Məhkəmə qərarları › İş №2-1(118)-3241/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3241/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3241/2024 26.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “işdən azad olunmasının qanunsuz hesab edilməsi, vəzifəyə bərpa olunmağı, əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işin mümkünlük məsələsinə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş:

1. SX seriyalı, ******* nömrəli Hərbi biletinin N4-cü səhifə, “Hərbi qeydiyyata alınma və çıxarılma haqqında qeydlər” hissəsindən görünür ki, İddiaçı 30 iyul N015-ci il tarixdə Quba şöbəsində hərbi qeydiyyata alınıb, 3 fevral N017-ci il tarixdə hərbi qeydiyyatdan çıxarılıb, 7 iyul N-cü il tarixdə yenidən hərbi qeydiyyata alınmışdır.

2. Müdafiə Nazirliyinin Baş X4 bölməsinin 8 iyul NN-ci il tarixli, 5607 nömrəli çıxarış epikrizindən görünür ki, İddiaçı “sağalma ilə nəticələnmiş dissosiativ reaksiya. Qeyri-toksiki düyünlüyü, entireoid forma. Hər iki gözün konyüktiviti. Çoxsaylı kariyes” diaqnozu qoyulmuşdur.

3. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 30 iyul NN-ci il tarixli, N160 nömrəli tibbi arayışından görünür ki, İddiaçı 30 iyul NN-ci il tarixdə Beyləqan RMX-da tibbi müayinədən keçmişdir. “Ağıl dişin səbəbi ilə odontogen mənşəli abses" diaqnozu qoyulmuşdur. Abses həkim stomatoloq Nəcəfova Ramilə tərəfindən yarılıb, irin xaric edilmişdir. Xəstəyə lazımi tibbi yardım göstərilmişdir. Həkimin məsləhəti ilə müalicə ev şəraitində davam etdirilməli olunması qeyd olunmuşdur.

4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart N-cü il tarixli, 3- 1(106)-1/N nömrəli qərarından görünür ki, Füzuli Hərbi Məhkəməsinin 1N dekabr NN-ci il tarixli, 3(097)-819/NN saylı qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair icraata Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 53-cü maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Füzuli Hərbi Məhkəməsinin 1N dekabr NN-ci il tarixli, 3(097)-819/NN saylı qərarından Qubadlı hərbi prokuroru Elşən Mürsəlov tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya instansiyanın qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Füzuli Hərbi Məhkəməsinin 1N dekabr NN-ci il tarixli, 3(097)-819/NN saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərarın surəti N7 mart Ncü il tarixdə tərəflərə göndərilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart N-cü il tarixli, 3- 1(106)-5/N nömrəli Qərarından görünür ki, Füzuli Hərbi Məhkəməsinin N8 dekabr NN-ci il il tarixli qərarı ilə İddiaçı barəsində İXM-in 613.N-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qubadlı hərbi prokuroru məhkəmənin bəhs olunan qərarından protest vermişdir. Apellyasiya instansiyanın qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Füzuli Hərbi Məhkəməsinin N8 dekabr NN-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərarın surəti 3 aprel N-cü il tarixdə tərəflərə göndərilmişdir.

6. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Füzuli Hərbi prokuroru ədliyyə polkovniki Elçin Hacıyevə göndərilmiş N9 yanvar N4-cü il tarixli, 3-3-070/N-003088/N4 nömrəli məktubundan görünür ki, İddiaçı N4 yanvar N4-cü il tarixdə Respublika Hərbi Prokurorluğuna daxil olmuş müraciəti vətəndaşın eyniməzmunlu müraciəti üzrə Füzuli Hərbi prokurorluğunda toplanmış yoxlama materiallarına əlavə edilərək araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə göndərilmişdir, müraciətin Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə generalleytenantı cənab Xanlar Vəliyev tərəfindən nəzarətə götürülməsini nəzərə alaraq, material üzrə araşdırmanın qısa müddət ərzində tamamlanmasını, yekun qərar qəbul edilməzdən əvvəl materialın Respublika Hərbi prokuroruna məruzə edilməsi məqsədilə Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinə göndərilməsinin təmin edilməsi xahiş edilmişdir.

7. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Füzuli Hərbi prokuroru ədliyyə polkovniki Elçin Hacıyevə göndərilmiş 10 fevral N4-cü il tarixli, N-N/1-M-5N4/1-N9/N4 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, X11in qanunsuz hərəkətlərə yol verməsi barədə İddiaçı 9 fevral N4-cü il tarixdə Respublika Hərbi Prokurorluğuna daxil olmuş 30 yanvar N4-cü il tarixli müraciəti vətəndaşın eyniməzmunlu müraciəti üzrə Füzuli Hərbi prokurorluğunda araşdırması aparılan materiallara əlavə edilməsi üçün göndərilmişdir.

8. Maddi-texniki təminat bölüyünün komandiri kapitan Elnur Nadirovun N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin rəisinə göndərilmiş N iyun N-cü il tarixli raportdan görünür ki, İddiaçı gizirlərin şərəf məhkəməsində dinlənməsi barədə yuxarı komandanlıq qarşısında vəsatətin qaldırılmağı xahiş edilmişdir.

9. N nömrəli hərbi hissənin gizirlərin şərəf məhkəməsinin 3 iyun N-cü il tarixli 36 nömrəli protokolundan görünür ki, iclasda dinlənilən gizir İddiaçı məhkəmədə onun barəsində deyilən fikirlərlə razı olduğunu bildirərək, etiraf etmişdir ki, xidmət etməkdə çətinlik çəkir, məhkəmədə onun barəsində heç bir qərəzli fikir söylənilmədi, həqiqətən spirtli içkiyə meyillidir, dəfələrlə söz versə də, bu vərdişdən əl çəkə bilməməsini, barəsində söyləyən fikirlərlə razı olduğunu bildirmişdir.

10. N nömrəli hərbi hissənin gizirlərin şərəf məhkəməsinin 3 iyun N-cü il tarixli 36 nömrəli qərarının surətindən görünür ki, İddiaçı “Xidməti uyğunsuzluğa görə” Azərbaycan Ordusundan etiyyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatətin qaldırılması qərara alınmışdır.

11. 3 iyun N-cü il tarixli Söhbət vərəqəsindən görünür ki, İddiaçı deyilənlərə razılığını bildirərək, ona digər hərbi hissədə xidmətini davam etdirmək üçün kömkəliyin göstərilməsini xahiş etmişdir. Öz üzərində çalışacağına, nizam-intizamlı hərbi qulluğçu olacağına söz vermişdir. Həmin vərəqə onun tərəfindən imzalanmışdır.

12. N nömrəli hərbi hissənin komandiri X11in 8 iyun N-cü il tarixli təqdimatından görünür ki, gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunmuşdur.

13. 17 iyun N-cü il tarixli İkinci söhbət vərəqəsindən görünür ki, İddiaçı qeyd etmişdir ki, bu hərbi hissədə xidmətini təşkil etməkdə çətinlik çəkir və komandanlıq onun həmin hissədə xidmət etməyini istəmir. Hərbi hissə komandanlığı ilə yola getmədiyi üçün, hərbi hissəni özbaşına tərk etməsini və spirtli içkiyə meyilli olduğunun səbəbi olaraq, psixolojı durumunun yerində olmamasını bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, onunla dəfələrlə söhbətlər aparılıb, dönüş yaratmadığı üçün, kifayət qədər vaxt verilmişdir, hərbi hissə komandanlığı ilə yola getmədiyi üçün nəticə çıxara bilməmişdir.

14. Müdafiə nazirinin müavini - X9 N iyun N-cü il tarixli, 067gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, ordu sıralarından ehtiyata buraxılmışdır. Təqdimat üzrə qərar zabit və gizirlərlə komplektləşdirmə şöbəsi rəisinin köməkçisi kapitan Toğrul Abdullayevin imzası ilə təsdiq olunmuşdur.

15. Müdafiə nazirinin müavini - X9 N iyun N-cü il tarixli, 067 gm nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

16. N nömrəli hərbi hissə komandirinin N iyul N-cü il tarixli, 193 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir İddiaçı, hərbi hissənin maddi-texniki təminat bölüyünün silah təmin taqımının nəzarət yoxlama heyətinin rəisi, N nömrəli hərbi hissə komandirinin N iyun N-cü il tarixli, 067 gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətindən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 5 iyun N-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinə göndərilmişdir. Gizir İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr N017-ci il tarixli, NN nömrəli əmrinə əsasən, Ncü ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq olmamışdır. Gizir İddiaçı ehtiyata buraxılması ilə əlaqədar aylıq maaşının 0,5 misli miqdarında birdəfəlik pul müavinəti verilmişdir. Gizir İddiaçı N-cü il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib N-cü ilin növbəti məzuniyyətindən 15 gün istifadə edib, 1 aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilmişdir.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

İddia ərizəsinin dəlilləri:

17. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirinin müavini – X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçı içkili olmadığı və işində heç bir nöqsanlara yol vermədiyi, Hərbi Hissə komandiri X1 iddiaçı ilə qərəzli mövqe tutaraq şər-böhtan ataraq iddiaçını azad olunmasına səbəb olunmasını, bəzi sübutlarını nəzərə alaraq, iddiaçının işdən azad olunmasını qanunsuz hesab edərək, Müdafiə Nazirliyinin (silah təmin tağımının nəzarət yoxlama heyyət rəisi) vəzifəsinə bərpa olunmağına və məcburi işburaxma müddəti üçün - N iyul N013-cü il tarixdən işə bərpa olunan günədək olan orta əmək haqqının işəgötürəndən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamənin çıxarılmasını” xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 13 aprel N017-ci il tarixdə Beyləqan şəhər N nömrəli hərbi hissəyə N ESPİR maşın komandiri təyinatı verilmişdir. N019-cu ilin may ayında Korpus komandirinin əmri ilə nümunəvi xidmətinə görə briqadanın yeməkxana rəisi təyin edilmiş, N0-ci ilin mart ayında briqadanın MTD - bölüyünə silah təmir tağımının nəzarət yoxlama heyyət rəisi vəzifəsinə təyin edilmişdir. Müharibə iştirakçısıdır, müxtəlif medallarla tərtif olunmuşdur, hal-hazırda veterandır. Silah təmir tağımının nəzarət yoxlama heyyət rəisi vəzifəsində çalışdığı vaxt hərbi hissə komandiri XN iddiaçı ilə qələzli mövqe tutaraq yalan məlumat verərək, guya ididaçı içkili olaraq xidmətini düzgün aparmamışdır. Lakin X11 iddiaçının ondan şikayət edəcəyini biləndə iddiaçını Müdafiə Nazirliyin Baş X6 bölməsinə alkoqol aslılıq olub-olmamasını yoxlatdırmaq üçün iddiaçı alkoqolik aktına əsasən yoxlanışlardan müsbət rəylə keçərək, alkoqolik aslılığı müəyyən olunmamışdır. Buna baxmayaraq, Hərbi Hissə komandiri X11 iddiaçıdan xəbərsiz və onun iştirakı olmadan Şərəf məhkəməsi keçirərək, iddiaçının alkoqolik adı ilə nüfuzunə xələl yetirərək işdən azad etmiş, bu barədə Füzuli Hərbi Prokurorluğunda araşdırma getsə də, bu günədək heç bir nəticə verilməmişdir. Sonuncu dəfə 5 iyun N-cü il tarixdə Cəbrayıl şəhər Daşkəsən kəndində işlədiyi vaxt N nömrəli Hərbi hissə komandiri iddiaçını çağıraraq, onun işdən azad olma əmrinin gəlməsini bildirərək, onu işdən uzaqlaşdırmışdır. İddiaçının içkili olmadığı ilə bağlı sübutlar təqdim edilsə də, o, yenidən işə bərpa olunmamışdır. Bununla bağlı iddiaçı məhkəməyə ərizə yazaraq mürəciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - “ƏM”) 70-ci maddəsinin “b” bəndində göstərilən əsasla işə götürən tərəfindən işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının həmin Məcəllənin 80-cı maddəsində qeyd olunan qaydada, qabaqcadan razılığı alınmaqla ləğv edilməlidir. İşəgötürən bu qaydaya da riayət etməmişdir. Hər hansı bir əsasla əmək müqaviləsi ləğv edilərkən ƏM-in müvafiq maddəsi, hissəsi və bəndi əmrin məzmununda mütləq gostərilməlidir. Halbuki, əmrdə bu da göstərilməmişdir. İşdən azad olunmaqla iddiaçı 31 yanvar N014-cü il tarixdən əmək haqqından da məhrum olmuşdur. Qanunsuz olaraq işləməkdən məhrum olduğu bütün müddət üçün orta əmək haqqı da işəgötürən tərəfindən iddiaçıya ödənilməlidir. 5 iyun N-cü il tarixdən bu günədək iddiaçının məhkəməyə gec müraciət etdiyinin səbəbi bəzi sənədləri sorğulayaraq cavab alınmasında və bu işlə bağlı Füzuli Prokurorluğundan nəticə barəsində cavab gəlməməsinə görə müəyyən edilmiş müddəti ötürdüyünü nəzərə alınmasını xahiş etmişdir.

19. İddia tələbinin maddi hüquqi əsası kimi ƏM-in 70, 80, 195, N94-cü, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 149 və 150-ci maddələrinə istinad olunmuşdur.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

21. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

22. İddiaçı daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, N nömrəli hərbi hissənin Şərəf məhkəməsinin onunla əlaqədar qərarını (vəsatətini), onun N iyul N-cü il tarixdə Müdafiə nazirinin müavini X9 N iyun N-cü il tarixli, 067gm əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata buraxılmağı barədə əmrin müvafiq qaydada təsdiq edilmiş surətinin N nömrəli hərbi hissədən götürülməsi və N nömrəli hərbi hissənin komandiri Mustafayev barəsində aparılan araşdırma ilə əlaqədar Füzuli hərbi prokurorluğunda aparılan araşdırma ilə əlaqədar sorğunun verilməsini, iddianı təmin etməklə həmin əmrinin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa olunmağı və N iyul N-cü il tarixdən vəzifəsinə bərpa olunan günədək olan müddət üçün ştat vəzifəsi üzrə almalı olduğu pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 7 mart N4-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.

23. Ərizənin əsasları: - İddiaçı 13 aprel N017-ci il tarixdən Azərbaycan Respublikası SQ-də həqiqi hərbi xidmətə qəbul haqqında bağlaşma əsasında 5 il müddətində gizir rütbəsində N nömrəli hərbi hissədə xidmətə başlamışdır. NN-ci ildə onunla bağlanmış bağlaşma daha 5 il müddətinə uzadılmışdır. Sonuncu tutduğu vəzifə həmin hərbi hissənin maddi-texniki təminat bölüyünün silah təmir tağımının nəzarət yoxlama heyətinin rəisi vəzifəsi olmuşdur. Hərbi hissənin komandiri X13 bağlaşma müddəti N-ci 5 ilə uzadıldıqdan sonra vəd etsə də, ona pul vermədiyi üçün, həmin vaxtdan başlayaraq iddiaçıya qarşı qərəzli mövqə tutmağa başlamış, ona özü üçün qeyri-qanuni tələblər irəli sürmüş, iddiaçı isə onları icra etməkdən imtina etdikdə və yaxud onun istədiyi kimi icra etmədikdə o, iddiaçını Ordu sıralarından xaric edəcəyilə hədələmiş, təhqirlər etmişdir. Hətta NN-ci ilin iyun ayında iddiaçını Ordu sıralarından qanunsuz olaraq azad edilməyi üçün iddiaçını Müdafiə Nazirliyinin Baş X3 bölməsinə təxliyyə etdirmişdir. Guya iddiaçı son zamanlar yuxu pozulmasından, qarabasmalardan, səslər eşitməkdən, qorxudan əziyyət çəkir, bu səbəbdən də çoxlu spirtli içki içir, spirtli içkiyə meyllilik yaranıb. Buna görə o, iddiaçını hospitala ixtisaslı müayinəyə göndərmişdir. Psixiatriya bölməsində N0 gün nəzarətdə saxlayıb yoxladılar. Lakin komandirin göstərdikləri təsdiq olunmadı. Verilən rəyə əsasən, aparılan kliniki müayinə və müşahidə zamanı onun “psixi statusunda ruhi xəstəlik əlamətləri, şəxsiyyət pozuntusu və ağıl zəifliyi” aşkar edilməmişdir. Bölmədə olduğu müddətdə davranışı adekvat olmuş, alkoqol aslılığı əlamətləri aşkar olunmamışdır.Bu cəhdi baş tutmadıqda o, iddiaçını xidmət yerini özbaşına tərk etməklə əlaqədar Ordu sıralarından xaric etməyə cəhd etməklə iddiaçıya qarşı qərəzli hərəkətlərini davam etdirmişdir. Bununla əlaqədar onun göndərdiyi sənədlər əsasında Müdafiə Nazirliyinin N-ci Təhqiqat bölməsində N dəfə araşdırma aparılmış və barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti İXM-in 613.N-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyi üçün, Qubadlı hərbi prokurorluğuna göndərilmişdir. Qubadlı hərbi prokuroru barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış və baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərmişdir. Məhkəmənin 1N və N8 dekabr NN-ci il tarixli qərarları ilə müddət keçməsi ilə əlaqədar hər iki inzibati işin icraatına xitam verilmişdir. Prokuror protest versə də, Şirvan Apellyasiya Məhkəməsinin 16 və 31 mart N-cü il tarixli qərarları ilə protestlər təmin edilməmişdir; - Birinci halda iddiaçı NN-ci ilin iyun ayında xidmət yerini özbaşına tərk etdiyi kimi göstərilmiş müddətdə o, 34N saylı hərbi hissədə xidmətdə olmuşdur. Belə ki, həmin müddətdə iddiaçı həmin hərbi hissəyə komandir Z.Mustafayevin əmri ilə bir ay müddətinə ezam edilmişdir. Qaydalara görə ay tamam olandan sonra, yəni 1N iyunda yeni əmr verilməli idi. Lakin Z.Mustafayev bilərəkdən bu əmri verməmiş, iddiaçıya deyilmədiyi üçün o da həmin günlərdə həmin hərbi hissəyə əmr olmadan gedib gəlmişdir (yemək daşımışdır). Bir neçə gündən sonra bölük komandiri zəng edib soruşanda demişdir ki, 34N saylı hərbi hissədədi. O bildirib ki, ezamiyyə müddətləri təzələnmədiyi üçün, onlara xidmət yerini özbaşına tərk etmə təbiq ediləcək. Bundan da komandir Z.Mustafayev iddiaçıya qarşı qərəzli olduğu üçün istifadə etmiş və iddiaçını əsassız olaraq xidmət yerini özbaşına tərk etməkdə günahlandırmışdır; - N-ci halda isə iddiaçı xidmət yerini üzrlü səbəbdən tərk etmişdir. Belə ki, NN-ci ilin iyul ayının axırlarında dişində abses yarandığı üçün, hərbi hissənin tibb məntəqəsində müayinədə olmuşdur, lakin komandirin tapşırığı ilə onu qeydiyyata almamış və hərbi hospitala aparmamışlar. İddiaçı məcbur qalıb ağrılara dözmədiyi üçün, Beyləqan RMX-ya getmişdir və 30 iyul NN-ci il tarixdə həmin xəstəxanada əməliyyat olunmuşdur. Müalicənin ev şəraitində davam etdirilməsi tövsiyyə olunmuş və bu barədə iddiaçıya tibbi arayış verilmişdir. Lakin komandir Z.Mustafayev həmin arayışın keçərli olmadığını bildirməklə, evdə müalicə aldığı günləri - 6 avqust NN-ci il tarixədək olan günləri xidmət yerini özbaşına tərk etməyi kimi yazdırıb, iddiaçını Ordu sıralarından xaric etməyə çalışmışdır. 6 avqust NNci il tarixdə xidmət yerinə qayıdan kimi, tibbi arayışın keçərli olmadığını bildirib dişlərini yoxlamaq üçün tibb məntəqəsinin stomotoloquna göstəriş vermiş, həkim İsayev dişlərində xroniki periodontitin kəskinləşməsi diaqnozu qoymaqla ambulator müalicə yazmış və bu barədə iddiaçının tibbi kitabçasında qeydlər aparmışdır, (tibbi kitabçasında olan həmin qeydləri, Beyləqan RMX-nın Publik Hüquqi şəxsin 30 iyul NN-ci il tarixli, N160 saylı arayışı əlavə edilir). Bu yolla da o istədiyinə nail olmadıqda iddiaçını incitməyə, yaşadığı evdə abadlıq təmizlik işləri aparmağa, qonaqlarını qarşılamağa onların yemək və mehmanxana xərclərini ödəməyə, həyətində müəyyən işləri görmək üçün ot biçən aparat almağa vadar etmiş, bununla bağlı aralarında mübahisə və narazıçılıq yaranmışdır. İddiaçı dəfələrlə ondan şikayət edəcəyini bildirəndə, o, N-cü ilin əvvəllərində töhmət elan etmişdir. N-cü ilin may ayının axırıncı günlərində isə o, 15 ədəd kürülü balıq alıb yaşadığı evin həyətində olan hovuza buraxmağını tapşırmışdır. Maddi imkanı olmadığı üçün iddiaçı onun istədiyi balıqları deyil, 10 ədəd hər biri 10-15 manata kürüsüz balıq aldığı üçün onunla mübahisə edib təhqir etmişdir. N9 may N-cü il tarixdə aralarında olan mübahisə zamanı o, iddiaçının yaxasından tutaraq, onu silkələmiş, həmin vaxt əlindəki ratsiya burnunun üstünə dəyərək xəsarət almışdır. O, iddiaçını hərbi hissənin tibb məntəqəsinə göndərmiş və şikayət etməyinə imkan verməmişdir. İddiaçı təxminən N0 gün, yarası sağalana kimi, tibb məntəqəsində qalmışdır. Balıqla bağlı mübahisəni bilən atası N-cü ilin iyun ayının əvvəllərində Ali Baş Komandana ərizə ilə müraciət edib X14in qanunsuz hərəkətləri barədə məlumat verməklə xidmət yerini dəyişməyi xahiş etmişdir (həmin şikayətin 8 iyun N-cü il tarixdə qəbul olunmasını təsdiq edən bildiriş, Füzuli Hərbi Prokurorluğunun 18 iyul N-cü il tarixli məktubu əlavə edilir). Həmin şikayət Füzuli Hərbi prokurorluğuna göndərilmiş, komandir Zauf Mustafayev bunu biləndən sonra iddiaçıya qarşı daha da qərəzli mövqe tuturaq, ona hədə-qoxu gəlməkdə davam etmişdir. Atasının etdiyi şikayətin nəticəsinin olmadığını görüb məcbur qalaraq 3 iyul N-cü il tarixdə gecə vaxtı Bakı şəhərinə gələrək 4 iyul N-cü il tarixdə Müdafiə Nazirliyinə və TX-yə şifahi müraciət etmişdir. Bu barədə Müdafiə Nazirliyinin Nəzarət Buraxılış məntəqəsində kitabında qeydiyyatdan keçmişdir və onu qəbul edən polkovnik və mayor rütbəli şəxslərə şikayətini bildirmişdir. Onlar da iddiaçıya xidmət yerinə qayıtmağını tapşırmış və atasının şikayəti onlara daxil olan kimi baxacaqlarını bildirmişlər. N iyul N-cü il tarixdə xidmət yerinə qayıtmışdır, X14in göstərişi ilə bölmə komandiri iddiaçının xidmət yerini bir gün müddətinə özbaşına tərk etməyi və N iyul N-cü il tarixdə xidmət yerinə qayıtmağı barədə raport yazıb ona təqdim etmişdir. X14 bildirdi ki, şikayətilə əlaqədar iddiaçını müvəqqəti olaraq sərəncama göndərir və istədiyi yerə gedə bildiyini, şikayət də edə bildiyini demişdir. İddiaçı yaşadığı Quba rayonu Şuduq kəndinə qayıtmışdır və onun qanunsuz hərəkətləri barədə müxtəlif instansiyalara şikayətlər etmişdir. Bir neçə dəfə Füzuli hərbi prokurorluğunda olub şikayətilə əlaqədar izahat vermiş, müraciətinə baxılmasının nəticəsi ilə maraqlanmışdır. N-cü ilin noyabr ayının axırlarında Quba rayon hərbi komissarlığına çağırılmışdır və orada hərbi bileti iddiaçıya veriləndə bilmişdir ki, N iyul N-cü il tarixdən sərəncama deyil, ehtiyata buraxılmışdır. Tələb etməyinə və şikayətində göstərilən hallar təsdiqini tapmasına baxmayaraq hərbi prokurorluq iddiaçının işinə bərpa olunmağı ilə bağlı tədbirlər görməmiş, hərbi komissarlıq və hərbi hissə komandirləri isə müxtəlif bəhanələrlə iddiaçıya əmrin surətini və Şərəf məhkəməsinin qərarını verməmişlər. Bildiyi qədər, onun əmri Şərəf məhkəməsinin qərarına əsasən verilmişdir. Həmin qərara əsasən, iddiaçı xidməti vəzifələrini icra etməkdə çətinlik çəkmişdir, vəzifənin məsuliyyətini dərk etməmişdir, spirtli içki qəbul edərək xidmət yerinə günlərlə qayıtmamışdır, şəxsi heyət arasında nüfuzdan düşmüşdür, şəxsi heyətə pis nümunə olmuşdur və spirtli içkiyə meyilli olmuşdur. Buna görə də iddiaçının ehtiyata buraxılmağı barədə hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmışdır. - İddiaçının hərbi biletinin 3-cü səhifəsində N iyul N-cü il tarixdə MNM-nin QQK-nın N iyun N tarixli, 067gm əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata buraxılmışdır qeydi aparılmaqla hərbi bileti Azərbacan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə göndərilmiş, orada isə hərbi biletinin N1-ci səhifəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin «e» bəndinə əsasən, (xidməti uyğunsuzluğa görə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı barədə qeyd aparılmışdır (Hərbi biletindən çıxarış əlavə edilir). - Şikayətlərinə baxmayaraq güya məxfi olmasına görə Şərəf Məhkəməsinin qərarını və ehtiyyata buraxılmağı barədə əmrin surətini iddiaçıya verməmişlər. Füzuli hərbi prokurorluğu isə 7 ay müddətində süründürməçiliyə yol verərək şikayətlərinə nəticə verməmiş, (Səfərbərlik və hərbi xidmətə çağırış üzrə DX-nın Quba rayon şöbəsinin 6 dekabr N-cü il tarixli, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1N yanvar N4-cü il tarixli rəsmi cavabları, Fizuli hərbi prokurorluğunun araşdırmanın davam etdirilməsi barədə məktubları əlavə olunur), Müdafiə Nazirliyi isə iddiaçının tutduğu vəzifəyə bərpa olunmağı barədə xahişinə cavab belə verməmişdir (Müdafiə Nazirliyinə göndərilmiş müraciətin surəti və poçt bildirişi əlavə edilir). - Bu səbəblərdən də məcbur qalaraq iddiaçı məhkəməyə müraciət etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən verilən cavaba əsasən, bu Sənədlər Məhkəməyə təqdim olunacaqdır. Bu yolla da X14 iddiaçının məhkəməyə şikayət etməyinə də maneçilik törətmişdir. - Hesab edir ki, Azərbaycan Respublikası MH-nin QQK-nın qeyd edilən əmri aşağıdakılara əsasən qanunsuz və əsassızdır: - Xidmət etdiyi hərbi hissənin Şərəf Məhkəməsi Müdafiə Nazirliyinin 30 may N015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı qüvvələrində hərbi qulluqçuların Şərəf Məhkəmələri haqqında” Əsasnamənin tələblərini kobudcasına pozaraq iddiaçının xəbəri və iştirakı olmadan keçirilmişdir; - Şərəf məhkəməsinin qərarında göstərilən halların heç birinin əsası yoxdur və iddiaçı tərəfindən bu hallara yol verilməmişdir. Həmin qərar X14in diktəsi ilə hazırlanmışdır. Bununla bağlı hər hansı tibbi və digər sənəd yoxdur (varsa da bu sənədlər sonradan və iddiaçının xəbəri olmadan hazırlanmışdır); - İddiaçının spirtli içkiyə meyilli olmağı ilə bağlı qan nümunəsi götürülməmiş və kimyəvi müayinə üçün təqdim edilməmişdir. Qeyd etdiyi kimi, Müdafiə Nazirliyinin Baş X3 bölməsinin 8 iyul NN-ci il tarixli Çıxarış epikrizinə əsasən, iddiaçıda alkoqol aslılığı əlamətləri aşkar olunmamışdır; - İddiaçı xidməti vəzifələrini “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və Silahlı Qüvvələrin Nizamnamələrinin tələblərinə uyğun olaraq həmişə şərəf və vicdanla yerinə yetirmişdir. N-ci Qarabağ müharibəsində iştirak etmişdir, 3 medalla təltif olunmuşdur (Təltiflə bağlı sənədlər əlavə edilir). - Ehtiyyata buraxılmağı barədə əmr iddiaçıya rəsmi qaydada və bugünədək təqdim edilməmiş, belə əmrin olmasını iddiaçı yalnız N-cü ilin noyabr ayının axırlarında bilmişdir və həmin əmrin rəsmi qaydada verilməsindən güya məxfi olmasına görə qanunsuz və əsassız olaraq imtina edilmişdir. İddiaçı adi gizir rütbəsində bölüyün silah təmir tağımının nəzarət yoxlama heyətinin rəisi vəzifəsində xidmət etmişdir. Hər hansı məxfi vəzifədə olmamışdır. Belə olan halda onun ehtiyata buraxılma əmrinin məxfi olması sual altında qalır; - Komandir Z.Mustafayev iddiaçıya qarşı qərəzli mövqe tutmuş, iddiaçıya qarşı qanunsuz hərəkətləri təsdiqini tapmış, hazırda Füzuli hərbi prokurorluğunda iddiaçıya qarşı qanunsuz hərəkətləri barədə araşdırma davam etdirilir. Başqa sözlə, həmin əmr qərəzli mövqenin və onun qanunsuz hərəkətlərindən şikayət etməyinə görə təqibin nəticəsidir; - Həmin qanunsuz və əsassız əmr əsasında iddiaçı tutduğu vəzifədən və həm də N iyul N-cü il tarixdən hər ay ştat vəzifəsi üzrə almalı olduğu pul vəsaitindən məhrum olunmuşdur.

24. İPM-in 13 və 48.1-ci maddələrinə əsasən, iddiaçıya həm məhkəmə prosesində, həm də yazılı qaydada hüquqi yardım edilərək bildirilmişdir ki, iddiaçının müvafiq əmrin alınmasını təsdiq edən sənədlərin (məktub, qəbz və s.) əgər yoxdursa, iddiaçıya prosessual müddət bərpası barədə ərizə, bu halı təsdiq edən sübutlarla birlikdə məhkəməyə təqdim edilməlidir.

25. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, qanunvericiliklə müəyyən olunmuş prosessual müddətin onun təqsiri olmadan buraxıldığından, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. - Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi inzibati akt - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X9 əmri iddiaçıya təqdim edilməmiş və yaxud elan edilməmiş, poçt rabitəsi vasitəsilə və ya elektron üsulla göndərilməmişdir. Belə əmrin olmasını N-cü ilin noyabr ayının sonlarında Azərbacan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Şöbəsində hərbi bileti ona veriləndə bilmişdir. Həmçinin, həmin vaxt bilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) Azərbaycan Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı üçün əsas Müdafiə Nazirliyinin 30 may N015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı qüvvələrində hərbi qulluqçuların Şərəf Məhkəmələri haqqında” Əsasnaməyə əsasən xidmət etdiyi hərbi hissənin Şərəf Məhkəməsinin iştirak etmədiyi, iddiaçıya rəsmi qaydada təqdim və ya elan edilməmiş qərarı olmuşdur. İddiaçının mübahisələndirdiyi inzibati akt cavabdeh orqanın əmri və onun üçün əsas olmuş Şərəf məhkəməsinin qərarı iddiaçıya təqdim edilməmiş və yaxud elan edilməmiş, belə bir aktın qəbul edilməsi barədə ona rəsmi məlumat verilməmişdir. Mübahisələndirdiyi əmrin olmasını hərbi biletini alarkən bilməyi həmin inzibati aktın iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilməsi və yaxud elan edilməsi, poçt rabitəsi vasitəsilə və ya elektron üsulla göndərilməsi demək deyildir. Qanunvericiliklə müəyyən edilmiş həmin qaydalar cavabdeh inzibati orqan tərəfindən pozulmuşdur. Cavabdeh məhkəməyə mübahisələndirilən əmrin iddiaçıya verilməsini, elan edilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh qanunun tələblərini pozaraq iddiaçının tutduğu vəzifəyə bərpa olunmağı barədə şikayətinə bu günədək cavab verməmişdir. İddiaçı isə bu günədək iştirak etmədiyi Şərəf məhkəməsinin qərarını, mübahisələndirdiyi əmri görməmişdir və tutduğu vəzifədən nəyə görə azad edilib ehtiyyata buraxılmağını bilmir, iddia ərizəsinə mübahisələndirilən inzibati aktın əslini və ya surətini əlavə edə bilməmişdir. Bu səbəbdən də məhkəməyə qanunvericiliklə müəyyən edilmiş bir ay müddətində deyil, sonradan müraciət etmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

26. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək, iddiaçının “əmrin ləğvi, məcburi iş buraxmaya görə orta əmək haqqının ödənilməsi, işə bərpa olunması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

27. Etirazın əsasları: - İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İddiaçının hərbi hissədə yol verdiyi nalayiq hərəkətləri ilə əlaqədar 3 iyun N4-cü il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissədə o, şərəf məhkəməsində dinlənilmiş və “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə məhkəmənin qərarı həmin vaxt iştirak edən iddiaçıya elan edilmişdir. Müdafiə Nazirinin 30 may N015-ci il tarixli N4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 5.6-cı yarımbəndinə əsasən, ərəf məhkəməsinə cəlb olunan şəxs Məhkəmənin qərarından 10 gün müddətində yazılı şəkildə bilavasitə hərbi hissə komandirinə şikayət verə bilər. Şikayət raportuna daxil olduğu gündən 10 gün ərzində baxılmalıdır. Şikayətdə göstərilən məsələlərin yoxlanılması üçün zərurət yarandıqda bu müddət 30 günə qədər uzadıla bilər. İş materiallarından göründüyü kimi, iddiaçının bu barədə şikayəti daxil olmamışdır; - İddiaçıya Müdafiə Nazirinin müavini - X9 N iyun N-cü il tarixli, 067gm nömrəli əmri əsasında ehtiyata buraxılması barədə hərbi hissə komandirinin N iyul N-cü il tarixli, 193 nömrəli əmri ilə “İnzibati icraat haqqında” Qanunun 6N-ci maddəsinə uyğun olaraq N iyul Ncü il tarixdə inzibati aktın qəbul edilməsi haqqında imza edilməklə məlumat verilmiş, lakin iş materiallarından göründüyü kimi ididaçının N4-cü ilin yanvar ayınadək bu barədə şikayəti daxil olmamışdır; - Qeyd olunan sübutlardan göründüyü kimi, iddiaçıya onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə inzibati orqanın aktı barədə N iyul N-cü il tarixdən etibarən imza edilməklə ona məlum olmuş və bu barədə ona məlumat verilmişdir; - İddiaçı N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün silah təmiri taqımının nəzarət yoxlama heyətinin rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən NN-ci il ərzində 3 dəfə (N0 mart NN-ci il tarixdən N1 mart NN-ci il tarixədək, 10 iyun NN-ci il tarixdən 15 iyun NN-ci il tarixədək, N avqust NN-ci il tarixdən 6 avqust NN-ci il tarixədək), N-cü ildə isə N dəfə (7 fevral N-cü il tarixdən 9 fevral N-cü il tarixədək, N3 may N-cü il tarixdən N9 may N-cü il tarixədək) xidməti yerini özbaşına tərk etmiş, üzrlü səbəblər olmadan xidməti yerinə gəlməmiş, Silahı Qüvvələrin Daxili Xidmət Nizamnaməsində təsbit edilmiş üzərinə düşən vəzifə borclarının icrasına laqeyd yanaşaraq yerinə yetirməmiş, verilən tapşırıqları vaxtında və dəqiqi yerinə yetirməmiş, mütəmadi olaraq spirtli içki qəbul etmiş və spirtli içki qəbul etmiş halda xidməti yerinə gəlmiş, əxlaq və davranış norma və qaydalarına əməl etməmiş, nalayiq hərəkətlərə yol vermiş, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salınmasına, etdiyi hərəkətlərlə cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə şərait yaratmış və ona tutulan iradlardan, elan olunan intizam cəzalarından nəticə çıxarmamışdır; - İddiaçının yuxarıda qeyd olunan davranışı nəzərə alınaraq maddi-texniki təminat bölüyünün komandiri tərəfindən N iyun N-cü il tarixdə onun şərəf məhkəməsində dinlənilməsi barədə raportla vəsatət qaldırılmış, hərbi hissə komandiri tərəfindən vəsatət təmin edilmiş, 3 iyun N-cü il tarixdə şərəf məhkəməsi keçirilmiş, iddiaçı “gizirlərin şərəf məhkəməsi”ndə dinlənilmişdir. N nömrəli hərbi hissə komandirinin qərarı əsasında 3 iyun Ncü il tarixdə keçirilən gizirlərin şərəf məhkəməsi”ndə iddiaçı və məhkəməyə cəlb olunmuş şəxslərin məhkəmədə baxılan iş üzrə irad və fikirlərini bildirmək üçün çıxışları dinlənilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 30 may N015-ci il tarixli, N4 nömrəli Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 4.16-cı yarımbəndinin tələblərinə uyğun olaraq bu barədə 3 iyun N-cü il tarixli, 36 nömrəli protokol tərtib edilmişdir. 3 iyun N-cü il tarixdə keçirilən Şərəf məhkəməsi zamanı onunla birgə xidmət edən 7 nəfər hərbi qulluqçu çıxış etmiş, məhkəmə heyətinə çıxış edən şəxslərin 6 nəfəri iddiaçının hərbi qulluqçunun şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verməsi, spirtli içkiyə meyilli olması, mütəmadi olaraq spirtli içki qəbul etməsi və spirtli içki qəbul etmiş halda xidməti yerinə gəlməsi, əxlaq və davranış norma və qaydalarına əməl etməməsi, nalayiq hərəkətlərə yol verməsi, xidməti yerini mütəmadi olaraq tərk etməsi, şəxsi nizam-intizamsızlığı və ona tutulan iradlardan, elan olunan intizam cəzalarından nəticə çıxarmadığını nəzərə alınaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair təkliflər etmişlər. Həmçinin məhkəmə prosesi zamanı iddiaçı çıxışlarda göstərilən iradlarla razılaşaraq qərardan etirazı olmadığını bildirmişdir. Şərəf məhkəməsinin 3 iyun N-cü il tarixli, 36 nömrəli qərarından sonra onunla N dəfə söhbətləşmə aparılmış, əsasnamənin tələblərinə uyğun olaraq təqdimat tərtib edilmiş və təqdimatda ehtiyata buraxılma səbəbləri əsaslandırılaraq yuxarı komandanlığa göndərilmiş, Müdafiə nazirinin müavini-X9 N iyun N-cü il tarixli, 067gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Ordu sıralarından ehtiyata buraxılmışdır; - İddiaçının iddiaları tam əsassızdır, onun xidməti yerini mütəmadi olaraq özbaşına tərk etməsi, üzrlü səbəblər olmadan xidməti yerinə gəlməməsi, Silahı Qüvvələrin Daxili Xidmət Nizamnaməsində təsbit edilmiş üzərinə düşən vəzifə borclarının icrasına laqeyd yanaşaraq yerinə yetirməməsi, verilən tapşırıqları vaxtında və dəqiqi yerinə yetirməməsi, mütəmadi olaraq spirtli içki qəbul etməsi və spirtli içki qəbul etmiş halda xidməti yerinə gəlməsi, əxlaq və davranış norma və qaydalarına əməl etməməsi, nalayiq hərəkətlərə yol verməsi, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salınmasına, etdiyi hərəkətlərlə cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə şərait yaratması və ona tutulan iradlardan, elan olunan intizam cəzalarından nəticə çıxarmaması nəzərə alınaraq onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İddiaçı “Əmrin ləğvi, məcburi iş buraxmaya görə orta əmək haqqının ödənilməsi, işə bərpa olunması” barədə onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir.

28. Etirazın maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 6N.3-cü maddəsinə, Azərbaycan Respublikası Müdafiə nazirinin 30 may N015-ci il tarixli, N4 nömrəli Qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Şərəf məhkəmələri haqqında Əsasnamə”nin 4.16, 4.N1, 4.NN-ci yarımbəndlərinə, Müdafiə nazirinin müavini - X9 N iyun N-cü il tarixli, 067gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 5, 7-ci maddəsinə, Azərbaycan Respublikası Müdafiə nazirinin 6 aprel N0-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydalarının N.1, 3.1, 3.N, 7.1, 8.1, 10.1-ci yarımbəndlərinə, prosessual hüquqi əsası kimi İPM-in 1N.1, 14.3, N4.1, 38, 47.N-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

29. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, əmr N iyul N-cü il tarixdə imzalanmışdır, həmin vaxt onun Füzuli Hərbi Prokurorluğunda araşdırma gedirdi. İtirilmiş müddətdə hərbi biletinin gəlməsini gözləmişdir. Sonuncu dəfə işdə N iyul N-cü i tarixdə olduğunu, komandirin müvəqqəti ehtiyata buraxıldığını dediyini qeyd etmişdir. Bu barədə heç bir sənədi imzalamadığını, ehtiyata buraxılmasının səbəbini soruşmadığını, Şərəf məhkəməsində iştirak etmədiyini bildirmişdir.

30. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənləri müdafiə edərək bildirmişdir ki, gizir N-3 gündən çox tibb məntəqəsində ola bilməz. Bu müddətdən sonra hospitala keçirilməlidir. Şərəf məhkəməsində iddiaçı şəxsən iştirak etmiş, onunla söhbətlər aparılmış, bunu öz imzası ilə təsdiq etmişdir. 3 iyul N-cü il tarixdə iddiaçı ilə birinci söhbətin aparılmasını qeyd etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

31. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - N.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - N.0.N-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

33. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

34. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

35. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

36. İPM-in 1N.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 1N.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

37. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

38. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı işdən azad olunmasının qanunsuz olmasını əsas gətirərək, əmrin ləğv edilməsi və Müdafiə Nazirliyinin (silah təmin tağımının nəzarət yoxlama heyyət rəisi) vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün - N iyul N013-cü il tarixdən işə bərpa olunan günədək olan orta əmək haqqının işəgötürəndən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Göründüyü kimi hazırkı iddia mübahisələndirmə haqqında iddiadır (İPM-in N.N.1-ci maddəsi).

39. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də mövcud olmalıdır. Bunlar: - İPM-in 35-ci maddəsinə əsasən, iddia qaldırmaq səlahiyyəti; - İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi.

40. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının N.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

41. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.

42. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə N5 yanvar N000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

43. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.

44. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər.

45. İddiaçı bildirmişdir ki, belə əmrin olmasını N-cü ilin noyabr ayının sonlarında Azərbacan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Şöbəsində hərbi bileti ona veriləndə bilmişdir. Mübahisələndirdiyi əmrin olmasını hərbi biletini alarkən bilməyi həmin inzibati aktın iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim edilməsi və yaxud elan edilməsi, poçt rabitəsi vasitəsilə və ya elektron üsulla göndərilməsi demək deyildir.

46. Cavabdeh orqanın mövqeyinə görə isə iddiaçıya onun “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə inzibati orqanın aktı barədə N iyul N-cü il tarixdən etibarən imza edilməklə ona məlum olmuş və bu barədə ona məlumat verilmişdir. Çünki, iddiaçının hərbi hissədə yol verdiyi nalayiq hərəkətləri ilə əlaqədar 3 iyun N4-cü il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissədə o, şərəf məhkəməsində dinlənilmiş və “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə məhkəmənin qərarı həmin vaxt iştirak edən iddiaçıya elan edilmişdir. Müdafiə Nazirinin 30 may N015-ci il tarixli N4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 5.6-cı yarımbəndinə əsasən, ərəf məhkəməsinə cəlb olunan şəxs Məhkəmənin qərarından 10 gün müddətində yazılı şəkildə bilavasitə hərbi hissə komandirinə şikayət verə bilər. Şikayət raportuna daxil olduğu gündən 10 gün ərzində baxılmalıdır. İddiaçının bu barədə şikayəti olmamışdır. İddiaçıya Müdafiə Nazirinin müavini - X9 N iyun N-cü il tarixli, 067gm nömrəli əmri əsasında ehtiyata buraxılması barədə hərbi hissə komandirinin N iyul N-cü il tarixli, 193 nömrəli əmri ilə “İnzibati icraat haqqında” Qanunun 6N-ci maddəsinə uyğun olaraq N iyul N-cü il tarixdə inzibati aktın qəbul edilməsi haqqında imza edilməklə məlumat verilmiş, lakin iş materiallarından göründüyü kimi ididaçının N4-cü ilin yanvar ayınadək bu barədə şikayəti daxil olmamışdır.

47. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “Göndəriş vərəqələrinin qeydiyyatı kitabı”nın (Cild №1) surətindən görünür ki, “145. xx.xx.N. İddiaçı. SHXÇDX Quba. xx.xx.N5ci il tarixdə “sənədi qəbul edənin imzası, adı, soyadı və tarix” bölməsində ad və soyadını yazmış və öz imzası ilə təsdiq etmişdir.”

48. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının N8 sentyabr N-cü il tarixli, N-1(10N)-1871/N saylı qərarında qeyd olunmuşdur ki, “N9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim edilməsinin bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.”

49. İş materialının araşdırılması ilə müəyən olunur ki, gizirlərin şərəf məhkəməsinin 3 iyun N-cü il tarixli 36 nömrəli protokolundan görünür ki, iclasda dinlənilən iddiaçı məhkəmədə onun barəsində deyilən fikirlərlə razı olduğunu bildirərək, etiraf etmişdir ki, xidmət etməkdə çətinlik çəkir, məhkəmədə onun barəsində heç bir qərəzli fikir söylənilmədi, həqiqətən spirtli içkiyə meyillidir, dəfələrlə söz versə də, bu vərdişdən əl çəkə bilməməsini, barəsində söyləyən fikirlərlə razı olduğunu bildirmişdir. 3 iyun N-cü il tarixli Söhbət vərəqəsindən görünür ki, iddiaçı deyilənlərə razılığını bildirərək, ona digər hərbi hissədə xidmətini davam etdirmək üçün kömkəliyin göstərilməsini xahiş etmişdir. Öz üzərində çalışacağına, nizam-intizamlı hərbi qulluğçu olacağına söz vermişdir. Həmin vərəqə onun tərəfindən imzalanmışdır. N nömrəli hərbi hissənin gizirlərin şərəf məhkəməsinin 3 iyun Ncü il tarixli 36 nömrəli qərarının surətindən görünür ki, iddiaçının “Xidməti uyğunsuzluğa görə” Azərbaycan Ordusundan etiyyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatətin qaldırılması qərara alınmışdır. 17 iyun N-cü il tarixli İkinci söhbət vərəqəsindən görünür ki, iddiaçı qeyd etmişdir ki, bu hərbi hissədə xidmətini təşkil etməkdə çətinlik çəkir və komandanlıq onun həmin hissədə xidmət etməyini istəmir. Hərbi hissə komandanlığı ilə yola getmədiyi üçün, hərbi hissəni özbaşına tərk etməsini və spirtli içkiyə meyilli olduğunun səbəbi olaraq, psixolojı durumunun yerində olmamasını bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, onunla dəfələrlə söhbətlər aparılıb, dönüş yaratmadığı üçün, kifayət qədər vaxt verilmişdir, hərbi hissə komandanlığı ilə yola getmədiyi üçün nəticə çıxara bilməmişdir.

50. Müdafiə nazirinin müavini - X9 N iyun N-cü il tarixli, 067 gm nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N-cü il tarixli, 193 nömrəli əmrindən çıxarışdan görünür ki, iddiaçı hərbi hissənin maddi-texniki təminat bölüyünün silah təmin taqımının nəzarət yoxlama heyətinin rəisi, N nömrəli hərbi hissə komandirinin N iyun N-cü il tarixli, 067 gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətindən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 5 iyun N-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinə göndərilmişdir. Gizir iddiaçı cavabdeh orqanın 19 oktyabr N017-ci il tarixli, NN nömrəli əmrinə əsasən, N-cü ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq olmamış, ehtiyata buraxılması ilə əlaqədar aylıq maaşının 0,5 misli miqdarında birdəfəlik pul müavinəti verilmiş, N-cü il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib N-cü ilin növbəti məzuniyyətindən 15 gün istifadə edib, 1 aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilmişdir.

51. Göründüyü kimi, mübahisə predmeti olan inzibati akt iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur və bu, İPM-in 38.1-ci maddəsinin tələbi baxımından “elan” edilmə anlayışının mahiyyətinə tam cavab verir.

52. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırki məsələyə münasibətdə həmçinin, iddiaçı tərəfin məsuliyyət məsələsinin də nəzərə alınmalı olması iddia müddətinin mahiyyətindən, onun əhəmiyyətindən irəli gəlir.

53. İPM-in: N4.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; N4.N-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; N4.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; N4.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; N4.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; N4.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” N7 dekabr N001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

55. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

56. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır.

57. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

NƏTİCƏVİ HİSSƏ

58. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa olunması və N iyul N-cü il tarixdən vəzifəsinə bərpa olunan günədək olan müddət üçün ştat vəzifəsi üzrə almalı olduğu pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar