.3. Məhkəmə-tibbi ekspertiza Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliklərinin məhkəmə-tibbi ekspertiza müəssisələrində aparılır. Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaya təşkilati və metodik rəhbərlik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin“Məhkəmə Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi (bundan sonra- Birlik) tərəfindən təmin edilir. 1.4. Məhkəmə-tibbi ekspertiza aşağıdakı əsaslar üzrə aparılır: 1.4.1. Zorakı və qeyri-zorakı (qəfləti) ölüm hallarında meyitlərin ekspertizası; 1.4.2. Bədən xəsarətlərinin xarakterinin və sağlamlığa zərər vurma dərəcəsinin, yaşın, cinsi vəziyyətin müəyyənləşdirilməsi, həmçinin məhkəmə təbabəti sahəsində xüsusi bilik tələb edən digər məsələlərin həlli üçün canlı şəxslərin (şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin) ekspertizası; 1.4.3. Laborator tədqiqat üsullarının (məhkəmə-tibbi kriminalistik, məhkəmə-tibbi bioloji, məhkəmə histoloji və məhkəmə kimyəvi) tətbiqi ilə maddi sübutların ekspertizası; 1.4.4. Cinayət, inzibati xətalara dair və mülki iş materialları üzrə məhkəmə-tibbi ekspertiza. 1.5. Məhkəmə-tibbi ekspertizalar ali təhsilli, məhkəmə təbabəti sahəsində xüsusi biliyə malik olan, işin nəticəsində marağı olmayan, müvafiq ixtisas üzrə məhkəmə eksperti şəhadətnaməsi almış, Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilmiş həkim-ekspertlər tərəfindən aparılır. 1.6. Məhkəmə-tibbi ekspertizaların aparılmasına məhkəmə təbabəti kafedralarının professor-müəllim heyəti, tibb müəssisələrinin və başqa idarələrin mütəxəssisləri məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmaqla Birliyin rəhbərliyi tərəfindən cəlb edilə bilərlər. Əsasnamənin “Məhkəmə-tibbi ekspertizaların təşkili və aparılması qaydaları”na dair 2-ci bəndində göstərilir ki, məhkəmə-tibbi ekspertiza Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Məhkəmə-tibbi ekspertizanın ayrı-ayrı növlərinin keçirilmə qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş normativ sənədlər, qaydalar, xüsusi təlimatlar və metodik göstərişlər ilə müəyyən edilir. Əsasnamənin 3.5.1-ci bəndində göstərilir ki, meyitin ekspertizasının tətbiqi hissəsi meyitin paltarı və xarici müayinəsi haqqında məlumatları, bədən boşluqlarının, üzv və toxumaların daxili müayinəsini, məhkəmə-tibbi laboratoriya müayinəsinə (tədqiqatına) göndərilmiş obyektlərin siyahısını, eləcə də elmi və tədris məqsədlərilə götürülmüş toxuma və üzvlərin siyahısını, laborator müayinələrin nəticələri və ekspert tərəfindən alındığı tarixi əhatə etməlidir. Azərbaycan Respublika Prokurorluğu, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 8 fevral 1999-cu il tarixli, 09 saylı əmrinə 4 №-li Əlavədə “Meyitin məhkəmə-tibbi ekspertizası qaydalarının təcrübəyə tətbiqi haqqında Təlimat”ın “Meyitin məhkəmə-tibbi ekspertizası qaydalan”nın 1.1-ci bəndində göstərilir: Meyitin məhkəmə-tibbi ekspertizası Səhiyyə haqqında Azərbaycan Respublikasının Qanununa, prosessual qanunvericiliyinə, Ali Məhkəmənin Plenumunun məhkəməekspertizası məsələlərinə dair qərarlarına, Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizasının aparılmasına dair Əsasnaməyə, hazırkı qaydalara, Səhiyyə Nazirliyinin çıxardığı əmr və digər normativ, metodik sənədlərə uyğun olaraq keçirilir; 1.2. Meyitin məhkəmə-tibbi ekspertizası hüquq mühafizə orqanlarının qərarı və yaxud məhkəmənin qərardadı ilə ölümün səbəbinin təyini və qərarda (qərardadda) göstərilmiş digər sualların həlli məqsədilə təyin edilir; 1.2.2. Meyitdə çürümə prosesinin inkişafı və yaxud ətraf mühitin müxtəlif faktorlarının təsiri ilə əlaqədar baş vermiş dəyişikliklər məhkəmə-tibbi ekspertiza müayinəsinin keçirilməsindən imtina etməyə əsas ola bilməz; 1.3. Meyitin məhkəmə-tibbi ekspertizası Birliyin şöbələrində aparılır; 1.5. Meyitin, onun paltarlarının və ona bilavasitə aid olan başqa əşyaların meyitxanaya vaxtında çatdırılmasını meyitin məhkəmə-tibb ekspertizasını təyin etmiş şəxs təmin edir. Eyni zamanda həmin şəxs qərarı (qərardadı) da göndərməli, orada ölümün baş vermə və yaxud meyitin tapıldığı şəraiti göstərməli, ekspert qarşısında sualları dəqiq qoymalıdır, eləcə də meyitlə gətirilmiş sənəd və qiymətli əşyaları qeyd etməlidir. Əgər hadisə yerinin və meyitin ilkin baxışı keçirilmişsə, onda baxış protokolunun surəti də göndərilməlidir; 1.7. Məhkəmə-tibb ekspertizasını təyin etmiş şəxs müalicə müəssisəsində olan meyiti meyitxanaya göndərərkən eyni vaxtda (və yaxud ekspertizanın aparılmasının əvvəlində) xəstəlik tarixinin əslinin və ölənin paltarlarının da çatdırılmasını təmin etməlidir; 1.9. Meyitin məhkəmə-tibbi ekspertizası bir qayda olaraq, Birliyin məhkəmə-tibb ekspertləri tərəfindən keçirilir; 1.12.2.Ekspertə həvalə olunmuş meyitin məhkəmə-tibbi ekspertizasını keçirməli və müəyyən edilmiş müddətdə qarşısına qoyulmuş suallara uyğun obyektiv, elmi əsaslı rəy verməlidir; 2.1. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı ekspertin işi aşağıdakılardan ibarətdir: ekspertə təqdim edilmiş qərar (qərardad) və digər sənədlərlə (hadisə yerinin çıxış protokolunun surəti, xəstəlik tarixi və s.) tanışlıq; meyitin müayinəsinin və ekspertizanın keçirilməsinin tam planlaşdırılması; meyitin xarici müayinəsi; meyitin daxili müayinəsi; laborator müayinəsi üçün materialların götürülməsi; məhkəmə-tibbi diaqnozun tərtib edilməsi; meyitin bilavasitə müayinəsinə, laborator tədqiqatların nəticələrinə və ekspertə təqdim edilmiş materialların məlumatlarına kompleks qiymət vermək; nəticələrin tərtib edilməsi; “Ekspert rəyi”nin tərtib edilməsi; 2.20. Meyitin daxili müayinəsi maksimal dolğun və hərtərəfli aparılmalıdır (kəllə, döş və qarın boşluqları mütləq müayinə olunmalıdır). Fəqərə sütunu onun xəsarət və xəstəliyi olan hallarda, eyni zamanda kəllə-beyin zədəsi, yol-nəqliyyat hadisələri, müxtəlif hündürlükdən düşmə zamanı, digər hallarda isə göstəriş olduqda müayinə edilir. “Meyitin məhkəmə-tibbi ekspertizası qaydalarının təcrübəyə tətbiqi haqqında Təlimat”nın “Ölüm haqqında həkim şəhadətnaməsi” (“Perinatal ölüm haqqında həkim şəhadətnaməsi”nə dair 4.1.-ci bəndində göstərilir: “Ölüm haqqında həkim şəhadətnaməsi” (“Perinatal ölüm haqqında həkim şəhadətnaməsi”) məhkəmə-tibbi müayinə qurtardığı gün doldurulmalı və meyitin ekspertizasını keçirmiş məhkəmə-tibb eksperti tərəfindən imzalanmalıdır. 4.2. “Ölüm haqqında həkim şəhadətnaməsi” (“Perinatal ölüm haqqında həkim şəhadətnaməsi”)nin doldurulma və verilmə qaydası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq təlimatları ilə müəyyən edilir. 4.5. Birliyin Baş direktoru və ya onun ekspertiza işləri üzrə müavini “Ölüm haqqında həkim şəhadətnamələri”nin keyfiyyətli doldurulması üzərində nəzarəti təmin edir. Göründüyü kimi yuxarıda göstərilən normativ sənədlərdə “Ölüm haqqında tibbi şəhadətnamə”lərin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X15in Məhkəmə-tibbi ekspertiza və ya Patoloji anatomiya şöbələrində hansı hallarda və sərtlərdə verilməsi dəqiq qeyd edilmişdir. Başqa sözlə, Birliyin şöbələrində yalnız təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən qərar və ya qərardadla məhkəmə-tibbi ekspertiza müayinəsi üçün göndərilmiş şəxslərin meyitləri xarici və daxili müayinələri aparıldıqdan sonra mərhumun ölümünün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə” verilə bilər. Əgər, hətta məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerində baxışı və ya xarici müayinəsi keçirilmiş şəxsin meyiti təhqiqatçı, müstəntiq, prokuror və ya hakim tərəfindən qərarla daxili müayinə və ölümün səbəbinin təyini üçün Birliyin şöbələrinə göndərilmirsə, o zaman yuxarıda göstərilən normativ sənədlər həmin şəxsə “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsinə icazə vermir. Məhz, belə hallar üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 iyul 2015-ci il tarixli, 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 12-ci bəndindəki tələb, yəni “Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur” nəzərdə tutulmuşdur. Məhkəmə təcrübəsində belə mübahisəli hallarda Məhkəmələr müvafiq Qətnamə və ya Qərar çıxararaq meyitin daxili müayinəsinin aparılmamasını və ölümün səbəbinin təyin olunmamasını əsas götürərək, artıq “Ölüm haqqında tibbi şəhadətnamə”nin deyil, ölüm faktının təsdiq olunması və qeydiyyata götürülməsi məqsədilə bu işi Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” phş-nin şöbələrinə deyil, Ədliyyə Nazirliyinin mərhumun sağlığında qeydiyyatda olduğu inzibati ərazinin (şəhər, rayon) Ədliyyə Qeydiyyat Şöbəsinə həvalə edir və həmin şöbələrdə “Ölüm haqqında tibbi şəhadətnamə” yox, birbaşa “Ölüm haqqında şəhadətnamə” tərtib olunaraq mərhumun yaxınlarına təqdim edilir.

46. Yuxarıda göstərilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır.

47. İlk növbədə qeyd edilməlidir ki, istər Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi, istərsə də “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi bildirmişdirlər ki, nömrəli Ailə Sağlamlıq Mərkəzi “Sumqayıt Tibb Mərkəzi” X15 tabeliyində olan struktur bölmə olduğundan məhkəmə mübahisələri üzrə hüquq subyekti kimi “Sumqayıt Tibb Mərkəzi” X15 cəlb edilməsi məqsədəuyğundur.

48. Lakin məhkəmə bu əsasa görə iddianı mümkünsüz hesab etməmiş, İPM-in 12 və 13-cü maddələrinin tələbləri çərçivəsində işi araşdırmışdır. Müəyyən edilmişdir ki, ümumiyyətlə hazırki işdə nə “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi, nə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi bu işdə (və oxşar işlərdə) cavabdeh ola bilməz. Həm də nəzərə alınamlıdır ki, hazırki məhkəmə işindən hər iki orqanın xəbəri olmuş, onlara öz mövqelərini bildirmək imkanı verilmiş və müvafiq cavablar da verilmişdir.

49. Beləliklə, məhkəmə İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edərək bildirir ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası ancaq ölüm səbəbi məlum olduqda tibb müəssisəsi tərəfindən verildiyindən, həmçinin tibbi şəhadətnamələrin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X15in Məhkəmə-tibbi ekspertiza və ya Patoloji anatomiya şöbələrində yalnız təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən qərar və ya qərardadla məhkəmə-tibbi ekspertiza müayinəsi üçün göndərilmiş şəxslərin meyitləri xarici və daxili müayinələri aparıldıqdan sonra mərhumun ölümünün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün olduğundan, iddiaçıya münasibətdə artıq “Ölüm haqqında tibbi şəhadətnamə”nin deyil, ölüm faktının təsdiq olunması və qeydiyyata götürülməsi məqsədilə bu işi Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” phş-nin şöbələrinə deyil, Ədliyyə Nazirliyinin mərhumun sağlığında qeydiyyatda olduğu inzibati ərazinin (şəhər, rayon) Ədliyyə Qeydiyyat Şöbəsinə həvalə edilməli və həmin şöbələrdə “Ölüm haqqında tibbi şəhadətnamə” deyil, birbaşa “Ölüm haqqında şəhadətnamə” tərtib olunaraq mərhumun qardaşına (və ya digər yaxınlarına) təqdim edilməlidir.

50. Ölüm faktının təsdiq olunması və qeydiyyata götürülməsi tələbinə isə inzibati icraat qaydasında baxılmır.

51. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM): Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: (-) 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; (-) Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

52. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 saylı Qərarında qeyd olunmuşdur ki, “ ... 4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. ...”

53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, idianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İdiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7).

54. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

NƏTİCƏVİ HİSSƏ:

55. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə qarşı “12 may 1984-cü il təvəllüdlü X5 1 avqust 2024-cü il tarixdə vəfat etməsinə dair ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar