Məhkəmə qərarları › İş №2-1(118)-3247/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3247/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3247/2024 10.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, ehtiyata buraxılma əsasının dəyişdirilməsi, əmək haqqının ödənilməsi” tələblərinə dair inzibati işin mümkünlük məsələsinə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlər:

1. EZ seriyalı, ******* nömrəli “Hərbi bilet”dən görünür ki, İddiaçı N hərbi hissənin komandirinin N may N017-ci il tarixli, 0N11 nömrəli əmri ilə hərbi hissənin siyahısına daxil olmuş, 1N iyul N017-ci il tarixli, N6 nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarılmışdır.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İddiaçı göndərilmiş N8 dekabr N0N3-cü il tarixli, 3-N5-19/N-Ə-14xx-xx/N0N3 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli, NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 5-ci bəndinə əsasən, Müdafiə Nazirliyi tərəfindən pul təminatı Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara ödənilir. 30 may N017-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıİdığından, bağladığı müqavilənin sonuna qədər olan müddət üçün pul təminatının ödənilməsi barədə müraciətini göstərilən Əsasnamənin tələblərinə zidd olduğu üçün təmin edilməsi mümkün hesab edilmir.

3. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 yanvar N0NN-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:

4. Azərbaycan Respublikasının Prokurorluğu Tərtər Hərbi Prokurorluğunun 11 mart N0N4-cü il tarixli, 3-3-N10/N-00907N/N0N4 nömrəli məktubundan görünür ki, Tərtər Hərbi Prokurorluğunda vətəndaş İddiaçı barəsində əvvəllər və hal-hazırda təqsirləndirici material araşdırılmamış və cinayət işi istintaq olunmamışdır.

5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N sentyabr N0N4-cü il tarixli, 3- N5-4/N-5536/N4 nömrəli məktubu ilə 1N iyul N017-ci il tarixli əmrdən çıxarış qoşma ilə göndərilmişdir: - Azərbaycan Respublikasının müdafiə nazirinin 1N iyul N017-ci il tarixli, N6 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan leytenant İddiaçı, N nömrəli hərbi hissənin 703N-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının sabiq komandiri həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

İddia ərizəsinin dəlilləri:

6. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 1993-cü il təvəllüdlü iddiaçı N01Nci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, N016-cı ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. N3 iyun N016-cı il tarixdə ona leytenant rütbəsi verilib, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində zabit kimi xidmət etməyə başlamışdır. Motoatıcı taborun motoatıcı bölməsinin motoatıcı taqım komandiri vəzifəsində hərbi xidmət keçmişdir. Həmin hərbi hissədə xidmətdə olarkən N017-ci ilin may ayında hazırda şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində qanunsuz sorğu-suala, dindirməyə və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin nəticəsi olaraq işgəncə və dindirmənin gedişində N may N017-ci il tarixdə N saylı hərbi hissə komandirinin sərəncamına verilmişdir və 1N may N017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Qanunsuz və əsassız dindirməyə, işgəncələrə məruz qalmağı, bir sözlə, ona qarşı cinayət əməllərinin törədilməsi Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/N0N3N9 saylı, N9 noyabr N0N3-cü il tarixli hökmündə də öz təsdiqini tapıb. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Çıxarılmış hökmlə yalnız iddiaçıya qarşı törədilmiş cinayət əməlləri deyil, eyni zamanda həmin cinayət əməllərinin nəticəsində qanunsuz və əsassız olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı da öz təsdiqini tapmışdır. İddiaçı işgəncə nəticəsində-səhhətində yaranan problemlərə və mənəvi-psixoloji durumuna görə hərbi xidmətə bərpa olunmaq istəmir. Lakin həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma barədə əmr qanunsuz və əsassız olduğundan əmr ləğv edilməli, ehtiyata buraxılma əsası dəyişdirilməli və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi işburaxma dövründə ödənilməli olan əmək haqqı ona ödənilməlidir. Ehtiyata buraxıldığı N017-ci ildə və ondan sonrakı dövrdə zərərçəkmiş şəxs statusu tanınmadığından, hüquqlarının bərpası üçün cavabdehə müraciət ünvanlaya, yaxud hüquqi müdafiə vasitələrindən istifadə edə bilməmişdir. N017-ci ilin may ayında cinayət əməllərinə məruz qalmağı Bakı Hərbi Məhkəməsinin N9 noyabr N0N3-cü il tarixli hökmü ilə təsdiq olunduğundan, yalnız bundan sonra 18 dekabr N0N3-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsində xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağında bağlı əmrin ləğv edilməsini, ehtiyata buraxılmağının əsasının dəyişdirilməsini və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsini istəmişdir. Cavabdeh yalnız pul təminatı barədə müraciətini cavablandıraraq N8 dekabr N0N3-cü il tarixli, 3-N5-19/N-Ə- 14xx-xx/N0N3 nömrəli cavab məktubunda bildirmişdir ki, xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığından, bağladığı müqavilənin sonuna qədər olan müddət üçün iddiaçıya pul təminatının ödənilməsi mümkün deyil. Digər müraciətlərinə isə baxılmamışdır. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri iddiaçı qanunsuz və əsassız hesab edir. Cavabdehin üzərinə əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş dövrün əmək stajına hesablanması və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının iddiaçıya ödənilməsi vəzifəsi qoyulmalıdır. İddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı üçün heç bir əsas olmamış, əmr qanunsuz olmuşdur. O, hərbi xidmət zamanı nizamnamə qaydalarına əməl etmişdir. Xidmətilə həmişə yoldaşlarına da nümunə olmağa çalışmışdır. Namusu ilə, şərəfilə hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə heç bir xidməti uyğunsuzluğa yol verməmişdir, ona xidmətilə bağlı heç bir zaman irad bildirilməmişdir. Hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməmiş, heç bir qanunsuz hərəkətlərə yol verməmişdir. Hərbi xidmətlə bir araya sığmayan əməllər törətməmiş, hərbi qanunvericiliyin tələblərini, hərbi intizam qaydalarım pozmamış, intizam cəzası almamışdır. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı əsassızdır. Odur ki, əmr ləğv edilməli, iddiaçının Silahlı Qüvvələrdən ehtiyata buraxılmağının əsası dəyişdirilməli, iddiası təmin edilməlidir

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının N6, 60, 71, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 8-ci maddələrində, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə Qərarına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun N7.3-cü maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa, “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 14.08-ci maddəsinə, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 15-ci bəndinə, 156-cı maddəsinə, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmənin Plenumunun 30 mart N006-cı il tarixli, 6 saylı Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) N.N.1, NN.1, N4, 3N.1, 58.1, 67, 71.1, 7N.1, 80.1.N-ci maddələrinə istinad olunmuşdur.

9. Eyni zamanda, iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin dəlillərinə istinad edərək (§ 6-7) onunla əsaslandırmışdır ki, barəsində ehtiyata buraxılmağı ilə bağlı qanunsuz və əsassız əmrdən şikayət vermək imkanı qarşısı alınmaz hal nəticəsində, yəni şərti olaraq “Tərtər işi” adlanan proses baş verdiyindən mümkün olmamışdır. Həmin iş üzrə icraatın təzələnməsi qərarı yalnız N0N1-ci ilin dekabrında verilmişdir və bu icraatın çərçivəsində iddiaçının həmin dövrdə hüquqlarının pozulması tanınaraq zərərçəkmiş şəxs qismində tanınmışdır. İş üzrə istintaq aparıldıqdan sonra iş Bakı Hərbi Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin N8 dekabr N0N3-cü il tarixli hökmü ilə iddiaçının zərərçəkmiş şəxs statusu, məhz N017-ci ilin may-iyun aylarında qanunsuzluğa məruz qalaraq hüquqlarının pozulması dövlətin adından çıxarılmış məhkəmə aktı ilə təsdiq olunmuşdur. İddiaçı da dərhal həmin hökmə istinad edərək, cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab verilmədiyi üçün məhkəməyə müraciət edilir.

10. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

İddia tələbinə qarşı etirazın dəlilləri:

12. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək, iddiaçının iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

13. Etirazın əsasları kimi aşağıdakılara istinad olunmuşdur: Hüquq İdarəsinin N3 fevral N0N4-cü il tarixli 3-N5-4/N-1173/N0N4 nömrəli sorğusuna əsasən, Şəxsi Heyət Baş idarəsi 13 mart N0N4-cü il tarixli, 14/1N97 nömrəli məktubu ilə, ehtiyatda olan leytenant İddiaçı barədə müvafiq şəxsi heyət üzrə əmrdən çıxarışlar, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə şəxsi heyət üzrə əmrin verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. İddiaçının xidmət vərəqəsindən həqiqi hərbi xidməti N017-ci il dövrü ərzində yol verdiyi nöqsanlara görə dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuş və bu barədə, o məlumatlandırılmışdır. İşdə olan xasiyyətnamələrdən görünür ki, N nömrəli hərbi hissə komandiri tərəfindən iddiaçının üzərinə düşən vəzifə borclarının öhdəsindən gələ bilməmiş, komandirlərin verdiyi əmr və tapşırıqların vaxtında yerinə yetirməmiş, rəhbər sənədlərin tələblərini gündəlik xidmətində istifadə etmək bacarığına malik olmamışdır. N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinin N9 mart N017-ci il tarixli, N0 nömrəli qərarından görünür ki, iddiaçı həqiqi hərbi xidmət müddət ərzində xidmət vəzifələrini laqeyd yanaşmış, tutduğu vəzifənin məsuliyyətini dərk etməmiş, habelə dəfələrlə xəbərdarlıq olduğuna baxmayaraq verilən intizam cəzalarından nəticə çıxartmamışdır. Həmin məhkəmədə iddiaçı iştirak etmiş və ona qarşı deyilən iradlarla razı olmuş, hamının fikirlərinə hörmətlə yanaşdığını bildirmiş və heç bir sözü olmadığını demişdir. Həmçinin, onunla N4 iyun N017-ci il tarixdə söhbətləşmə apararkən tərxis olunması barədə ona köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının xidməti qüsurlu olduğundan, N4 iyun N017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və o, 1N iyul N017-ci il tarixdə ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyinin pozulması hallarına yol verilməmişdirsə buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə dəyişiklərə yol verilmir. İddiaçının ehtiyata buraxılmasından 6 ildən artıq müddət keçdiyindən və şikayət verilməsi ilə bağlı müddətin üzrlü səbəblərdən buraxılmadığını nəzərə alaraq, habelə ehtiyata buraxılma zamanı qanunvericiliyinin pozulması halları aşkar edilmədiyindən qeyd edilən əmrdə dəyişilikliyin edilməsi üçün əsas yoxdur. Həmçinin, qeyd edilir ki, istintaq zamanı işgəncələrə və əsassız dindirmələrə görə zərərçəkmiş şəxs qismində tanınması, həqiqi hərbi xidmətdə yol verdiyi nöqsanlara görə barəsində qəbul edilmiş qərarda dəyişilik edilməsi üçün əsas yaratmır. Müdafiə Nazirliyi istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbinə dair iddiası təmin edilməməlidir.

14. Etirazın maddi hüquqi əsası kimi “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 168, prosessual hüquqi əsası kimi İPM-in 47.N-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi izahatında ərizədə qeyd edilənləri (§ 9) müdafiə edərək, hazırki tələbə dair mübahisələndirmə haqqında iddianın verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may N0N1-ci il tarixli, N-1(10N)-895/N0N1 saylı qərarında qeyd olunmuşdur ki, ... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 6N.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

20. Odur ki, məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

21. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - N.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - N.0.N-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

23. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

24. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

25. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

26. İPM-in 1N.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 1N.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

28. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır (İPM-in N.N.1-ci maddəsi). Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də mövcud olmalıdır. Bunlar: - İPM-in 35-ci maddəsinə əsasən, iddia qaldırmaq səlahiyyəti; - İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının N.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

30. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.

31. Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsində qeyd olunmuşdur ki, iddiaçının ehtiyata buraxılmasından 6 ildən artıq müddət keçdiyindən və şikayət verilməsi ilə bağlı müddətin üzrlü səbəblərdən buraxılmadığını nəzərə alaraq, habelə ehtiyata buraxılma zamanı qanunvericiliyinin pozulması halları aşkar edilmədiyindən qeyd edilən əmrdə dəyişilikliyin edilməsi üçün əsas mövcud deyildir.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə N5 yanvar N000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.

34. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər.

35. Belə ki, iddiaçı əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə 8 fevral N0N4-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

36. Göründüyü kimi, iddiaçı bir neçə iddia ilə məhkəməyə müraciət etmişdir və bu iddiaların hər biri “1N iyul N017-ci il tarixli əmrin ləğvi” tələbi ilə birbaşa bağlıdır.

37. İPM-in: Maddə NN. Müddətlər NN.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə N4. Prosessual müddətlərin bərpa olunması N4.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. N4.N-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; N4.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; N4.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; N4.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; N4.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” N7 dekabr N001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

39. Sadalanmış normaların məzmunundan görünür ki, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin prosessual qanunvericiliklə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin İPM bu hissəni imperativ normalarla tənzimləyir.

40. Belə ki, yalnız iki halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpası mümkündür: - təbii fəlakət və ya digər qarşısıalınmaz hallar; - hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar.

41. Hazırkı işdə isə sadalanmış halların heç biri mövcud deyildir (§ 1-5).

42. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır.

43. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

NƏTİCƏVİ HİSSƏ

44. Şərh edilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdehin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar