Məhkəmə qərarları › İş №2-1(118)-331/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-331/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-331/2021 17.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X8 Hərbi Məktəbinə qarşı xx.xx.2019-cu il tarixli 178-2 nömrəli, nizami hissə üzrə əmrdə düzəlişin verilməsi və həmin əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü, Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə görə xaric edilsin” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X8 Hərbi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 178-2 nömrəli, nizami hissə üzrə əmrdə düzəlişin verilməsi və həmin əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü, Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə görə xaric edilsin” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası DİN X8 Hərbi Məktəbində zabit hazırlayan tədris taborunun 2-ci zabit hazırlayan tədris bölüyünün kursantı olmuşdur. 2019-cu ilin iyul ayında iddiaçı cavabdehə müraciət edərək həmin tədris müəssisəsindən öz xahişinə əsasən xaric edilməyi xahiş etmişdir. Buna cavab olaraq ona bildirilmişdir ki, xahişi təmin edilmişdir və o, xx.xx.2019cu il tarixdı hərbi xidmət keçmək üçün N saylı hərbi hissəyə göndərilmişdir. əmrin surəti vaxtında ona təqdim edilməmiş, yalnız xx xxxxxx 2020 –ci il tarixdə o, məktəbə müraciət edərək əmrin surətini aldıqda ona məlum olmuşdur ki, cavabdeh əmrdə onun öz xahişinə əsasən deyil, hərbi intizamı, məktəbin daxili nizam qaydalarını kobud surətdə və dəfələrlə pozmağa görə xaric edildiyini qeyd etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izah etdi ki, İsmayılov X9 Hərbi Məktəbdə təhsil aldığı dövrdə dəfələrlə yol verdiyi intizam pozuntularına görə müxtəlif vaxtlarda intizam qaydasında cəzalandırılmışdır. X5 müavini – Daxili Qoşunların komandanı kursant İddiaçı təhsil aldığı müddətdə yol verdiyi intizam pozuntularına görə aldığı intizam cəzalarını və onun barəsində tərtib olunmuş arayışı, həmçinin Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci və 7.25-ci maddələrini əsas götürərək onun məktəbdə xaric olması barədə əmr vermişdir. İddiaçı Ali Hərbi Məktəbdən N saylı hərbi hissəyə xidmətini davam etdirmək üçün göndərilərkən ona Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddəsi ilə xaric edildiyi barədə məlumat verilmiş və bu barədə onun hərbi biletinin xüsusi qeydlər bölməsində qeydiyyat aparılmışdır və hərbi bilet daimi olaraq onun üstündə olmuşdur. Onun əmrdən xəbərdar olmaması barədə dəlilləri əsassızdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə araşdırması zamanı İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının nümayəndəsinə iddia müddətinin bərpa olunması barədə vəsatət qaldırmaq hüququ izah edilmişdir. Lakin iddiaçının nümayəndəsi Qeyis İsmayılov iddia müddətinin ötürülmədiyini və əmrdən xəbər tutandan sonra 1 ay müddətində müvafiq iddia ilə məhkəməyə müraciət edildiyini bildirərək iddia müddətinin bərpa olunmasına dair vəsatət təqdim etmədi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirilən əmr veriln kimi iddiaçının hərbi biletinin “xüsusi qeydlər” bölməsində bu barədə qeyd aparılmış və iddiaçı həmin hərbi biletlə hərbi xidmət keçməsi üçün N saylı hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» xx xxxxxx 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin iddiaçıya vaxtlnda təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı hansı əsasla məktəbdən xaric edildiyindən xəbərdar olmuşdur və həmin əmrin surətinin alınmaması məhkəməyə müraciət etməsi üçün maneə yaratmamışdır. Əmri almadığına görə iddiaçının məhkəməyə 1 ildən çox müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında idianın mümkünlüuünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı xx xxxxx 2015-ci il tarixli Qərarının 2.3-cü bənidnə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X8 Hərbi Məktəbinə qarşı xx.xx.2019-cu il tarixli 178-2 nömrəli, nizami hissə üzrə əmrdə düzəlişin verilməsi və həmin əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü, Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə görə xaric edilsin” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X8 Hərbi Məktəbinə qarşı xx.xx.2019-cu il tarixli 178-2 nömrəli, nizami hissə üzrə əmrdə düzəlişin verilməsi və həmin əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü, Ali Hərbi Məktəbin Nizamnaməsinin 7.24.5-ci maddələrinə görə xaric edilsin” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar