Məhkəmə qərarları › İş №2-1(118)-330/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-330/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-330/2022 19.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə Talıb qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsinin 1 saylı regional ərazi filialına qarşı “Dövlət Sosial Müdafiə X10 Şəxs 1 saylı Regional Ərazi Filialının ********** saylı inzbati qərarının ləğv edilməsi və minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Dövlət Sosial Müdafiə X10 Şəxs 1 saylı Regional Ərazi Filialının ********** saylı inzbati qərarının ləğv edilməsi və minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 10.07.2019-cu il tarixli Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4- cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəza çəkməsi 10.11.2020-ci il tarixinə qədər davam etmişdir. Cəza çəkmə müddəti bitdikdən sonra cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxs 1 saylı Regional ərazinə müraciət edərək sosial adaptasiyası üçün birdəfəlik pul müavinətin verilməsini xahiş etmişdir. Cavabdeh heç bir əsası olmadan müavinətin verilməsindən imtina etmişdir. Qanuna əsasən sosial adaptasiya müddətinin bir il olması o demək deyil ki, bir il ərzində müraciət olunmalıdır. Bir il o deməkdir ki, cəza çəkmədən azad edilmiş şəxs bir il ərzində adapdasiya dövrü keçməlidir. Cavabdeh tərəfindən qəbul edilmiş akt iddiaçıya 2021-ci ilin sentyabr ayında verilmişdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına həmin müavinət şamil olur. 2012-ci ilin oktyabr ayının 4-də nikaha daxil olmuş və həmin nikahdan iki övladı dünyaya gəlmişdir: 09.09.2013-cü il təvəllüdlü X5; 11.11.2017- ci il təvəllüdlü X6. Bugünə qədər işlə təmin olunmamışdır, övladlarının dolanışığına validəyinləri baxır. Hər iki valideyni xəstədir, anası şəkər xəstəsidir. İddiaçının sosial müdafiyəyə xüsusi ehtiyacı var, işə düzəlməkdə çətinlik çəkir. Cavabdeh bunların heç birini nəzərə almamış, yalnız büdcədən pulun ayrılmaması ilə məşğuldur. İddiaçı birdəfəlik müavinət ilə müəyyən ehtiyacları ödəyə bilər və sosial adaptasiyanı uğurla başa vura bilər. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı Maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilməlidir. Həmin Qanunun 9-cu Maddəsinə cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 14-cü Maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Qeyd olunanları nəzərə alaraq cavabdehin inzibati aktı ləğv olunmalı və birdəfəlik müavinət təyin olmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM- in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 10.07.2019-cu il tarixdə həmin məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İddiaçı cavabdeh Fondun 1 saylı regional ərazi filialına müraciət edərək, ona sosial adaptasiyaya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən, sosial adaptasiya müddətinin 1 il olduğu və bu müddəti ötürərək müraciət etdiyi üçün tələbini təmin etməyin mümkün olmadığı bildirilmişdir. 1) Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının məzmunundan göründüyü kimi, sosial adaptasiyaya ehtiyacı olan şəxslər kateqoriyasına müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər daxildir. Həmin siyahıya azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslər daxil edilməmişdir. Lakin İddiaçı barəsində Abşeron rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə yaşayış yerini saat 23:00-dan 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Göründüyü kimi, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan şəxslər sözügedən qanunun tətbiqi sferasına daxil olmadığından İddiaçı adıçəkilən müavinətin təyin edilməsi mümkün deyildir. 2) Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. Həmçinin, 10.07.2019-cu il tarixdə barəsində məhkəmə hökmü çıxmış iddiaçı bir ildən çox müddət keçdikdən sonra - 20.05.2021-ci il tarixdə müraciət edərək Qanunun 8.1ci maddəsinin tələblərinə müvafiq olaraq müəyyən edilmiş 1 il sosial adaptasiya müddətini ötürmüşdür. Əlavə olaraq bu səbəbdən də ona həmin Qanunun 14.1-ci maddəsində müəyyən edilən müavinətin təyin edilməsi qanunauyğun deyil və həmçinin həmin müavinətin təyinatı və məqsədinə ziddir. Çünki nəzərə alınmalıdır ki, penitensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları, müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduqları üçün dövlət həmin kateqoriyadan olan şəxslərə qeyd olunan 1 illik müddət ərzində güzəştlər müəyyənləşdirib. Sosial adaptasiya müavinəti almağa hüquq da bu güzəştlərdən biridir. İddiaçı isə ümumiyyətlə penitensiar müəssisədə cəza çəkmədiyindən onun sosial adaptasiyaya, tibbi və sosial yardıma ehtiyac duyması istisna edilir. Həmçinin təkrarən qeyd edirik ki, hökm 10.07.2019-cu il tarixdə çıxarılmış, iddiaçı isə müvafiq müavinətin təyini üçün 20.05.2021-ci il tarixdə müraciət etmişdir. Beləliklə, qanunvericilik bu məsələ üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit etdiyindən və iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından, ona bu müavinətin ödənilməsi mümkün deyildir. Buna görə də qeyd olunanları nəzərə alaraq hesab edirik ki, İddiaçı “sosial adaptasiyaya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin təyin edilməsi" barədə iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə Talıb qızı iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı “minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsini istəyir. Cavabdeh orqan isə qeyd edir ki, İddiaçı Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM- in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 10.07.2019-cu il tarixdə həmin məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İddiaçı cavabdeh Fondun 1 saylı regional ərazi filialına müraciət edərək, ona sosial adaptasiyaya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən, sosial adaptasiya müddətinin 1 il olduğu və bu müddəti ötürərək müraciət etdiyi üçün tələbini təmin etməyin mümkün olmadığı bildirilmişdir. İddiaçı barəsində Abşeron rayon məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə yaşayış yerini saat 23:00-dan 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur.Göründüyü kimi, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan şəxslər sözügedən qanunun tətbiqi sferasına daxil olmadığından İddiaçı adıçəkilən müavinətin təyin edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. 1.0.3. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosialpsixoloji tədbirlər sistemi. 6.1. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: 6.1.1. cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; 6.1.2. sosial adaptasiya mərkəzləri yaratmaq; 6.1.3. daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; 6.1.4. cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək; 6.1.5. təhsil almalarına şərait yaratmaq; 6.1.6. şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; 6.1.7. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; 6.1.8. cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək. 6.2. Bu Qanunla nəzərdə tutulmuş sosial adaptasiya tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktlarında cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirləri istisna etmir. 6.3. Bu Qanunun 6.1.7-ci maddəsində nəzərdə tutulan birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 8.1. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. 8.2. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Qanunun tələblərindən göründüyü kimi sosial adaptasiya tədbirləri müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzasına məhkum edilmiş şəxslər üçün cəza çəkməkdən azad edildikdən sonra yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirlərdir. İddiaçı isə qeyd edilən cəza növünə məhkum edilməmişdir. Bu isə iddiaçının yuxarıda qeyd edilən müavinəti almaq hüququnu istisna edir. Bundan başqa iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 illik müraciət etmə müddətinidə ötürmüşdür. Qeyd olunanlar cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar