Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3317/2025 22.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi) GİRİŞ HİSSƏ X11-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı X10 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində İddiaçı barəsində qəbul edilmiş qərarın ləğv edilməsi, ona təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin (orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə müəyyən edilmiş əlillik) və onun əsasında ödənilən aylıq müavinətin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və xx.xx.2024-cü il tarixindən hazırki mübahisəyə dair qərar qanuni qüvvəyə minənədək olan dövr ərzində ödənilməli olan müavinətin hesablanaraq X7 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar müddətsiz əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış, ona müddətsiz olaraq İİ qrup əlillik və müavinət təyin edilmişdir. İddiaçıya odlu silahla kor güllə yaralanması nəticəsində döş qəfəsinin sağ yarısının, qabırğanın zədələnməsi, hemopnevmotoraks, birinci dərəcəli tənəffüs çatışmazlığı, diafraqma gümbəzinin yuxarı hissəsində yad cisim (güllə) diaqnozu qoyulmuşdur. Hal-hazırda iddiaçı bədənində yad cisimlə və həmin yad cismin törətdiyi öskürək, dərin nəfəs aldıqdan sonra qəfil güclənən sinə ağrısı, nəfəs darlığı, taxikardiya, oksigen çatışmazlığı kimi ağır fəsadlarla yaşamağa məcbur olmuşdur. Orqanizmində yad cisim ilə yaşaması potensial olaraq onun həyatını təhlükə altına alan bir vəziyyətdir, lakin bu qədər ağır vəziyyətdə olmasına baxmayaraq, ona təyin edilmiş müddətsiz əlillik və müavinət tamamilə əsassız olaraq ləğv edilmişdir. Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli, 2-Q/K-205/1-31/24 saylı arxiv arayışı ilə də təsdiq edilir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Tərtər Hospitalında), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Əhmədbəyli Hospitalında), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə və xx.xx.1993-cü il tarixdə, xx.xx.1993-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 №-li hərbi hissədə) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Ona kontuziya, sağ kürək nahiyəsindən keçən kor güllə yarası, döş qəfəsinin odlu silah güllə yaralanması, hemopnevmotoraks, sağ döş qəfəsinin 1\2 odlu silah kor güllə yaralanmasından sonrakı vəziyyəti, hemopnevmotoraks, sağ 10-cu qabırğanın sınığı, 1-ci dərəcəli tənəffüs çatışmazlığı diaqnozu qoyulmuşdur. Eyni zamanda, həmin arayışda qeyd edilmişdir ki, yaralanma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Qeyd edilən arayışlarla müəyyən olunur ki: xx.xx.1995-ci il tarixli, VTE- 10 seriyalı, 062428 nömrəli arayışa əsasən İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.1996-cı il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.1996-cı il tarixli, VTE-7 seriyalı, 038155 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.1997-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.1997-ci il tarixli, VTE-8 seriyalı, 020175 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.1998-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.1998-ci il tarixli, AR seriyalı, 024684 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.1999-cu il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.1999-cu il tarixli, AR seriyalı, 129935 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.2000-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.2000-ci il tarixli, AR seriyalı, 233032 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.2001-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.2001-ci il tarixli, AR seriyalı, 362541 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.2002-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.2002-ci il tarixli, AR seriyalı, 422785 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.2003-cü il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.2003-cü il tarixli, AR seriyalı, 532501 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində müddətsiz olaraq İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır, yəni qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Yuxarıda qeyd edilən sənədlərdən aydın olur ki, iddiaçı dəfələrlə müayinədən keçmiş və ona müddətsiz olaraq əlillik təyin edilmişdir. Müddətsiz əlillik təyin edildiyi vaxtdan iddiaçının vəziyyətində heç bir dəyişiklik və yaxşılaşma olmadığı halda Agentlik tərəfindən onun tam reabilitasiya olması qənaətinə gəlinmiş və bu barədə qərar verilmişdir. Həmin qərar qəbul edilərkən Agentlik müddətsiz əlilliyin təyini ilə bağlı qərara hansı səbəbdən şübhə ilə yanaşdığını bildirməmiş və iddiaçını əyani müayinəyə cəlb etməmişdir. Əgər iddiaçının faktiki vəziyyəti əsas götürülərək qərar qəbul edilsə idi, müddətsiz əlillik ləğv edilə bilməzdi, çünki iddiaçı nəinki tam reabilitasiya olmamışdır, hətta əksinə olaraq həyatını təhlükə altına alan bir vəziyyətdədir. Digər bir məqam isə əlilliyin müddətsiz təyin edildiyi halda sonradan ləğv edilməsidir. Müddətsiz olaraq əlilliyin təyin edilməsi zamanı inzibati orqan tərəfindən iddiaçının əliliyinin yenidən qiymətləndirilməsi yolverilməzdir.
4. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış, ona müddətsiz olaraq İİ qrup əlillik və müavinət təyin edilmişdir. İddiaçıya odlu silahla kor güllə yaralanması nəticəsində döş qəfəsinin sağ yarısının, qabırğanın zədələnməsi, hemopnevmotoraks, birinci dərəcəli tənəffüs çatışmazlığı, diafraqma gümbəzinin yuxarı hissəsində yad cisim (güllə) diaqnozu qoyulmuşdur. Hal-hazırda iddiaçı bədənində yad cisimlə və həmin yad cismin törətdiyi öskürək, dərin nəfəs aldıqdan sonra qəfil güclənən sinə ağrısı, nəfəs darlığı, taxikardiya, oksigen çatışmazlığı kimi ağır fəsadlarla yaşamağa məcbur olmuşdur. Orqanizmində yad cisim ilə yaşaması potensial olaraq onun həyatını təhlükə altına alan bir vəziyyətdir, lakin bu qədər ağır vəziyyətdə olmasına baxmayaraq, ona təyin edilmiş müddətsiz əlillik və müavinət tamamilə əsassız olaraq ləğv edilmişdir. Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli, 2-Q/K-205/1-31/24 saylı arxiv arayışı ilə də təsdiq edilir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Tərtər Hospitalında), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Əhmədbəyli Hospitalında), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə və xx.xx.1993- cü il tarixdə, xx.xx.1993-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının (229 №-li hərbi hissədə) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Ona kontuziya, sağ kürək nahiyəsindən keçən kor güllə yarası, döş qəfəsinin odlu silah güllə yaralanması, hemopnevmotoraks, sağ döş qəfəsinin 1\2 odlu silah kor güllə yaralanmasından sonrakı vəziyyəti, hemopnevmotoraks, sağ 10-cu qabırğanın sınığı, 1-ci dərəcəli tənəffüs çatışmazlığı diaqnozu qoyulmuşdur. Eyni zamanda, həmin arayışda qeyd edilmişdir ki, yaralanma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Aşağıda qeyd edilən arayışlarla müəyyən olunur ki: xx.xx.1995-ci il tarixli, VTE-10 seriyalı, 062428 nömrəli arayışa əsasən İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.1996-cı il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.1996-cı il tarixli, VTE-7 seriyalı, 038155 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.1997-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.1997-ci il tarixli, VTE-8 seriyalı, 020175 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.1998-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.1998-ci il tarixli, AR seriyalı, 024684 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.1999-cu il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.1999-cu il tarixli, AR seriyalı, 129935 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.2000-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.2000-ci il tarixli, AR seriyalı, 233032 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.2001-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.2001-ci il tarixli, AR seriyalı, 362541 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.2002-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.2002-ci il tarixli, AR seriyalı, 422785 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində xx.xx.2003-cü il tarixədək İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. xx.xx.2003-cü il tarixli, AR seriyalı, 532501 nömrəli arayışa əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralandığı üçün təkrar müayinə nəticəsində müddətsiz olaraq İİ dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK- in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır, yəni qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Yuxarıda qeyd edilən sənədlərdən aydın olur ki, iddiaçı dəfələrlə müayinədən keçmiş və ona müddətsiz olaraq əlillik təyin edilmişdir. Müddətsiz əlillik təyin edildiyi vaxtdan iddiaçının vəziyyətində heç bir dəyişiklik və yaxşılaşma olmadığı halda Agentlik tərəfindən onun tam reabilitasiya olması qənaətinə gəlinmiş və bu barədə qərar verilmişdir. Həmin qərar qəbul edilərkən Agentlik müddətsiz əlilliyin təyini ilə bağlı qərara hansı səbəbdən şübhə ilə yanaşdığını bildirməmiş və iddiaçını əyani müayinəyə cəlb etməmişdir. Əgər iddiaçının faktiki vəziyyəti əsas götürülərək qərar qəbul edilsə idi, müddətsiz əlillik ləğv edilə bilməzdi, çünki iddiaçı nəinki tam reabilitasiya olmamışdır, hətta əksinə olaraq həyatını təhlükə altına alan bir vəziyyətdədir. Digər bir məqam isə əlilliyin müddətsiz təyin edildiyi halda sonradan ləğv edilməsidir. Müddətsiz olaraq əlilliyin təyin edilməsi zamanı inzibati orqan tərəfindən iddiaçının əliliyinin yenidən qiymətləndirilməsi yolverilməzdir.
5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X12 məhkəməyə təqdim etdiyi T515/2025 saylı ekspert rəyində komissiya aşağıdakı nəticəyə gəlmişdir:
1. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XİX sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>S20- S29-Döş qəfəsinin travmaları=>S29-Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları=>S29.9-... Diaqnoz mətni: Odlu silahla kor güllə yaralanması nəticəsində döş qəfəsinin sağ yarısının, X qabırğanın zədələnməsi, hemopnevmotoraks (xx.xx.1993), birinci dərəcəli tənəffüs çatışmazlığı. Diafraqma günbəzinin yuxarı hissəsinin yad cismi (güllə)” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. DTSERA-də xx.xx.2024cü il tarixdə əyani müayinəsi zamanı Spirometriya müayinəsinin nəticəsi “Restriktiv tipli yüngül ventilyasiya pozğunluğu qeyd olunur, FVC-75%. FEV 89%” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı X1 İnstitutuna müayinə üçün göndərilərdi və müayinələr nəticəsində “Y36.4 Odlu silah kor güllə yaralanması nəticəsində döş qəfəsinin sağ yarısının X qabırğanın zədələnməsi (xx.xx.1993). Diafraqma gümbəzinin yuxarı hissəsində yad cismi (güllə) 8 seqmentə uyğundur. J96.1 Restruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu, FVC-41%, FEVl-46%” diaqnozu qoyulmuşdur.
2. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4- Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. 3.4. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1993-cü il tarixli 4243 saylı arayışına əsasən İddiaçı olmuş “Odlu silahla kor güllə yaralanması nəticəsində döş qəfəsinin sağ yarısının, X qabırğanın zədələnməsi, hemopnevmotoraks (xx.xx.1993), birinci dərəcəli tənəffüs çatışmazlığı. Diafraqma günbəzinin yuxarı hissəsinin yad cismi (güllə)” diaqnozunda güllə yarası sağalaraq yerində çapıq toxuma əmələ gəlmiş, hemotoraks və X qabırğanın zədəsi sağalmışdır. Yad cisim “güllə” isə diafraqmanın günbəzinin yuxarı hissəsində qalmaqdadır. Hazırda ona“Restruksiyanm üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu, FVC-41%, FEVl-46%” diaqnozu qoyulmuşdur.
7. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İİ. İddianın növü və mümkünlüyü
9. Hazırda iddiaçı onun xeyrinə olan əlverişli inzibati akt əsasında təyin olunmuş əlilliyin ləğvi ilə bağlı qəbul edilmiş inzibati aktı mübahisələndirir. İddiaçının iddiası “inzibati aktların ləğvi”, yəni “mübahisələndirilməsi” ilə bağlı olsa da, məhkəmə hesab edir ki, əslində həmin iddiaya “öhdəliyin icrası haqqında” iddia kimi yanaşılmalıdır.
10. Belə ki, təcrübədə əlilliyin təyinatını aparan orqana qarşı müvafiq iddialara məhz “öhdəliyin icrası” haqqında iddia növləri kimi baxıldığı üçün və həmin öhdəliyin icrası olaraq qəbul edilən qərarların mübahisələndirilməsi ilə bağlı iddialara da həmin icraat çərçivəsində qiymət verildiyi üçün öhdəliyin icrası prizmasından yanaşılmalıdır. Baxmayaraq ki, iddia tələbi məhz “inzibati aktın ləğvi”nə yönəlmişdir ki, nəzərə almaq lazımdır ki, həmin inzibati akt “öhdəliyin icrası” barədə aparılan inzibati icraatda qəbul edilmişdir.
11. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
12. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının konstitusion hüququ olan “sosial təminat” hüququ heç bir halda məhdudlaşdırıla bilməz və ona əvvəllər təyin edilmiş əlilliyin ləğvi ilə bağlı qəbul edilmiş inzibati akt onun sosial təminat hüququna birbaşa müdaxilə olduğu üçün həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı ona məhkəmədə sosial təminat hüququnun müdafiəsi naminə lazımi şərait yaradılmalıdır və bu zaman heç bir halda “ümumi qaydalar” prinsipindən çıxış edilərək, yəni iddiaya növünə görə “mübahisələndirmə haqqında iddia” növü olduğu üçün məhz bu iddialar üzrə qanunla müəyyən edilmiş 30 günlük iddia müddəti şamil oluna bilməz.
13. Odur ki, iddiaçının sosial təminat hüququna müdaxilə zəminində qəbul edilmiş inzibati aktların ləğvi ilə bağlı qaldırılan iddialara “öhdəliyin icrası” haqqında iddia növü kimi baxılmalıdır.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
15. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
16. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır.
17. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.
18. İddia mümkündür.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
19. Tibbi-Sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, xx.xx.2003-cü ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
20. Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-6947/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qərarı ilə Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.
İV. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə ... 1.4. Tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə — zona tibbi-sosial ekspert komissiyaları; ali pillə — Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. 1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. ... 3.1. İlkin TSEK-lərin vəzifələri. Tibbi-sosial ekspert komissiyaları: ... həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir;
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının: 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.1.2-ci bəndinə əsasən, göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
24. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
İV. Məhkəmənin mövqeyi
25. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
26. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış, ona 30.5.2003-cü ildə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-6947/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qərarı ilə Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.
27. Cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsi barədə 2004-cü ildə qəbul edilmiş qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda, iddiaçını əyani müayinəyə cəlb etmədən 2024-cü ildə əlilliyin müəyyən edilməsindən imtina barədə qərarları qəbul etmişdir.
28. “İnzibati icraat haqqında” Qanunun 64.2-cü maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
29. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2003-cü ildə qiymətləndirilmiş və ona birinci dərəcə əlilliyi müddətsiz təyin edilmişdir.
30. Cavabdeh 2003-cü il tarixli inzibati aktın ləğvi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.
31. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə, həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur.
32. İşin faktiki hallarından məlumdur ki, cavabdeh tərəfindən belə icraat aparılmamışdır.
33. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata kecirilməsini tələb edir. Hazırki mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur.
34. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının “X6 tam reabilitasiya olması” barədə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərarı ləğv edilsin. İddiaçı X7 xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi” ilə əlaqədar İİ dərəcəli müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X11-Abbaszadə