Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3326/2024 14.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “AR Silahlı Qüvvələrində hərbi xidmət dövrü istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının (1994-cü il üçün 41,25 gün, 1995-ci il üçün 45 gün, 1996-cı il üçün 45 gün, 1997-ci il üçün 45 gün, 1998-ci il üçün 45 gün, 1999-cu il üçün 45 gün, 2000-ci il üçün 45 gün, 2001-ci il üçün 45 gün, 2002-ci il üçün 45 gün, 2003-cü il üçün 45 gün, 2004-cü il üçün 45 gün, 2005-ci il üçün 45 gün, 2006-cı il üçün 90 gün, cəmi 626,25 gün) hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “AR Silahlı Qüvvələrində hərbi xidmət dövrü istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının (1994-cü il üçün 41,25 gün, 1995-ci il üçün 45 gün, 1996-cı il üçün 45 gün, 1997-ci il üçün 45 gün, 1998-ci il üçün 45 gün, 1999-cu il üçün 45 gün, 2000-ci il üçün 45 gün, 2001-ci il üçün 45 gün, 2002-ci il üçün 45 gün, 2003-cü il üçün 45 gün, 2004-cü il üçün 45 gün, 2005-ci il üçün 45 gün, 2006-cı il üçün 90 gün, cəmi 626,25 gün) hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı hazırki iş üzrə müddətin şamil edilməməli olduğunu bildirərək, iddia ərizəsinə təqdim edilmiş qaydada mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı, ona hərbi xidmət dövrü istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə kompensasiya ödənilməsini tələb edir. İlkin olaraq iddiaçının iddia tələbi ona kompensasiyanın ödənilməsinə dair iddia olmaqla, öhdəliyin icrası haqqında iddia olsa da, analoji məhkəmə işlərindən yaranmış təcrübəyə əsasən, iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2011-ci ilədək qəbul edilmiş inzibati aktlar şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisələndirilə bilər (MPM-in xx.xx.2011-ci ilədək qüvvədə olan 298-ci maddəsi - şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir). Lakin qeyd olunan iddialar üzrə 01 aylıq müddət tələbinin MPM-in 298-ci maddəsinə əsasən tətbiq edilməsi üçün, “məluma olma” halı da baş verməlidir. Məlum olduğu gün dedikdə, şəxsin hüquqlarının pozulduğunu həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından şəxsin ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə açan tərəf qanunvericilik aktlarının (MPM-in 298-ci maddəsi) verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İnzibati iş materialları ilə müəyyən edilir ki, iddiaçı AR Silahlı Qüvvələrində hərbi xidmət dövrü istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə- 1994-cü il üçün 41,25 gün, 1995-ci il üçün 45 gün, 1996-cı il üçün 45 gün, 1997-ci il üçün 45 gün, 1998-ci il üçün 45 gün, 1999-cu il üçün 45 gün, 2000-ci il üçün 45 gün, 2001-ci il üçün 45 gün, 2002-ci il üçün 45 gün, 2003-cü il üçün 45 gün, 2004-cü il üçün 45 gün, 2005-ci il üçün 45 gün, 2006-cı il üçün 90 gün, cəmi 626,25 gün üçün pul kompensasiyasının ödənilməsini tələb edir. Məlum olur ki, iddiaçı onun istifadə etmədiyi məzuniyyət günlərinin olması barədə ən azından 2006-cı ildən məlumatlı olmuşdur. İddiaçı istifadə etmədiyi məzuniyyət günləri barədə 2006-cı ildən məlumatlı olsa da məhkəməyə iddia ərizəsi ilə 18 il sonra, xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək, müddətin bərpa edilməsi məqsədi ilə ərizə təqdim etmək hüququnun olması izah edilsə də, iddiaçı müddətin üzrlü hesab edilərək, bərpa edilməsinə dair ərizə tqdim etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibati Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “AR Silahlı Qüvvələrində hərbi xidmət dövrü istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının (1994-cü il üçün 41,25 gün, 1995-ci il üçün 45 gün, 1996-cı il üçün 45 gün, 1997-ci il üçün 45 gün, 1998-ci il üçün 45 gün, 1999-cu il üçün 45 gün, 2000-ci il üçün 45 gün, 2001-ci il üçün 45 gün, 2002-ci il üçün 45 gün, 2003-cü il üçün 45 gün, 2004-cü il üçün 45 gün, 2005-ci il üçün 45 gün, 2006-cı il üçün 90 gün, cəmi 626,25 gün) hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “AR Silahlı Qüvvələrində hərbi xidmət dövrü istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının (1994-cü il üçün 41,25 gün, 1995-ci il üçün 45 gün, 1996-cı il üçün 45 gün, 1997-ci il üçün 45 gün, 1998-ci il üçün 45 gün, 1999-cu il üçün 45 gün, 2000-ci il üçün 45 gün, 2001-ci il üçün 45 gün, 2002-ci il üçün 45 gün, 2003-cü il üçün 45 gün, 2004-cü il üçün 45 gün, 2005-ci il üçün 45 gün, 2006-cı il üçün 90 gün, cəmi 626,25 gün) hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-3326/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3326/2024
14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver