Məhkəmə qərarları › İş №2-1(118)-325/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-325/2020

23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-325/2020 23.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və vəkili X1, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X10 nümayəndələri X4 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X8rşı “1976-cı il tarixdən 1979-cu il tarixədək Korarx kəndinin N.Nərimanov adına Kolxozda işlədiyi dövrün,1979-cu ildən 1989-cu il tarixədək hərbi xidmət dövrünün, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Ağdaş kənd X14 təhsil aldığı müddətin ümumi iş stajina daxil edilməklə əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X17) qarşı iddia qaldıraraq, “1976-cı il tarixdən 1979-cu il tarixədək Korarx kəndinin N.Nərimanov adına Kolxozda işlədiyi dövrün,1979-cu ildən 1989-cu il tarixədək hərbi xidmət dövrünün, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Ağdaş kənd X14 təhsil aldığı müddətin ümumi iş stajina daxil edilməklə əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə Ağdaş rayonun Kararx kəndində anadan olmuşdur. Hal-hazırda Sumqayıt şəhəri Ceyranbatan-1, 19№-li yol tikinti idarəsi (Asfaltzavod) ərazisində yaşayır. 1979-cu ilin oktyabr ayının 12-də hərbi xidmətə getmiş, 1981-ci ilin 26 oktyabrında hərbi xidmətini başa vurub evə qayıtmışdır. 1982-ci ildən 1984-cü ilə kimi Ağdaş rayonun Korarx kəndinin Nəriman Nərimanov kalxozunda işləmişdir. xx.xx.1985-ci ildən Azərbaycan Respublikasının DCY 19 saylı Avtoyol idarəsində xx.xx.1990-cu ilə kimi 4-cü dərəcəli Maşınist-buldizerçi peşəsində işləmişdir. xx.xx.1990-cı ildən köçürülmə yolu ilə kooperativ “Cənub Tikinti” idarəsində 4-cü dərəcəli maşınist-buldizerçi sürücüsü işə qəbul edilmiş və xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olmuşdur. xx.xx.1992-ci ildə l№-li tikinti trestinin UTKU-sinə sürüçü təyin olunmuşdur. xx.xx.1993-cü ildə köçürmə yolu ilə 14 №-li CMD-yə dəyişiklik olduğu üçün işdən azad edilmişdir. xx.xx.1993-cü ildə 1 saylı X12 Xızı rayonunda yerləşən 14 saylı CMD-cu 01 saylı “Qaçqın İnşaat trestinin UTKİ-dən köçürmə yolu ilə BMŞ-nə 3-cü dərəcəli sürücü peşəsinə qəbul olunmuş, xx.xx.1994-cii ildə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1994-cü ilə Azərbaycan Respublikasının Qaçqınlar komitəsinin MTTUU-nm Avtomobil qəstəsinə sürücü qəbul olunmuş və xx.xx.2011 -ci ildə Dövlət Qaçqınkomunun Təchizat və istehsalat idarəsində öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Qeyd edilənlər ona məxsus olan HT-1 №0897606 saylı əmək kitabçasında qeydə alınmışdır. Həmçinin Ağdaş rayon Arxivindən xx.xx.2019-cu il tarixli 73№-li arxiv arayışı da öz təsdiqini tapır. Xəstəliyi ilə əlaqədar ona xx.xx.2019-cu ildə müddətsiz 3-cü dərəcəli əlillik dərəcəsi verilmişdir. Lakin ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsi iddiaçının X14 oxuduğu ili və Ağdaş rayonunda işlədiyi 1982-ci ildən 1984-cü illəri nəzərə almamışdır. DSMF-nin Sumqayıt şəhər şöbəsi oxuduğu ili və işlədiyi illəri ona görə nəzərə almır ki, guya bu müəssisənin sənədlərinin saxlanılması səbəbindən sosial sığorta stajının yoxlanılması mümkün olmamışdır. İddiaçı cavabdehin imtinasını qəbul etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanuna əsasən Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1 -ci bəndinə görə “Əmək pensiyaları haqqında” qanun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmş əmək pensiya hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək kitabçasına əsasən müəyyən edilir. Həm qaydaların 4.2.7-ci bəndinə görə “Pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onu Nümayəndəsi tərəfindən təqdim olunan qeyridövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir”. Göründüyü kimi Qaydaların 4.2-ci bəndi yalnız qeyi-dövlət müəssisələrində çalışanla şamil edilməlidir. İddiaçı isə buna görə də cavabdehin imtinasını əsassız hesab edir. Daha sonra iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi bağlı ərizələr təqdim etmiş, xx xxxx 2020-ci il tarixində məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi ona əlilliyə görə pensiya təyin edilməsindən imtina etmişdir.İmtina əsassızdır: Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında qanunun 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası 1 -ci qrup əlillərə ümumilikdə sığorta stayı 5 ildən az olmamaq şərtilə, əmək qabliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stayı olduqda təyin edilir.2-ci və 3-cü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə bu maddədə göstərilən sığorta stayı olduqda təyin edilir. Lakin xx xxxxxx 2018-ci il tarixdə 22-1 maddəsi ilə dəyişiklik eddilmişdir. 22- 1.1.2019-cu ilin yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda , 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu ilin yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı ilin yanvarın 1dək olan sığorta stayı, bu qanunun 22-1.1 -ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə almaqla , aşağıdakı qaydada hesablanır: 22-1.2.1.2019-2020-ci illərdə bu qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığotaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stayı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla təyin edilir. 22-1.2.2. əliliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin yanvarın birinədək olan sığorta stayı həmin dövrə olan əmək qabliyyətli yaş dövrünün hər ili üçün dörd ay götürülməklə hesablanılır. 22-1.2.3.ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı ilin yanvarın birinədək olan sığorta stayı bu qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı ilin yanvarın 1-dək olan faktiki sığorta stayı bu qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stayından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stayı təyin edilir. 22-1.4.Bu qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1 .2019-cu ilin yanvarın 1-dək təyinedilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı. 22-1.4.2.2019-cu ilin yanvarın 1-dən sonra İddiaçı Meylam oğlu xx xxxx 1960-cı il təvəllüdlüdür. Əliliyi xx xxxxx 2019-cu ildə müəyyən olunmuşdur.Əlillik müəyyən olunduqda onun 59 yaşı olmuşdur . 22-1.2.2. əliliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin yanvarın birinədək olan sığorta stayı həmin dövrə olan əmək qabliyyətli yaş dövrünün hər ili üçün dörd ay götürülməklə hesablanılır. İddiaçıya 15 yaş tamamdan 1975-ci ilin 11 martından 2006-cı ilin yanvarınadək 30 il ay üçün hər ilə dörd ay iş stayı tələb edilir. 30x4=120 .10 il. 12 .10.1979-cu ildən xx xxxxxxx 1981 ci ilədək ordu sıralarında xidmət etmişdir. 10 il iş stajı tələb edilir. Cəmi 10 il. İddiaçı isə 2006-cı ilin yanvarın 1-dək 28 il stajına malikdir. xx.xx.1985-xx.xx.1989-ci illərdə RSU - da maşinist işləmişdir.DSU -da xx.xx.1989-cu ildən xx.xx.1990-cı iədək , xx.xx.1990-cı ildən xx xxxx 1992-ci ilədək cənub tikinti kooperativində işləmişdir.xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək 1 saylı X15 sürücü işləmişəm. xx.xx.1993-cü ildən Xızı rayonunda yerləşən 14 saylı SMP-də 09 avqust 09 1994-cü ilədək işləmişdir.O doqquz avqust 1994-cü ildən xx.xx.2011 -ci ilədək AR Qaçqınlar Komitəsinin Avtokobnitaında xx.xx.2011 -ci ilə kimi sürücü işləmişdir. İddiaçı Qeyd etmişdir ki , onun ümumi iş stajı x xxxxxx 2006-cı ilədək 28 ildən artıqdır. xx.xx.1975 -10.avqust 1976-ci ildə Ağdaş kənd X14 təhsil almışdır. xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş ’’Vətəndaşların pensiya təminatı haqqında qanun”un 67-ci maddəsinə əsasən həmin dövr də ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilımiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. AR İPM-nin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara ( məcburetmə haqqında iddia ) baxılır. İddiaçı daha sonra yenidən iddiasını dəqiqləşdirərək 1976-cı il tarixdən 1979-cu il tarixədək Korarx kəndinin N.Nərimanov adına Kolxozda işlədiyi dövrün,1979-cu ildən 1989-cu il tarixədək hərbi xidmət dövrünün, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Ağdaş kənd X14 təhsil aldığı müddətin ümumi iş stajina daxil edilməklə əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili X2 iştirak etmiş, iddiaçının vəkili yazılı izahat təqdim edərək bildirmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi sanında Dövləi Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi mənə əlilliyə görə pensiya təyin edilməsindən imtina etmişdir. İmtina əsassızdır. Cavabdehin sonuncu cavabı əvvəlki cavablara uyğun deyildir. İddiaçı Meylam oğlu xx xxxx 1960-cı il təvəllüdlüdür.Əliliyi xx xxxxx 2019-cu ildə müəyyən olunmuşdur.Əlillik müəyyən olunduqda onun 59 yaşı olmuşdur . 22-1.2.2. əliliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin yanvarın birinədək olan sığorta stayı həmin dövrə olan əmək qabliyyətli yaş dövrünün hər ili üçün dörd ay götürülməklə hesablanılır. İddiaçıya 15 yaş tamamdan 1975-ci ilin 11 martından 2006-cı ilin yanvarınadək 30 il ay üçün hər ilə dörd ay iş stayı tələb edilir. 30x4=120 .10 il. 12 .10.1979-cu ildən xx xxxxxxx 1981 ci ilədək ordu sıralarında xidmət etmişdir. 10 il iş stajı tələb edilir. Cəmi 10 il. İddiaçı isə 2006-cı ilin yanvarın 1-dək 28 il stajına malikdir. xx.xx.1985-xx.xx.1989-ci illərdə RSU - da maşinist işləmişdir.DSU -da xx.xx.1989-cu ildən xx.xx.1990-cı iədək , xx.xx.1990-cı ildən xx xxxx 1992-ci ilədək cənub tikinti kooperativində işləmişdir.xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək 1 saylı X15 sürücü işləmişəm. xx.xx.1993-cü ildən Xızı rayonunda yerləşən 14 saylı SMP-də 09 avqust 09 1994-cü ilədək işləmişdir.O doqquz avqust 1994-cü ildən xx.xx.2011 -ci ilədək AR Qaçqınlar Komitəsinin Avtokobnitaında xx.xx.2011 -ci ilə kimi sürücü işləmişdir. İddiaçı Qeyd etmişdir ki , onun ümumi iş stajı x xxxxxx 2006-cı ilədək 28 ildən artıqdır. xx.xx.1975 -10.avqust 1976-ci ildə Ağdaş kənd X14 təhsil almışdır. xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş ’’Vətəndaşların pensiya təminatı haqqında qanun”un 67-ci maddəsinə əsasən həmin dövr də ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilımiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 2017-ci il 11 dekabr ,17 nömrəli qərarla təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü bəndinə əsasən 2006-cı ilin 1 yanvarınadək iş stajı əmək kitabçası əsasında sosial sığorta stajına hesablanır. Cavab məktubunda pensiya kapitalı 2342, 58 manatdır. 2120 manat kapitala qarşı 19562 manat 1 təşkil etməsi qeyd cdilir.Nədənsə əvvəlki hesablamadan fərqli olaraq pensiya kapitalı 2342 manat məbləğndə hesablamalarda 19562 manatdan hesablanır. 2006-cı ilədək 27 il iş stajından: SH-PSK/(TxK) SH- əliliyə görə əmək pensiyası sığorta hissəsi,PSK-pensiya kapitalı, T-gözlənilən pensiya ödəniş müddəti aylarının sayı, K sığorta davamiyyət əmsalıdır. 59-15=44x4=176:192=0.916x 144=132 2342,58:132= 17, 75 27x306=8262:132=62x2.3610=147,777+ 17,75=165,52 27 il iş stajı ilə hesablasa hesablanmış pensiya məbləği xx xxxxx 2019-cu il tarixində əmək pensiyasının minimum pensiya məbləğindən az olmayan pensiya təminatına imkan verir. 26il x306-7956:132=60.27x2.3610=142.30 + 17.75= 160 manat edir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X2 iştirak etmiş, iddianı müdafiyə etmişlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli qərarı ilə İİİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh isə ona haqlı olaraq əlilliyə görə əmək pensiyanın təyin edilməsindən imtina etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1 -ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, İİ və İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx xxxx 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) iki şərtə uyğun gəlməsi tələb olunur. 1) 5 ildən az olmamaq şərtilə və əmək Qabiliyyətli yas dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə Bu iki şərt eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİİ qrup əlilliyə görə əmək pensiyasının təyinatından imtinası qanuni və əsaslı olacaqdır. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Əmək pensiyaları haqqında” Qanunun 6-1 -ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən nesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017 tarixli Qərarının 4.3.3-cü bəndinə əsasən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının təqdim etdiyi bütün iş illərinin ümumi iş stajına daxil olunmuş hesab etsək də, nəticə etibarı ilə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı kifayət qədər deyildir. İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlüdür, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 21120.00 manat pensiya kapitalına qarşı, fərdi hesabının sığorta hissəsində 19583.40 manat pensiya kapitalının olması səbəbindən, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi qeyrimümkündür. Cavabdeh etiraza əlavəsində qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxs 1 saylı X17,Sumqayıt İnzibatı Məhkəməsinin icraatında olan 2-1(118)- 325/2020 saylı İddiaçı pensiya işi ilə əlaqədar bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək İİ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd: Şöbəyə təqdim etdiyiniz şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlüsünüz, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 21120 manat sosial sığorta kapitalına qarşı 19583,40 manat pensiya kapitalı olması səbəbindən vətəndaşa əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Belə ki, vətəndaşa xx xxxxx 2019-cu il tarixdə 3 qrup əlillik dərəcəsi təyin edilmişdir. xx xxxxx 2019-cu il tarixdə 3 dərəcə əlil olan 59 yaşlı siğorta olunanın xx.xx.2006-cı il tarixə 23 il 10 ay 11 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2011 -ci il tarixə fərdi hesabın sığorta hissəsində 2342,58 manat pensiya kapitalı qeydə alınmışdır. Pensiya təyin edilməsi üçün ilk növbədə onun sığorta stajı hesablanır;(59yaş-15yaş əmək qabiliyyəti olmayan yaş dövrü=44)x4ay=176ay).Sonra tələb olunan sığorta stajı 192-ə bölüməklə sığorta davamiyyət əmsalı tapılır; 176\192=0,9166 sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,9166x144=132) və pensiya sığorta kapitalı 23ilx306=7038 manat 10ayx306:12=255 manat 25,5:30x11gün=9,35 manat. Cəmi 7302.35x2,361=17240,82- SH+2342/58=19583,40manat, 19583,40:132=148,35 manat. Əmək pensiyasinin minimum məbləği 6.1 mədəsinə əsasən 2019-cu il 1mart tarixindən 160 manat məbləğində müəyyən olunub.Tələb olunan əliiiyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan vətəndaşın əmək pensiyasına hüququ yaranmır. Cavabdeh daha sonra etiraza əlavə vermiş və aşağıdakıları qeyd etmişdir. Vətəndaşa xx xxxxx 2019-cu il tarixdə 3 qrup əlillik dərəcəsi təyin edilmişdir. xx xxxxx 2019-cu il tarixdə 3 dərəcə əlil olan 59 yaşlı siğorta olunanın xx.xx.2006-cı il tarixə 23 il 10 ay 11 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixə (4 il 7 ay) fərdi hesabın sığorta hissəsində 2342,58 manat pensiya kapitalı qeydə alınmışdır.Pensiya təyin edilməsi üçün ilk növbədə onun sığorta stajı hesablanır;(59yaş-15yaş əmək qabiliyyəti olmayan yaş dövrü=44)x4ay=176ay).Sonra tələb olunan sığorta stajı 192-ə bölüməklə sığorta davamiyyət əmsalı tapılır; 176\192=0,9166 sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,9166x144=132) və pensiya sığorta kapitalı 23ilx306=7038 manat 10ayx306:12=255 manat 25,5:30x11gün=9,35 manat.Cəmi 7302.35x2,361 = 17240,82- SH+2342/58=19583,40manat 19583,40:132=148,35 manat.Əmək pensiyasinin minimum məbləği 6.1 mədəsinə əsasən 2019-cu il 1mart tarixindən 160 manat məbləğində müəyyən olunub.Tələb olunan əliiiyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan vətəndaşın əmək pensiyasına hüququ yaranmır. Vətəndaşın şöbəyə təqdim etdiyi bütün əmək stajı əlilliyə görə pensiya hesablanmasında nəzərə alınmışdır. Belə ki, əmək stajının açıqlanması aşağıdakı qaydadadır:

1. Təhsil illəri: xx.xx.1975 - xx.xx.1976-cı il tarixə.

2. Hərbi xidmət illəri : xx.xx.1979 - xx.xx.1981-ci illər;

3. “N.Nərimanov” adına kolxoz: 1982-1984-cü illər;(1982-ci ildə il ərzində minimum adam günü 240 günə qarşı 45 gün, 1983-cü ildə il ərzində minimum adam günü 200 günə qarşı 71 gün və 1984-cü ildə il ərzində minimum adam günü 200 günə qarşı 90 gün müəyyən edilmişdir. Beləliklə, iddiaçının kolxoz dövrünə düşən iş illəri 8 ay 18 gün təşkil edir)

4. Tikinti İdarəsində işlədiyi illər: xx.xx.1985 - xx.xx.1992-ci illər

5. 1 N-li Trestə (köçürmə yolu ilə digər trest) işlədiyi illər: xx.xx.1992 xx.xx.1994-cü illər

6. AR Qaçqınkomda işlədiyi illər: xx.xx.1994 - xx.xx.2011 -ci illər Yuxarıda göstərilənlərə əsasən İddiaçı ümumilikdə sosial sığorta stajı xx.xx.2011 -ci il tarixədək 28 il 5 ay 11 gün təşkil edir. Məhkəmə iclasında cavabdehin nümayəndələri X9 və X5 iştirak etmiş, və qeyd etmişlər ki, iddiaçının stajı olsa da tələb olunan pensiya kapitalı olmadığı üçün ona pensiya təyini mümkün olmayacaqdır. Ona görədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1 -ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının İddiaçı ümumilikdə sosial sığorta stajı xx.xx.2011 -ci il tarixədək 28 il 5 ay 11 gün təşkil edir. İddiaçının İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən edilən sığorta stajı olsada, qanunla tələb edilən digər şərt, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması şərti ödənilməmişdir. Beləki, inzibati orqan müəyyən etmişdir ki, xx xxxxx 2019-cu il tarixdə 3 dərəcə əlil olan 59 yaşlı siğorta olunanın xx.xx.2006-cı il tarixə 23 il 10 ay 11 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixə (4 il 7 ay) fərdi hesabın sığorta hissəsində 2342,58 manat pensiya kapitalı qeydə alınmışdır.Pensiya təyin edilməsi üçün ilk növbədə onun sığorta stajı hesablanır;(59yaş-15yaş əmək qabiliyyəti olmayan yaş dövrü=44)x4ay=176ay). Sonra tələb olunan sığorta stajı 192-ə bölüməklə sığorta davamiyyət əmsalı tapılır; 176\192=0,9166 sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,9166x144=132) və pensiya sığorta kapitalı 23ilx306=7038 manat 10ayx306:12=255 manat 25,5:30x11gün=9,35 manat.Cəmi 7302.35x2,361 = 17240,82-SH+2342/58=19583,40manat 19583,40:132=148,35 manat.Əmək pensiyasinin minimum məbləği 6.1 mədəsinə əsasən 2019-cu il 1mart tarixindən 160 manat məbləğində müəyyən olunub.Tələb olunan əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan vətəndaşın əmək pensiyasına hüququ yaranmır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 23 il 10 ay 11 gün sığorta stajı olsada, xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixə fərdi hesabın sığorta hissəsində 2342,58 manat pensiya kapitalı qeydə alınmışdır. Nəticədə tələb olunan əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki,cavabdeh inzibati orqanın iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur, hazırkı şərtlərdə və təqdim olunan sənədlər əsasında iddiaçının pensiya hüququnun yarandığı müəyyən olunmur və iddia rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar