Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-33/2020 31.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X10 iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Quba rayonu Zərqava kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin və 0,25 ha pay torpağının nənəsi X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçının nənəsi X2 miras qalan torpaq sahəsi və üzərində olan fərdi yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Uzun müddətdir ki, cavabdeh onun müraciətlərini əsassız olaraq cavablandırmır və ya müxtəlif bəhanələrlə rədd edir. DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018ci il tarixli, **********81 saylı cavab məktubu ilə hüquqların dövlət qeydiyyatından əsassız olaraq imtina edilmişdir.Belə ki, cavab məktubunda göstərilir ki, “Zərqava kəndində yerləşən mərhum X6 məxsus fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanmasına dair DƏDRX-in 5 saylı Ərazi İdarəsinə daxil olmuş xx.xx-2016-cı il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Bildirdi ki, daşınmaz əmlakın müayinəsi zamanı həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sakini ilə torpaq sahəsi üzərində mübahisə yaranmışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin texniki göstəricilərini əks etdirən texniki pasport və dövlət reyestrindən çıxarışın zazırlanması mümkün olmamışdır”.Cavabdan da görünür ki, cavabdeh müxtəlif bəhanələrlə uzun müddət ərzində süründürməçilik etmiş və nəhayətdə əsaslandırılmamış və qanunsuz cavab vermişdir. Qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi nənəsindən ona miras kimi qalmışdır. O həmin torpaq sahəsini və fərdi yaşayış sahəsini faktiki qəbul edərək onun dəyərli xassələrindən istifadə edir. Qonşu ilə mübahisənin olması nənəsinin torpaq sahəsinə və fərdi yaşayış evinə reyestrdən çıxarış verilməsindən imtina üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı Quba rayonu, Zərqava kəndində yerləşən mərhum X7 məxsus fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X15 xx.xx.2016-cı il tarixində, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Bildirilir ki, daşınmaz əmlakın müayinəsi zamanı həyətyanı torpaq sahəsində yerləşən digər fərdi yaşayış evinin sakini ilə torpaq sahəsi üzərində mübahisə yaranmışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin texniki göstəricilərini əks etdirən texniki paspoıt və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır.Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2016-cı il tarixli, **********81 nömrəli məktubla əsaslı olaraq imtina olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Əanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2 daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Quba rayon X5 JN: 265 serialı, 30315018 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, JN: 223A serialı, 30315018 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, fərdi yaşayış evinə dair Texniki paspotrun notarial qaydada təsdiqlənmiş surəti, X3 ölümü haqqında Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, xx.xx.2007-ci il tarixli, 01 reyestr nömrəli Vəsiyyətnamənin surəti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X14 xx xxxxxx 2018-ci il tarixli, **********81 saylı imtina məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Quba rayon X5 verdiyi JN: 265 serialı, 30315018 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 0.25 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X8 verilmişdir, həmçinin JN: 223A serialı, 30315018 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 0.34 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X8 verilmişdir, eyni zamanda fərdi yaşayış evinə dair Texniki paspotrun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X12 və ailə üzvlərinə fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. İş materiallarında olan Az-1 239851 nömrəli ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətin görünür ki, X12 xx.xx.2007-ci ildə vəfat etmişdir. Həmçinin xx.xx.2007-ci il tarixli, 01 reyestr nömrəli Vəsiyyətnaməyə əsasən mərhum X12 adına olan daşınmaz əmlakını nəvəsi İddiaçı vəsiyyət edərək vermişdir. İddiaçı Həsənov İddiaçı Əsli Nağdəli qızının qanun üzrə vərəsəsi olduğundan müvafiq olaraq əmlakları nənəsinin adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx xxxxxx 2018-ci il tarixli, **********81 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Quba rayonu, Zərqava kəndində yerləşən JN-223A kod 30315018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X11 məxsus 0,34 ha torpaq sahəsinin JN-224A kod 30315018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X4 məxsus 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Həmçinin X6 məxsus olan torpaq sahəsinin X13 tərəfindən zəbt olunmasını müəyyən etmək mümükün olmadı. Məhkəmə qeyd edir ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur ki, Quba rayon X5 verdiyi JN: 265 serialı, 30315018 nömrəli şəhadətnaməyə əsasən 0.25 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X8 verilmiş, həmçinin JN: 223A serialı, 30315018 nömrəli Şəhadətnaməyə 0.34 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X8 verilmiş və X8 və ailə üzvlərinə fərdi yaşayış evinə dair Texniki paspotr verilmişdir. Qeyd olunan torpaq sahələri və fərdi yaşayış evi İddiaçı istifadəsindədir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilatın X8 ayrılmış torpaq sahəsinin rəsmiləşdirilməməsinə dair gətirdiyi arqument öz təsdiqini tapmadı. Belə ki, iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəyə əsasən müəyyən edilmişdir ki, Quba rayonu, Zərqava kəndində yerləşən JN-223A kod 30315018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X11 məxsus 0,34 ha torpaq sahəsinin JN-224A kod 30315018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X4 məxsus 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Bundan başqa məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçının hazırki, iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə subyektiv hüququ mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, mərhum X1 özünə məxsus torpaq sahəsini nəvəsi olan İddiaçı vəsiyyət etmiş və Mülki Məcəllənin 1193-cü maddəsi ilə miras əmlakdan məcburi pay hüququ olan vərəsələr onları çatası paydan notariat qaydada imtina etmişdirlər. Nəzərə alınmalıdır ki, iddia tələbi mərhum Əsli Həsənovanın adına ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən çıxarışın verilməsi ilə əlaqədardır və İddiaçı öz adına miras əmlakın rəsmiləşdirilməsi ilə bağlı deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1166-ci maddəsinə əsasən vəsiyyət anlayışı fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yəni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Quba rayonu Zərqava kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin və 0,25 ha pay torpağının nənəsi X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsininüzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-33/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-33/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver