Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3315/2023 27.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 15 iyul 2003-cü il tarixdə 3M/480 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etiyi 0.22 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,22 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 15 iyul 2003cü il tarixdə 3M/480 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etiyi 0.22 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmdən xahiş edi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu Məmmədli kəndində yerləşən torpaq sahəsi 15 iyul 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 0,70 hektar torpaq sahəsindən 0,22 hektar torpaq sahəsini X1 almışdır. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatdan keçirmək üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə ona imtina bildirişi verilmişdir. Səbəb kimi alqı-satqı müqaviləsində dövlət aktında qeyd olunan hüquq sahiblərinin hamısının adlarının qeyd olunmaması və torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş bölgü planının müraciətə əlavə edilməməsi göstərilmişdir. Dövlət aktında adları qeyd olunan şəxslər alqı-satqı etdiyi Fuad İsmayılovun valideynləridir. Həmin şəxslər 1998-ci ildə vəfat etmişlər, F.İsmayılovdan başqa vərəsələri olmamışdır. Buna görə də notarius tərəfindən alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Bununla da torpaq sahəsinin ona qanuni əsaslarla satıldığı sübuta yetirilir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin nümayəndəsi səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Abşeron rayon Məmmədli kəndində yerləşən torpaq sahəsinə dair təqdim edilmiş Abşeron rayon 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 15 iyul 2003-cü il tarixli ЗМ-480 reyestr nömrəli alqı-satqı müqaviləsində dövlət aktında qeyd edilən hüquq sahiblərinin hamısının adlarının qeyd olunmadığı, sözügedən torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş bölgü planının müraciətə əlavə edilmədiyi, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi, yəni iddia müddəyinin ötürüldüyü qeyd olunmuşdur. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 27 sentyabr 2022-ci il tarixli müraciətinə imtina xx.xx.2022-ci il tarixdə verilmişdir. Şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, 0.70 ha torpaq sahəsi valideynlərinə və ona aqrar islahatları aparılan zaman ayrılmışdır. Həmin torpaq sahəsini o, kənd sovetliyində işləyən bir nəfərə, həmin şəxs torpaq sahəsini ayrı-ayrı şəxslərə satmış, onun çağırışı ilə gedib müqavilələri imzalamışdır. Hazıradək torpaq sahəsini alan şəxslərin başqa şəxslərlə mübahisəsi olmamışdır. İş materiallarında olan : -JN 0031 KOD30800108 seriyalı dövlət aktından görünür ki, Abşeron RİK-nin 21 dekabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən X4 və ailə üvlərinə 0.70 ha torpaq sahəsi ayrılmışdır. - Abşeron rayon 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 15 iyul 2003-cü il tarixli, ЗМ-480 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı X1 0.22 ha torpaq sahəsini alqı-satqı qaydasınd əldə etmişdir. - Abşeron rayon Məmmədli bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.22 ha torpaq sahəsi barəsindədir. Məhkəmənin sorğusuna əsasən Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu 1 saylı dövlət notariat ofisində 15 iyul 2003-cü il tarixdə 3M/480 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bi hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davab etdikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən Qanunda və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnaməsində daşınmaz əmlakın dövlət reyestrini aparan orqana hər hansı daşınmaz əmlak üzərinə nəzarət və ya müvəqqəti nəzarət (məhdudlaşdırma) səlahiyyəti nəzərdə tutulmamışdır. İşin halarından göründüyü kimi sözügedən 0.22 torpaq sahəsi 0.70 ha torpaq sahəsinin tərkibində X5, X6 və X4 ayrılmışdır. X6 xx.xx.1998-ci il tarixdə, X5 isə xx.xx.1998ci il tarixdə vəfat etmişlər. xx.xx.2003-cü il tarixdə notariat qaydasında təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən X7 torpaq sahəsinin 0.22 ha hissəsini iddiaçıya satmışdır. Həmin torpaq sahəsi naturada ayrılmış və hazıradək iddiaçının istifadəsindədir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin iddiaçı tərəfindən əldə edilməsinin əsası kimi çıxış edən alqı-satqı müqaviləsi hazıradək qüvvədədir, qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv və ya etibarsız hesab edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın məhkəmənin qərarı olmadığı halda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin məktubu əsasında iddiaçının əldə etdiyi daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə almaqdan imtina etməsi qanunsuz olmuşdur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 15 iyul 2003cü il tarixdə 3M/480 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etiyi 0.22 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3315/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3315/2023
27.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver