Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-327/2021 29.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 (2 saylı Ərazi Vergilər Baş İdarəsində baş hüquqşünas işləyən, Bakı şəhəri, Xətai prospekti 33, mənzil 20-də yaşayan) iştirakı ilə İddiaçı cavabdehlər 2 saylı Ərazi Vergilər Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı 21.05.2020-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsi cavabdehlərin qanunpozuntusu kimi tanınması və cavabdehlərin hər birindən poçt göndərişi üçün ödədiyi 57 qəpik pulun tutulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 21.05.2020-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsi cavabdehlərin qanunpozuntusu kimi tanınması və cavabdehlərin hər birindən poçt göndərişi üçün ödədiyi 57 qəpik pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 21.05.2020-ci il tarixdə ərizə ilə cavabdeh orqanlara müraciət edərək koronavirus pandemiyasından zərərçəkmiş sahibkar kimi maliyyə dəstəyinin verilməsini xahiş etmiş və həmin ərizələri müvafiq olaraq SS646004225AZ ştrix kodlu və SS646004243A ştrix kodlu sifariş məktublarla göndərmişdir. Hər məktubun göndərilməsi üşün 57 qəpik məbləğində oul vəsaiti sərf etmişdir. Hər iki cavabdeh onun ərizəsini almasına baxmayaraq o,hazıradək ərizələrinə cavab almamışdır. Bununla bağlı onun hüquqları pozulmuşdur. İddiaçı sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştrakı olmadan baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı həmçinin izah etdi ki, hər iki ərizənin mahiyyəti eyni olduğundan o, hər iki cavabdehə qarşı eyni zamanda iddia qaldırmışdır. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı cavabdeh vergi orqanına 21.05.2020-ci il tarixli və 19.06.2020-ci il tarixli ərizə ilə müraciət edərək “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” çərçivəsində zərərçəkmiş sahibkar kimi maliyyə dəstəyinin verilməsini xahiş etmişdir. İddiaçının həmin ərizələrinə cavabdeh vergi orqanı tərəfindən qanunvericilikl müəyyən edilmiş qaydada və müddətdə baxılmış, sözügedən ərizəyə 05.06.2020-ci il tarixli **********628200 nömrəli və 06.07.2020-ci il tarixli **********577900 nömrəli məktublarla cavab verilmişdir. İddiaçıya izah edilmişdir ki, pandemiyadan zərər şəkmiş sahibkar kimi maliyyə dəstəyi əldə etmək üçün internet vergi idarəsindəki şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi Proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” və “əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq elektron qaydada müvafiq müraciət formasını doldurmaqla faydalana bilər. Bununla bağı cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -iddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı ərizədən görünür ki, o, hər iki orqana 21.05.2020ci il tarixli ərizə ilə müraciət edərək “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” çərçivəsində zərərçəkmiş sahibkar kimi maliyyə dəstəyinin verilməsini xahiş etmişdir. -poçt qəbzlərindən görünür ki, həmin ərizə 21.05.2020-ci il tarixdə poçta təqdim edilmişdir. -vergi orqanı tərəfindən təqdim edilmiş “Vergi ödəyiciləri ilə yazışmalar barədə” hesabatdan görünür ki, 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən İddiaçı müraciətlərinə baxılması ilə əlaqədar 05.06.2020-ci il tarixli və 07.07.2020-ci il tarixli məktublar göndərilmişdir. -2 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçıya cavab məktublarından görünür ki, iddiaçıya pandemiyadan zərər şəkmiş sahibkar kimi maliyyə dəstəyi əldə etmək üçün internet vergi idarəsindəki şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi Proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” və “əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq elektron qaydada müvafiq müraciət formasını doldurmaqla faydalana bilmək hüququ izah edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 21.05.2020-ci il tarixli ərizə ilə cavabdeh orqanlara müraciət edərək pandemiya ilə bağlı ona maliyyə dəstəyinin göstərilməsini xahiş etmişdir. Daha sonra iddiaçı cavabdelər tərəfindən ona cavab verilmədiyinə istinad edərək onların hərəkətsizliyini qanunpozuntusu kimi tanınmasını və poçt ödənişi kimi ödədiyi 57 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 2020-ci il 10 aprel tarixli **********0556600 nömrəli əmri ilə təsdiq eidlmiş “Koronavirus Dİ̇İVOC)-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişdən görünür ki, qeydiyyatda olan bütün fərdi sahibkarlara “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lərin göndərilməsinin təmin edilməsi yerli verqi orqanlarına şamil edilmişdir. X3 məzmunundan aydın olur ki, mikrosahibkarlara maliyyə dəstəyinin göstərilməsinin təşkil edilməsi sahiblarıarn qeydiyyatda olduqları ərazi üzerə yerki vergi orqanlarına həvalə edilmişdir. İddiaçının 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması nəzərə alınaraq həmin idarə tərəfindən ona verilmiş cavab məktubundan aydın olur ki, iddiaçıya maliyyə dəstəyinin alınması ilə əlaqədar prosedur qaydaları ətraflı izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər 2 saylı Ərazi Vergilər Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı 21.05.2020-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsi cavabdehlərin qanunpozuntusu kimi tanınması və cavabdehlərin hər birindən poçt göndərişi üçün ödədiyi 57 qəpik pulun tutulması tələbinə dair iddiası rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-327/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-327/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver