Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3282/2023 29.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə İddiaçı adına olan JN- 0169 KOD 30221018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 0.46 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, bu barədə adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsinin qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə İddiaçı adına olan JN- 0169 KOD 30221018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 0.46 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, bu barədə adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin 08 oktyabr 2001-ci il tarixli, 15 saylı qərarı ilə Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin ehtiyat fondunun torpaqlarından iddiaçıya fərdi istirahət düşərgəsinin tikintisi məqsədi ilə 0.46 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Ona satılan 0.46 ha torpaq sahəsinin dəyəri olan ******* (bir milyon yüz doxsan səkkiz min altı yüz əlli beş) manat pulu tərəfindən 23 oktyabr 2001-ci il tarixdə Seyidlikənycri bələdiyyəsinin bank hesabına ödənilmişdir. 23 oktyabr 2001-ci il tarixdə onun, DT və XK Xaçmaz rayon Şöbəsinin müdiri və Seyidlikəndyeri bələdiyyəsinin sədri arasında 0.46 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib olunmuş, akt iştirakçılar tərəfindən imzalanmaqla bələdiyyənin və torpaq şöbəsinin möhürləri ilə təsdiqlənmişdir. Ona satılmış 0.46 ha torpaq sahəsi 23 oktyabr 2001-ci il tarixdə səlahiyyətli komissiya üzvləri tərəfindən yerində ona təhkim edilmiş və o vaxtdan bu torpaq sahəsi qanuni istifadəsindədir. 09 noyabr 2001-ci il tarixdə adına həmin 0.46 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən torpağa mülkiyyət hüququna dair JN-0169 KOD 30221018 olan Dövlət Aktı verilmiş, həmin Dövlət Aktı qeydiyyat kitabında 14 noyabr 2001- ci il tarixdə 19 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi tərəfindən mişar daşından hasara alınmış və torpaq qonşuları ilə heç bir mübahisəsi yoxdur. Mülkiyyətində olan 0.46 ha torpaq sahəsinə dair Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin rəisi Fikrət Nuşiyevin imzası ilə ona 27 aprel 2023-cü il tarixli, 3-21- 3-34/2-4921/2023 nömrəli məktubla cavab verilmişdir ki, “Araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, ərizənizə əlavə olunmuş JN-0169 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 0.46 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında və arxiv nüsxəsində həmin torpaq sahəsi 0.30 ha ölçüdə öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur.” Hesab edir ki, cavabdehin məktubunda göstərilən əsaslarla mülkiyyətində olan 0.46 ha torpaq sahəsinə çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsindən imtina edilməsi tamamilə qanunsuz və əsassız olmaqla, onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş əvvəlki şifahi iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi ərazisində yerləşən Xaçmaz rayonu, Seyidlikəndyeri bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə istirahət düşərgəsinin tikintisi üçün ayrılmış 0.46 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, ərizənizə əlavə olunmuş JN-0169 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 0.46 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında və arxiv nüxsəsində həmən torpaq sahəsi 0.30 ha ölçüdə öz əksini tapmışdır. Bundan əlavə, həmən torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-4921/2023 nömrəli məktubla imtina olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin məcəllənin 13.2-ci maddəsində göstərilir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Göstərilənlərə əsasən bildiririk ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində əsaslı tikinti işlərinin aparılması qanunvericiliyin tələblərinə ziddir." Qeyd edirik ki, həmin kateqoriyaya aid torpaq sahələrinin sahibkarlıq məqsədilə ayrılması və istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin 15 saylı, 08 oktyabr 2001-ci il tarixli qərarından görünür ki, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 0.46 ha torpaq sahəsinin istirahət düşərgəsi tikintisi məqsədilə İddiaçı satılması qərara alınmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin 392 saylı, 03 oktyabr 2001-ci il tarixli rəyindən görünür ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün satılmış 0.08 ha torpaq sahəsi qanunamüvafiq hesab edilmişdir. - Mübahisəli torpaq sahəsinin koordinatlarına dair Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsi tərəfindən iddiaçının adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. - “Torpağa mülkiyyət hüququna dair” JN 0169, KOD 30221018 saylı dövlət aktından görünür ki, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 0.46 ha torpaq sahəsi Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin 15 saylı, 08 oktyabr 2001-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə ayrılmışdır. - 3 saylı, 23 oktyabr 2001-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin hesabına 1.198.655 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - “Torpaqların alqı-satqısı”na dair 23 oktyabr 2001-ci il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin 15 saylı, 08 oktyabr 2001-ci il tarixli qərarı ilə ona satılmış 0.46 ha torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 1.198.655 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Məhkəməyə sorğu əsasında daxil olmuş Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin xəritəsindən çıxarışdan görünür ki, iddiaçıya Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin 15 saylı, 08 oktyabr 2001-ci il tarixli qərarı ilə ayrılmış 0.46 ha torpaq sahəsi xəritədə öz əksini tapmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin ayrılmış torpaq sahələrinin qaiməsində qeyd edilmişdir ki, iddiaçıya ayrılmış 0.46 ha torpaq sahəsinin bonitet balı 36 olmaqla, kənd təsərrüafatına az yararlıdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin 08 oktyabr 2001-ci il tarixli 15 saylı protokolundan görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü 0.30 ha kimi qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin 74 saylı, 28 sentyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər sakini İddiaçı 08 oktyabr 2001-ci il tarixli 15 saylı qərarla verilmiş 0.46 ha torpaq sahəsi hasarın içində yerləşir və vətəndaş həmin torpaq sahəsindən istifadə edir, 08 oktyabr 2001-ci il tarixli 15 saylı qərarda göstərilən 0.30 ha texniki səhvdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-0169, KOD 30221018 sayh “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən İddiaçı ayrılmış Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi ərazisində yerləşən 0.46 ha torpaq sahəsinin faktiki koordinatları müəyyən edilmişdir; JN-0169, KOD 30221018 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Bakı şəhəri sakini İddiaçı mülkiyyətinə ayrılmış Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 0.46 ha torpaq sahəsinin faktiki koordinatları, dövlət aktında qeyd edilən koordinatları ilə üst-üstə düşür; Xaçmaz rayonu, Seyidlikəndyeri bələdiyyəsi tərəfindən tərtib edilmiş 1:10000 miqyasında olan yerquruluşu planından çıxarışda qeyd edilmiş torpaq sahəsinin cizgiləri faktiki naturada istifadə vəziyyəti ilə üst-üstə düşür; Eyni torpaq sahəsidir. Torpaq sahəsinin faktiki və sənəd üzrə ölçüləri eynilik təşkil edir; JN-0169, KOD 30221018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Bakı şəhəri sakini İddiaçı mülkiyyətinə ayrılmış Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 0.46 ha torpaq sahəsinin kateqoriyası, torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir, uqodiyası Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və ictimai tikinti altında olan torpaqları kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27 aprel 2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının Xaçmaz rayonu, Seyidlikəndyeri yerləşən 0.46 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Xaçmaz İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 27 aprel 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin 15 saylı, 08 oktyabr 2001-ci il tarixli qərarı ilə Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 0.46 ha torpaq sahəsinin istirahət düşərgəsi tikintisi məqsədilə İddiaçı satılması qərara alınmışdır və qeyd olunan torpaq sahəsi həmin vaxtdan da onun istifadəsində və sahibliyində olmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin 392 saylı, 03 oktyabr 2001-ci il tarixli rəyi ilə iddiaçıya torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı tərəfindən 23 oktyabr 2001-ci tarixdə, mübahisəli torpaq sahəsinin ona satılması müqabilində 1.198.655 manat məbləğində pul Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin hesabına ödənilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müvafiq rəyi, torpaqların alqı-satqısına dair akt, o cümlədən ödəniş qəbzi ilə də təsdiq edilir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 27 aprel 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi mübahisəli torpaq sahəsinin onlara təqdim ediliş arxiv sənədlərində 0.30 ha ölçüdə öz əksini tapmasını və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasını qeyd etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinasını əsassız hesab edərək, gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin 15 saylı, 08 oktyabr 2001-ci il tarixli qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin 392 saylı, 03 oktyabr 2001-ci il tarixli rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 08 oktyabr 2001-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləki sözügedən torpaq sahəsi ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmış və eyni zamanda iddiaçı tərəfindən bələdiyyənin hesabına 1.198.655 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 1.198.655 manat məbləğində pul vəsaiti ödənilmişdir. Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin 15 saylı, 08 oktyabr 2001-ci il tarixli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqı aktının hərhansı səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Məhkəmə tərəfindən qeyd edilən dəlilin araşdırılması ilə bağlı müvafiq sorğular verilmiş və yuxarıda sadalanan sənədlərlə qeyd olunan hallar öz təsdiqini tapmışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin 08 oktyabr 2001-ci il tarixli 15 saylı protokolundan görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü 0.30 ha kimi qeyd edilmişdir. Göründüyü kimi bütün hüquqmüəyyənedici sənədlərdə (bələdiyyə qərarı, alqı-satqı aktı və s.) mübahisəli torpaq sahəsi 0.46 ha ölçüdə öz əksini tapmasına baxmayaraq, Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin 08 oktyabr 2001-ci il tarixli 15 saylı protokolunda 0.30 ha kimi qeyd edilmişdir. Qeyd olunan halın araşdırılması üçün aidiyyatı üzrə Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinə sorğu ünvanlanmışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin 74 saylı, 28 sentyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər sakini İddiaçı 08 oktyabr 2001-ci il tarixli 15 saylı qərarla verilmiş 0.46 ha torpaq sahəsi hasarın içində yerləşir və vətəndaş həmin torpaq sahəsindən istifadə edir, 08 oktyabr 2001-ci il tarixli 15 saylı qərarda göstərilən 0.30 ha texniki səhvdir. Belə olan halda, bələdiyyə tərəfindən yol verilmiş texniki səhv iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İnzibati orqan tərəfindən sənədlərdə yol verilmiş texniki səhv vətəndaşın ziyanına şərh oluna və ya onun məsuliyyətinə səbəb ola bilməz, ona torpaq sahəsinin ayrıldığını təkzib edə bilməz və qeyd olunan hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. Qeyd olunan halın araşdırılması üçün cavabdeh orqana zəruri sualların cavablandırılması məqsədilə sorğu üvanlanmışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-0169, KOD 30221018 sayh “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən İddiaçı ayrılmış Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi ərazisində yerləşən 0.46 ha torpaq sahəsinin faktiki koordinatları müəyyən edilmişdir; JN-0169, KOD 30221018 sayh "Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Baki şəhəri sakini İddiaçı mülkiyyətinə ayrılmış Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 0.46 ha torpaq sahəsinin faktiki koordinatları,dövlət aktında qeyd edilən koordinatları ilə üst-üstə düşür; Xaçmaz rayonu, Seyidlikəndyeri bələdiyyəsi tərəfindən tərtib edilmiş 1:10000 miqyasında olan yerquruluşu planından çıxarışda qeyd edilmiş torpaq sahəsinin çizqiləri faktiki naturada istifadə vəziyyəti ilə üst-üstə düşür; Eyni torpaq sahəsidir. Torpaq sahəsinin faktiki və sənəd üzrə ölçüləri eynilik təşkil edir; JN-0169, KOD 30221018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Bakı şəhəri sakini İddiaçı mülkiyyətinə ayrılmış Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 0.46 ha torpaq sahəsinin kateqoriyası, torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir, uqodiyası Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və ictimai tikinti altında olan torpaqları kimi qeyd edilmişdir. Məhkəmə cavabdeh orqanın mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasına münasibətdə isə bildirir ki, Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin ayrılmış torpaq sahələrinin qaiməsində qeyd edilmişdir ki, iddiaçıya ayrılmış 0.46 ha torpaq sahəsinin bonitet balı 36 olmaqla, kənd təsərrüafatına az yararlıdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçıya satılan zaman kənd tərərrüfatına yararsız sayılmış, satılmış və bonitet balı 36 olmuşdur. İddiaçıya torpaq sahəsi satılan zaman kənd tərərrüfatına yararsız sayılması, lakin hal-hazırda torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kimi qeydə alınması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına və pozulmasına səbəb olmamalıdır. Beləliklə göründüyü kimi, cavabdehin iddiaçının hüquqlarının qeydiyyatından imtinasının əsası kimi göstərdiyi əsas tamamilə əsassızdır və formal xarakter daşıyır. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən, JN-0169 KOD 30221018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd edilmiş 0.46 ha ölçüdə torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən, JN-0169 KOD 30221018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd edilmiş 0.46 ha ölçüdə torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva