Məhkəmə qərarları › İş №2-1(118)-327/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-327/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-327/2023 19.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehin sonuncu №2M54969006-li xx.xx.2022-ci il tarixli əsassız qərarının ləğv edilməsi və əlilliyin bərpa edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının hərbi xidmətdə olduğu zaman 26 sentyabr 2007-ci il tarixində Artileriya divizion ərazisində qışa tədarük üçün meşədə əsgərlər ağac kəsən zaman ağac iki əsgərin üzərinə düşmüş, o həmin əsgərlərə yardım edən zaman isə kəsilən ağac onun sağ ayağının üzərinə düşmüş və o huşunu itirmişdir. İnci sümüyünün həmin zaman 1/3-i qırılmışdır. xx.xx.2007-ci il tarixindən hadisə ilə bağlı 195 nömrəli hərbi hospitala təxliyyə olunmuşdur. xx.xx.2007-ci il tarixində 230 №li hərbi hospitala təxliyyə olunaraq xx.xx.2008-ci ilə kimi hərbi hissədə müayinə və mülaicə olunmuşdur. 42 gün komada olmaqla, 114 gün, yəni xx.xx.2008-ci ilə qədər müayinə və müalicələr almış, kafi vəziyyətdə hərbi hissəyə qayıtmışdır.Qeyd edilən hadisələrlə bağlı arayışlar, epikrizlər də vardır. Aldığı xəsarətə, yəni travmaya görə xx.xx.2016-cı ildə cavabdeh tərəfindən ona ikinci dərəcə əlillik verilmişdir. Hal-hazırda ağrıları çox artmışdır, yeriyə bilmir. xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın travmatologiya şöbəsində müayinə və müalicə almışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər Akademik Z.Məmmədov adına təcili-tibbi yardım xəstəxanasında müalicə və müayinə almışdır.xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında müayinə və müalicə almışdır. Bütün müayinələrdən keçmişdir və sümük srengeno-qerafikası olmuşdur, açıq gözlə 1/3 inci sümük sınığı və digər xəstəliklər görünür. xx.xx.2015-ci il tarixində 7274 № Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat travmatologiya və ortopediya İnstitutu öz arayışı ilə xəsarətin ağırlığını təsdiq etmişdir. Həmçinin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmülərini İdarəetmə Birliyi” X6 X2 və Ortopediya İnstitunun **********-14826№-li xx.xx.2021-ci il tarixli tibbi arayış üzrə verilən tibbi rəydə (diqanozla) əlilliyə uyğun olması bildirilmişdir. Cavabdeh orqan sonra öz məktubu ilə ona əlilliyin əlamlətlərinin təsbit edilmədiyini bildirmişdir. Hesab edir ki, cavabdeh orqanın qeyd edilən dəlili əsassız və qanunaziddir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri.Sağ incik sümüyünün yuxarı 1/3-nin qeyri düzgün bitişmiş köhnə qəlpəli sınığı.Sağ baldırın yuxarı yan səthinin böyük ölçülü kobud kelloid çapığı,yumşaq toxuma deffekti.Digər oynaqların posttravmatik artrozu.Sağ diz oynağının postravmatik artrozu. Oynaqların kontrakturası.Sağ diz oynağının kontrakturası.Hipertrofik çapıq; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S80 - Baldırın səthi travmaları -> S80.0 - Diz oynağının əzilməsi; Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3 nin qəlpəli qeyri düzgün bitişmiş sınığı,sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli toxuma defekti,kobud kelloir dartıcı çapığı əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ baldır əzələlərinin atrofiyası oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası,hərəkət həcmi 10 dərəcə digər posttravmatik qonartrozlar, sağ diz oynağının postravmatik artrozu,daimi ağrı ilə hemiplegiya, sağ incik sinirinin poztravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyyatın pozulması, qaşınma, paresteziya; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-göndərişin natamam doldurulması aparılmış müayinələr diaqnozu təstiqləmir. Diaqnoz dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı ...; Diaqnozun mətni: T93 Aşağı ətraf travmalarının nəticələri, SAĞ BALDİRİN GENİŞ HƏCMLİ YARALANMASİNDAN SONRA SAĞ İNCİK SÜMÜYÜNÜN YUXARİ 1/3 NİN QƏLPƏLİ QEYRİ DÜZGÜN BİTİŞMİŞ SİNİĞİ,SAĞ BALDİRİN YUXARİ YAN SƏTHİNİN YUMŞAQ TOXUMANİN GENİŞ HƏCMLİ TOXUMA DEFEKTİ,KOBUD KELLOİR DARTİCİ ÇAPİĞİ Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, SAĞ BALDİR ƏZƏLƏLƏRİNİN ATROFİYASİ Ağırlaşma M24.5 Oynaqların kontrakturası, SAĞ DİZ OYNAĞİNİN KONTRAKTURASİ, HƏRƏKƏT HƏCMİ 10 DƏRƏCƏ Ağırlaşma M17.3 Digər posttravmatik qonartrozlar, SAĞ DİZ OYNAĞİNİN POSTRAVMATİK ARTROZU, DAİMİ AĞRİ İLƏ Ağırlaşma G81 Hemiplegiya, SAĞ İNCİK SİNİRİNİN POZTRAVMATİK NEVRİTİ, SAĞ AŞAĞİ ƏTRAFİN PAREZİ, HİSSİYYATİN POZULMASİ,QAŞİNMA, PARESTEZİYA Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, SAĞ AŞAĞİ ƏTRAFİN FUNKSİYA SİNİN KƏSKİN POZĞUNLUĞU, QOLTUQ AĞACİNİN KÖMƏYİ İLƏ GƏZİR Ağırlaşma L91.0 Hipertrofik çapıq, SAĞ BALDİRİN YUXARİ 1/3 Nİ GENİŞ HƏCMİ KOBUD KELLOİD ÇAPİQ TOXUMASİ,QAŞİNMA,PARESTEZİYA Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya. XRONİKİ DƏMİR DEFİSİTLİ ANEMİYA; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Sağ aşaöı ətrafın qısalığı qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı ...; Diaqnozun mətni: QEYRİ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin 18.01,2022-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı ...; Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3 nin qəlpəli kobud döyənəklə qeyri düzgün bitişmiş sınığı,sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli toxuma defekti,kobud kelloid dartıcı tez tez xoralaşan çapıq toxuması, qaşınma, parestenziya xroniki anemiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəb: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasf’nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət /aranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə zöndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem ‘ərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən -əzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə ~jəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinin ehtiyclarının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1987-ci il təvəllüdlüdür. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 2M54G60001 saylı, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən 04.02.202-ci il tarixədək 2.2 İkinci dərəcə əlillik, etoalogiyasından asılı olmayaraq, aşağı ətrafın parezi, çanaq oynaqlarının funksiyalarının pozulması (G30-G32.9, G80-80.9) meyarları ilə ikinci dərəcə əlillik təyin edilmişdir. - TQS № 88, 0531003AAKC3 saylı Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surətindən görünür ki, iddiaçıya “Əsas diaqnoz: T93: aşağı travmaların nəticələri sağ baldırın geniş həcmli yaralanmasından sonnra sağ incik sümüyün yuxarı 1/3-nin qəlpəli qeyri düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumasının geniş həcmli toxuma defekti, kobud kellorid dartıcı çapığı; Ağırlaşma: M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi; sağ baldır əzələlərinin artofiyası; M24.5 Oynaqların kontrakturası sağ diz oynağının kontrakturası, hərəkət həcmi 10 dərəcə; M17.3 Digər postravmatik qonartrozlar, sağ diz oynağının postravmatik artrozu, daimi ağrı ilə; G81 Hemiplegiya, sağ incik sinirinin postravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyatın pozulması, qaşınma, paresteziya; R26 Hərəkətin və eyrişin pozulmaları, sağ aşağı ətrafın funksiyasının kəskin pozğunluğu, qoltuq ağacının köməyi ilə gəzir; L91.0 Hipertrofik çağıq sağ baldırın yuxarı 1/3-nin geniş həcmli kobud kelloid çağıq toxuması,qaşınma, paresteziya; Yanaşı xəstəliklər: D50 Dəmir defisitli anemiya xroniki dəmir defisitili anemiya. - TSEK-in xx.xx.2016-cı il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıda X1: XİX sinid – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri- T90-T98-travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri – T93-Aşağı ... ; aşağı ətraf travmalarının nəticələri; sağ incik sümüyünün yuxarı 1/3-nin qeyri düzgün bitişmiş köhnə qəlpəli sınığı. Sağ baldırın yuxarı yan səthinin böyük ölçülü kobud kelloid çapığı, yumşaq toxuma deffekti, digər oynaqların posttravmatik artrozu. Sağ diz oynağının postravmatik artrozu. Oynaqların kontrakturası. Sağ diz oynağının kontrakturası. Hipertrofik çapıq; 2.2 İkinci dərəcə əlillik – 2.2.8 etiologiyasından asılı olmayaraq aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- 32.9, G80-80.9) qeyd edilmişdir. - “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 1049 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı “Elmi-Tədiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də xx.xx.2023-cü il tarixdə müayinə zamanı “Sağ incik sümüyünün yuxarı 1/3-də kobud döyənək və qeyri-düzgün bitişmiş sınığı. Sağ diz oynaığının deformasiyaedici artrozu İV mərhələ, diz oynağının fibroz ankilozu, kəskin kontraktura (bükmə 150 dərəcə, açma 160 dərəcə). Sağ aşıq-baldır oynağının deformasyaedici artrozu İV mərhələ (bükmə 100 dərəcə, açma 85 dərəcə). Sağ aşağı ətrafın 5.5 sm qısalığı. Sağ baldırın bayır arxa səthlərinin yumşaq toxuma əzələ defekti. İnfeksiyalaşmış kobud ağrılı çapıq toxuması. Yetikşin kəskin pozulması,qoltuq ağacı ilə yeriməsi. Ətrafın kəskin funksiya yorğunluğu müəyyən edilmişdir. - Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin iddiaçıya ünvanladığı 11 may 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdən 04.02.202-ci il tarixədək 2.2 İkinci dərəcə əlillik, etoalogiyasından asılı olmayaraq, aşağı ətrafın parezi, çanaq oynaqlarının funksiyalarının pozulması (G30-G32.9, G80-80.9) meyarları ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya qeyd olunan əlillik üçün növbəti müayinə vaxtı xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı, yəni xx.xx.2021-ci il tarixli müayinə zamanı iddiaçda “Aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün 1/3-nin qəlpəli kobud döyənəklə qeyri-düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli toxuma defekti, kobud kelloid dartıcı tüz-tüz xoralaşan çapığı, sağ diz oynağının fibroz ankilozu, kəskin kontrakturası, sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artrozu, 4-cü mərhələ. Sağ baldırın yuxarı 1/3-ni geniş həcmi kobud kelloid tez-tez xoralaşan çapıq toxuması, qaşınma, pasarteziya, xroniki anemiya” diaqnozu- anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmadığını bildirərək ona əliliiyin təyin edilməsindən imtina etmişdir. İddiaçı hal-hazırda ona əlilliyin təyin edilməsindən imtina edilən tarixdən ikinci dərəcə əlillik təyin edilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İnzibati iş materiallarında olan TQS № 88, 0531003AAKC3 saylı Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surətindən görünür ki, iddiaçıya “Əsas diaqnoz: T93: aşağı travmaların nəticələri sağ baldırın geniş həcmli yaralanmasından sonnra sağ incik sümüyün yuxarı 1/3-nin qəlpəli qeyri düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumasının geniş həcmli toxuma defekti, kobud kellorid dartıcı çapığı; Ağırlaşma: M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi; sağ baldır əzələlərinin artofiyası; M24.5 Oynaqların kontrakturası sağ diz oynağının kontrakturası, hərəkət həcmi 10 dərəcə; M17.3 Digər postravmatik qonartrozlar, sağ diz oynağının postravmatik artrozu, daimi ağrı ilə; G81 Hemiplegiya, sağ incik sinirinin postravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyatın pozulması, qaşınma, paresteziya; R26 Hərəkətin və eyrişin pozulmaları, sağ aşağı ətrafın funksiyasının kəskin pozğunluğu, qoltuq ağacının köməyi ilə gəzir; L91.0 Hipertrofik çağıq sağ baldırın yuxarı 1/3-nin geniş həcmli kobud kelloid çağıq toxuması,qaşınma, paresteziya; Yanaşı xəstəliklər: D50 Dəmir defisitli anemiya xroniki dəmir defisitili anemiya. Daha sonra isə iddiaçıya xx.xx.2016-cı il tarixdən 04.02.202-ci il tarixədək 2.2 İkinci dərəcə əlillik, etoalogiyasından asılı olmayaraq, aşağı ətrafın parezi, çanaq oynaqlarının funksiyalarının pozulması (G30-G32.9, G80-80.9) meyarları ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə cavabdeh orqan yuxarıda qeyd edilən əsasları göstərərək iddiaçının iddiasının təmin edilməsindən imtina etmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)- 2152/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 1049 saylı, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı “Elmi-Tədiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də xx.xx.2023-cü il tarixdə müayinə zamanı “Sağ incik sümüyünün yuxarı 1/3-də kobud döyənək və qeyri-düzgün bitişmiş sınığı. Sağ diz oynaığının deformasiyaedici artrozu İV mərhələ, diz oynağının fibroz ankilozu, kəskin kontraktura (bükmə 150 dərəcə, açma 160 dərəcə). Sağ aşıq-baldır oynağının deformasyaedici artrozu İV mərhələ (bükmə 100 dərəcə, açma 85 dərəcə). Sağ aşağı ətrafın 5.5 sm qısalığı. Sağ baldırın bayır arxa səthlərinin yumşaq toxuma əzələ defekti. İnfeksiyalaşmış kobud ağrılı çapıq toxuması. Yetikşin kəskin pozulması,qoltuq ağacı ilə yeriməsi. Ətrafın kəskin funksiya yorğunluğu müəyyən edilmişdir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki , iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona xx.xx.2021-ci il tarixdən ona 2-ci dərəcə əlillik təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar