Məhkəmə qərarları › İş №2-1(118)-3268/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3268/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3268/2023 13.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı “Quba bələdiyyəsinin 04 saylı, xx.xx.2023-cü il tarixli iclasında qəbul edilən qərarın ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı iddia qaldıraraq, “Quba bələdiyyəsinin № 23-04/01 saylı, 12 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu ilin əvvəllərində mərhum əmisi X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 242.8 kv.metr tikilidən ibarət 1-mərtəbəlı qeyri yaşayış obyektini (əmlak kompleksi kimi müəssisə) ni iddiaçıya bağışlamışdır. xx.xx.2019-cu il tarixində hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrəli çıxarışla qeydiyyata alınmışdır. 2023-cü ilin 30 mart tarixində Quba bələdiyyəsindən mülkiyyətində olan sahibkarlıq obyektinin ötən illər ərzində ödənilməmiş 2256.65 Azn məbləğində əmlak və torpaq vergisi olduğu barədə ona rəsmi xəbərdarlıq gəlmişdir. İddiaçı bununla bağlı Quba bələdiyyəsinə gedərək borcun necə yazıldığını soruşduqda ona bildirilmişdir ki, ona məxsus qeyri yaşayış obyekti 2015-ci ildən Quba bələdiyyəsində qeydiyyatdadır və 2015-ci ildə daxil olmaqla son 8 (səkkiz) il ərzində yığılıb qalan vergi borcudur. İddiaçı isə bələdiyyə qulluqçusuna həmin obyektin dörd ildir ki, onun mülkiyyətində olduğunu bildirmişdir. Buna baxmayaraq Quba bələdiyyəsi qanunsuz hesablanmış vergi borcunu ondan məcburi şəkildə almaq üçün 12 aprel 2023-cü il tarixində, məcburi icra tədbirlərinin tətbiq edilməsi haqqında № 23-04/01 saylı qərar qəbul edərək icra olunması üçün Quba rayon icra və Probasiya şöbəsinə göndərmişdir. İddiaçıya qərarın surəti Quba bələdiyyəsi tərəfindən verilməmişdir, baxmayaraq ki, İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 62-cı maddəsinin tələblərinə görə, inzibati orqanlar qəbul edilmiş inzibati akt barəsində maraqlı şəxslərə və onların nümayəndələrinə rəsmi məlumat verməyə borclu olduqları qeyd edilir. İddiaçını icra məmuru xx.xx.2023-cü il tarixində Quba rayon İcra və Probasiya şöbəsinə dəvət edərək Qaba bələdiyyəsinin 12 aprel 2023-cü il tarixli qərarının ksero surətini vermişdir. Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası barədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.4-cü maddəsinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları barədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 208.3-cü maddəsində qeyd edilir ki, müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası qanununun 18.11-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanır və lətliyə hilııirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Xüsusilə iddiaçı qeyd edir ki, 2023-cu ildən başqa, əvvəlki illərdə ona vergi borcu barədə Quba bələdiyyəsi tərəfindən nə tədiyə bildirişi nə də xəbərdarlıq məktubu göndərilməmişdir. İddiaçı “İnzibati İcraat haqqında” Qanunun 67.1-ci, 67.2-ci, 67.3-cü maddələrinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddiasını dəqiqləşdirərək Quba bələdiyyəsinin 04 saylı, xx.xx.2023-cü il tarixli iclasında qəbul edilən qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba bələdiyyəsinin məcburi icra tədbirlərinin tətbiq edilməsi haqqında 23-04/01 saylı 12 aprel 2023-cü il tarixli qərarı Quba bələdiyyəsinin 04 saylı, xx.xx.2023-cü il tarixli iclasında qəbul edilən qərar əsasında qəbul edildiyindən hesab edir ki, birinci növbədə Quba bələdiyyəsinin 04 saylı, xx.xx.2023-cü il tarixli iclasında qəbul edən qərar ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, izahatında bildirmişdir ki, bələdiyyəyə müraciət edərək inzibati aktın əsalandırılmasını xahiş etmişdir. Ona cədvəl təqdim edilmişdir. 2015-ci ildə obyektlə bağlı tədiyyə vergisi hesablanmışdır. 04 aprel 2019-cu il tarixdə əmlak iddiaçıya əmisi tərəfindən bağışlanmışdır. xx.xx.2019-cu ildə çıxarışı məhkəməyə təqdim edilmişdir. Əmlak 2019-cu ildən iddiaçının mülkiyyətinə keçdiyinə görə qərar qanunsuzdur. 2023-cü il 30 mart tarixində iddiaçıya borcla bağlı rəsmi xəbərdarlıq göndərilmiş, lakin 2019-cu idən 2023-cü ilə kimi göndərilməmişdir. Məhkəmə sorğusuna da cavab olaraq cədvəli təqdim etmişdirlər. İştirakları olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdirlər. Halbuki inzibati aktın əsaslandırılması orqanın vəzifəsidir. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində işə iştirakları olmadan baxılmasını, iddianın təmin edilməməsini, iddiaçı tərəfindən yaranmış torpaq və əmlak vergisi borcunun Quba bələdiyyəsinə ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibət bildirməyi vacib sayır. Belə ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Mübahisələndirilən inzibati aktı rəsmi qaydada iddiaçıya çatdırılması, iddianı mümkünsüz edən hərhansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia aşağıdaki əsaslara görə təmin edilməlidir. Belə ki, Quba bələdiyyəsinin 04 saylı xx.xx.2023-cü il tarixli iclasının protokol Qərarı ilə ünvan 2 ünvanı üzrə qeydiyyata alınmış İddiaçı ötən dövrlər üzrə 1587.16 manat, ümumilikdə 2256.65 manat məbləğində vergi borcunun alınaraq Quba bələdiyyəsinin Azərbaycan Beynəlxlaq Bankı ASC-nin Quba filialındakı xüsusi hesabına ödənilməsinin tələb edilməsi üçün Ədliyyə Nazirliyinin Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi qərara alınmışdır. Quba bələdiyyəsinin 12 aprel 2023-cü il tarixli, 23-04/01 saylı Qərarı ilə vergi ödəyicisi İddiaçı tərəfindən hesab dövrünün əvvəlinə əmlak və torpaq vergisi üzrə qalıq 218.68 AZN, cari il əmlak və torpaq vergisi üzrə 450.81 AZN, faiz 450.81 AZN olmaqla cəmi 2256.65 manat yerli vergi və ödənişlərin qanunla müəyyən edilmiş vaxtda ödənilmədiyinə görə vergi ödəyicisi barəsində məcburi icra tədbirlərinin görülməsi üçün Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsi qərara alınmışdır. İddiaçı Quba bələdiyyəsinin 04 saylı xx.xx.2023-cü il tarixli iclasında qəbul edilən qərarın ləğv edilməsini istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, bələdiyyəyə müraciət edərək inzibati aktın əsalandırılmasını xahiş etmişdir. Ona cədvəl təqdim edilmişdir. 2015-ci ildə obyektlə bağlı tədiyyə vergisi hesablanmışdır. 04 aprel 2019-cu il tarixdə əmlak iddiaçıya əmisi tərəfindən bağışlanmışdır. xx.xx.2019-cu ildə çıxarışı məhkəməyə təqdim edilmişdir. Əmlak 2019-cu ildən iddiaçının mülkiyyətinə keçdiyinə görə qərar qanunsuzdur. 2023-cü il 30 mart tarixində iddiaçıya borcla bağlı rəsmi xəbərdarlıq göndərilmiş, lakin 2019-cu idən 2023-cü ilə kimi göndərilməmişdir. Məhkəmə sorğusuna da cavab olaraq cədvəli təqdim etmişdirlər. İştirakları olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdirlər. Halbuki inzibati aktın əsaslandırılması orqanın vəzifəsidir. Cavabdeh orqan məhkəmə iclasında iştirak etməmiş, habelə inzibati icraatın aparılması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, bələdiyyələr vergi öhdəliyini müəyyən edən qərarı yalnız müvafiq qaydada inzibati icraat aparıldıqdan sonra qəbul edə bilərlər. İnzibati İcraat haqqında Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Lakin mübahisələndirilən qərar əsaslandırılmamış, sadəcə olaraq konkret vergi məbləği tələləb edilmiş, həmin borcun yaranma səbəbləri əsaslandırılmamaış, iddiaçının inzibati icraata cəlb edilməsi, ümumiyyətlə inzibati icraatın aparılması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı daşınmaz əmlakın mülkiyyətçisinin 2019-cu ildə dəyişildiyini bildirir. Lakin cavabdeh inzibati orqan bununla bağlı araşdırma aparması müəyyən edilmir. İnzibati İcraat haqqında Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd edilənlər mübahisələndirilən inzibati aktın qanunsuz olduğunu göstərir və ona görə də məhkəmə hesab edir ki iddia təmin edilməlidir. Beləliklə Quba bələdiyyəsinin 04 saylı, xx.xx.2023-cü il tarixli iclasında qəbul edilən qərarı inzibati icraatın nəticəsi kimi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakla bağlı qanunvericilikdə nəzərdə tutulmuş vergilərin hesablanması və tələb edilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Lakin bununla bağlı qanunvericiliyə uyğun inzibati icraat aparılmalıdır. Cavabdehə inzibati orqana izah edilsin ki, iddiaçının vergi borcları ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olan yeni icraat aparması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba bələdiyyəsinin 04 saylı, xx.xx.2023-cü il tarixli iclasında qəbul edilən qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Quba bələdiyyəsinin 04 saylı, xx.xx.2023-cü il tarixli iclasında qəbul edilən qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar