Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3260/2024 08.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh X5nə qarşı “cavabdehin 27 noyabr 2023-cü il tarixli YMB-0391 nömrəli Yoxlama materiallarının baxılması nəticələri üzrə Qərarının qanunsuz hesab edilməsi və 27 noyabr 2023-cü il tarixli YMB-0391 nömrəli Yoxlama materiallarının baxılması nəticələri üzrə Qərarının ləğv edilməsi haqqında qərar çıxarılması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1961-ci il tarixdə Ermənistanda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı qadın sahibkar olaraq fiziki şəxs kimi fəaliyyət göstərir. VÖEN **********. Abşeron rayonunda Zabrat- Kürdaxanı yolunun qərb hissəsində yerləşən «Vedi» kafesinin sahibəsidir. 2023-cü ilin oktyabr ayının 26 və 30-da Qida X2-X10 işçiləri tərəfindən ona məxsus «Vedi» kafesində yoxlama aparılmışdır. Yoxlayıcılar həmin yoxlamanın qanuni və planlı olmasını şifahi olaraq bildirsələr də onların təqdim etdikləri Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdakı elektron imza oxunmamışdır. Həmçinin yoxlamadan əvvəl yoxlayıcılar onu müvafiq yoxlama sualları ilə təmin etməmişdilər. Bununla da onlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını kobud şəkildə pozmuşdular.X3 böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadə onlara «Vedi» kafesində yoxlama aparılması göstərişinin həmin Bölmənin rəisi İrfan İsgəndərov tərəfindən verildiyini bildirmiş və yuxarıda qeyd olunan tarixlərdə «Vedi» kafesində qanunsuz yoxlama aparmışdılar. Aparılan yoxlama zamanı həmin vəzifəli şəxslər müvafiq baxış protokolu tərtib etmədən kafenin ərazisinə, mətbəxinə, otaqlarına, soyuducularına və digər avadanlıqlarına baxış keçirmiş, hal şahidlərinin iştirakını təmin etmədən və götürmə protokolu tərtib etmədən kafenin soyuducusunda işçilərinə və şəxsən ona məxsus olan ərzaq məhsullarından və kafenin müştəriləri üçün bişmiş yeməklərdən laboratoriyaya təqdim etmək üçün nümunələr götürmüşdülər. Onun tələbindən sonra həmin yoxlayıcılar götürüb qablaşdıraraq plombladıqları ərzaq məhsullarının laboratoriyaya təqdim etmək adı ilə götürülməsini təsdiq edən akt tərtib etmiş və sonradan həmin aktla qeyd olunan ərzaq məhsullarını laboratoriyaya aparıb təqdim edəcəkləri anadək 48 saat ərzində qorunub saxlanılması üçün onun özünə təhvil vermişdilər. Lakin həmin ərzaq məhsulları laboratoriyaya aparılmamış, hər hansı bir sınaq keçirilməmiş, aylarla qablaşdırılmış şəkildə qalaraq xarab olmuşdur. Bununla da yoxlayıcılar tərəfindən onun mülkiyyətinə qəsdən zərər vurulmuşdur.Həmçinin 2023-cü ilin oktyabr ayında «Vedi» kafesində yoxlama aparan Agentliyinin X3 böyük məsləhətçisi Təranə Qubadova və aparıcı məsləhətçisi Azər Tağızadə baxmayaraq ki, yoxlama zamanı hər hansı bir nöqsan aşkar etməmişdilər, 26 oktyabr 2023-cü il tarixdə onun barəsində AR İXM-nin 220.1 və 447.0.3-cü, maddəsi ilə MN1521063 nömrəli, 30 oktyabr 2023-cü il tarixdə isə AR İXM-nin 447.0.3-cü maddəsi ilə MN1521068 nömrəli inzibati xəta haqqında protokollar tərtib etmişdilər. Hər iki halda yoxlayıcılar bildirmişdilər ki, guya protokolları soyuducuda markalanması olmayan turşu və qatığın aşkar olmasına görə tərtib etmişdilər.Yuxarıda qeyd olunan yoxlamanın qanunsuz aparılmasından şübhələri olduğuna görə, həmçinin yoxlama zamanı inzibati xəta haqqında qanunsuz protokollar tərtib edildiyinə görə tərəfindən 26 oktyabr 2023-cü il tarixdə, 31 oktyabr 2023-cü il tarixdə və sonrakı günlərdə Qida X2-X10 rəisi İrfan İsgəndərovun və yoxlayıcılar Təranə Qubadova ilə Azər Tağızadənin adlarına bir neçə yazılı vəsatət ünvanlanmışdır. Lakin baxmayaraq ki, AR İXM-nin 52-ci (Vəsatətlər) maddəsinə görə həmin vəsatətlərin baxılması məcburidir və dərhal baxılmalıdır, həmçinin vəsatətlərin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilməlidir, Qida X2-X10 rəisi həmin vəsatətləri qəbul etməmiş, hər hansı bir qərardad qəbul etmədən baxılmamış saxlamışdır.Həmin vəsatətləri və digər rəsmi müraciətləri nəzərə almadan, 07 noyabr 2023-cü il tarixdə İrfan İsgəndərov yenə bir qanunsuzluğa yol vermişdir. Belə ki, həmin tarixdə, o, iddiaçının iştirakını qəsdən təmin etmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, məni AR İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilmiş və 2000 manat məbləğində cərimə cəzası tətbiq etmişdir.Regional Bölmənin rəisi yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında Qərarırını yoxlamanı dayandırdığı müddətdə qəbul etmişdir. Belə ki, onun tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilən məlumatlardan göründüyü kimi, məhsulun sınağı barədə qərar qəbul edildiyinə görə yoxlama 30 oktyabr 2023-cü il tarixdən 14 noyabr 2023-cü il tarixədək 15 gün müddətinə dayandırılmışdır. Əgər yoxlama dayandırılmışdırsa belə olan halda sual doğurur: yoxlama zamanı təyin edilmiş laborator sınağın cavabını almadan və yoxlama dayandırılmış halda olarkən, sübutları və iş materiallarını öyrənmədən necə inzibati xəta haqqında qərar qəbul etmək olar?Agentliyinin X3 rəhbəri İrfan İsgəndərovun barəmdə qəbul etdiyi həmin 07 noyabr 2023-cü il tarixli MN1314737 nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız və qanunsuz olmasına görə həmin qərar və nəticələrinin ləğv olunması üçün tərəfindən Abşeron rayon məhkəməsinə şikayət edilmişdir.Abşeron Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli Qərarı ilə Agentliyin X3 qəbul etdiyi həmin 07 noyabr 2023-cü il tarixli MN1314737 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmuşdur. Regional Bölməsi ona qarşı yol verdiy yuxarıda göstərilən qanunsuzluqları davam etdirərək, 27 noyabr 2023-cü il tarixdə daha bir qanunsuz qərar qəbul etmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etdikdən 20 gün sonra, o, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2.2-ci maddəsinə əsaslanaraq yoxlama materiallarına baxmış və aparılmış yoxlama zamanı inzibati xəta aşkar olunduğu üçün barəmdə inzibati xəta haqqında iş üzrə icraata başlanılmasını, həmçinin həmin qərarda göstərilən pozuntuların 27 dekabr 2023-cü il tarixədək aradan qaldırılmasını qərara almışdır. Regional Bölməsinin inzibati orqan kimi qəbul etdiyi həmin 27 noyabr 2023-cü il tarixli YMB-0391 nömrəli Yoxlama materiallarının baxılması nəticələri üzrə Qərar inzibati akt olaraq əsassızdır, qanunsuzdur ləğv olunmalıdır....Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh X3 böyük məsləhətçisi X8 və aparıcı məsləhətçi X11 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə uyğun olaraq Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdaxanı yolunda fəaliyyət göstərən “Vedi” kafesində xx.xx.2023- cü il tarixli YQ- 0391 nömrəli “Yoxlamanın aparılması haqqında Qərar”a və xx.xx.2023-cü il tarixli KY231982970 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış Çıxarış”a əsasən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə planlı yoxlama nəzərdə tutulmuş və Bölmənin əməkdaşları tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə yoxlama həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış zamanı müəssisədə temperaturun qeydiyyatının və monitorinqinin aparılmadığı, işçi heyət üçün ayrılmış soyunub-geyinmə otağında dolabların təşkil edilmədiyi, doğrama lövhələrinin istifadəyə yararsız vəziyyətdə olduğu, xaricə açılan pəncərələrdə həşəratların daxilə keçməsinin qarşısını alacaq qoruyucu tor örtüyün quraşdırılmadığı, ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yoxlamadan keçirilmədiyi, müəssisədə dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, təmizləmə və dezinfeksiya işlərinin sənədləşdirilmədiyi, məhsulların saxlanma qaydalarına əməl edilmədiyi, çalışan işçilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısına uyğun olaraq məcburi tibbi müayinəyə cəlb edilmədiyi, çalışan işçilərin gigiyenik təlimlərə cəlb edilmədiyi və markalanması qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 5 ədəd hər biri 3 kq çəkidə olan müxtəlif növ turşulardan istifadə olunduğu müəyyən edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış zamanı istifadə olunan istifadə olunan heyvan mənşəli məhsulların müşaiyətedici sənədlər (baytarlıq şəhadətnamələri, ekspertiza aktları və.s) mövcud olmadığı, eyni zamanda markalanması qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən qatıq və müxtəlif növ turşulardan istifadə olunduğu aşkar olunmuşdur. Bununla da, sahibkar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci, 16.1-ci, 17-ci, 22.1-ci maddələrinin, Azərbaycan Respublikası Qida X1 19 saylı Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavəsinin 1.3.4-cü, 2.0.3-cü, 2.0.5-ci, 3.1.1 -ci, 3.1.2-ci, 3.2-ci, 16.0.1 -ci, 16.0.2-ci yarımbəndlərinin, 1.10-cu, 4.10-ci, 5.1-ci, 7.1-ci, 8.8-ci, 10.1 -ci, 13-cü, 14.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Yoxlama zamanı sahibkar tərəfindən Azərbaycan Respublikasının “İnzibati Xətalar məcəlləsi”nin 220.1 -ci və 447.0.3-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası “İnzibati Xətalar Məcəlləsi”nin 99-cu maddəsinə uyğun olaraq inzibati icraata başlanılmış və 100-cü maddəyə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında Protokol” tərtib olunmuşdur. Qeyd etmək lazımdır ki, yoxlama zamanı tərtib olunmuş yoxlama sənədləri ilə etibarnamə üzrə səalhiyyətli nümayəndə X9 tanış olmuş və sənədləri imza etmişdir. Daha sonra Azərbaycan Respublikası “İnzibati Xətalar Məcəlləsi”nin 60-cı maddəsinə uyğun olaraq sahibkar xx.xx.2023-cü il tarixli 3-44-2-Q- 864/23 nömrəli “inzibati xətalar haqqında işlər üzrə Bildiriş” göndərilmiş və o, inzibati işə baxılması üçün 07.11,2023-cü il tarixdə regional bölməyə dəvət edilmişdir. xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli “İnzibati Tənbeh vermə haqqında Qərar”la vəzifəli şəxs İddiaçı Azərbaycan Respublikası “inzibati Xətalar Məcəlləsi”nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinmiş və o, 2000 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmçinin, yoxlama zamanı markalanması qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən məhsullar barəsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə uyğun olaraq xx.xx.2023- cu il tarixli 0391 nömrəli və xx.xx.2023-cü il tarixli 0391/1 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə Qərar” qəbul edilmişdir.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cu il tarixli MS-0391 nömrəli “Məhsulun tətdqiqi barədə Qərar” qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə “Vedi” kafesindən məhsul nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilmişdir. Daha sonra “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 18.2.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli YD-0391 nömrəli “Yoxlamanın dayandırılması barədə Qərar”la yoxlama xx.xx.2023-cü il tarixinədək dayandırılmışdır. xx.xx.2023-cü il tarixli YA-0391 nömrəli yoxlama aktı ilə yoxlama prosesi rəsmiləşdirilmişdir. Sahibkara xx.xx.2023-cü il tarixli 3-44-2/2-Q-917/2023 nömrəli “Yoxlama materiallarına baxılmasına dair Bildiriş” göndərilmiş və o, xx.xx.2023-cü il tarixdə yoxlama materiallarına baxılması üçün Bölməyə dəvət olunmuşdur. xx.xx.2023cü il tarixdə yoxlama materiallarına baxılmış və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli YMB-0391 nömrəli “Yoxlama materiallarının baxılmasının nəticələri barədə” Qərar qəbul edilmişdir. Daha sonra sahibkar İddiaçı tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə xx.xx.2023-cü il tarixli YMB-0391 nömrəli “Yoxlama materiallarının baxılmasının nəticələri üzrə Qərar”ın ləğv edilməsi üçün şikayət (daxil olma tarixi: xx.xx.2023-cü il) ünvanlanmışdır, işə baxılma üçün sahibkar xx.xx.2023- cü il tarixli 3-44/2-10-288/2024 nömrəli bildiriş ilə xx.xx.2024-cü il tarixdə Agentliyə dəvət edilmişdir. xx.xx.2024-cü il tarixdə sahibkarın səlahiyyətli nümayəndəsi X6 iştirakı ilə işə baxılmış və şikayətin təmin edilməməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 001/2024 nömrəli Qərar elan edilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X7 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2023-cü il tarixli YMB-0391 nömrəli “Yoxlama materiallarının baxılmasının nəticələri barədə” Qərarın surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu (Qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi) maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyun tarixli 198 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi Qaydalarına əsasən, qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan qida və yem məhsullarının X4 tələbi əsasında geri çağırılmasına və ya yığışdırılmasına yalnız həmin məhsulların təhlükə riski Agentlik tərəfindən sübut olunduqda yol verilir və həmin Agentlik qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmaması və ya təhlükəlilik əlamətləri aşkar edildikdə məhsullardan nümunələrin götürülməsini və tədqiq (sınaq) üçün “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyaya təqdim olunmasını təmin edir. Geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsullarının sonradan birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar həmin qida və yem məhsullarının tədqiqi (sınağı) əsasında Agentlik tərəfindən qəbul edilir. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan geri çağırılmış və ya yığışdırılmış qida və yem məhsulları aparılmış tədqiqin (sınağın) nəticələrinə əsasən insan və heyvan həyatı və sağlamlığı üçün təhlükəsiz hesab edildikdə, Agentliyin qərarı əsasında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılmaqla birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılır. Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən insan və heyvan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilən qida və yem məhsullarının isə Agentlik tərəfindən utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü (Yoxlamaların vahid reyestri) maddəsinə əsasən, (13.1) Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. (13.2) Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (13.3) Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3-cü (reyestrin forması) maddəsində isə aşağıdakılar göstərilmişdir:3.1. Reyestrə yoxlayıcı orqan, sahibkarlar, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. 3.2. Reyestrə yoxlayıcı orqanlarla bağlı aşağıdakı məlumatlar daxil edilir:3.2.1. yoxlayıcı orqanların (yoxlama aparmaq səlahiyyəti olan struktur qurumları ilə birlikdə) siyahısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən);3.2.2. yoxlayıcı orqanların nəzarət sahələri (Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən);3.2.3. yoxlayıcı orqanların yoxlama zamanı araşdırdıqları sualların siyahısı (yoxlayıcı orqanın hazırladığı, təsdiq etdiyi və avtomatlaşdırılmış rejimdə təqdim etdiyi yoxlama suallarının siyahısına əsasən).3.3. Reyestrə sahibkarlarla bağlı aşağıdakı məlumatlar daxil edilir:3.3.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);3.3.2. hüquqi şəxsin, onun filial və nümayəndəliyinin, xarici dövlətlərin hüquqi şəxslərinin filial və nümayəndəliklərinin adları, təşkilati-hüquqi forması, əsas fəaliyyət növü, rəhbərin (qanuni nümayəndənin) fərdi identifikasiya nömrəsi (bundan sonra - FİN), hüquqi ünvanı, elektron ünvanı (təsərrüfat obyektləri olduqda onların fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu);3.3.3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin (fərdi sahibkarın) FİN-i, soyadı, adı, atasının adı, vergi uçot məlumatlarına əsasən ünvanı, əsas fəaliyyət növü, elektron ünvanı (təsərrüfat obyektləri olduqda, onların fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu);......3.6. Bu Əsasnamənin 3.2.1-3.2.3-cü və 3.4.1-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, 3.3.1-3.3.5-ci, 3.4.15-ci və 3.4-1.5-ci yarımbəndləri üzrə məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 3.3.6-cı yarımbəndi üzrə məlumatları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 3.3.7-ci, 3.4.2-3.4.14-cü, 3.4.16-3.4.21-ci, 3.4-1.1-3.4-1.4-cü, 3.4-1.6-cı və 3.4-1.7-ci yarımbəndləri üzrə məlumatları yoxlayıcı orqanlar, 3.5-ci bəndi üzrə məlumatları isə sahibkarlar Reyestrə daxil edirlər. Cavabdeh təşkilat 10 oktyabr 2023-cü il tarixli YQ-0391 nömrəli Yoxlamanın aparılması haqqında qərardan görünür ki, həmin qərar «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə zidd olaraq qəbul edilmişdir. Belə ki, həmin qərarda «Vedi» kafesində aparılan sonuncu yoxlamanın növü və başa çatma tarixi göstərilməmişdir (maddə 17.2.6). Qərarda yoxlama sualları göstərilməmiş, həmçinin Qərara yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı əlavə olunmamışdır (maddə 17.3). Qeyd olunan Yoxlamanın aparılması haqqında qərar kargüzarlıq qaydalarına uyğun olaraq Regional Bölmədə qeydiyyata alınmamışdır. Bundan başqa, həmin Yoxlamanın aparılması haqqında 10 oktyabr 2023-cü il tarixli YQ-0391 nömrəli qərarda yoxlamanın başlanma tarixi 25 oktyabr 2023-cü il il, başa çatma tarixi isə 31 oktyabr 2023-cü il göstərilmişdir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə isə göstərilmişdir ki, (18.1) Plan üzrə (növbəti) yoxlamanın müddəti iri sahibkarlarda on iş günündən, orta, kiçik və mikro sahibkarlarda beş iş günündən artıq olmamalıdır. Cavabdeh 25 oktyabr 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək yoxlama aparmış, yəni 4 iş günü ərzində, sonra 30 oktyabr 2023-cü il tarixdə yoxlamanı 15 gün ərzində dayandırmışdır, 14 noyabr 2023cü il tarixdə yenidən yoxlamaya başlamış, 16 noyabr 2023-cü il tarixdə isə yoxlama başa çatmışdır, yəni 3 iş günü ərzində. Ümumilikdə yoxlama 7 iş günü ərzində aparılmışdır ki, bu da «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində göstərilən 5 iş günündən düz 2 gün artıqdır. Yəni, cavabdehin apardığı yoxlama qanunsuz olmuşdur. Bundan başqa, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilmişdir ki, (18.3) Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Cavabdehin məhkəməyə təqdim etdiyi 30 oktyabr 2023-cü il tarixli YD-0391 nömrəli Yoxlamanın dayandırılması barədə Qərardan görünür ki, «Vedi» kafesində yoxlama 30 oktyabr 2023cü il tarixdən həyata keçirilir. Bu da bir daha onu sübut edir ki, cavabdehin 26 oktyabr 2023-cü il tarixdə «Vedi» kafesində apardığı yoxlama qanunsuz olmuşdur. Eyni zamanda, həmin 30 oktyabr 2023-cü il tarixli YD-0391 nömrəli Yoxlamanın dayandırılması barədə Qərarla yoxlayıcılar məni və ya mənim səlahiyyətli nümayəndəmi qəsdən tanış etməmiş, həmin qərarı mənim ünvanıma göndərməmişlər. Bu da «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə ziddir. Belə ki, həmin maddədə göstərilmişdir ki, yoxlanılan sahibkar və ya onun səlahiyyətli nümayəndəsi yoxlamanın dayandırılması haqqında qərarla tanış edilməli və bu barədə yoxlama aktında qeydlər aparılmalıdır. Agentliyinin X5 inzibati aktı qəbul edərkən əsaslandığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2.2-ci maddəsinə görə, yoxlama nəticəsində inzibati xətanın əlamətləri aşkar olunduqda, yoxlama materiallarına baxılmasının nəticələri üzrə yoxlama aktının rəsmiləşdirilməsindən ən geci 15 iş günü müddətində yoxlayıcı orqan tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar çıxarılır.Lakin yuxarıda qeyd edilənlərdən gördüyü kimi, inzibati orqan həmin inzibati aktı, yəni 27 noyabr 2023-cü il tarixli YMB-0391 nömrəli Yoxlama materiallarının baxılması nəticələri üzrə Qərarı inzibati tənbeh vermə haqqında qərar qəbul etdikdən düz 20 gün sonra qəbul etmişdir. Yəni, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci (Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi) maddəsində göstərildiyinə zidd olaraq Qida X2-X13 25-31 oktyabr 2023-cü il tarixlərdə “Vedi” kafesində aparılan yoxlamanın nəticələrini yoxlama aktı ilə rəsmiləşdirmədən, həmin aktı iddiaçıya təqdim etmədən, sonradan isə onun iştirakı təmin edilmədən 07 noyabr 2023-cü il tarixdəiddiaçı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, iddiaçı həmin inzibati tənbeh vermə haqqında qərardan 20 noyabr 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə şikayət etdikdən 1 həftə sonra, yəni 27 noyabr 2023-cü il tarixdə həmin qanunun 32-ci (Yoxlama materiallarına baxılması) maddəsinə zidd olaraq, yoxlama materiallarına baxarkən düzgün qərar çıxarılması üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmadan, və bu zaman sahibkarın xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilə bilməməsini nəzərə almadan, iştirakını təmin etmədən qanunsuz olaraq 27 noyabr 2023-cü il tarixli YMB-0391 nömrəli Yoxlama materiallarının baxılması nəticələri üzrə Qərar qəbul etmişdir. Sözügedən Qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü (Yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə qərarın çıxarılması və aşkar olunmuş pozuntu faktları üzrə görülən tədbirlər) maddəsinə uyğun olaraq qəbul edilməli və bu zaman həmin Qanunun 32-ci (Yoxlama materiallarına baxılması) maddəsi də nəzərə alınmalı idi. Lakin, cavabdeh orqan həmin qərarı onun iştirakını təmin etmədən qəbul etmiş, yoxlama materiallarına baxarkən düzgün qərar çıxarılması üçün əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən Yoxlama materiallarının baxılması nəticələri üzrə Qərar həmin Qanunun 31.1-ci maddəsində göstərilən aktın rəsmiləşdirilməsindən sonra ən geci 15 iş günü müddətində yoxlayıcı orqan tərəfindən çıxarılır. Qanunun 31.1-ci maddəsində göstərilən akt isə yoxlama aktıdır. Bu aktla yoxlamanın nəticələri rəsmiləşdirilir. Cavabdeh orqanın tərtib etdiyi 14 noyabr 2023-cü il tarixli YA-0391 nömrəli yoxlama aktına nəzər yetirdikdə onun qanunsuz, etibarsız olması və ümumiyyətlə yoxlamanın qanunsuz aparılması dərhal gözə çarpır. Belə ki, həmin yoxlama aktında göstərilmişdir ki, yoxlamanın aparılması haqqında qərar 23 oktyabr 2023-cü il tarixdə qəbul olunmuşdur. Lakin cavabdeh orqanın məhkəməyə təqdim etdiyi yoxlama aparılması haqqında qərar 10 oktyabr 2023-cü il tarixlidir.Yoxlama aktında göstərilməli olanlar öz əksini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsində tapmışdır. Yoxlama aktından gördüyünüz kimi, akt tərtib edilərkən həmin maddənin tələbləri cavabdeh tərəfindən kobud pozulmuşdur. Belə ki, akt qəbul edilərkən onun və ya nümayəndəsinin iştirakı təmin edilməmiş, hüquq və vəzifələri barədə izah edilməmiş, buna görə də aktdakı «sahibkarın izahatı, iradı və etirazı» qrafası boş qalmışdır. Aktı tərtib edən vəzifəli şəxs məlum deyil, akt yoxlayıcı Azər Tağızadə tərəfindən imzalanmamışdır. Hansı ki, Qanunun 31.4-31.8-ci maddələrinə görə, yoxlama aktına yoxlama suallarının siyahısı, habelə yoxlama aktında göstərilən məlumatları təsdiqləyən və yoxlamanın nəticələri üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyət kəsb edən digər sənədlər əlavə edilməli, yoxlama aktı yoxlamanın başa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalamalı (yoxlama aktını imzalamış yoxlayıcılar yoxlama aktına və yoxlama suallarının siyahısına daxil edilmiş qeyd və məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar), yoxlama aktı yoxlamada iştirak etmiş yoxlayıcılar tərəfindən imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilməli, sahibkar yoxlama aktının məzmunu və (və ya) ona əlavə edilmiş sənədlərlə (yoxlama suallarının siyahısı da daxil olmaqla) və ya yoxlayıcının hərəkəti (hərəkətsizliyi) ilə razılaşmadığı halda, yoxlama aktında yoxlama aktını imzalamadan əvvəl müvafiq qeyd aparmaqla öz izah, irad və etirazını bildirməli, yoxlama aktı iki nüsxədə tərtib edilməli, yoxlama aktının və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməli, digər nüsxəsi isə yoxlayıcı orqanda qalmalıdır. Cavabdehin yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi üçün tərtib etdiyi 14 noyabr 2023-cü il tarixli YA-0391 nömrəli yoxlama aktı əsassız, etibarsız və qanunsuzdur. Bu aktın əsasında qəbul edilmiş 27 noyabr 2023-cü il tarixdə qəbul olunmuş YMB-0391 nömrəli Yoxlama materiallarının baxılması nəticələri üzrə Qərarda əsassız və qanunsuzdur. Həmçinin, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu 05 may 2022-ci il tarixdə dərc olunmuşdur. Həmin Qanunun 27-ci (Məhsulların izlənilməsi) maddəsində isə göstərilmişdir ki, (27.1.) Qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların qida və yem məhsulları ilə təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdır. Qida subyektləri bu məqsədlə məhsulların izlənilməsi qaydası ilə müəyyən olunan sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir. (27.2.) Qida subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tələbi əsasında həmin sənədləri, habelə malik olduğu izləmə sistemi və prosedurları haqqında məlumatları həmin orqana təqdim etməlidirlər. (27.3.) Qida subyektləri bazara yerləşdirdikləri və ya yerləşdirilməsi nəzərdə tutulan qida və yem məhsulunun, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrin asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların bu Qanuna uyğun olaraq müəyyən edilmiş qaydada etiketlənməsini, identikləşdirilməsini və tələb olunan sənədlərlə müşayiət olunmasını təmin etməlidirlər. (27.4.) Məhsulların izlənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Yəni, Qida X2-X10 əməkdaşları ərzaq məhsullarının etiketləndirilməsinə və müvafiq sənədlərlə təhciz olunmalarına dair «Qida təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinin qida subyektləri tərəfindən icra edilibedilməməsini yalnız 05 may 2024-cü il tarixdən başlayaraq yoxlaya bilər.Qida X2-X10 işçiləri tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş inzibati aktlar qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 27 noyabr 2023-cü il tarixli YMB-0391 nömrəli Yoxlama materiallarının baxılması nəticələri üzrə qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh X3 27 noyabr 2023-cü il tarixli YMB-0391 nömrəli Yoxlama materiallarının baxılması nəticələri üzrə qərarı qanunsuz hesab edilsin. Cavabdeh X3 27 noyabr 2023-cü il tarixli YMB-0391 nömrəli Yoxlama materiallarının baxılması nəticələri üzrə qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3260/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3260/2024
08.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver