Məhkəmə qərarları › İş №2-1(118)-331/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-331/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-331/2022 28.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Siyəzən şəhəri, H.Talıbov küçəsi, ev 5, mənzil 49 –da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Siyəzən rayon Polis şöbəsinə qarşı üçüncü şəxs Orucova (Usubova) Məhbubə Rzaxan qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Orucova (Usubova) Məhbubə Rzaxan qızına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs Orucova (Usubova) Məhbubə Rzaxan qızının ünvan 1 ünvanından istifadə hüquqlarının olunmasının müəyyən edilməsi və onun mənzilindən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh qismində Siyəzən rayon Polis şöbəsinin tanınmasını, üçüncü şəxs Orucova (Usubova) Məhbubə Rzaxan qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin 23.12.2021-ci il tarixli qərardadı ilə Orucova (Usubova) Məhbubə Rzaxan qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yerləşən 49 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Həmin mənzil ona işlədiyi idarədən order əsasında verimiş, 09 aprel 2011-ci il tarixdə onun tərəfindən özəlləşdirilmişdir. Hazırda mülkiyyətçi kimi mənzili satmaq istəsə də, onun ailə üzvü olmayan qardaşının keçmiş arvadı Orucova (Usubova) Məhbubə Rzaxan qızının qeydiyyatda olması evi üzərində sərəncam vermək hüquqlarımı həyata keçirməyə mane olur. O, M.Orucovanın hansı əsasla onun mənzilinə qeydiyyata düşməsini bilmir. Sonuncu onun mənzilində bir gün də olsa yaşamamış, yəni evimə qeydiyyatı formal xarakterlidir. O, iddiaçının qardaşı ilə evli olduğu müddətdə Siyəzən şəhərində başqa ünvanda yaşamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Siyəzən rayon Polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda Orucova (Usubova) Məhbubə Rzaxan qızının iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - MA ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. -Siyəzən rayon Mənzil İstismar sahəsinin 23.06.2021-ci il tarixli arayışından görünür ki,X2 ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin mənzildə yaşamır və onun qeydiyyata düşmə tarixi məlum deyildir. -Nikahın pozulması haqqında AZ-İ 314136 seriyalı şəhadətnamədən görünür ki, X10 ilə X7 arasındakı nikah 22.08.2019-cu il tarixəd ləğv edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X3 ,X4, X14 ,X15, X7 və X1 şəhəri, H.Talıbov küçəsi ev 5, mənzil 49 ünvanında qeydiyyatdadırlar. - Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 02.03.2022-ci il tarixli cavab məktubundan görünür ki, X7 14.11.2008-cü il tarixdən ünvan 1 –da qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “vətəndaşların qeydiyyata düşməsi və çıxması Qeydiyyat və X6 könüllülük prinsipləri əsasında həyata keçirilir. Bununla bağlı həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsinə məhkəməyə müraciəti edilməsi tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxsin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı üçüncü şəxsin mübahisəli mənzilə hüququnun yaranmasının əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Orucova (Usubova) Məhbubə Rzaxan qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Siyəzən rayon Polis Şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Orucova (Usubova) Məhbubə Rzaxan qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Siyəzən rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar