Məhkəmə qərarları › İş №2-1(118)-3307/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3307/2023

03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3307/2023 03.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən hesablanmaqla, ona inzibati orqana bununla bağlı müraciət etdiyi vaxtdan əvvəlki dövrün pensiya məbləğinin son 3 ilə aid hissədə hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi üzrə Mərkəzi Filialına müraciət edərək ona Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən təsdiq olunmuş 1 nömrəli Siyahı üzrə 52 yaşdan güzəştli şərtlə əmək pensiyasının təyin olunmasım xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan onun müraciətini müsbət həll etməmişdir.Cavabdeh inzibati orqanın imtinası imtina qanunsuz və əsassızdır. Belə ki, iddiaçının tələbi isə qanunvericiliyn tələblərinə uyğundur.Çünki iddiaçının işlədiyi peşələr Nazirlər Kabinətinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərədə tutulmuş peşələrə uyğundur və iddiaçının 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajı olduğuna görə ona 52 yaşdan güzəştli şərtlə pensiya təyin olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.İddiaçı 01 sentyabr 1982-ci ildən 20 iyul 1983-cü ilə kimi (10 ay 19 gün) X1 Təhsili Komitəsi Sumqayıt şəhəri, 17 nömrəli Texniki məktəbdə əyani təhsil ailmış (Diplom B N-703081), xx.xx.1983-cü ildən xx.xx.1983cü ilə kimi (02 ay 02 gün) 2 N-li Trestin TQİ-23 A/nəqliyyat sahəsinə 3-cü dərəcəli a/çilingər qəbul edilmişdir, xx.xx.1983-cü ildə Sovet. Ordusuna çağırışı ilə əlaqədar işdən azad edilib və xx.xx.1983 ildən xx.xx.1985-ci (02 il, 01 ay, 18 gün) ilə kimi ordu sıralarında xidmətdə olub, xx.xx.1986 ildən xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində (04 il, 03 ay, 06 gün ) Sadə superfosfat sexində müəssisənin superfosfat sexində elektrik montyoru, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində (02 il, 09 ay, 09 gün) tikinti quraşdırma idarəsində elektrik montyoru, xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində (02 il, 11 ay, 22 gün) superfosfat sexində növbətçi elektrik montyoru vəzifələrində, xx.xx.1996-cı ildən xx-xx.1996-cı ilə kimi (05 ay, 24 gün ) Hərbiləşdirilmiş mühafizə dəstəsində 5-ci dərəcəli nəzarətçi, xx.xx.1996-cı ildən xx.xx.2011-ci ilə kimi (14 il, 02 ay, 4 gün) Hərbiləşdirilmiş mühafizə dəstəsinin rəisi, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə kimi (01 il, 25 gün) Superfosfat sexinin texnologiya üzrə müavini, daha sonra isə həmin vaxtdan müxtəlif vəzifələrdə olmaqla bugünə kimi çalışır.Həmçinin iddiaçının çalışdığı "xxxx" ASC-nin vəkil sorğusuna verdiyi 10 may 2023-cü il tarixli, 36 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixə kimi Sumqayıt Superfosfat zavodunun Superfosfat sexində elektrik avadanlıqlarının təmiri, quraşdırılması üzrə elektrik mantyoru vəzifəsində işləmişdir, onun vəzifəsi bilavasitə Superffosfat kübrəsi məhsulunun istehsalı zamanı texnoloji proseslərin normal vəziyyətdə işləməsi üçün həmin elektrik avadanlıqların vaxtlı-vaxtında ciddi nəzarət etmək ibarətdir. İddiaçı Superfosfat sexində elektrik avadanlıqlarının təmiri, quraşdırılması üzrə elektrik mantyoru vəzifəsində və eləcə də peşəsi məhz Azərbaycan Respublikası Nazirlə Kabinetinin 21 İyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahı üzrə (Vİİİ.Kimya istehsalatı bölməsi 1080A010 koduna aid hesab edilir) güzəştli arayışın verilməsinə zəmin yaradır. Bundan əlavə xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinə kimi zavodun Hərbiləşdirilmiş Mühafizə Dəstəsində nəzarətçi vəzifəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixinə kimi zavodun Dəmir Yolu sexində qatar tərtibatçısı vəzifəsində işləmişdir. xx.xx.2000-ci il tarixindən xx.xx.2008-ci il tarixinə kimi yenidən zavodun Hərbiləşdirilmiş Mühafizə Dəstəsinə Dəstə rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi isə Superfosfat sexinin texnoloji prosesləri üzrə rəis müavini vəzifəsində işləmişdir.Qeyd olunanlara əsasən İddiaçı xx.xx.1986-cı ildən xx.xx.2011-ci ilədək çalışdığı müxtəlif sexlərdə elektrik avadanlıqlarının təmiri üzrə elektrik mantyoru, qatar tərtibatçısı və eləcə də nühafızə dəstəsi peşələri üzrə topladığı staj əsasında yaşa görə güzəştli şərtlə pensiya təyin edilməsi məqsədə uyğun hesab edilir”. Göründüyü kimi iddiaçının işlədiyi dövrləri hesablayanda o, 40 ildən çox ümumi staja malikdir ki, həmin stajın 10 il, 07 günü güzəştli şərtlə pensiya hüququ verən iş stajına aiddir.xx.xx.2006-cı il tarixədək iddiaçının çalışdığı yuxarıda qeyd olunan dövrlər üzrə ümumi iş stajı 2006-cı ilin yanvar ayının 1-nə kimi 22 il 10 ay 20 gün edir ki, bunun da güzəştli şərtlə əmək pensiyası hüququ verən xüsusi stajı 10 il 7 gün təşkil edir. Onu da qeyd edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olması iddiaçının istəyi olmadığından, müəssisənin maliyyə çətinliyinə görə olduğundan həmin dövr nəzərə alınmamalıdır. Əgər ödənişsiz məzuniyyət dövrünü nəzərə alsaq belə, həmin dövrü stajdan çıxanda da iddiaçıya güzəştli şərtlə pensiya təyin edilməsi üçün tələb olan sərtlər yenə də ödənilmiş olur. Belə ki, cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçı xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində öz hesabıma məzuniyyətdə olmuşdur. Lakin məktubdan və şəxsi vərəqədən görünür ki, iddiaçı 01 yanvar 1996-cı ildən deyil, xx.xx.1996-cı ildən məzuniyyətə göndərilmişdir və şəxsi vərəqədə 2 il 5 ay məzuniyyət dövrü qevd olunmuşdur. Əgər xx.xx.1996-cı ildən xx.xx.1998-ci ilə kimi ödənişsiz məzuniyyət müddətini hesablasaq, bu müddət 2 il 09 ay 7 gün edir.İddiaçının ümumi stajından - yəni ki, 22 il 10 ay 20 gündən məzuniyyət dövrü olan 2 il 09 ay 7 günü çıxsaq yenə də iddiaçının ümumi stajı 20 il 01 ay 13 gün edir və məzuniyyət dövrü güzəştli iş stajını əhatə edən dövrə düşmür. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, onun 52 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2016-cı ildən, lakin pensiya ödənişlərinin 13 mart 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-80570/2023 nömrəli məktubla imtina cavabı verilmişdir. İşin faktiki hallarına əsasən iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin İddiaçı dair xx.xx.2023-cü il tarixli 02,03,04 nömrəli arayışlarında xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin superfosfat sexində elektrik montyoru, xx.xx.1990-xx.xx.1993cü il tarixləri arasındakı dövr ərzində tikinti quraşdırma idarəsində elektrik montyoru, xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində superfosfat sexində növbətçi elektrik montyoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı sözügedən dövrlər ərzində iddiaçının işlədiyi vəzifələrin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş 1 N-li siyahıda deyil 2 N-li siyahıda nəzərdə tutulan vəzifələrə uyğun olduğu,xx.xx.1996xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində isə İddiaçı öz hesabına məzuniyyətdə olduğu müəyyən edilib. Bu fakt “Superfosfat ASC-nin 31 mart 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddəti (ümumilikdə 2 il 10 ay 29 gün) iş stajına daxil etmək mümkün deyil.Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixinədək İddiaçı ümumi iş stajı 25 ildən az (19 il 1 ay 1 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1996-cı il, 3041.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir, 1 N-li siyahı üzrə güzəştli iş stajı isə yoxdur. Eyni zamanda yuxanda qeyd olunan Qərarla təsdiq olunmuş 2 N-li siyahıya əsasən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 20 gün (xx.xx.1986xx.xx.1990-cı il, xx.xx.1993-xx.xx.1996-cı il və xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Göstərilən səbəblərdən iddiaçının müraciət müsbət həll edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3-17-1/2-S-80570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, etiraz ərizəsi, X1 Təhsili Komitəsi Sumqayıt şəhəri, 17 nömrəli Texniki məktəb tərəfindən verilmiş B N-703081 nömrəli diplomun surəti, İT-İ ******* nömrəli Əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surəti, H3 ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli 02,03,04 nömrəli arayışlar, "xxxx" ASC-nin təqdim etdiyi məktublar,iddiaçının pensiya işinin təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və güzəştli şərtlərlə əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin 3-17-1/2-S-80570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina cavabını almışdır. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. xx.xx.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə hesab edir ki, iddiaçının 01 sentyabr 1982-ci ildən 20 iyul 1983-cü ilə kimi X1 Təhsili Komitəsi Sumqayıt şəhəri, 17 nömrəli Texniki məktəbində təhsil aldığı müddət ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1.İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2.İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahının Vİİİ Bölməsinin 108A010 şifrlərinə uyğun olmaqla xx.xx.2006-ci ilə qədər 10 ildən çox güzəştli iş stajına və 20 ildən çox ümumi staja malikdir. Cavabdeh təşkilatın etirazında bildirdiyi arqumentlərə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, aparılan araşdırmalar zamanı iddiaçının əmək stajı 01 sentyabr 1982-ci ildən 20 iyul 1983-cü ilə kimi X1 Təhsili Komitəsi Sumqayıt şəhəri, 17 nömrəli Texniki məktəbdə əyani təhsil almış (10 ay 19 gün), xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi 2 N-li Trestin TQİ-23 A/nəqliyyat sahəsinə 3-cü dərəcəli a/çilingər qəbul edilmişdir (02 ay 02 gün), xx.xx.1983-cü ildə Sovet Ordusuna çağırışı ilə əlaqədar işdən azad edilib və xx.xx.1983 ildən xx.xx.1985-ci ilə kimi Sovet ordu sıralarında xidmətdə olub (02 il, 01 ay, 14 gün), xx.xx.1986 ildən xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Sadə superfosfat sexində müəssisənin superfosfat sexində elektrik montyoru (04 il, 03 ay, 06 gün ), xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində tikinti quraşdırma idarəsində elektrik montyoru (02 il, 09 ay, 09 gün), xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində superfosfat sexində növbətçi elektrik montyoru vəzifələrində (02 il, 11 ay, 22 gün). xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə kimi Hərbiləşdirilmiş mühafizə dəstəsində nəzarətçi (10 ay. 02 gün), xx.xx.1996-cı ildən xx.xx.2011-ci ilə kimi Hərbiləşdirilmiş mühafizə dəstəsinin rəisi (14 il, 02 ay, 4 gün), xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə kimi Superfosfat sexinin texnologiya üzrə müavini (01 il, 25 gün), daha sonra isə həmin vaxtdan müxtəlif vəzilərdə olmaqla bugünə kimi çalışır. İddiaçının çalışdığı yuxarıda qeyd olunan dövrlər üzrə ümumi iş stajı 2006-cı ilin yanvar ayının 1-nə kimi 22 il 10 ay 20 gün edir ki, bunun da güzəştli şərtlə əmək pensiyası hüququ verən xüsusi stajı 10 il 7 gün təşkil edir. Həmçinin, iddiaçının ödənişsiz məzuniyyət dövrünü nəzərə almasaq belə, həmin dövrü stajdan çıxanda da iddiaçıya güzəştli şərtlə pensiya təyin edilməsi üçün tələb olan şərtlər yenə də ödənilmiş olur. Belə ki, cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçı xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına məzuniyyətdə olmuşdur. Lakin təqdim edilmiş iş matariallarından görünür ki, iddiaçı 01 yanvar 1996-cı ildən deyil, xx.xx.1996-cı ildən məzuniyyətə göndərilmiş və şəxsi vərəqədə 2 il 5 ay məzuniyyət dövrü qeyd olunmuşdur. Əgər xx.xx.1996-cı ildən xx.xx.1998-ci ilə kimi ödənişsiz məzuniyyət müddətini hesablasaq, bu müddət 2 il 09 ay 7 gün edir. İddiaçının ümumi stajından, yəni 22 il 10 ay 20 gündən məzuniyyət dövrü olan 2 il 09 ay 7 günü çıxsaq yenə də iddiaçının ümumi stajı 20 il 01 ay 13 gün edir və məzuniyyət dövrü güzəştli iş stajını əhatə edən dövrə düşmür. Beləliklə də, iddiaçının təhsil, hərbi xidmət və əmək fəaliyyəti ilə məşğul olduğu illəri hesablandıqda xx.xx.2006-cı ilə qədər onun ümumi əmək stajı 20 ildən çox və xüsusi stajı 10 ildən çox təşkil edir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarında olan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının təqdim etdiyi iddiaçıya aid pensiya işindən müəyyən olunur ki, iddiaçı 13 mart 2023-cü il tarixində cavabdehə müraciət etmişdir. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi, 32.1-1-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri baxımından pensiya məbləğinin ödənilməsi 13 mart 2020-ci il tarixdən ödənilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 03 dekabr 2016-cı ildən (lakin pensiya ödənişləri 13 mart 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar