Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-328/2020 02.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı Əhməd qızının, İddiaçının vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştrakları ilə, İddiaçı Əhməd qızının cavabdeh Şabran rayonu Dəvəçi Bələdiyyəsinə qarşı “Şabran rayonu, Dəvəçi kəndində yerləşən hamam binasının özəlləşdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2004–cü ildə ata evindən çıxmalı olmuş və yaşamaq üçün ev istədiyində öncəliklə ona Nailə Ağayeva adlı Şabran Rayon Bələdiyyə sədri hamam binasında yaşamağa icazə vermişdir. Həmin tarixdən hal–hazırkı dövrə kimi bu binada yaşayır. Bu binanın torpağın özəlləşdirilməsi üçün dəfələrlə cavabdeh orqana müraciət etmiş, lakin bir nəticəsi olmamışdır. Bu bina uzun müddət, 1980–ci illərdən yaşayış binası kimi fəaliyyət göstərmişdir. Əgər bu binanın 2000-ci ildən X2 qərarı ilə fəaliyyəti dayandırılmışdırsa, niyə insanlara orada yaşamağa icazə verilmişdir. O həmin bina yararsız olduğu üçün dəfələrlə təmir işləri gördürmüş, 2007-ci ildən bina ilə bağlı olan bütün kommunal xərcləri vaxtı–vaxtında ödəmişdir. Həmin bina barədə qeydlərin əks olunduğu akt o dövr üçün qüvvədə olan qanunvericiliyə əsasən özəlləşdirməni ehtiva edən daha sonrakı sənəd olub, ona qədər özəlləşdirmə planına əsasən vacib sənədlərlə müşayət olunmalı idi. Yəni, sözügedən akta qədər prosedur qaydalarına riayət olunmadan birbaşa aktın möcud olması və müəyyən olması özəlləşdirmə qaydalarına ziddir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 1997–ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi qaydalarının (bu qaydalar xx xxxxxx 2016–cı il tarixli, 786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı 21-ci bəndinə əsasən təsərrüfatın sosial infrasturuktur obyektlərinin özəlləşdirilməsi Azərbaycan Respublikasında 1995– 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dölət Proqramına uyğun olaraq həyata keçirilir və bu barədə qəbul edilmiş normativ sənədlərlə tənzimlənir. Həmin qaydaların 22-ci bəndinə əsasən bələdiyyə mülkiyyətinə verilən infrastruktur obyektləri əmlakı təhvilvermə və qəbuletmə aktı ilə sənədləşdirilir. Aktda hər bir obyekt üzrə onların tikintisinə sərf edilmiş, lakin ödənilməmiş uzunmüddətli kreditin həcmi və onun kim tərəfindən ödənilməsi dəqiqləşdirilir. Həmin qayadaların 23-cü bəndinə əsasən bələdiyyə mülkiyyətinə veriləcək birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətdə qalacaq və ya satılacaq əmlak haqqında təklifləri Dölət Əmlakının İdarə edilməsi üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri yerli aqrar islahatı komissiyası ilə birlikdə hazırlayır. Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının təsdiq edilməsi haqqında xx xxxxxxxx 1995–ci il tarixli, 1120 saylı Qanunu ilə Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dölət Proqrarm təsdiq edilmişdir. Həmin Proqramın 4-cü bəndinə əsasən, yerli icra hakimiyyəti orqanlari ilə razılaşdırılaraq, dək-in qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər aşağıdakılardır: 1. Şəhər sərnişin nəqliyyatı müəssisələri və obyektləri, taksimotorlardan, habelə onların təmiri ilə bağlı müəssisələrdən başqa; 2 Hamamlar və camaşırxanalar; 3. Mərasim xidmətləri göstərən müəssisələr, idarələr və təşkilatlar (Proqrama bu Əlavənin 1.22-ci bəndində göstərilənlərdən başqa). 4. Zibil emalı zavodları və stansiyaları: Proqrama bu Əlavənin 4–cü bölməsinə daxil edilmiş müəssisələrin və obyektlərin özəlləşdirilməsi haqqında qərarlar DƏK tərəfindən yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq qəbul edilir. Müəssisənə obyektin özəlləşdirmə planı yerli hakimiyyət orqanının qərarı ilə birgə DƏK–ə təqdim edilir. Göstərilənlərə əsasən, cavabdeh orqana yaşadığı Şabran rayon, Dəvəçi kəndində yerləşən hamam binasımn özəlləşdirilməsi barədə rəsmi şəkildə müraciət etsəm də, cavab olaraq imtina almışam. Bu səbəbdən də, Məhkəməyə müraciət etməli olmuşdur. Qeyd eilənlərə əsasən iddia tələbinin təmin eedilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və onun vəkili məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisə predmeti olan əmlak bələdiyyənin mülkiyyətindədir. İddiaçı qanunsuz olaraq bələdiyyə mülkiyyətini zəbt edərək orada məskunlaşmış, bununla bağlı iddiaçıya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bələdiyyə mülkiyyətini təhvil verməmişdir. Həmin mülkiyyətin bələdiyyənin balansında olmasını təsdiqləyən Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi də vardır. İddiaçının qeyd olunan qeyri-yaşayış sahəsindən çıxarılması ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var və iddiaçı həmin qətnamənin icrasını yubadmaq məqsədi ilə əsassız yeri bu tip iddialar qaldırır. Mübahisə predmeti olan qeyri yaşayış sahəsi bələdiyyənin mülkiyyətidir və ora yaşayış üçün nəzərədə tutulmayıb. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın imtina məktubu, Fotoşəkillər Cavabdeh inzibati orqan tərəfindən verilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-1667/2019 saylı Qətnaməsinin surəti və əmlaka aid Texniki Pasportun surəti daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan qeyri-yaşayış binasını iddiaçının adına özəlləşdirməsindən imtina edərkən istinad etmişdir ki, iddiaçı inzibati orqana aid əmlakı qanunsuz olaraq zəpt etmişdir. İşin araşdırılan hallarına baxdıqda iddiaçı tərəfindən hüquqmüəyyənedici heç bir lazimi sənəd təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş qeyri-yaşayış sahəsinə aid Texniki Pasportun surətindən görünür ki, Şabran rayonu Dəvəçi kəndində yerləşən Hamam binası Şabran rayonu Dəvəçi Bələdiyyəsinin balansındadır. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-1667/2019 saylı Qətnaməsin surətindən görünür ki, Şabran rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-360/2018 saylı Qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində-xx xxxxxx 2001-ci il tarixli aktın hamam binası hissəsində etibarsız etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş və İddiaçı Əhməd qızının apellyasiya şikayəti təmin edilməmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilin hüquqi statusunu müəyyən edən sənəd mövcuddur və həmin əmlak qeyriyaşayış sahəsi kimi Şabran rayonu Dəvəçi Bələdiyyəsinin mülkiyyətindədir.İddiaçı və onun vəkili məhkəmədə bildirmişdirlər ki, qanunvericiliyin tələbləri baxımından Dəvəçi bələdiyəsi iddiaçının 24 ildən artıq orada yaşamasını nəzərə alaraq 3 otaqlı sahəni onun adına özəlləşdirməlidir. Şabran bələdiyyəsi tərəfindən həmin qeyri-yaşayış sahəsinə dair təqdim etdiyi texpasport saxta yollarla alınıb. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin gətirdiyi bu arqument əsassızdır. İlk öncə nəzərə alınmalıdır ki, Dəvəçi bələdiyyəsi tərəfindən hamam kompleksinə alınmış texniki pasportun etibarsız hesab edilməsi ilə bağlı məsələyə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qiymət verilib və həmin texniki paspotun həqiqiliyi təstiq olunub.Buna görədə iddiaçı tərəfin hamam kompleksinə verilmiş texnilki pasportun saxta olmasına dair gətirdiyi arqument əsassızdır. Bundan başqa iddiaçının qeyd olunan hamam kompleksində uzun müddət olaraq yaşaması və buna görədə həmin kompleksin 3 otaqlı hissəsinin öz adına özəlləşdirilməsində üstünlük hüququna malik olmasına dair gətirdiyi arqumentin heç bir hüquqi əsası yoxdur. Nəzərə alınmalıdır ki, qeyd olunan hamam kompleksi qeyri-yaşayış sahəsidir və bələdiyyənin şəxsi mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi zaman “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəalarının tətbiq edilməsi yol verilməzdir. Çunki adındanda görsəndiyi kimi həmin kompleks qeyri-yaşayış sahəsidir və dövlətin deyil bələdiyyənin mülkiyyətindədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, iddiaçıının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Əhməd qızının cavabdeh Şabran rayonu Dəvəçi Bələdiyyəsinə qarşı “Şabran rayonu, Dəvəçi kəndində yerləşən hamam binasının özəlləşdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-328/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-328/2020
02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver