Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3306/2022 29.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndələri X4 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinə qarşı 23 iyul 2020-ci il tarixli MN N ******* saylı qərarın, 14 iyul 2020-ci il tarixli ******* saylı protokolun və göstərilən qərar əsasında tətbiq edilmiş 600 manat cərimənin ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 23 iyul 2020-ci il tarixli MN N ******* saylı qərarın, 14 iyul 2020-ci il tarixli ******* saylı protokolun və göstərilən qərar əsasında tətbiq edilmiş 600 manat cərimənin ləğv edilm barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 iyul 2020-ci il tarixdə cavabdeh Agentliyin nümayəndəsi iddiaçının işlədiyi Abşeron rayonu Novxanı kəndi, H.Əliyev şossesi, “AS” marketdə olmuşdur. Göstərilən vaxt o, marketin müdirinin göstərişinə əsasən başqa işin yerinə yetirilməsi ilə əlaqədar marketdə olmamışdır. Cavabdehin nümayəndəsi həmin vaxt onunla əlaqə yaradaraq marketə gəlməsini xahiş etmişdir. Bundan sonra onlar görüşmüşlər və marketin müdiri yerində olmadığı üçün şəxsiyyət vəsiqəsinin surətini ondan istəmişlər və bir sənədə qol çəkdirmişlər. O, faktiki müdir olmadığını bildirmişdir. Buna baxmayaraq bir neçə gündən sonra Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən dəvət edilmiş və ona X2 Sumqayıt Regional Bölməsi tərəfindən onun barəsində 23 iyul 2020-ci il tarixli qərar çıxarıldığını bildirmişdir. Bununla bağlı o, həmin qərarı və protokolun ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayən dələri iddianı qəbul etmədilər və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbinin bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin predmetini inzibati tənbeh vermə haqqında qərarın, protokolun və tətbiq edilmiş cərimənin ləğv edilməsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 23 iyul 2020-ci il tarixli MN N0456877-li “İnzibati tənbeh vermə haqqında” qərara əsasən İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2, 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud mübahisənin mahiyyəti inzibati xətadan yarandığından hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinə qarşı 23 iyul 2020-ci il tarixli MN N ******* saylı qərarın, 14 iyul 2020-ci il tarixli ******* saylı protokolun və göstərilən qərar əsasında tətbiq edilmiş 600 manat cərimənin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə cavabdeh orqanın yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinə qarşı 23 iyul 2020-ci il tarixli MN N ******* saylı qərarın, 14 iyul 2020-ci il tarixli ******* saylı protokolun və göstərilən qərar əsasında tətbiq edilmiş 600 manat cərimənin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3306/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3306/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver