Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-33/2021 21.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X21 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı1 nümayəndələri X10 və X17, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X2nun, Cavabdehin nümayəndəsi X12, Üçüncü şəxs X26 nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X11 iştirakları ilə, İddiaçı1 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsinə qarşı “Abşeron rayonu, Məmmədli Bələdiyyəsi tərəfindən X29 ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız hesab olunması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı1 cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsinə qarşı “Abşeron rayonu, Məmmədli Bələdiyyəsi tərəfindən X29 ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız hesab olunması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilkin olaraq məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsatəti nəzərə alınmaqla Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2-1(118)-33/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin inzibati məhkəmə icraatında üçüncü şəxs kimi iştirakına xitam verilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə icraata iddiaçı qismində qəbul edilmişdir. X39, X23, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 23 iyun 2016-cı il tarixli, 4Ə—1564 saylı alqısatqı müqaviləsinə əsasən X18 xüsusi mülkiyyətində olan, ünvan 2i ərazisində yerləşən 0.05 ha torpaq sahəsini iddiaçıya satmışdır. Alqı-satqıdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün müraciət etmişdir. 08 iyul 2016-cı il tarixdə qeyd olunan torpaq sahəsinə Seriya RX, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünü almışdır. Sənədlərini tam həll etdikdən sonra torpaq sahəsini mişar daşlarından tam hasara almış və dəmir qapı qoymuşdur. Təxminən iki il sonra təsadüf nəticəsində öyrənmişdir ki, Abşeron rayonu, Məmmədli bələdiyyəsi onların torpaq sahəsinin yola açılan hissəsini bütünlükdə X39 adlı şəxsə satmışdır. Bu gün əgər X39 öz torpaq sahəsini hasarlasa onların yola çıxışı tamamilə bağlanacaq. Qeyd olunan məsələ ilə bağlı cavabdehə müraciət etmişdir. Yazılı olaraq iddiaçıya 26 iyul 2019-cu il tarixdə 181 nömrəli cavab məktubu verərək bildirmişdir ki, X29 ayrılan torpaq sahəsi bələdiyyədə rəsmiləşməmişdir və X36 bu barədə heç bir sənəd mövcud deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi iddiaçıya bildirilmişdir. Araşdırma nəticəsində iddiaçıya bildirilmişdir ki, X29 ayrılan torpaq ayırma qərarı saxta olmuşdur. Ümumiyətlə əvvəlki bələdiyyə sədri bu cür qərarlar verdiyinə görə hazırda da həbsdədir. Daha bir faktla da müəyyən olunmuşdur ki, X29 ayrılmış torpaq sahəsi neft borularının mühafizə zonasına düşür. İddiaçı hesab edir ki, həmin qərar onların maraqlarına toxunur və yola çıxmağının qarşısını alır. Çünki onların torpaqları 3 tərəfdən qonşularla əhatə olunmuş yalnız bir tərəfdən yola çıxışları vardır. ‘İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçı hesab edir ki, Məmmədli bələdiyyəsi X9 qərar verməklə hüquqlarını pozmuşdur. Həmin saxta qərar nəticəsində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq RX Seriyalı, ******* nömrəli çıxarış almışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Məmmədli bələdiyyəsi tərəfindən X29 ünvan 2ində 0.02 ha torpaq ayrılması barədə qərar etibarsız hesab olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndələri X30 və X24 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X2 iştirak etmiş, izahatında bildirmişdir ki, neft boru kəmərinin mühafizə zolağı qaydalara uyğun olaraq hər tərəfdən mühafizə zolağı 50 metrdir. Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında qanunun 6.4-cü maddəsinə əsasən elektrik, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmənzilli çoxmərtəbəli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Bu səbəbdən də SOCAR iddiaçı ilə müştərək hüquqlara malikdir. Belə ki, üçüncü şəxs X29 Abşeron rayon Məmmədli kəndində ayrılmış 0,02 ha torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Dübəndi-Böyük-Şor Dş 700 magistral neft kəmərinin 47,86-cı km-də mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 36,60 metrdir. Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat,rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımı şərait yaradılması üçün onların ətrafında xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası” nın müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinin 1-ci hissəsinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların dğşəndiyi şəraitdə asılı olaraq zədələnməə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşurutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında qanunun 6.4-cü maddəsinə əsasən elektrik, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmənzilli çoxmərtəbəli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi iləzəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Sonda iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, tərəflərindən zəruri araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, X26 adına Məmmədli Bələdiyyəsi tərəfindən müvafiq torpaq sahəsi sənədləşdirilməmişdir. Məhkəmə iclasında cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsinin nümayəndəsi X27 iştirak etmiş, izahatında bildirmişdir ki, Məmmədli Bələdiyyəsi tərəfindən X26 adına torpaq sahəsinin ayrılması ilə bağlı sənədləşdirmə arxiv sənədləri ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən də Alim Babayevin adına olan qərarı qəbul etmirlər. Bələdiyyə tərəfindən X29 eskiz təqdim edilməmişdir. Əl makinasında çap formada yazılan qərarları qəbul etmirlər. 2004-cü ilin qərarında 2008-ci ilin möhürü vurulmuşdur. Qərarda olan şəxslərin adlarının arasında Alim Babayevin adı olmamışdır. X26 adına Bələdiyyə qərarı bələdiyyə arxivində olmadığı üçün bələdiyyə həmin qərarı tanımır. Alim Babayev torpaq ayrılması ilə bağlı ərizə ilə müraciət etməli idi. Həmin dövrdə qərarlar əlyazma ilə yazılırdı. Əl yazma ilə yazılan qərarlar cavabdeh orqanın qərarlarıdır. Əl makinasında çap formada yazılan qərarların kötüyü yoxdur. Sonda cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmasında müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Üçüncü şəxs X26 nümayəndəsi və vəkili Vəkil etirazında qeyd edir ki, 23 iyun 20164 - 1564 saylı alqı satqı müqaviləsinə əsasən X8 torpaq sahəsini əldə etdikdən və 08 iyul 2016 tarixda seriya RX ******* nömrəli daşınmaz amlakın dövlət reyestrindan çıxarış aldıqdan sonra mişar daşı ilə hasarlamış və qapı qoyulmuşdur. O torpağın hasarlanması 2005-ci ildə baş vermişdir, hasarlanma işlərini torpağı özgəninkiləşdirən X18 tərəfindən həyata keçirilmiş və bunun üçün X18 həmkəndlisi Ordubad rayon Vəlaver kənd sakini X31 Bakı şəhərinə gətirtmiş və bu işləri gördürmüşdür. 0.10 ha torpaq sahəsinə bir qapı qoyulmuş, o da torpaq sahəsinin şərq tarafindan qoyulmuşdur. İddiaçı torpaq sahəsini aldıqdan sonra divarı uçurub digər tərəfdən qapı qoydurmuşdur. Bunu qapının ətrafındakı mişar daşlarının quruluşundan da aydın görmək mümkündür. Əgər orada qapı olsa idi X8 yeddi il sonra (Həsənov M.M 05 dekabr 2007-ci il tarixində Babeyev.A.M isə 05 mart 2014 tarixində torpaq sahəsinin plan ölçülərini Dövlət torpaq kadastra daxil olunması barədə sənəd almışlar) X29 maxsus torpaq sahəsinin ölçüləri dövlət kadastrına daxil edilməzdi. Həmçinin bölünmüş iki torpaq sahəsi arasında hələ hasar tikilməmiş mişar daşları üst-üstə qoyularaq təqribən bir metr hündürlükdə ayrıcı mərz qoyulmuş, onun da sağ və sol tarfindən idiaçıya maxsus torpaq sahəsinə gediş gəliş yolu qoyulduğu müşahidə edilir. Torpağı özgəninkiləşdirən X18 bu barədə malumatlı olmuş, məhz buna görə də qapını torpaq sahəsinin şərq hissəsinə yerləşdirmişdir. Bu barədə X39 və X18 arasında razılıq olmuşdur. Məhz buna görə də torpağı özgənkiləşdirən X5 bu on beş illik uzun bir müddət ərzində heç bir iddia və tələb irəli sürməmişdir. Göstərilən ərazidəki torpaq sahələri 2004-cü ildə fərdi yaşayış evlərinin inşası üçün vətəndaşlara paylanılmışdır. 03 dekabr 2004-cü il tarixli X29 məxsus torpaq sahəsinə bitişik ərazi ünvan 1 ünvanında qeydiyyatda olan X40 və onunla eyni ünvanda qeydiyyatı olan qardaşı X32 ayrılmışdır. Lakin hər iki şəxsin anası ilə həmkəndli olan X18 onların etibarından sui istifadə etməklə X33 məxsus bələdiyyə qərarını özünə məxsus 22 may 2006-cı il tarixdə əldə etdiyi digər yerə sürüşdürmüş və dövlət torpaq kadastrına daxil edilmişdir. 2008-ci il 12 avqust tarixində X40 tərəfindən verilmiş ƏN-115559 saylı etibarnamə əsasında X40 adına ********* saylı çıxarış əldə edərək X40 üçün bu gün də hələ naməlum torpaq sahəsini satmışdır. X40 bütün bu hərəkətlərdən torpaq sahəsi X1 sonra xəbər tutmuşdur. Bu zamana qədər həmin torpaq sahəsinin X18 ilə arasında bölünəcəyini zənn etmiş, bu barədə X18 tərəfindən vəd verilmişdir. İddiaçı torpağı aldıqdan təxminən iki il sonra təsadüf nəticəsindən ona məxsus torpaq sahasinin qarşısında X29 məxsus torpaq sahəsi olduğunu öyrəndiyini bildirir. Müdafiə etdiyi X25 iki il sonra Torpaq Xəritəçəkmə Komitəsi torpaq sahəsinə plan ölçülərini Dövlət torpaq kadastrna daxil edib həmin torpaq 23 iyun 2016 tarixdə satilarkən yenidən torpaq sahəsinin yeni plan ölçüsü tərtib olunmuş va torpaq kadastra daxil edilmişdir. Həmçinin yuxarıda qeyd etdiyi kimi torpağı özgəninkiləşdirən X18 bu barədə məlumatlı olmuş məhz buna görə də torpaq sahəsinin qapısını şərq tərəfdən qoymuşdur. Güman edir ki, bu faktı öyrənmək üçün tasadüfə ehtiyac yoxdur. İddiaçı ərizəsində göstərir ki, araşdırma nəticəsində ona bildirilmişdir ki, X29 məxsus Bələdiyyə tərəfindən verilmiş qərar saxta olmuşdur. İddiaçı hansı mötəbər dəlilə əsaslanaraq belə bir nəticəyə gəlmişdir. Bələdiyyənin verdiyi bir arayışla inzibati aktın saxta olmasına əsaslana bilməz. Həmin aktın ləğvi digər şəxsin hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin sabiq Balədiyyə sədrinin həbsdə olması və məsuliyyətə cəlb olunması işin mahiyyətinə təsir etmir. Torpaq sahəsinin ixrac neft boru kəmərlərinin mühafizə zonasına düşməsi məsələsinə münasibət bildirmək istəyir ki, belə bir tələblə yalnız Azərbaycan Respublikası Dövlət Neft şirkəti çıxış edə bilər. İddiaçının ehtimalına görə X9 sənəd verilmişdir ki, hansı ki onun hüquqlarını pozur, lakin 2004-cü il 03 dekabr tarixdə X32 verilmiş bələdiyyə qərarı ilə bir həftə sonra X29 verilmiş qərar müqayisə olunarkan imza və möhürlərin uyğunluq təşkil etdiyi aydın sezilir. Yuxarıda sadaladığı hallardan belə nəticə hasil olunur ki, 2004-cü ildə qəbul olunmuş bələdiyyə qərarı, 12 il keçdikdən sonra yeni əldə edənin hüquqlarına təsir göstərmir. Yeni açılmış qapı mübahisə predmeti yaradır, digər şəxslərin hüquqlarını pozur. MM-nin 170.2 maddəsinə əsasən Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İddiaçı qeyd edir ki, X39 torpaq sahəsini hasarlasa yola çıxışı tamamilə bağlanacaq. Qeyd edir ki, mövcud qapıdan istifadə etmiş olsaydı hazırkı iddia ortaya çıxmazdı. Belə ki, MM 175 maddəsi özgənin sahibliyində olan sahədən yol va keçid məsələlərini nizamlayır. 175.1 Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zaruri keçid müəyyənləşdirilərkən qarşlıqlı mənafelər nəzərə alınmalıdır. 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 175.3. Əgər torpaq sahasi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Bildirir ki, iddiaçı yola çıxışa malikdir, belə hüquq torpaq sahəsinin şərq hissəsindəki qapıdan istifadə hüququ MM-nin 146-1 maddəsinə əsasən əqd notariat qeydiyyatına alındığı anda yaranmışdır. 146.1. Daşınmaz əmlaka sahiblik va istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Beləliklə, aydın olur ki, iddiaçının əsl niyyəti torpaq sahəsinə çıxış əldə etmək yox önündə maneə kimi gördüyü X29 məxsus torpaq sahəsinin mülkiyyət sənədlərini ləğv etməklə özünə məxsus torpaq sahəsinin önünü açıb əsas yola çıxış əldə etmək və əmlakının dəyərini artırmaq məqsədi güdür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim edilmiş yazılı çıxışda qeyd etmişdir ki, İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayon Məmmədli kənd X3 verilmiş Bələdiyyə qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. İddiasında həmin qərarın hansı maraqlarına toxunduğu hissəsində bildirmişdir ki, ’’Hesab edirəm ki, həmin qərar bizim maraqlrımıza toxunur və yola çıxmağımızın qarşısını alır. Çünki bizim torpağımızın 3 tərəfdən qonşularla əhatə olunmuşdur və yalnız bir tərəfdən yola çıxışımız vardır.”.İddiaçı sonradan əldə etdiyi torpaq sahəsi X29 məxsus torpaq sahəsi arasında 2 m müdafiəməqsədli sahənin olmasına baxmayaraq yola çıxışının olmamasını iddiası ilə əlaqələndirməyə çalışmışdır ki, bu məsələdə öz növbəsində Azərbaycan Respublikasının Mulki Məcəlləsi ilə tənzimlənir. Qeyd olunan məsələ digər məhkəmənin aidiyyətidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında qeyd olunur ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Məhkəməmə baxışı zamanı iddiaçının subyektiv hüququnun olmaması barədə dəfələrlə şifahi, 2 dəfə isə yazılı vəsatətlər vermələrinə baxmayaraq məhkəmə “bu mərhələdə vəsatətin təmin edilməsi mümkün deyil “ deyərək vəsatətlərini rədd etmişdir. Halbuki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında qeyd olunur ki, 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Hesab edir ki, iddiaçi İddiaçı1 mubahisələndirdiyi qərar onun maraqlarına toxunmur. Belə bir iddia qaldırmaq üçün subyektiv hüquqlqra malik deyil və iddia İPM-in 35.3 maddəsinə əsasən mümkün sayılmamalıdır. Məhkəmə baxışı zamanı üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 20 sentyabr 2021 tarixindəməhkəməyə ərizə verməklə məhkəmə tərəfindən iddaçı kimi tanınmışdır. Neft Şirkəti ərizəsini İPM-in 30-maddəsi ilə əsaslandırmışdır həmin maddadə qeyd olunur ki: Prosessual həmiştirakçılıq Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onlan təmsil etmiş sayılır. Hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclaslarına çağırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hesab edir ki, bu hissədə prosessual norma pozulmuşdur və prosessual həmiştirakçılıq yolverilən deyil. Çünki, Neft Şirkətinin məhkəmə çəkişməsinin heç bir mərhələsində müstəqil iddia tələbi olmamışdır sadəcə üçüncü şəxs qismində maraqlarını qorumuşdur. Hesab edir ki, qeyd olunan İPM-in 30-cu maddəsi işə iddiaçı kimi əvvəlcədən tələblər irəli sürmüş və tələblərin yönəldiyi cavabdehlər çoxluğuna və ya birgə iddiaçılara aid oluna bilər. Sonradan üçüncü şəxsin iddiaçıya çevrilməsinə tətbiq oluna bilməz. İddiaçı qeyd edir ki, araşdırma nəticəsində ona bildirilmişdir ki, X29 ayrılan torpaq ayırma qərarı saxta olmuşdur. Ümumiyyətcə əvvəlki bələdiyyə sədri belə qərarlar verdiyinə görə hazırda həbsdədir. Şahid qismində dindirilmiş keçmiş Məmmədli bələdiyyə sədri B.Əlverdiyev qərarın onun tərəfindən imzalanıb möhürləndiyini təsdiq edərək bildirmişdir ki, o dövrdə bələdiyyə sənədlərinin təhvil-təslimi zamanı bəzi sənədlər itbata düşdüyü üçün arxivə göndərmək mümkün olmamışdır və bələdiyyədəki fəaliyyəti ilə əlaqədar həbsdə olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş hazırkı Məmmədli bələdiyyəsinin sədri müavini də qərar üzərində olan möhür və digər rekivizitlərin bələdiyyəyə aid olduğunu təsdiqləmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddiaya etiraza və yazılı çıxışa uyğun izahat vermişdir. Məhkəmə iclasında digər üçüncü şəxs X23 iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, 2006-cı ilin əvvəllərinə qədər bələdiyyə sədri vəzifəsində işləmişdir. 16 il əvvəl olduğu üçün tam xatırlamır. Vətəndaşlar gəlib ərizə ilə müraciət edirdi, ödəniş edirdi, torpaq ayrılırdı. Həmin dövrdə syemkalar olmamışdır. 2002-ci yoxsa 2003-cü ildən 2006-cı ilin fevral ayınadək bələdiyyə sədri vəzifəsində işləmişdir. İşdən azad olunanda ondan möhürü istəmişdirlər, təhvil vermişdir. Barəsində cinayət işi olmamışdır. Həmin ərazidə neçə nəfərə qərar verdiyini xatırlamır. Hər iki sənəddəki imza onun imzasına oxşayır. Möhürü görə bilmədiyi üçün dəqiq deyə bilmir. Qərarlar həm əl ilə həmdə əl makinasında yazılmışdır. 2006-cı ilin fevral ayında arxivdən çox sənədlər itbata düşmüşdür. Vəzifə davası gedirdi, hətta bəzilərini yandırmışlar. Nə iddiaçını, nə də üçüncü şəxs Alim Babayevi xatırlamır. Onlarla şəxsi qərəzçiliyi olmamışdır. O vaxt çizgi olmurdu. RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2i ərazisində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. 23 iyun 2016-cı il tarixli 4Ə-1564 nömrəli Alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin plan və ölçü sənədi hazırlanmışdır. 23 iyun 2016-cı il tarixli ******* saylı X18 ilə İddiaçı1 arasında bağlanmış Alqı-satqı müqaviləsinə əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmişdir. X16 10 dekabr 2004-cü il tarixli Qərarından Çıxarışdan görünür ki, X39 ev tikmək üçün ailə vəziyyətini yaxşılaşdırmaqdan ötrü Abşeron rayon Məmmədli kənd Bələdiyyəsindən torpaq sahəsi istəmiş, X26 vəziyyəti nəzərə alınaraq ona Bələdiyyə fondundan ev tikmək üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır. X16 10 dekabr 2004-cü il tarixli Qərarı əsasında Abşeron rayon Məmmədli Bələdiyyəsi ilə X39 arasında Torpaqların Alqı-satqısına dair Akt 22.01.2013-cü il tarixdə tərtib və təsdiq edilmişdir. RX seriyalı, ******* saylı, 16.03.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi X26 xüsusi mülkiyyətindədir. X29 ayrılmış 0.02 ha torpaq sahəsinə dair Abşeron rayon Məmmədli kənd X4 Çıxarış mövcuddur. Abşeron rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 22.01.2013-cü il tarixli rəyindən görünür ki, X16 10 dekabr 2004-cü il 13/126 saylı qərarına əsasən alqı-satqı predmeti olan torpaq sahəsi vətəndaş X29 0.02 ha olmaqla ev tikmək məqsədi üçün ayrılmış torpaq sahəsi qanuna müvafiqdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz etməmişdir. Abşeron rayon Dövlət Arxivinin 06 dekabr 2019-cu il tarixli H-174 saylı məktubuna əsasən Abşeron rayon Məmmədli bələdiyyəsinin 13/126 saylı 10 dekabr 2004-cü il tarixli qərarı ilə X29 torpaq sahəsi ayrılmamışdır. X16 13/126 saylı 10 dekabr 2004-cü il tarixli qərarından görünür ki, Abşeron rayon Məhəmmədi kəndində yaşayan X41 ev tikmək üçün ailə vəziyyətini yaxşılaşdırmaqdan ötrü Abşeron rayon Məmmədli kənd Bələdiyyəsindən torpaq sahəsi istəmiş, X28 vəziyyəti nəzərə alınaraq ona Bələdiyyə fondundan ev tikmək üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) 20 mart 2020-ci il tarixli məktubunda qeyd edilir ki, UTM WGS 84 koordinat sistemində X Y 408599.61 4484985.43 408598.22 4484980.35 408638.19 4484976.39 408637.81 4484972.62 koordinatlarda olan vətəndaş X29 ayrılmış ünvan 2ində ayrılmış 0.02 ha torpaq sahəsi 1976-cı ildən SOCAR-ın “Neft kəmərləri” İdarəsinin istismarında olan Dübəndi- Böyük-Şor DŞ700 magistral neft kəmərinin 47.86 mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 36.60 metr təşkil edir.Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti İşlərinin aparılması qadağandır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonasf’nın müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinin 1-ci hissəsinə əsasən, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir.Göründüyü kimi, aidiyyəti qurum tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri gözlənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2021-ci il tarixli 10/1904 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, X29 məxsus ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsindən 36.27 metr aralıdan SOCAR-ın “Neft Kəmərləri İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt DŞ 700 mm-lik magistral yeraltı neft kəməri keçir və həmin torpaq sahəsi neft kəmərinin mühafizə zolağında yerləşir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibət bildirməyi vacib sayır. İddiaçı1 Abşeron rayonu, Məmmədli Bələdiyyəsi tərəfindən X29 ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarı mübahisələndirir. Üçüncü şəxs X39 hesab edir ki, İddiaçı1 hazırkı iddianı qaldırmaqda sübyektiv hüququ yoxdur və iddia bu əsasla mümkün sayılmamalı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti isə ayrıca iddia ilə məhkəməyə müraciət etməli idi Məhkəmə hesab edir ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsi ilə əsas yol arasında olan, mühafizə zolağına düşən, alqı-satqı predmeti olmayan, en sahəsi az olan və faktiki istifadədə olamayan torpaq sahəsinə dair müvafiq qərarları və sənədləri mübahisələndirməkdə subyektiv huququ vardır. Üçüncü şəxs Babayev Alim iddiaya münasibətində qeyd edir ki, iddiaçının əsl niyyəti torpaq sahəsinə çıxış əldə etmək yox önündə maneə kimi gördüyü X29 məxsus torpaq sahəsinin mülkiyyət sənədlərini ləğv etməklə özünə məxsus torpaq sahəsinin önünü açıb əsas yola çıxış əldə etmək və əmlakının dəyərini artırmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, iddiaçının bu niyyətinin olması özlüyündə onun subyektiv hüququnun olmasını göstərir. Beləki, iddiaçının mülkiyyətində olan hasara alınmış, yəni faktiki istifadəsində olan torpaq sahəsi ilə əsas yol arasında olan, en sahəsi az olan və mühafizə zolağına düşən və alğı-satqı predmeti olmayan və hasara alınmayaraq faktiki istifadədə olmayan ərazinin mövcudluğu həmin şəxsə birbaşa yol kənarından torpaq sahəsi əldə etmək avantajı ilə mülkiyyət hüququ əldə etmək və buna uyğun olaraqda iqtisadi vəya digər gözləntilər əldə etmək əsası verir. Bu isə digər maraqlar və əsaslar olmasa belə, hazırkı iddianı qaldırmaqda iddiaçının subyektiv hüququnun olmasını göstərir. Bundan başqa üçüncü şəxs qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaçı ola bilməzdi, prosessual baxımdan o ayrıca iddia qaldırmalı idi. Məhkəmə üçüncü şəxsin bu dəlilinidə əsassız hesab edir. İddiaçı1 məhkəmədə iddia qaldıran zaman müvafiq sənədlər təqdim edərək, mübahisə predmeti olan torpaq sahəsinin neft kəmərinin mühafizə zolagına düşdüyünü bildirdiyi və buda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maraqlarına toxunduğu üçün, həmin şirkət iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir. Lakin məhkəmə prosesi gedişində həmin şirkət ərizə verərək prosessual həmiştirakçı olaraq iddiaçı kimi prosesə cəlb edilməsini məhkəmədən xahiş etmiş və qeyd etmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonasının” müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinin 1-ci hissəsinə əsasən, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.4-cü maddəsinə əsasən, elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsinin digər şəxsin mülkiyyətinə satılması ilə bağlı qərarın mübahisələndirilməsində SOCAR İddiaçı1 ilə müştərək hüquqi maraqlara malikdir, onun prosessual həmiştirakçı kimi qəbul edilməsini istisna edən hər hansı bir əsas mövcud deyil. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ayrıca iddia qaldırması prosessual qənaət və hüquqi müəyyənlik prinsiplərinədə uyğun hesab edilməməlidir. Məhkəmə hesab edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə iddia mümkün iddiadır. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 2i ərazisində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. (RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış) Hazırki mübahisənin əsasını Abşeron rayonu, Məmmədli Bələdiyyəsi tərəfindən X29 ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsinin ayrılması barədə 10 dekabr 2004-cü il tarixli Qərarı təşkil edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin 06 dekabr 2019-cu il tarixli H-174 saylı məktubuna əsasən Abşeron rayon Məmmədli bələdiyyəsinin 13/126 saylı 10 dekabr 2004-cü il tarixli qərarı ilə X29 torpaq sahəsi ayrılmamışdır. Belə ki, X16 13/126 saylı 10 dekabr 2004-cü il tarixli qərarından görünür ki, Abşeron rayon Məhəmmədi kəndində yaşayav X41 ev tikmək üçün ailə vəziyyətini yaxşılaşdırmaqdan ötrü Abşeron rayon Məmmədli kənd Bələdiyyəsindən torpaq sahəsi istəmiş, X28 vəziyyəti nəzərə alınaraq ona Bələdiyyə fondundan ev tikmək üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi üçüncü şəxs X26 adına arxivdə belə bir qərar mövcud deyildir, həmin qərar başqa bir şəxsə, X34 torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, həmin dövrdə bələdiyyə sədri işləmiş X6 mübahisələndirilən qərarda olan imzanın ona aid ola biləcəyini istisna etməmişdir. Məhkəmə həmin imzanın bələdiyyə sədrinə və ya digər şəxsə aid olmasının müəyyən olunmasını zəruri hesab etmədiyi üçün, müvafiq xətşünaslıq ekspertizası təyin edilməmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərardakı imza keçmiş bələdiyyə sədrinə aid olsa belə, bələdiyyə kollegial orqandır, bələdiyyənin torpaq sahəsi ayrılması ilə bağlı qərarı bələdiyyə sədrinin tək başına qərarı ilə deyil, bələdiyyənin iclasında bələdiyyə üzvlərinin iştirakı ilə iclas qərarı ilə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qanunun 6.5-ci maddəsinə əsasən Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Qanunun 6.6-cı maddəsinə əsasən Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Qanunun 6.7-ci maddəsinə əsasən Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən:
4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.
5. Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir. [24]
6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1, 17, 18 və 19-cu bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun) 6.2, 6.5 və 6.9-cu maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65 və 66-cı maddələrinin tələblərinə zidd olaraq mərhum A.Mustafayevə bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsi ayrılmış, üstəlik bu ayırma kollegial orqan olan Bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Qeyd olunanlardan göründüyü kimi bələdiyyə kollegial orqan olduğuna görə, həmin orqanın verdiyi qərar qanunvericiliyə uyğun olaraq, müvafiq iclas qərarı ilə qəbul edildiyi halda etibarlı hesab edilə bilər. Lakin hazırkı mübahisələndirilən qərarın bu əsaslara uyğun qəbul edildiyi müəyyən edilmir. Yuxarıdada qeyd olunduğu kimi Abşeron rayon Dövlət Arxivinin 06 dekabr 2019-cu il tarixli H-174 saylı məktubuna əsasən müəyyən ounur ki Abşeron rayon Məmmədli bələdiyyəsinin 13/126 saylı 10 dekabr 2004-cü il tarixli qərarı ilə X29 torpaq sahəsi ayrılmamışdır. X16 13/126 saylı 10 dekabr 2004-cü il tarixli qərarından görünür ki, Abşeron rayon Məhəmmədi kəndində yaşayan X41 ev tikmək üçün ailə vəziyyətini yaxşılaşdırmaqdan ötrü Abşeron rayon Məmmədli kənd Bələdiyyəsindən torpaq sahəsi istəmiş, X28 vəziyyəti nəzərə alınaraq ona Bələdiyyə fondundan ev tikmək üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsidə izahatında mübahisələndirilən qərarla bağlı bələdiyyədə hər hansı bir məlumatın olmadığını bildirmiş, mahiyyəti etibarı ilə iddianı qəbul etmişdir. Beləliklə mübahisələndirilən qərarın cavabdeh bələdiyyə tərəfindən qanunvericilyə uyğun qəbul edilməsi müəyyən edilmədiyinə görə məhkəmə hesab edir ki, hazırkı iddia təmin edilməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) 20 mart 2020-ci il tarixli məktubunda qeyd edilir ki, UTM WGS 84 koordinat sistemində X Y 408599.61 4484985.43 408598.22 4484980.35 408638.19 4484976.39 408637.81 4484972.62 koordinatlarda olan vətəndaş X29 ayrılmış ünvan 2ində ayrılmış 0.02 ha torpaq sahəsi 1976-cı ildən SOCAR-ın “Neft kəmərləri” İdarəsinin istismarında olan Dübəndi- Böyük-Şor DŞ700 magistral neft kəmərinin 47.86 mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 36.60 metr təşkil edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti İşlərinin aparılması qadağandır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonasının” müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinin 1-ci hissəsinə əsasən, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. Göründüyü kimi, aidiyyəti qurum tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri gözlənilməmişdir. Qeyd edilənlərlə bağlı məkhəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2021-ci il tarixli 10/1904 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, X29 məxsus ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsindən 36.27 metr aralıdan SOCAR-ın “Neft Kəmərləri İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt DŞ 700 mm-lik magistral yeraltı neft kəməri keçir və həmin torpaq sahəsi neft kəmərinin mühafizə zolağında yerləşir. Bu qeyd edilənlər iddiaçı Dövlət Neft Şirkətinin dəlillərinin əsaslı olduğunu göstərir və məhkəmə hesab edir ki, həmin qeyd edilənlər iddianın təmini üçün digər əsas kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu, Məmmədli Bələdiyyəsi tərəfindən X29 ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarı etibarsız hesab olunmalıdır. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Məmmədli Bələdiyyəsi tərəfindən X29 ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarı etibarsız hesab olunsun. Cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsindən 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev