Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-328/2022 13.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Qusar rayonu Qalacıq kəndində yaşayan), Cavabdehin nümayəndəsi X1 (DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Q.Qarayev prospekti ev 81 B, mənzil 298-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 2 saylı Regional Ərazi Filialına qarşı 1970-1971-ci illərdə təhsil aldığı, 1971-1973-cü illərdə Qusar rayon General Əbilov adına sovxozda işlədiyi və 2021-ci ilin yanvar-iyul aylarını əhatə edən dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 2 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə X6 şəxsin 2 saylı Regional Ərazi filialının 06 avqust 2021-ci il tarixli **********5 saylı qərarını qanunsuz və əsassız sayılması, xx.xx.1978-ci il tarixdə tərtib edilmiş əmək kitabçasında göstərilən 1973-1998-ci illər, 920 saylı attestatda göstərilən 1970-1971-ci illər və 2021-ci ilin 01 yanvar tarixindən 01 iyul tarixə kimi olan dövrün sosial sığorta stajına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin 2 saylı Regional Ərazi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək 1970-1971-ci illərdə təhsil, 1971- 1973-cü illərdə Qusar rayon General Əbilov adına sovxozda işlədiyi və 2021-ci ilin yanvariyul aylarını əhatə edən dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 1956-cı il təvəllüdlüdür. 1970-1971-ci illərdə Binə qəsəbəsində yerləşən Texniki Peşə məktəbində təhsil almış, 1971-ci ildən 20 noyabr 1975-ci ilə kimi Qusar rayonu “General Əbilov” sovxozunda traktorçu işləmişdir. 1975-1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1977-1978-ci illərdə həmin sovxozda traktorçu, 1978-1979-cu illərdə “Kazanximstroy” CMY-3 trestində, 1980-1998-ci illərdə yenidən “General Əbilov” sovxozunda traktorçu işləmişdir. Göstərilən iş stajı onun adına tərtib edilmiş əmək kitabçasında əks olunmuşdur, əmək kitabçasına əsasən iş stajı 24 il 2 ay təşkil edir. 01 yanvar 2021-ci ildən 01 iyul 2021-ci il tarixə kimi torpaq mülkiyyətçisi olmaqla ********** saylı VÖEN üzrə sosial sığorta haqları ödənilmişdir. Bu xüsusat 3 saylı Ərazi Vergilər İdarəsinin 25 avqust 2021-ci il tarixli **********649200 saylı arayışı ilə təsdiqlənir. 2021-ci ilin avqust ayında müvafiq sənədləri təqdim etməklə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh 06 avqust 2021-ci il tarixli **********5 saylı məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh orqana ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Vətəndaşa ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, onun sosial sığorta stajı 23 il 9 ay təşkil edir. Belə ki, iddiaçının 15 yaşı tamam olmadığından xx.xx.1970-xx.xx.1971 dövr üzrə təhsil müddəti sosial sığorta stajına daxil edilməmişdir. xx.xx.2021-xx.xx.2021 dövr üzrə isə torpaq mülkiyyətçisi kimi məcburi dövlət sosial sığorta haqları ödədiyini iddia etsə də, inzibati icraat aparılarkən bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : - iddiaçıya aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. - iddiaçıya verilmiş attestatdan görünür ki, o, xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək Bakı şəhəri 12 saylı texniki peşə məktəbində təhsil almışdır. - НЗ№ ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - İddiaçının adına açılmış xx.xx.1978-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək və xx.xx.1980-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Qusar rayonu General Əbilov sovxozunda, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Kazanximstroy”trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində işləmişdir. - Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 33 nömrəli xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, 1992-ci il (dekabr ayı istisna olmaqla), 1993-cü il (may ayı istisna olmaqla), 1994-cü il (sentyabr ayı istisna olmaqla), 1995-ci il, 1996-cı il (dekabr ayı istinsa olmaqla) və 1997-ci ildə (noyabr ayı istisna olmaqla) Qusar rayon General Əbilov adına sovxozda işləmiş və əmək haqqı almışdır. - 3 saylı ƏVİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı torpaq mülkiyyətçisi kimi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları kimi rüblük 15 manat ödəmişdir. - 3 saylı ƏVİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, müraciətlərinizdə qeyd edilən sosial sığorta haqları üzrə ödənilmiş məbləğlər İddiaçı şəxsi hesab vərəqəsinə düzgün bərpa edilmişdir. - Qusar rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixli 95 saylı əmrlə Qusar rayonu “Şəfəq” sovxozuna mövsümi fəhlə, xx.xx.1973-cü il tarixli 165 saylı əmrlə daimi fəhlə işinə qəbul edilmiş və xx.xx.1975-ci il tarixli 198 saylı əmrlə işdən azad edilmişdir. Arayışda məlumat üçün qeyd edilmişdir ki, “Şafak” sovxozu rayon arxivində saxlanılan keçmiş General Əbilov sovxozun 1960-cı illərdən olan əmrlər kitablarından görünür ki, əvvəllər sovxoz meyvəçilik adını daşımış, əmrlər kitabın 14 yanvar 1967-ci il tarixli 18 nömrəli əmrdən başlayaraq sovxoz “Şafak” adı ilə göstərilmiş, 11 yanvar 1973-cü il tarixli 10 nömrəli əmr daxil olmaqla növbəti əmrlərin hamısında və sovxoz öz fəaliyyətini dayandırana qədər General Əbilov adına sovxozu kimi qeyd edilmişdir. -cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının 25 il sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının olmaması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisəsiz qəbul edilən ümumi iş stajı 23 il 9 aydır. İddiaçının 1970-1971-ci illərdə təhsil aldığı, 1971-1973-cü illərdə Qusar rayonu General Əbilov kolxozunda işlədiyi və məcburi dövlət sosial sığorta haqqı ödədiyi 2021-ci ilin yanvar-iyun aylarının onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 1972-1973-cü illərdə il ərzində 3 ay əmək haqqı almışdır. Onun 1971-ci il ərzində işləməsi və əmək haqqı almasını hər hansı sübut təqdim edilməmişdir. İddiaçının xx.xx.1973-cü il tarixdən işləməsi barədə qeyd əmək kitabçasında mövcud olduğundan və bu hal cavabdeh tərəfindən mübahisələndirilmədiyindən məhkəmə hesab edir ki, 1972-ci ilin iyul-sentyabr ayları onun sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa iş materialları ilə iddiaçının torpaq mülkiyyətçisi kimi 2021-ci ilin yanvbar-iyun aylarında məcburi dövlət sosial sığorta haqqı ödəməsi öz təsdiqini tapdı. Cavabdeh həmin ödənişlırin texniki səhv üzündən elektron sistemdə görünmədiyini, lakin göründüyü və göstərilən dövrün iddaçının sosial sığorta stajına daxil edildiyi halda belə, onun 25 illik stajının tamamlanmadığını bildirdi. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə görə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə , aşağıdakı müddətlər daxil edilir: ..... 21.2.10 mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını ödədiyi dövrü onun sosial sığorta stajına daxil etməkdən imtina etməsi qanunsuz olmuşdur. Bununla da iddiaçının əmək kitabçasında qeyd edilən müddət, hərbi xidmət dövrü, onun 1972-ci ilin iyul-sentyabr aylarında işlədiyi və mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını ödədiyi dövr onun sosial sığorta stajına daxil edildikdə ümumi stajı 26 il 6 ay 6 gün təşkil edəcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının 1972-ci ilin iyul-sentyabr aylarında işlədiyi və 2021-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı təyinatlı torpağa görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını ödədiyi dövr onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 1972-ci ilin iyul-sentyabr aylarında Qusar rayonu General Əbilov sovxozunda işlədiyi və 2021-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı təyinatlı torpağa görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını ödədiyi dövr onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF-nin 2 sayulı X4 üzrəniə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-328/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-328/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver