Məhkəmə qərarları › İş №2-1(118)-3310/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3310/2023

21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3310/2023 21.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “onun xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmasına dair doğum akt qeydinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. Onun adı əvvəl X3 olmuş, xx.xx.2014-cü ildə o adının və soyadının dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, Cavabdeh tərəfindən xahiş təmin olunmuş və onun adı “Nəvai”- dən “Hüseyn”- ə, soyadı isə “İsmayılov”-dan “Hüseynov”-a dəyişdirilmişdir. Bu barədə 17.010.2014-cü ildə ona adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilmişdir. Həmçinin ona doğum haqqında şəhadətnamə də verildi. İddiaçı həmin şəhadətnaməni itirmiş, bunun üçün Cavabdehnə müraciət etdikdə ona məlum olmuş ki, doğum haqqında akt qeydi mövcud deyil. İddiaçı akt qeydinin bərpa olunması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin akt qeydinin bərpasından imtina olundu. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, onun xx.xx.2014-cü il tarixli doğum haqqında akt qeydinin bərpa olunaraq, yeni veriləcək doğum haqqında şəhadətnamədə soyadının İsmayılov, adının Nəvai, ata adının Uğurlu kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının sənədləri nəzərdən keçirilərkən məlum olmuşdur ki, şəxs Ermənistan Respublikası Amasiya rayonundan doğum haqqında şəhadətnaməsini ilkin ad soyad ilə X1 olmuşdur. Bunu Sumqayıt şəhər ŞPİQŞVB tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsi təsdiq edir. İddiaçı 2014-cü il tarixdə Cavabdehnə müraciət edərək adın və soyadını dəyişdirilmişdir. Soyadı “İsmayılov”dan, ”Hüseynov”a adını isə “Nəvai”dən, ”Hüseyn”ə dəyişdirmişdir. Lakin qeydiyyat şöbəsinin keçmiş rəhbərinin səhlənkarlığı nəticəsində şəxsə doğum və ad soyad dəyişikliyinə dair şəhadətnamə verilsə də verilmiş şəhadətnamələrinin akt qeydlərinin mövcud olmadığı aşkar edilmişdir. Cavabdeh göstərilənlərə görə iddia tələbi ilə razılaşmır. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 1827/15 nömrəli imtina məktubu, şəxsiyyət vəsiqəsinin, ölüm haqqında şəhadətnamənin surəti, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı adına xx.xx.1964-cü il tarixdə doğum haqqında akt qeydi tərtib edilmiş və həmin akt qeydində soyadı “İsmayılov”, adının “Nəvai”, ata adı “Uğurlu” kimi qeyd edilmişdir. Sonradan iddiaçı 2014-cü il tarixdə Cavabdehnə müraciət edərək adın və soyadını dəyişdirmişdir. Soyadı “İsmayılov”dan, ”Hüseynov”a adını isə “Nəvai”dən, ”Hüseyn”ə dəyişdirmişdir. Lakin qeydiyyat şöbəsinin keçmiş rəhbərinin səhlənkarlığı nəticəsində şəxsə doğum və ad soyad dəyişikliyinə dair şəhadətnamə verilsə də verilmiş şəhadətnamələrinin akt qeydlərinin mövcud olmadığı aşkar edilmişdir. İddiaçı onun xx.xx.2014-cü il tarixli doğum haqqında akt qeydinin bərpa olunaraq, yeni veriləcək doğum haqqında şəhadətnamədə soyadının İsmayılov, adının Nəvai, ata adının Uğurlu kimi göstərilməsini Cavabdehnə müraciət etmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş iddiaçının fərdi uçot kartoçkasınını surətindən müəyyən olunur ki, iddaçının ilkin adı Nəvai, soyadı isə İsmayılov olmuşdur. Ona görə də iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2014-cü il tarixli doğum haqqında akt qeydinin bərpa olunaraq, yeni veriləcək doğum haqqında şəhadətnamədə soyadının İsmayılov, adının Nəvai, ata adının Uğurlu kimi göstərilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2014-cü il tarixli doğum haqqında akt qeydi bərpa olunaraq, yeni veriləcək doğum haqqında şəhadətnamədə soyadının İsmayılov, adının Nəvai, ata adının Uğurlu kimi göstərilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar