Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-325/2023 15.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X2 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X1 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 23 avqust 2010cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü kadastr sənədinin və həmin sənəd əsasında X3 adına verilmiş 06 oktybar 2010-cu il tarixli çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon XDS İK-nın 18 iyul 1968-ci il tarixli qərarı ilə iddiaçının mərhum atası X12 Quba şəhəri, Fətəlixan küçəsində 9-cu kvartalda 1041 kv.metr həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və 1989-cu ildə tərtib edilmiş yaşayış evinin texniki pasportunda atsının mülkiyyətində 1041 kv.metr torpaq sahəsi olduğu qeyd edilmişdir. Atası H.Sultanov xx.xx.2009-cu il tarixdə vəfat etmiş və atasının vəfatından sonra xx.xx.2010-cu il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Kontoruna müraciət edib atası X9 vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və onun ölümündən sonra bütün ona məxsus əmlaklara sahiblik və istifadə edir və hüquqi varisi kimi məhkəmələrdə iştirak edir. H.Sultanov sağ olarkən Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı Qərarı ilə 1041 kv.metr torpağın 0,06 ha hissəsinə JN 2538 A KOD 30301004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir, digər 0,04 ha hissəsinə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarı ilə ona verilmişdir və həmin Qərar hal-hazırda da qüvvədədir. Belə ki, mərhum M.Musayevə Quba rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə Quba şəhəri, 2-ci kvartalında 0,03 ha həyətyanı torpaq səhəsi ayrıldığı halda o, Quba rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli protokolunda göstərildiyi O.Babaşov və H.Sultanovun həyətyanı sahələrin arxasında göstərildiyi sözlərin saxtakarlıq yolu ilə dəyişdirərək arasında sözü ilə əvəzləşdirmişdir və atasına və ona məxsus 1041 kv.metr torpağın 0,03 ha hissəsini mənimsəmək istəyir və saxtakarlıq yolu ilə öz adına çıxarış almışdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi M.Musayevin adına çıxarış verərkən saxtakarlıq edərək ilkin kontur nöqtələrini dəyişdirmiş, M.Musayevə çıxarış verilmişdir.Həmiçinin, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarı ilə mərhum atası H.Sulatova məxsus 0,04 ha torpağın ona verilməsi vəzifəsini DTXK-nın Quba Şöbəsinin üzərinə vəzifə qoymuş və ona 0,04 ha torpağa dair mülkiyyətimi təsdiq edən torpağın miqyasına dair kadastr planı verildiyi və həmin torpağın M.Musayevə verilmiş 0,03 ha torpaqla üst-üstə düşdüyünü bildiyi halda qanunsuz olaraq Musayevlərə çıxarış vermişdir. Atasına verilmiş xx.xx.1985-ci il tarixli qeydiyyat vəsiqəsində atasının mülkiyyətində 400 kv metr torpaq sahəsi və həmin torpağa yaşayış evi olduğu qeyd edilmişdir, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi idarəsi isə əsassız olaraq faktı bildiyi halda M.Musayevə verilmiş 0,03 ha torpağın kontur nöqtələrini dəyişdirmişdir. Bildirir ki, mərhum M.Musayevə 13 avqust 2010-cu il tarixdə DTXK-nın Quba rayon Şöbəsi tərəfindən verilmiş Torpaq sahəsinin Plan və Ölçüsü sənədi ilə həmin sənəd əsasında M.Musayevin adına verilmiş 05 oktyabr 2010cu il tarixli çıxarışın koordinatlarını müqayisə edərək aşkar olur ki, Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə çıxarışın koordinatları tam fərqlidir, Daşınmaz Əmlakın Dövlət Reyestri saxtakarlıq edərək M.Musayevin adına mərhum atasından ona miras qalmış 0,04 ha torpağa çıxarış vermişdir, halbuki, M.Musayev adına verilmiş 18 noyabr 2009-cu il tarixli torpağın planı və ölçüsü kadastr sənədində qeyd olunan konturlar mərhum atası H.Paşayevin mülkiyyəti olan 1041 kv metr torpaq sahəsindən kənarda yerləşir, əgər həmin sənədlər üzrə ekspertiza keçirilərsə bütün saxtakarlıqlar üzə çıxacaqdır. Mərhum M.Musayevə Quba rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli 7 nömrəli protokolunda 0,03 ha torpağın O.Babaşov və H.Sultanovun həyətyanı sahələrinin arxasında ayrılması göstərilsə də bu günə kimi həmin protokol X19 filialından tələb edilib araşdırma aparılmamışdır. Həmçinin bir faktı qeyd etmək istəyir ki, mərhum M.Musayevə ayrılmış 0,03 ha torpaq sahəsinin faktiki ölçülərin müəyyən etmək üçün DƏDRX-nin heç bir əməkdaşı onlara həyətə gələrək müayinə aparmayıb, bu hal öz-özlüyündə onu təsdiq edir ki, M.Musayevə verilmiş çıxarış saxtadır və həmin sənəd qanuna zidd üsullarla əldə edildiyindən ləğv edilməlidir. Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, idarəyə xx.xx.2022-ci il tarixli, 24 nömrəli sorğu məktubu ilə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********78 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, X10 adına olan 0.03 ha torpaq sahəsi 30 Dekabr 2021ci il tarixli 4Ə-3514 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş və həmin müqaviləyə əsasən X2 adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyyat nömrəli çıxarış verilmişdir”. Qeyd edilir ki, iddia ərizəsində göstərilən ləğv edilməsi tələb olunan X3 adına olan xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. X3 adına olan xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda göstərilən 0.03 ha torpaq sahəsi Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 2V-128 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X10 adına keçmiş və sonuncunun adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X13 həmin torpaq sahəsini 30 Dekabr 2021-ci il tarixli 4Ə- 3514 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş və həmin müqaviləyə əsasən X2 adına xx.xx.2022-ci il tarixli ********** qeydiiyyyat nömrəli çıxarış verilmişdir. Bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ X5 tərəfindən itirilmişdir. Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir, torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə....Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X2 nümayəndəsi X11 iddia tələbinə etiraz edərək bildirmişdir ki,qeyd olunan torpaq sahəsi onun təmsil etdiyi şəxsin xüsusi mülkiyyətindədir. Belə ki, həmin torpaq sahəsinin təmsil etdiyi şəxs alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. İddiaçının günahı ucbatından torpaq sahəsindən aidiyyəti üzrə istifadə edə bilmirlər. Qeyd olunan iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli, **********78 nömrəli imtina məktubu, etiraz ərizəsi, Quba rayon İcraiyyə Komitəsinin xx.xx.1968-ci il tarixli, 14 nömrəli protokolundan çıxarış, 1989-cu ildə verilmiş Texniki Pasport, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-2538A kod 30302004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş Torpağın planı və ölçü sənədinin surəti, Qanun və Vəsiyyət üzrə vərəsəlik şəhadətnamələr, Quba Rayon Məhkəməsinin 2-357 nömrəli, 14 sentyabr 2007-ci tarixli qətnaməsinin təsdiqlənmiş surəti, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 16/2009 nömrəli, 18 noyabr 2009-cu tarixli qətnaməsinin təsdiqlənmiş surəti, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarının surəti, DƏDRX tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, **********22 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli, **********22 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, **********22 reyestr nömrəli çıxarışların surəti, Cavabdehin xx.xx.2022-ci il tarixli, **********91 nömrəli məktubu, 3-21-3-34/2- 2200/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, Dövlət Arxivindən verilmiş 1373 nömrəli, xx.xx.2006-cı il tarixli arxiv çıxarışın surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsi və yaşayış sahəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********78 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Quba rayon XDS İK-nın 18 iyul 1968-ci il tarixli qərarı ilə iddiaçının mərhum atası X12 Quba şəhəri, Fətəlixan küçəsində 9-cu kvartalda 1041 kv.metr həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və 1989-cu ildə tərtib edilmiş yaşayış evinin texniki pasportunda torpaq sahəsinin faktiki ölcüsünün 1041 kv.metr olduğu qeyd edilmişdir. X14 xx.xx.2009-cu il tarixdə vəfat etmiş və iddiaçı hal-hazırda atasının vərəsəsi kimi tanınmışdır. Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı Qərarı ilə 0,06 ha torpaq sahəsi ayrılmış və JN 2538 A KOD 30301004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. X4 Quba rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə Quba şəhəri, 2-ci kvartalında 0,03 ha həyətyanı torpaq səhəsi ayrılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-16/2009 nömrəli, 18 noyabr 2009-cu tarixli qətnaməsi əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən M.Musayevə Torpağın planı və ölçü sənədi verilərək rəsmiləşdirilmişdir. Mərhum M.Musayev həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixli, **********22 reyestr nömrəli çıxarışla öz mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata almışdır. Daha sonra M.Musayevin vərəsələri həmin əmlakı Mustafayeva Aybənizə satmışdırlar. İddiaçı xx.xx.2010-cu il tarixli, **********22 reyestr nömrəli çıxarış və ona əsas olmuş sənədlərin saxta olduğu qənaətinə gələrək, həmin sənədlərin ləğv edilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh təşkilat digər şəxslərin mülkiyyət hüquqlarının pozulması halını nəzərə alaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı xx.xx.2010-cu il tarixli, **********22 reyestr nömrəli çıxarış və ona əsas olmuş sənədlərin ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə ünvanladığı sorğuya verilmiş cavab məktubundan məlum olmuşdur ki, X4 Quba rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə Quba şəhəri, 2-ci kvartalında 0,03 ha həyətyanı torpaq səhəsi ayrılmış və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-16/2009 nömrəli, 18 noyabr 2009-cu tarixli qətnaməsi əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən M.Musayevə Torpağın planı və ölçü sənədi verilərək rəsmiləşdirilmişdir. X3 adına olan xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda göstərilən 0.03 ha torpaq sahəsi Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 2V-128 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X10 adına keçmiş və sonuncunun adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X13 həmin torpaq sahəsini 30 dekabr 2021-ci il tarixli 4Ə-3514 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş və həmin müqaviləyə əsasən X2 adına xx.xx.2022-ci il tarixli ********** qeydiiyyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Lakin, iddiaçı tərəfindən tədqim edilən sübutlar ilə mübahisə predmetinə dair Torpaq məcəlləsinin bu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilmədi. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, torpağa dair verilmiş şəhadətnamələr-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilir. Həmin Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatından imtina olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi İddiaçı X3 adına olan xx.xx.2010-cu il tarixli, **********22 reyestr nömrəli çıxarış və ona əsas olmuş sənədlərin qanunsuz verilməsinə dair gətirdiyi arqumentlər məhkəmədə öz təsdiqini tapmadı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X1 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 23 avqust 2010cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü kadastr sənədinin və həmin sənəd əsasında X3 adına verilmiş 06 oktybar 2010-cu il tarixli çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-325/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-325/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver