Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-332/2022 27.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxslər X9 və azyaşlı övladları Talıblı Elvina Qəhrəman qızı, X2 Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 7/22, 26 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə kimi qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 üçüncü şəxslər X9 və azyaşlı övladları Talıblı Elvina Qəhrəman qızı, X2 Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 7/22, 26 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 25.09.2021-ci il tarixli, 123-35146S-3221 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 7/22, 26 nömrəli mənzilin birgə mülkiyyətçiləridir. Həmin mənzil onların adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Üçüncü şəxs qismində cəlb edilmiş şəxslər isə həmin ünvanda qeydiyyatdadırlar. Üçüncü şəxslər həmin mənzildə yaşamırlar və onların yaşayış yeri başqadır. X9 və azyaşlı övladları Talıblı Elvina Qəhrəman qızı və X2 həmin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqan olan Sumqayıt şəhər Polis idarəsinə ərizə ilə müraciət elsələr də bundan imtina etmişlər. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüquq ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanını məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermə hüquqlarından ibarətdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Digər İddiaçı3 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibətində heç bir etirazı olmadığını və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiasına dair qərar qəbul olunarsa tərəflərindən icra olunacağını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslərin qanuni nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin qanuni nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, **********39-05101-093022 reyestr nömrəli, 02.07.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında hər birində üçdə bir hissə olmaqla İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsusdur. Məhkəmənin sorğusuna Sumqayıt şəhər Polis İdarəsi 21.12.2021-ci il tarixli, 123- 47417-1221 saylı cavab məktubunda qeyd etmişdir ki, X9 12.03.2007-ci, Talıblı Elvina Qəhrəman qızı 04.12.2017-ci il, Talıblı Elvina Qəhrəman qızı 04.06.2017-ci il tarixdən halhazıradək ünvan 2 ünvanında qeydiyyatdadır . X3 ünvan 1 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin müddəti keçdiyindən yandırılma yolu ilə məhv edilmişdir. Talıblı Elvina Qəhrəman qızı, Talıblı Elvina Qəhrəman qızı ünvan 1 ünvanına qeydiyyata alınaraq Sumqayıt ASAN Xidmət mərkəzi şəxsiyyət vəsiqəsi qrupu tərəfindən şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi 24.12.2021-ci il tarixli, **********22 saylı cavab məktubunda bildirmişdir ki, Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 7/22 ünvanında yerləşən 26 saylı mənzil üzərində X1 mülkiyyət hüququ 25.11.1991-cİ il tarixli, 8M-872 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmış və qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan sözügedən mənzil Sumqayıt şəhər 2 nömrəli dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş 05.12.1991-ci il tarixli, 8M/915 nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. 05.05.1994-cü il tarixində Sumqayıt şəhər 2 nömrəli dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş 2B-130 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil X7 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 2 nömrəli dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş 14.03.1995-ci il tarixli, 3m1-315 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mənzil X10 adına qeydiyyata alınmış və qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 6 saylı dövlət notariat kontoronun dövlət notariusu tərəfindən təsdiq edilmiş 09.11.2000-ci il tarixli, 3m-4/572 nömrəli alqı-satqı müqaviləsinə əsasən mənzil X5 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan sözügedən mənzil Sumqayıt şəhər 2 saylı dövlət notariat kontoronun dövlət notariusu tərəfindən təsdiq edilmiş 23.10.2003-cü il tarixli, 4Ə5-427 nömrəli alqısatqı müqaviləsinə əsasən Talıbaova Sürüş ismayıl qızının adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Vətəndaşın müraciəti əsasında qeydiyyat vəsiqəsi 18.06.21ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ilə əvəz edilmişdir. Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 01.07.2021-ci il tarixli, 2V-163 və 2V-164 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında mənzil hər biri 1/3 hissə olmaqla X11, İddiaçı2 və İddiaçı3 adlarına qeydiyyata alınmış, paylı mülkiyyət hüququ üzrə 02.07.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Habelə iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 6437/2021 saylı, 09.09.2021-ci il tarixli Qərardadı ilə İddiaçı1 və digərlərinin cavabdeh X4 qarşı mənzilə istifadə hüququna xitam verilməsinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərardadında qeyd edilir ki, Sürüş Talıbova könüllü şəkildə cavabdehi öz mənzilinə qeydiyyata saldırmışdır. Cavabdehin mənzilə istifadə hüququ yaranmamış və mənzilə formal olaraq qeydiyyatda olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, üçüncü şəxslər hazırda həmin ünvanda pasport qeydiyyatındadır. Üçüncü şəxslərin iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxslər X9 və azyaşlı övladları Talıblı Elvina Qəhrəman qızı, X2 Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 7/22, 26 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə kimi qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X9 və azyaşlı övladları Talıblı Elvina Qəhrəman qızının, X2 Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 7/22, 26 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə kimi qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev