Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3296/2024 13.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “ “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinən” xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********18-093009 reyestr nömrəli, RX seriyalı, 020046 nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi, ev 13, mənzil 12-dən ailə üzvləri olmayan xx.xx.1956-cı il təvəllüdlü X8 və xx.xx.1984-cü il təvəllüdlü X4 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-3325/2024 saylı Qərardadı ilə X8 və X9 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********18-05101-093009 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən iki otaqh mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi, ev 13 nömrəli evin mənzilin yerləşdiyi blokda daha bir mənzilin, üçüncü şəxs X6 məxsus sıra nömrəsi də 12 olmuşdur. Bu barədə o, iki il bundan əvvəl xəbər tutmuşdur. Üçüncü şəxs X6 məxsus mənzilin sıra nömrəsi əslində 10 olmalı idi, hansısa səbəbdən onun mənzilinin sıra nömrəsi səhvən 12 qeyd olunmuşdur. Tahirə Mahmudovaya məxsus mənzilimin sıra nömrəsinin 12-dən 10-a düzəliş edilməsi üçün o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, həmin idarədən bildirmişlər ki, mənzilin mülkiyyətçisi olan Tahirə Mahmudova rəsmi razılıq ərizəsini verərsə, onun mənzilinin sıra nömrəsi dəyişdirilə bilər. Tahirə Mahmudova razılıq ərizəni verməkdən imtina etmişdir. Ona görə də o, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsində müvafiq iddia qaldırmış, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-548/2023 saylı qərarı ilə iddiası təmin olunaraq, X5 adına qeydə alınmış Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi 13 saylı evdə yerləşən 12 saylı mənzilə dair mülkiyyət hüququnun dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və texniki pasportdə mənzilin sıra nömrəsinin “10”-a düzəliş edilməsi öhdəliyin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 sayh Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin həmin qərarı icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş və artıq icra olunmuşdur. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli “Elektron notariat” avtomatlaşdırılmış sistemindən yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən X8 və X1 şəhəri, Heydər Əliyev küçəsi, bina 13, mənzil 12-də, yəni mülkiyyətimdə olan mənzildə qeydiyyatdadırlar. Qeyd edildiyi kimi X2 şəhəri, Heydər Əliyev küçəsi, bina 13, 10 nömrəli (inzibati məhkəməsinin yuxarıda göstərilən qərarına qədər 12 nömrəli) mənzilin mülkiyyətçisidir. X10 isə onun oğludur. O, Tahirə Mahmudovadan və oğlu Şahin Mahmudovdan dəfələrlə xahiş etmişdir ki, ona məxsus mənzildən qeydiyyatdan çıxsınlar. Lakin onlar könüllü olaraq bunu etməkdən imtina edirlər. İddiaçı X5 və X4 ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Cavabdehnə müraciət etmiş, həmin şöbənin rəisi X17 ilə ona xx.xx.2024-cü il tarixli, 3-13-79/2-M-136/11/624 sayh məktubla cavab verilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs və ya şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı (qətnaməsinə) əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə qeydiyyatdan çıxarılırlar. X8 və X4 ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Göstərilən şəxslərin qeydiyyatdan çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını (qətnaməsini) təqdim etdiyiniz təqdirdə onların qeydiyyatdan çıxarılması təmin olunacaqdır.” Hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmaqla, iddiası təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: RX seriyalı, 020046 saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”; Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-548/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərarı; 26 dekabr 2023-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumat”dan çıxarış; cavabdehin iddiaçıya ünvanladığı 19 yanvar 2024-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düüzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi, ev 13, mənzil 12 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-548/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərarı ilə X5 adına qeydə alınmış Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi, 13 saylı evdə yerləşən 12 saylı mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrdə haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və texniki pasportda mənzilin sıra nömrəsinin “10”-a düzəliş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Buna baxmayaraq, üçüncü şəxslər X8 və X9 iddiaçıya məxsus Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi, ev 13, mənzil 12 ünvabında qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslər X8 və X4 mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1956cı il təvəllüdlü X8 və xx.xx.1984-cü il təvəllüdlü X4 Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi, ev 13, mənzil 12-dən pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X8 və xx.xx.1984-cü il təvəllüdlü X4 Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi, ev 13, mənzil 12-dən pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva