Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3276/2025 03.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndə və vəkilləri Vəkil3, Vəkil2, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3150236Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12rşı “Azərbaycan Respublikası Novxanı Bələdiyyəsinin 15 fevral 2001-ci il tarixli, 4 saylı Qərarına əsasən, 12 aprel 2001-ci il tarixli, 5 saylı iclas protokolu ilə Abşeron rayonu Novxanı kəndi ərazisində ev tikmək üçün mülkiyyətimə verilmiş 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsinin cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh1 X15nin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15nin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15n 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Novxanı Bələdiyyəsi tərəfindən verilmiş 15 fevral 2001-ci il tarixli, 4 saylı Qərarına əsasən, Novxanı ərazisində Novxanı Bələdiyyəsinin 12 aprel 2001-ci il tarixli, 5 saylı iclas protokolu ilə 0,10 ha torpaq sahəsi verilmiş və sonradan bu barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Ötən müddət ərzində dəfələrlə cavabdehə həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyesterində qeydiyyata alınması və çıxarışın verilməsi barədə dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh təşkilatlar tərəfindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Torpaq sahəsinin ayrılmasından uzun müddət yəni 20 ildən çox vaxt keçməsinə baxmayaraq adına ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüqqunu (torpaq sahəsinin qanuni istifadəsində olmasına) təsdiq edəcək sənədi dövlət reyestrində qeydiyyata aldıra bilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtina əsassızdır. Hal-hazırda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, zəruri sənədlər cavabdeh təşkilata göndərilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən qanunsuz və əsassız olaraq bu barədə qərar qəbul etməli olduğu halda bunu etməkdən imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtina əsassızdır. Belə ki, cavabdehin etirazında qeyd etdiyi JN - İ517A, KOD - 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin inzibati işə heç bir aidiyyəti yoxdur. Çünki həmin şəhadətnamənin sahibi X3 0,12 ha toıpaq sahəsinin 0.10 ha torpaq sahəsini xx.xx.2010-cu il tarixli, AN - İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 xx.xx.2007-ci il tarixli, **********75 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışla 20000 manata satmışdır.X11 2007-ci ildə həmin torpağa həmin Çıxarışı cavabdeh Azərbaycan Respublikasının o vaxtki Əmlak Məsələləri Dövlət Komitəsinin yatımda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsindən alarkən özünün JN 1517A, KOD - 308001 18 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə ehtiyacı olmamış və həmin şəhadətnaməni cavabdehə təqdim etməmişdir. Beləliklə də, qeyd olunan şəhadətnamə başqa torpaq sahəsinə aid olduğu üçün və mübahisəyə aidiyyatı olmadığı üçün sübut növü kimi qəbul edilə bilməz. Hazırki mübahisənin predmeti isə İddiaçı qanuni yolla əldə etdiyi torpaq sahəsidir. İşdə olan cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsinin təqdim etdiyi 11. 10.2023-cü il tarixli, 3-21-3-32/2-12136/23 nömrəli mütəxəssis rəyinin üçüncü bəndində göstərilmişdir ki, “Elektron baza məlumatlarına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları digər şəxslərin Çıxarışla mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür, lakin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi və məhkəmə tərəfindən təqdim edilmiş Abşeron rayonu X2 planından Çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin koordinatları ilə JN-1517A nömrəli şəhadətnamə üst- üstə düşür, (sxemdə göstərilmişdir)” Həmin üçüncü bəndin “lakin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi və məhkəmə tərəfindən təqdim edilmiş Abşeron rayonu X2 planından Çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin koordinatları ilə JN-151 7A nömrəli şəhadətnamə üst-üstə düşür” hissəsində göstərilənlər formal xarakter daşıyır, yəni həqiqətən də faktiki surətdə mövcud deyildir. yalnız kağız üzərində hal-hazırda heç bir hüquqi qüvvəsi olmayan şəhadətnamədə qalmışdır. Çünki həmin şəhadətnamənin sahibi olan X5 həmin şəhadətnaməyə ehtiyacı olmadığı üçün və Abşeron Ərazi İdarəsindən Çıxarış aldığı üçün onu Abşeron rayon Torpaq şöbəsindən götürməmişdir. Beləliklə də, bu hissədə heç bir mübahisə yoxdur. X5 torpaq sahəsini vətəndaş Tural Məmmədova satmış, sonuncu da həmin torpaq sahəsinə Abşeron rayon Ərazi İdarəsi tərəfindən 01 oktyabr 2010-cu il tarixdə, **********41 reyestr nömrəli Çıxarış almışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkilləri Vəkil3, Vəkil2, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3150236Nümayəndə iştirak etmiş, iddianı müdafiə etmişdirlər. Cavabdeh etirazında qeyd etmişdir ki, araşdırma zamanı Novxanı Bələdiyyəsi tərəfindən 0.10 ha torpaq sahəsinin 15 fevral 2001-ci il tarixdə, 4 nömrəli qərarla ayrılmasına baxmayaraq alqı-satqı aktının 25 avqust 2022-ci il tarixində verildiyi; müraciət üzrə əlavə edilmiş X2 planından çıxarışının qanunauyğun formada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi; faktiki torpaq sahəsinin bir hissəsinin ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş JN-1517A nömrəli şəhadətnamə ilə başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. 16 dekabr 2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iştirak etmiş, izahatında iddiaçının müraciəti əsasında şəhadətnaməyə münasibətdə dürüstləmə işinin aparıldığını, iddia olunan torpağa mübahisəli halın qalmadığını bildirmişdir. X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. 16 dekabr 2025-ci il tarixli məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Vəkil1 iştirak etmiş, cavabdeh tərəfindən elektron baza məlumatları əsasında deyil, bələdiyyənin verdiyi məlumatlar üzrə dürüstləşmə işinin aparılmasının əsaslı olmadığını bildirmiş, iddia tələbinə etiraz etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Novxanı bələdiyyəsinin 15 fevral 2001-ci il tarixli 04 saylı qərarından çıxarışa əsasən Novxanı kəndi ərazisində bağ evi tikmək üçün 0.10 ha torpaq sahəsi İddiaçı satılmışdır. İddiaçı torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istəsə də müəyyən olunmuşdur ki, Abşeron rayon X2 planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsinin koordinatları ilə JN 1517A nömrəli şəhadətnamə üst-üstə düşür. İddiaçı 0,10 ha torpaq sahəsinin faktiki vəziyyətinə və konfiqurasiyasına uyğun olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və JN-1517A nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbini dəqiqləşdirərək Azərbaycan Respublikası Novxanı Bələdiyyəsinin 15 fevral 2001-ci il tarixli, 4 saylı Qərarına əsasən, 12 aprel 2001ci il tarixli, 5 saylı iclas protokolu ilə Abşeron rayonu Novxanı kəndi ərazisində ev tikmək üçün mülkiyyətimə verilmiş 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X15 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin arxivində JN-1517A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi aşkar edilməmişdir. Arxivdə saxlanılan Abşeron rayonu, Novxanı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin əlyazma və elektron siyahılarından X1 adı qeyd edilmiş hissədən, eləcə də Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 28 nömrəli Qərarından çıxarışların təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X15 4 saylı Abşeron Ərazi İdarəsinin 3 iyun 2025 -ci il tarixli, 3-21-3-32/2-8936/2025 saylı məktubunda qeyd edilmişdir ki, JN-1517A nömrəli şəhadətnamə tam olaraq müayinə olunan torpaq sahəsi ilə üst-üstə düşür. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X15 4 saylı Abşeron Ərazi İdarəsinin 13 avqust 2025 -ci il tarixli 3-21-3-32/2-13577/2025 saylı məktubunda qeyd edilmişdir ki, elektron məlumat bazasına əsasən JN1517A nömrəli şəhadətnamənin sənəd üzrə yerləşməsi müayinə olunan torpaq sahəsi və Abşeron Rayonu Novxanı Bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinə dair ortofoto görüntüsü təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X15 4 saylı Abşeron Ərazi İdarəsinin 15 oktyabr 2025-ci il tarixli 3-21-3-32/2-17774/2025 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan və məhkəmə tərəfindən təqdim edilmiş Abşeron Rayonu X2 planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ləğv edilmiş DTXK-dan təhvil alınmış elektron baza məlumatlarına əsasən JN- 1517A nömrəli şəhadətnamə ilə üstüstə düşdüyü əvvəlki mütəxəssis rəylərində qeyd edilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il tarixli 818 nömrəli fərmanının 2.3-cü bəndinə uyğun olaraq “torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında dürüstləşdirilmişdir. Dürüstləşdirilmə işləri nəticəsində Abşeron rayonu, X2 sxemində göstərilən (0.10 ha) torpaq sahəsində üst-üstə düşmə halı aşkarlanmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X15 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli 3-21-3-32/2-780/2026 saylı məktubunda qeyd edilmişdir ki, X1 adına tərtib edilmiş JN-1517A və X8 adına tərtib edilmiş JN-1518A nömrəli “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamələr”inin faktiki koordinatları haqqında məlumat verilməsi məqsədilə Abşeron rayonu Novxanı Bələdiyyəsinə sorğu ünvanlanmışdır. Sorğuya əsasən, cavab məktubu və ona əlavə edilmiş ortofoto görüntü təqdim edilir. Həmçinin, Novxanı bələdiyyəsi tərəfindən göndərilmiş koordinatlara əsasən, sözügedən torpaq sahəsinin, JN-1517A və JN-1518A nömrəli şəhadətnamələrin yerləşməsini özündə əks etdirən müqayisəli ortofoto görüntü təqdim edilir. Əlavə olaraq elektron məlumat bazasına əsasən, Abşeron rayonu Novxanı Bələdiyyəsininin cavab məktubunda göndərilmiş koordinatlar daxilində yerləşən JN-1517A nömrəli şəhadətnamənin 0,10 ha hissəsi **********41 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşür. **********41 reyestr nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququ Abşeron Rayonu Novxanı Bələdiyyəsinin 09 avqust 2005-ci il tarixli, 11 saylı qərarı ilə (X3) daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Dürüstləşmə işləri nəticəsində JN-1517A nömrəli şəhadətnamə üzrə TEKUİS-də məlumat aşkarlanmamış və bu səbəbdən faktiki yerləşməsini özündə əks etdirən ortofoto görüntü təqdim edmək mümkün olmamışdır. Məhkəmə cavabdehin qeyd edilən “dürüstləşmə fəaəliyyətini” əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, JN-1517A nömrəli şəhadətnamənin verilmə əsasını Aqrar İslahat Komissiyasının qərarı təşkil edir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanun”a əsasən: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələrinə əsasən 1.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən həyata keçirilir. 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 8.2. Mərzçəkmə işlərində koordinatların müəyyən edilməsi WGS84 (beynəlxalq koordinat sistemi) UTM-də (xəritə proyeksiyası) aparılır. 8.3. DMN və mərz nişanlarının koordinatları (peyk vasitəsilə geodezik ölçmə, fotoqrammetrik üsullar, trianqulyasiya, poliqonometriya və sair, geodeziya-ölçmə cihaz və alətləri (qlobal mövqetəyinetmə sistemləri (GPS), elektron taxeometrlər, fotoqrammetrik cihazlar, digitayzerlər, skaynerlər və digər geodeziya ölçü cihazları və alətləri vasitəsilə) müasir mühəndis ölçmə texnologiyalarının tələblərinə uyğun olaraq müəyyən edilir və coğrafi informasiya sistemlərinin proqram təminatları vasitəsilə onların arasındakı məsafələr müəyyən edilir və sahəsi hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə əsasən: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. ..... 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək-Xidmətin vəzifələrinə aid edilmişdir. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq torpaq sahəsinin koordinatları yalnız reyestr məlumatları əsasında müəyyən edilə bilərdi. Elektron məlumat bazasına əsasən JN1517A nömrəli şəhadətnamənin sənəd üzrə yerləşməsi iddia edilən torpaq sahəsi ilə tam olaraq üst-üstə düşdüyü və şəhadətnamə əsasında ayrılmış torpaq sahəsinin Aqrar İslahat Komissiyasının qərarı əsasında ayrılması halında cavabdeh inzibati orqan tərəfindən hansı səbəbdən JN-1517A nömrəli “Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə”inin faktiki koordinatları haqqında məlumat verilməsi məqsədilə Abşeron rayonu Novxanı Bələdiyyəsinə sorğu verilməsi əsaslandırılmamış, Novxanı bələdiyyəsi tərəfindən göndərilmiş koordinatların hansı məlumatlara əsasən verilməsi qeyri-müəyyən qalmış, təqdim edilmiş müqayisəli ortofoto görüntülər Novxanı bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir. Bunun nəticəsi olaraq isə JN-1517A nömrəli şəhadətnamənin 0,10 ha hissəsinin fərqli torpaq sahəsi olan **********41 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşməsi vəziyyəti yaradılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən üst-üstə düşmə halının aradan qaldırılması sübuta yetirilməmiş, elektron baza məlumatlarında dürüstləşmə işlərinin aparılması və nəticəsi barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı hazırki tələb üzrə məqsədinə yalnız üst-üstə düşən torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin və ya koordinatlarının mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə çata bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, hazırki tələb iddiaçının hüquqi marağına uyğun deyil. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-3276/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3276/2025
03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver